Qaraqalpaq indd



Yüklə 5,55 Mb.
Pdf görüntüsü
səhifə9/111
tarix19.07.2018
ölçüsü5,55 Mb.
#57047
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
34
35
ki, onlarla ruhanilər, şeyxlər, dərvişlər və xocalar və başqaları 
əlaqədə idilər. 
XVII əsrdə cunqarların qaraqalpaqların üzərinə hücumu  
ilə bağlı böyük proseslər baş verdi. Cunqarlar Qazax 
torpaqlarına hücum edərkən qazaxlar üç istiqamətdə – 
bir hissəsi Kiçik Cuz Xivəyə, oradan Embaya, orta hissə  
Səmərqənd və Buxaraya, böyük hissə isə cunqarlara tabe 
oldu.  Qaraqalpaqlar qazaxlarla birlikdə Daşkəndə  tərəf 
Sırdəryanın yuxarı hissəsi üzrə  hərəkət edərək çayın aşağı 
tərəfində yerləşməklə Aral dənizi ətrafında məskunlaşdılar. 
Cunqarlar Sırdəryanın orta axınını tutduqdan sonra faktiki 
olaraq qaraqalpaqların «aşağı» və «yuxarı» qaraqalpaqlara 
bölgüsü başa çatdı. «Yuxarı» qaraqalpaqlar cunqarların, 
«aşağı» qaraqalpaqlar isə Kiçik Cüz qazaxlarının təsiri altına 
düşdülər.*
*
 Cunqarlar qara qalpaqları son dərəcə dözülməz 
vəziyyətə saldılar.
XVIII əsrdə qaraqalpaqlar Janıdəryada yaşayırdılar. Bu – 
onların tarixinin ən parlaq dövrüdür. Burada və bu dövrdə 
onlar səhraları, çölləri, düzənlikləri becərməklə,  əsasən 
xarici təsirlərdən, iqtisadi və siyasi feodal asılılıqlardan 
azad oldular. Janıdəryada qaraqal paqlar Aral özbəkləri ilə 
əlaqələrə girdilər. Bu dövrdə qaraqalpaq torpaqlarını özünə 
tabe etməyə çalışan qazax xanları  və sultanlarının çoxsaylı 
yürüşlərinə  məruz qalan qaraqalpaqlar onlara tabe olmaq 
məcburiyyətində qaldılar. Qaraqalpaqların özbəklərlə birgə 
qazaxlara qarşı mübarizəsi baş verdi. XVIII-XIX əsrlərdə 
qaraqalpaqlar Kuvandərya və Janıdərya hövzəsi torpaqlarını 
öz təsiri altına salmışdılar. Bu dövrdə hələ də qaraqalpaqlarda 
mərkəzləşmiş dövlət haki miyyəti  yox idi. Hətta xanlar və 
xanlıqlar da  mövcud deyildi. Qəbilələr bəylər tərəfindən 
idarə olunurdu. Onların içində manqıt Orunbay və konqrat 
Yesengeldibiy daha məşhur idilər. 
XVIII  əsrin ortalarında qaraqalpaqlar daha bir bəlaya 
* Qazax xanlığı üç cuza bölünürdü: Semireçye – Böyük Cuz; Mərkəzi Qazaxstan – Orta Cuz; Qərbi Qazaxstan – Kiçik Cuz.
məruz qaldılar. Bu dəfə onlar Rusiyadan da asılı  vəziyyətə 
düşdülər. Burada Abulxeyir xanın  böyük «xidmətləri» oldu. 
O, rus hökumətindən «xeyir-dua» aldıqdan sonra «aşağı» 
qaraqalpaqların üzərinə hücum çəkmiş  və onları böyük 
məbləğdə töycü (yasak) verməyə  məcbur etmişdir. Çar 
hökumətinin köməyi nəticəsində qaraqalpaqlar olduqca 
müflisləşmişdilər. 
Uzun müddət  ərzində (yəni XIX əsrin  birinci rübü 
dövründə) qaraqalpaqlar son dərəcə kasıb vəziyyətdə 
yaşayırdılar. Cunqar, Buxara  və Rusiya tabeçiliyindən sonra 
qaraqalpaqlar bu dəfə Xivə xanlığının təsiri altına düşdülər. 
Burada Xivə xanı  Məhəmməd  Əmin xana qaraqalpaqların 
koldaulı qəbiləsindən olan Aydos-bəy kömək etmişdi. Bundan 
sonra qaraqalpaqlar  Xivə xanlığına da böyük məbləğdə töycü 
verməyə məcbur oldular. Töycünün yığımı  qaraqal paq larda 
xan xidmətçilərinin, yəni tayfa-qəbilə başçıları nın köməyi ilə 
həyata keçirilirdi. 
Qaraqalpaqların içində iri torpaq - sahibləri tayfa-
qəbilə feo dalları (bəylər, atalıqlar, bəylərbəyliklər), bəylər, 
ticarətçilər, vəzifə sahibləri (qazılar, rəislər, mirablar), hərbi 
başçılar, ruhanilərin nüma 
yəndələri - mollalar, axundlar, 
işanlar və b. vardı. Ruhani nümayən dələri məhkəmə 
hakimiyyətini həyata keçirirdilər. Kəndlilər əsasən torpaqsız 
idilər, torpaqsız kəndlilər heç bir əmlaka və mal-qaraya malik 
olmadan uzun illər  ərzində, bəzən isə ömrü boyu varlılara 
bir qarın çörəyə işləməli olurdular. Qaraqalpaq cəmiyyətində 
sinfi bölgü həm də qaraqalpaqların içində olan çoxsaylı 
heyvan sahibləri  olanlar arasında  aparılırdı. Burada bəylər, 
mirablar, yüzbaşılar vardı. Bəylər, atalıqlar, bəylərbəyliklər, 
ruhanilər, məhrəmilər, qazilər, rəislər və qıpçaq qəbiləsindən 
olan Aydos-bəy son dərəcə böyük səlahiyyətlərə malik idilər. 
Çətin həyat şəraitinə baxmayaraq, qaraqalpaqlar Qaraqal-
paqstan  ərazisində inkişaf etməyə başladılar. Onların o 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
36
37
dövrdə iri inzibati mərkəzləri Amudəryanın  sol sahilindəki 
Kunqrad, sağ sahilindəki Çimbay şəhəri idi.
Qaraqalpaqstan ərazisindəki təsərrüfat xanlar tərəfindən 
inkişaf etdirilirdi. Xanların iki minə qədər qulları, nökərləri 
vardı. Xanlar ilbəil töycünü artırırdılar. Xalqın acqalma 
təhlükəsi  yaranırdı, epidemiyalar baş alıb gedirdi, xalqsa 
bundan cana doyurdu. XIX əsrin ortalarında bütün bunlar 
qaraqalpaqların  üsyana  sürüklənməsinə gətirib çıxartdı. Bu 
üsyanın önündə Yernəzərbəy gedirdi. Onu həm də Yernəzər 
Alagöz adlandırırdılar. Qaraqalpaqlar müstəqil olaraq öz 
xanlarını elan etdilər və Yernəzər bəyə qaraqalpaq qəbilələrini 
birləşdirməyi təklif etdilər. Bundan başqa kunqradların 
qohumları da bəylərin, starşinaların, yüzbaşıların çox hissəsini 
qaraqalpaq tayfalarından öz  tərəflərinə çəkməyə çalışırdılar. 
Hər iki arıs – həm kunqradlar, həm də on dörd uruq olduqca 
qısa bir zaman kəsiyində  çiyin-çiyinə dayandılar. Üsyana 
qalxmış qaraqalpaqlara həm də türkmənlər, qazaxlar və 
özbəklər qoşuldu. Lakin onların birləşməsi heç də  əzabdan 
qurtulmağa gətirib çıxara bilmədi. Rusiya hökuməti  
üsyançılara heç bir kömək etmədi. Yernəzər   Alagözün 
rəhbərliyi altında üsyan edən qaraqalpaqlar məğlub edildi. 
Əhali ac və müflis vəziyyətə salındı. Səfalət hər yanı 
bürümüşdü. Bununla belə bu üsyanın  ən başlıca cəhəti 
ondan ibarət oldu ki, onun nəticəsində müxtəlif xalqların 
nümayəndələri birləşə bildi. Üsya 
nın boğulmasında rus 
hakimiyyətinin qeyri-ciddiliyi  kifayət qədər mənfi rol oynadı. 
Rusiya faktiki olaraq qaraqalpaqlara heç bir bel bağlamırdı. 
XIX əsrin 60-cı illərinin ortalarında qaraqalpaqların vəziyyəti 
daha da mürəkkəbləşdi. Bu dövrdə rus ordusu Xivəyə tərəf 
hərəkət edirdi. Aral donanmasının gəmiləri isə Amudəryanın  
aşağı hissəsində yerli əhalinin gözü qarşısında Xivə xanlığına 
öz gücünü nümayiş etdirir və ondan qat-qat güclü olduğunu 
sübut etməyə çalışırdı. Xivə Rusiya tərəfindən alındı. Belə 
olduğu halda qaraqalpaqlar daha ağır vəziyyətə, həm Xivə 
xanlığının, həm də  Rusiyanın təsiri altına  düşdülər. Rusiya 
imperiyası burada milli münasibətləri, milli düşmənçiliyi  
daha da gərginləşdirdi. Töycülər artdı, buna görə  də 
qaraqalpaqlar rus siyasətindən ciddi şəkildə narazı qaldılar. 
Çar mütləqiyyətinin müstəmləkəçilik məqsədlərinə 
baxmayaraq, Rusiyanın Qaraqalpaqstan ərazisində olması 
həm də bir sıra mütərəqqi əhəmiyyətə malik oldu. Bu dövrdən 
başlayaraq qaraqalpaqlar və Qaraqalpaqstan Rusiya iqtisadi 
həyatının sferasına qoşuldu, kənd təsərrüfatı canlanmağa 
başladı, mədəni-maarif  həyatı gücləndi.
Artıq XX əsrin  əvvəllərində qaraqalpaqlar yenidən 
Buxara əmirliyinin və Xivə xanlığının təsiri altına düşdülər. 
Bu dövrdə basmaçıların başçısı Cunayid xanla güclü 
döyüşlər gedirdi. Eyni zamanda xarici müdaxiləçilərə qarşı 
da mübarizə genişlənirdi. Belə mübarizə müstəvisində xalq 
təsərrüfatı son dərəcə pis vəziyyətə düşdü. Bir qədərdən 
sonra yeni həyatın bərpası dövrü başlandı.
1920-ci ildən maarif və təhsilin inkişafı zəif də olsa nəzərə 
çarpırdı. 
1924-cü ildə qaraqalpaq dilində «Birinci addım» adlı 
qəzet nəşr olunmağa başladı, pedaqoji və  kənd təsərrüfatı  
texnikumları yaradıldı. Tanınmış qaraqalpaq yazıçısı  və 
maarifçisi S. Məcidov tərəfindən ilk «Əlifba» və «Oxu kitabı» 
ana dilində
35
    nəşr olundu.
Sonrakı dövrlərdə xalq təhsilinin inkişafına Qaraqalpaq 
Muxtar Vilayətinin Qaraqalpaqstan Muxtar Respublikasına 
çevrilməsi səbəb oldu. 1920-1980-ci illərdə Qaraqalpaqstanda 
xalq təhsili, ədəbiyyat və mədəniyyət intensiv şəkildə inkişaf 
etməyə başladı. Respublikada 15-dək  ali və orta ixtisas 
təhsili müəssisələri yaradıldı ki, burada minlərlə tələbə təhsil 
almaq imkanına malik olurdu. Bu dövrdə eyni zamanda 
Qaraqalpaqstanda elmi - tədqiqat işləri də yüksək sürətlə 
inkişaf edirdi. 


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə