Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə8/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
30
31
rayonundakı qara 
qalpaqlar «Türküstanı – Ata yurdu» 
(“Aта  журты”) adlandırır dılar. Bu dövrdə qaraqalpaqların 
birləşməsində şəhər – qalaların böyük rolu olmuşdur ki, bu 
qalalar qaraqalpaqları məhz köçərilərin işğalçı yürüşlərindən 
qorumağa xidmət etmişdir.
Qaraqalpaqların yaşadığı    ərazilərdən biri də Xarəzm 
idi. Çin giz xanın hakimiyyəti  dövründə Xarəzm iki hissəyə 
bölünmüşdü ki, xanın oğulları oraları tutmuşdu – Xarəzmin 
sağ sahili – Cığatay ulusu, sol sahili – Cuci ulusu idi. Sonralar  
cucilərdən monqol dövləti – «Qızıl Orda» yarandı və Xarəzm 
də onun tərkibinə daxil oldu. Daha sonralar XVIII əsrin 
ortalarından Xarəzmin iqtisadiyyatı və şəhər həyatı yenidən 
bərpa olunmağa başlayır. Urgənc yenidən böyük ticarət, 
sənət və mədəniyyət mərkəzinə çevrilir. İndiyə qədər qədim 
şəhər ərazisində o dövrün möhtəşəm abidələri olan Qutluq 
Timurun minarəsi, Nəcməddin Kübra məqbərələri, Turabəy 
xanım məscidi və s. kimi abidələri saxlanılmaqdadır. Üstyurt 
yaylasının cənub-şərq tərəfində Qaraqal paqstan ərazisində 
hazırda Qızıl Orda dövrünün digər bir şəhəri – Şamaxıqala 
yerləşir. Bu şəhər hündür qüllələrlə əhatələnmişdir. Burada 
şəhərin küçələri, məscidlərin düzgün planlaşdırılması, 
sənətkarlıq işləri, dulusçuların, metalçıların və digər 
sənətlərin izləri qalmaq dadır. Eyni zamanda bütün bunlar 
vaxtı ilə şəhərdə ticarətin inkişafı ilə bağlı məqamları ümumi 
mənzərəni də hiss etdirir. Qızıl Orda dövründə mövcud 
olmuş Şamaxı qalanın Azərbaycan şəhəri Şamaxı ilə hər hansı  
əlaqəsinin olub-olmamasını müəyyənləşdirmək də maraqlı 
olardı. 
XVIII əsrin I yarısında qaraqalpaqların həyatında onların 
gələcək taleyinə  təsir edəcək iki böyük tarixi hadisə baş 
vermişdi. Onlardan biri – 1723-cü ildə qaraqalpaqların 
Sırdəryanın aşağı və orta axını yaxınlığında yerləşən ərazilərə, 
cunqar-kalmık yürüşü baş verdi ki, burada qaraqalpaqlar və 
qazaxlar son dərəcə böyük faciələrlə üzləşdilər. Qazax və 
qaraqalpaq xalqları tarixində bu «böyük bədbəxtlik illəri»kimi 
yaddaşlara həkk olundu.
Kiçik Cuz qazaxları Xivəyə qaçmağa məcbur edilib Yaik-
Emba vadisinə    yayıldılar. Orta Cuz qazaxları  Səmərqəndə 
və Buxara tərəfə  çəkilməklə, Böyük Cuz qazaxlarından  və 
cunqarlardan asılılığı  qəbul etdilər. Onların bir hissəsi 
Orta Asiya rayonlarının lap dərinliklərində yerləşdilər. 
Qaraqalpaqlar da qazaxlarla birlikdə köçməyə  məcbur 
oldular. Onların bir hissəsi Sırdəryanın yuxarı hissəsinə – 
Daşkənd səmtə, cənub-qərbə və cənub-şərqə tərəf üz tutdular. 
Digərləri isə şimala Sırdəryanın aşağı hissəsinə Xivə xanlığına, 
eyni zamanda Uralətrafı düzənlərə yayıldılar. Bu hadisə və 
proseslər qaraqalpaqların parçalanmasının  əsasını qoydu: 
Sırdəryanın orta hissəsində olan ərazilərə yayılanlar “yuxarı” 
qaraqalpaqlar, Buxaradan asılı vəziyyətə düşüb, Sırdəryanın 
aşağı hissəsində,  Kiçik Cuzun tərkibində yaşayıb cunqarlara 
tabe olmuş, sonralar Amudərya və Janıdərya sahillərinə 
yayılmış qaraqalpaqlar “aşağı” qaraqalpaqlar adlanmışlar. 
Tarixi rəvayətlərin  əksəriyyətində qaraqalpaqların 
məskunlaşdığı  ərazilər kimi Sırdəryanın aşağı hissələri, 
Noğay xanlığı daxil olan İtil (Volqa), Jaik (Yaik) və Krım 
göstərilir. Bütün sadaladıqlarımız XV-XVI əsrlərdə qara qal-
paq ların Noğay  İttifaqının tərkibində olduğunu təsdiqləyir. 
Buna görə  də bu siyasi birliyin çərçivələrində qaraqalpaq-
ların etnogenizinin, dilinin, qaraqalpaq mədəniyyətinin əsas  
xüsusiyyətlərinin formalaşmasını görmək mümkündür. 
Qaraqalpaqların adı tarixdə ilk dəfə, qeyd etdiyimiz kimi
1598-ci ildə  çəkilir.  Şeybanilər sülaləsindən olan Buxara 
xanı Abdulla (1583-1598) tərəfindən Sığnaqdakı müqəddəs 
Ziyaəddin məqbərəsinə verilmiş sənəddə bu şəhər və onun 
ətrafında oturaq, yarımoturaq, köçəri həyat tərzi keçirən 
xalqların sırasında qaraqalpaq 
lardan da söhbət getdiyini 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
32
33
göstərmək mümkündür. Bununla belə Qurbanbəy Jərimbətov 
isə yazır ki, “qaraqalpaq” xalqı özünün hazırkı adını tarix 
meydanında XVI əsrin  əvvəllərindən başlamışdır”.
31
 
XVIII yüzilin ilk dövrlərində qaraqalpaqlar birləşməyə 
baş la yır. Zərəfşan və Xarəzm səhralarında yaşayan  qara qa l-
paq qəbilələri Sırdəryalı qaraqalpaqların ətrafında toplaşırlar. 
Top laşdıqları  ərazilər içərisində  Şığnak və Jaukənd 
(Yenikənd) önəmli bir yer tutmuşdur. Sırdəryalı qaraqal paq-
lar bu dönəmdə qazax xanları tərəfindən idarə edilməkdəydi. 
Qazax xanları bu işi biylər (baylar), üləma sinfinə  mənsub 
şəxslər vasitəsiylə həyata keçirməkdə idilər. Qazax xanlarının 
himayəsindən çıxmaq istəyən qaraqalpaqlar ticari əlaqələrin 
güclənməsiylə Rusiya, Buxara, Xarəzm, Zərəfşan vadisi 
qövmləri ilə münasibətlər qurmağa çalışırdılar”.
32
    
XVIII  əsr mənbələrindən birində – «Türkmən Osmanın 
A.P. Volınskiyə  məlumatı»nda (30 iyun 1725-ci il) 
qaraqalpaqların bu dövrdə Buxara xanına tabe olduqları 
haqda da məlumatlar vardır.  Burada cunqarların qazax və 
qaraqalpaq torpaqlarını ələ keçirməklə onların özlərini 2000 
araba ilə birlikdə əsir götürdükləri  qeyd olunur. Onlardan 
8 min araba Buxaraya  getmiş  və buxaralıların təsiri altına 
düşmüşlər. Ola bilər ki, hətta qaraqalpaqların bir hissəsi bu 
dövrdə  Fərqanə vadisinə də gedib çıxmışdı. Bununla bağlı 
A.İ.Levşinin qeydləri maraqlıdır. O, qeyd edir ki, «böyük 
bədbəxtlik illərində» Böyük Ordanın qalığı onun kiçik hissəsi 
orta hissə ilə birlikdə Xocənd tərəfə köçüb getdi. Xoçənd sanki 
burada Fərqanə vadisinə yol açırdı və cunqarların hücumuna 
məruz qalan Böyük Cuzda yerləşən (Daşkənd rayonu) 
qaraqalpaqlar da buraya məhz bu dövrdə gedə bilərdilər.
Bununla belə «yuxarı» qaraqalpaqların cunqarlardan 
nə  dərəcədə asılı  vəziyyətdə qalması  hələ  də lazımınca 
öyrənilməmişdir. Məlumdur ki, 1750-ci ildə Türküstan 
şəhərini cunqarlar  qaraqalpaqlara vermişdilər. Bununla belə 
qaraqalpaqlar bu şəhərdə heç də uzun müddət qalmamış, 
1762-ci ildə Kiçik və Orta Cuzun qazaxları Sırdərya ərazisinə 
«qaraqalpaqların boş qoyduqları yerlərə» köçürlər. Cunqarlar 
qaraqalpaq  ailələrini öz ərazilərində  (İtil çayı hövzəsi 
ətrafında) yerləşdirməyə çalışırlar.  Orta Cuzdakı qazaxlar 
qaraqalpaqları öz arxasınca aparmağı bacarmış, qıpçaqların 
bir hissəsi cunqarlar tərəfindən Kalmıkiyaya aparılmışdır. Bu 
məlumatların XIX əsrin sonlarında  yaşamış A.Vasilyev adlı 
bir səyyahın dilindən verildiyini L.Tolstovanın  əsərindən 
alırıq. Burada qaraqalpaqların kiçik bir hissəsinin kalmık 
qəbilələrindən olan olet tayfasının içində kalmıklarla 
assimilyasiyaya uğradığı söylənilir.
33
        
Böyük və Orta qazax Cuzlarının xanları tez-tez «yuxarı 
qaraqalpaqların»  ərazilərinə böyük qruplarla həmlələr 
etmişlər. Tarixi-etnoqrafik  ədəbiyyatda qazax xanlarının 
yürüşləri barədə kifayət qədər söhbət açılır. Bu barədə 
geniş  məlumatları P.P.İvanov, V.N.Vitevski, P.P.Rıçkov, 
V.V.Velyaminov-Zernov, A.İ.Levşin,  Ç.Ç. Va  li  xa nov,  A.Xaru-
zin, A.Nusunbəyov, A.P.Xoroşxin və P.Nebolsi 
nin əsər  lə-
rin dən ala bilirik.   Qazaxların, ümumiyyətlə, qaraqalpaq 
torpaq la rı na, eyni zamanda «yuxarı qaraqalpaqlara» hücumu 
ilə bağlı böyük qazax maarifçisi Ç.Ç.Valixanovun «Ablay» 
məqaləsində xeyli məlumatlar vardır. O, yazmışdır: «1774-
cü ildə Ablay Uysun yüzbaşılarının xahişi ilə öz oğlu Adilin 
onları idarə etməsi üçün Talas çayı üzərində şəhər tikmiş və 
orada  əməksevər qaraqalpaqları yerləşdirmişdir».
34
     
XVIII  əsr qaraqalpaqların ictimai həyatında  ən mühüm 
hadisələrdən biri də o idi ki, burada qaraqalpaqlar iki  tayfa – 
qəbiləyə – (arısa)  ondörd uruq və kunqrata ayrıldı ki, onlar da 
öz növbələrində bir neçə qəbilə qrupuna bölündülər. Ondörd 
uruq  qəbilələri üçün iki böyük tayfa bölgüsü vardı ki, bunlar 
– şullux və jaunqır idi. Tayfa-qəbilə bölgüsü birliyini bəylər 
və batırlar idarə edirdilər. Yuxarı hissələrə gəldikdə isə, təbii 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə