Qarının borcu Yaz gəlmişdi, Qış getmişdi



Yüklə 229,37 Kb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü229,37 Kb.
#73347

background image
Qarının borcu 

Yaz gəlmişdi, Qış getmişdi, 

Gün çıxmışdı, ot bitmişdi. 

Qarı Nənə sevinmişdi, 

Oğlaqları Yaza çıxmış; 

Yaz hələlik təzə gəlmiş, 

Qış hələlik təzə çıxmış. 

Qarı Nənə qarlı qışın 

Qar kürkünü tullamışdı. 

Arxasınca, dönməz deyə  

Bir söyüşdə yollamışdı: 

-Yaza cıxdı oğlaqlarım, 

Qış gözünə barmaqlarım... 

Sən deməynən o qart qışın 

Bir hiyləsi varmış hələ; 

Bir fəsadı, bir tufanı, 

Bir fitnəsi varmış hələ. 

Qəlbi təmiz gözəl Yazdan 

Tək üçcə gün o borc almış. 

Bu üç gündə çovğun salmış, 

Görünməmiş tufan salmış, - 

Şaxta salmış, boran salmış! 

O sevimli oğlaqları 

Çöldə tutub öldürmüşdü. 

O, qarıya ibrət üçün 

Öz zərbini bildirmişdi. 

Çox yaxşı ki, Keçi hələ 

Çıxmayıbmış o gün çölə. 

Qarı nənə ağladıqca, 

Deyirmiş ki, heç çəkmə qəm; 

Qış üç oğlaq apardısa, 

Mən beş oğlaq verəcəyəm!.. 

Yaz yolunda şəhid olmuş, 

Üç çəpişin beş bacısı 

Oynayaraq çıxdı çölə. 

Qarı Nənə gülə-gülə 

Dedi: “Get, get, ey qarlı qış, 

Atdım sənin dalınca daş. 



background image
Üç oğlağım bil, beş olar, 

Bir az keçər on beş olar. 

Sən nə etdin söylə mənə? 

Ancaq pislik qaldı sənə. 

Yaza çıxar oğlaqlarım, 

Qış gözünə barmaqlarım!” 



 

 

Cavad Ə. Qarının borcu : şeir // Seçilmiş əsərləri. – Bakı : Şərq-Qərb, 2005. – 

S. 199-200.  

 

 

Yüklə 229,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə