Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə7/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
26
27
S.P.Tolstov hesab edir ki, məhz adları  çəkilən qəbilələr 
sonralar formalaşmış qaraqalpaq xalqının nüvəsini təşkil 
etmişdir. Qaraqalpaqların orta əsrlər dövründəki sonrakı 
taleyinə gəldikdə isə burada S.P.Tolstovun və P.P.İvanovun 
fikirləri ilə razılaşaraq hesab edirik ki, qaraqalpaqlar məhz 
Aralətrafı  ərazi lərdə formalaşmışlar. X-XI əsrlərdə şərqi-oğuz 
peçeneq qəbilələri XI əsrdə İrtış hövzəsinə qədər  irəliləyərək 
qıpçaqlarla sıx əlaqələrə  girmişlər. Məhz qıpçaqlar arasında 
onların uzun müddət ərzində Çin giz xan dövlətinin təşkili və 
onun sonrakı xələflərinin Cuci ulusu nun yaran ması prosesi 
getmişdir.
Qaraqalpaqların qıpçaqlarla yaxınlaşmasının və 
qarışmasının mühüm səbəblərindən biri də bundan ibarət 
idi ki, burada əsasən qaraqalpaqların dili qıpçaq dilinə 
uyğunlaşmış və onunla sıx bağlı olmuşdur. Monqol ulusları 
tənəzzülə uğradıqdan sonra (XIV-XVI əsrlər) qaraqalpaqlar 
Şərqi Noğay Ordasının tərkibinə daxil olmuşlar. Tədqiqatçılar 
qeyd edirlər ki, XVI əsrdə qaraqalpaq xalqı artıq konsolidasi-
ya dövrünü yaşamaqla, Dəşti-Qıpçaqda mövcud olmuş türk-
dilli xalqlar arealında noğaylardan, özbəklərdən, qazaxlardan 
və b. fərqlənməsi, təcrid olunması prosesi getmişdir. 
Qeyd etdiklərimizi, demək olar ki, əksər tarixi və etnoqra-
fik materiallar təsdiq edir. İzah etdiyimiz konsepsiyada 
qaraqal paqların etnogenezi əsasən arxeoloji və tarixi mənbə-
lərə uyğun olaraq qurul muşdur. Xarəzm  ekspedisiyasının 
çoxillik axtarışları  nəticəsində çoxsaylı  şifahi rəvayətləri 
yazıya almaq mümkün olmuşdur ki, məhz bu rəvayətlərdə 
qaraqalpaq qəbilələrinin mənşəyi, onların tərkibi, tayfa 
bölgüləri, onların yerdəyişmələri, digər qəbilələrlə qarşılıqlı 
əlaqələri  əks olunmuşdur. Bu tarixi ənənələr, xüsusən 
qaraqalpaqların qəbilə  və tafya etnonimləri qaraqalpaq-
ların etnoge 
nezinin peçeneq 
lərlə, oğuzlarla, qıpçaqlarla, 
monqollarla yaxın  əlaqədə olduğunu təsdiqləyir. Məsələn, 
qaraqalpaqlarda  «Kabasan» (peçeneq 
lərdə  «Ka buk sin»), 
«Abas» (peçeneqlərdə «Avaz» və s.) adlarının uyğun gəl diyini 
görürük. Tədqiqatçılar göstərmişlər ki, qaraqalpaqların beş 
tayfa-qəbilə etnonimi qıpçaqların  qəbilə-tayfa etnonimləri 
ilə üst-üstə düşür ki, bu da məhz Ən-Nüveyrinin əsərlərində 
öz  əksini tapmışdır.  Ən böyük qəbilə qruplarından biri 
«qıpçaq» adı altında birləşmişlərdir ki, bu da “uran” adı 
olub qaraqalpaqların qıpçaqlardan gələn «Toksoba» adına 
uyğundur. «Toksoba» rus salnaməsində olan polovets 
qəbilələrindəki «toksobiçi»yə yaxındır. Qaraqalpaqların bir 
neçə  qəbilə qrupu monqol  qəbilələrinin adını özündə  əks 
etdirir (kunqrat, kiyat, manqıt və s.).  Tayfa – qəbilə  tərkibi 
qaraqalpaqların etnogenezi aspektində xüsusi etnoqrafik 
əsərlərdə daha dərindən öyrənilmişdir.
25
   
Bu gün nəzərəçarpacaq dərəcədə etnoqrafik materiallar 
möv cud dur ki, onlar qaraqalpaqların Sibir, Ural, Volqaboyu 
və Qafqaz xalqları ilə  əlaqələrinin olduğunu sübut edir. 
XX  əsrin II yarısında nəşr olunmuş  əsərlər qaraqalpaqların 
etnogenezinin qədim cənub-qərb  əlaqələrinin rəvayət və 
əfsanələrə söykənən digər uyğun  materiallar  qaraqalpaqların 
etnogenezində – müyten qəbilələrinin də rolunun olduğunu 
göstərir.
26
 
Bütün qeyd etdiklərimiz nəinki qaraqalpaqların tarixi 
mədəniyyəti ilə bağlı  məsələlərin müəyyənləşdirilməsini, 
həm də onlarda etnik və  mədəni  əlaqələrin, qədim və orta 
əsrlər dövründə xalqlarla olan tarixi əlaqələrini dürüst 
təsdiqləməklə, həm də qaraqal paqların müasir və  mənəvi 
mədəniyyətinin son dərəcə özünə məx sus  və fərqli olduğunu 
sübut edir.
27
 Qaraqalpaq ların mədəni siması Orta Asiya tipi-
dir, lakin bununla belə onlar digər Ortay Asiya xalqlarından 
öz spesifik xüsusiyyətləri ilə  fərqlənirlər. Bu xüsusiyyət 
qaraqalpaq xalqının həm Orta Asiya, həm də  Şərqi Avropa 
müstəvisində birləşdiyini və yarandığını göstərir. Bununla 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
28
29
belə onların digər coğrafi  ərazilərdə  nəinki köçəri, həm də 
oturaq əkinçilik ərazilərində, Amudərya, Sırdərya və Dəşti-
Qıpçaq səhralarında yerləşdikləri də  məlumdur.
Qeyd etdiklərimizlə yanaşı, onu da söyləyək ki,  qaraqal-
paqların etnogenezi ilə bağlı  məsələlər həm də dilçilik 
ədəbiyyatında  öz əksini tapmışdır. Belə ki, linqvistik 
mənbələr də bir sıra qiymətli müşahidələr aparılmış  və 
burada  əsasən  filoloqların gəldiyi nəticələr  etnoqrafların, 
tarixçilərin,  arxeo loq ların nəzər-nöqtələri ilə ümumən üst-
üstə düşmüş dür.  Məşhur türkoloq, qaraqalpaq dilinin 
tədqiqatçısı  N.A.Baskakov qaraqalpaq dilini təsnif edərkən 
onu qıpçaq qrupuna aid edərək hesab edir ki, qaraqalpaq 
dili qazax və noğay dillərinə daha yaxındır. Professor bu dili 
genetik olaraq qıp çaqların dili ilə, daha əvvəlki dövrlərdə 
isə peçeneq qəbilələri, oğuzlar və bulqarlarla müqayisə 
edir. Digər tərəfdən isə bu dilə Xarəzm dilinin də  təsirinin 
olduğunu qeyd etməyi də  zəruri hesab edir.
28
Qaraqalpaqlar haqqında ilk məlumatlar XIII əsrə təsadüf  
edir. Bununla belə qaraqalpaqlar “xalq” adı altında məhz XVI 
əsrin sonları XVII əsrin əvvəllərində tanınmağa başlamışlar. 
Orta Asiya tarixçilərinin əsərlərində Sırdərya qaraqal paqları 
haqqında olan məlumatlar məhz bu dövrə aiddir. Orta Asiya 
tarixçilərindən birinin əsərində (Məhəmməd Yusif Münşinin 
«Mün şimxan təzkirəsi») qaraqalpaqların və qazaxların Bu xa-
ralı Baki Məhəmmədxana qarşı mübarizəsindən söhbət gedir. 
Qara qalpaqlar  haqqında növbəti məlu matları biz əsasən bö-
yük türk tarixçisi Əbülqazinin “Şəcərei-tərakimə”(«Türkmən-
lərin səcərəsi», yaxud “Türk  mən lərin soy kitabı”) əsərindən 
alırıq.
29
 Qeyd etdiyimiz mənbələr  qaraqal 
paqların həm 
də Buxara xanlığından  asılılıqda olduğunu göstərir. 
Bununla belə digər bir mühüm  mənbə də vardır ki, burada 
qaraqalpaqların həyatının müxtəlif tərəfləri işıqlandırılır və 
bu rus səfiri Boris Pazuxinin Buxarada, Bəlxdə və Ürgəncdə 
olduğu dövrü əks etdirən məlumatlardadır. Pazuxin 
qeyd edir ki, «Buxara şahına itaətdə olan qaraqalpaqlar 
mübarizədə, döyüşdə inanılmış, sınanılmış adamlardır. 
Qaraqalpaqların səpələndiyi ərazilər əsasən Buxara ulusları 
adlanırdı və buradan oraya yalnız «Türküstan yolu» ilə gedib 
çıxmaq olardı.
Qaraqalpaqların tarixi üzrə daha mühüm bir məlumatı 
«Xivəyə gedən yolda 1697-ci il üzrə axtarış»  əsəri verir. Bu 
əsərdə qara 
qalpaqların məşğuliyyəti, onların qazaxlarla 
birgə təsərrüfat həyatı ilə bağlı Sırdərya çayının Qorqud-ata 
(“Xorxut-ata”) məqbərəsi yaxınlığında olan  nümunələrdə 
qal maqdadır.  Qorqud-atanın məqbərə sinin  xarabalıqlarının 
qalıq ları hal-hazırda Sırdəryanın aşağı hissələrində qorun-
maqdadır. Bundan başqa 1696-cı ildə I Pyotrun Tobol boyarı 
S.Remezova verdiyi tapşırıqda «Sibirin çertyoj kitabı»  adlı 
coğrafi atlasını hazırlamaqla bu mənbədə qaraqalpaqların 
Sırdəryada yerləşdiyi  qeyd olunurdu. Qaraqalpaqlar tarix 
ərzində uzun zaman kəsiyində noğaylardan, qazaxlardan, 
özbəklərdən, türkmənlərdən, ruslardan və digərlərindən asılı 
vəziyyətdə olmuşlar. Onlar bir sıra  regionlara  Qazaxs  ta n a, 
Urala, Embaya, Sibirə  və digər  ərazi lərə  səpələnmiş dilər.
XVII  əsrin sonlarında başqurdların rus müstəmləkə-
çiliyinə qarşı üsyanı başlayanda qaraqalpaqlar başqurdların 
tərəfində  ruslara qarşı vuruş muşlar.
30
    
XVII  əsrin I rübündə qaraqalpaqlarda tayfa-qəbilə 
birliyinə canatma daha çox müşahidə olunur. Sırdərya 
qaraqalpaqlarının digər  ərazilərdə yaşayan qaraqalpaq 
qrupları ilə, xüsusən Zərəfşan vadisində və Xarəzm ərazisində 
yaşayanlarla birləşməyə can atmaları daha çox nəzərə 
çarpır. Bu qruplar Türküstan qaraqalpaqları ətrafında daha 
yaxından birləşməyə  səy göstərmişlər. Xalq rəvayətlərinə 
görə o dövrdə  Sırdərya  ərazisində yaşayan qaraqalpaqlar 
«Türküstan qaraqalpaq ları» adlanırdı. Buna görə də Sırdərya 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə