Qarşısına qoyulacaq ilk ölüm-qalım imtahan olacaq. Müzakirələrin gedişində təşkilatın zəngi quru bu məsələnin ümumi fonlaktının açıq müzakirəsində qərara verilməsinin əleyhinə çıxdı



Yüklə 0,77 Mb.
səhifə2/13
tarix15.03.2018
ölçüsü0,77 Mb.
#32226
1   2   3   4   5   6   7   8   9   ...   13

Sonra Conun dostu, sənin də görüşüb tanış olduğun Mister Cekson tez-tez bizə çaş çəkir, bizi yiyəsiz qoymur. Bütün ehtiyaclarımızı ödəməyə hazır olduğunu ....................... bir mənim xəstəliyimdən başqa. Mən də sağalmağa doğru gedirəm. Condan ötrü ən çox darıxan, axşama qədər atam gəl, gəl deyib toxtamayan balaca Cekdi ki, bizi də əsas onun bu tələbi darıxdırır.

Bir də bütün şəhərdə söz-söhbətə və şəhərdə şaiyələrə səbəb olan şəhərin ən varlı kübar qadını Adela Barbara adlı qızı ilə mənə baş çəkməyə gəlmişdi. O kiçik qadın hamımızı qucaqlayıb öpdü və nəyə görəsə dəhşətlə ağladı. Dedi məni düz başa düşün. Bu cür ağlaşma məndən asılı olmadı. Əslində heç burda ağlamağa heç səbəb də yoxdu. Ancaq Luira ....... mən səninlə fəxr elədiyimə görə ağlayıram. Sən xoşbəxt qadınsan. Sənin Con kimi mərd, cəsur, həm də çox mədəni ərin var. Məni kövrəldən sizin Conla birlikdə layiq olmadığınız əziyyəti çəkməyinizdir. Sonra o mənim yastığımın altına beş dollar pul qoyub, mənə Conun canına and verdi ki, nə ehtiyacımız olsa ona müraciət edək. Ünvanını verib çıxıb getdi. Con sürgün olunanda onunla son görüş istəkləri ürəklərində düyünlənib qalan bu iki ailə sakinləri ilk dəfə ərlərinin yanından gələn bu cavan qızın indi çıxıb evdən getməsini Conu itirdikləri gün kimi qiymətləndirib böyüklərdən tutmuş Coni ilə Cekə qədər hamı elə ürək yanğısı ilə ağlayırdılar ki, Tamella da özünü saxlaya bilməyib həyətdən çıxdı.

XXX


Gündüz saat ona qalmış Konrasa çatdı. Tamella çox fikirləşmədən redaksiyaya getməyi qərara aldı. Tamellanın çalışdığı ”İrəli”qəzetinin məna və məqsədi cəmiyyətin diqqətin dünyada və Amerikada gedən xeyirxah, faydalı işlərə cəlb etmək, dünyadakı pisliklərdən ancaq işıqlı insanların və hadisələrin qurtaracağın təbliğ etmək idi. Ona görə Conu Yançunu polisərinin əlindən alıb oğurladığı çörəklə birlikdə azad etməsi və bunun bir ana ilə onun körpə ..........özündən xilas etmək məqsədi daşıdığından .....bəşəri dəyər daşıyan bir hadisəyə çevrilməsi kimi qəzet üçün çox əhəmiyyətli bir hadisəni araşdırmaq üçün üç ay müddətində muxbir göndərə bilməməsi hamını darıxdırmışdı. Gənc muxbirin .......təsadüfən Conla üzləşməsi və onun haqqında məlumat gətirməsi Conun yaşayıb boya-başa çatdığı şəhəri görmək və onun ailəsi barədə təfsilat əldə etmək vacib olmuşdu. Con haqqında yazılan rəsmi məlumatlar və dillərdə gəzən əfsanələr və üstəlik də Tamellanın dəlicəsinə xəyali olaraq Cona vulmasından hamının xəbərdar olması Tamellanın bu ezamiyyətini çox maraqlı etmişdir. Buna görə də gənc muxbirin qayıdışının bayrama çevriləcəyi gözlənilirdi. Bu əhvalnanda Tamella öz iş yerinə çatdı. O, gözləyirdi ki, onu ilk görən redaksiya işçisi Tamella gəldi deyə necə qışqırıb hay-küy salacaq. Heç bir dəqiqə keçməyəcək ki, hamı onun başına toplanıb, ondan gətirdiyi məlumatları və foto gürüntüləri tələb edəcəklər. Tamella onunla üzləşən işçilərin ona heç bir qeyri-adi əhəmiyyət vermədiklərini, heç bəzilərinin də xoş gəldin də etmıdiyini, hətta onun salamını alıb, ondan tez uzaqlaşmağa cəhd etdiklərini hiss edib heç nə başa düşmədi. Fikirləşdi ki ola bilsin ki, məndən sonra kimsə onun haqqında pis şaiyə yayıb. Allah bilir onun adına nə quraşdırıblar. O, beş –altı əməkdaşın oturduğu iş otağına girdi. İndi onun hesabına görə hamı urra deyib onun üstünə qaçmalı idilər. Heç Con yaşayan şəhər olmasın hər hansı ezamiyyət olsun. Kim beş-on günlük ezamiyyətdən gəlirsə hamı onu hay-küylə qarşılayırdı. İndi o hamını sanki onunla könlü olmadan görüşdüyünü gördü. Ən yaxın rəfiqəsi də onu həmişəki hərarətlə qucaqlayıb öpmədi. Ancaq rəfiqəsinin...........yerində ......hiss etdi. Birdən içərisi qanadı elə bil. Bəlkə..........?! Atası, anası, qardaşı. O, yuxudan ayılmış kimiaralanmaq istədiyi rəfiqəsinin üstünə qayıdıb. Onun qollarından tutub, de görüm bizdə nə baş verib. Atam, anam, qardaşım.. Hansının başına nə iş gəlib? Tez ol mənim ürəyim partlayır. Mənə heç kim salam vermir. Heç kim mənim üzümə gülmür. Mənim gəlişimə sevinmir. Nə baş verib? Niyə mənə belə baxırsız? Tamellanın rəfiqəsi dostunun çox pis hala düşdüyünü görüb mizin üstündəki vərəqi çevirib, başqa səbəb yoxdu. Buna görə sənin üzünə gülüb, sənə xoş gəldin deyə bilmirik. Conu həbs ediblər. Tamella qəzetin üz qatında qan gölünə qərq olmuş qoca, cavan, uşaq , qadın, kişiləri görüb, gözlərini örtmüş anasının ..........meyid körpənin dodaqlarından süzülən qanı görüb özündən getdi.

Xəstəxanada gözünü açan Tamella rəfiqələrindən soruşurdu ki, Con ölüb, yoxsa həbs olunub? .........Rəfiqəsi ona gülümsünüb Con zənziləri o hala salan plantotorların muzdlu quldurlarından altı nəfəri öldürdüyünə görə həbs olunub. İndi bütün Amerika sənin Conundan danışır, onu bu hərəkətini alqışlayırlar. Sənin sevdiyin mələkdi. Ona görə də sən adəm övladı olduğuna görə ondan əl çəkməlisən. Con səni gözləyir. Get onunla görüş sabah. Tamellaya yola düşəcəksənsə tək olduğuna görə çox əziyyət çəkmisən. Sənə bir qadın köməkçi versin ki, o da mən olum. Niyə sən də, mən də Cona vurulmağa başlamışıq. Bəlkə bəxtimiz gətirdi. Onu görə bildik.



Xxx

Luiranı müalicə edən tibb bacısı Ursula küçədə qəzet satan oğlanın qışqıra-qışqıra qəzet alın! Bu qəzeti ancaq “Tərəqqi” qəzetini alın. Bizim Con yenə cəsarətin, mərdliyin zirvəsində. O yenə məzlumları zalımların əlindən xilas etdi. Burada Conu Kamlovanın aslanı adlandırırlar. O, doğulub boya-başa çatdığı Kambolanı bütün dünyaya tanıtdı. Alın oxuyun. Anasının döşündən süd əvəsinə qan əmən zənci ağ qudurmuşlar tərəfindən öldürülmüş ana-balaya tamaşa edin. Öz igid oğlumuz, qardaşımız Conla yenidən tanış olun. Ancaq bu qəzeti alın. Bir an keçmədi ki, bu çağırışı eşidən hamı bu oğlanı əhatəyə aldılar. Pulu olan hamı qəzet aldı. Ala bilməyənlər ala bilənlərin ətrafına toplaşıb qəzetin üst qatında böyüdülmüş halda çəkilən dəhşətli mənzərəyə və bu dəhşətli mənzərəyə baxıb aslan kimi nərə çəkən Cona, ətrafda tək-tək öldürülmüş ağ dərili adamların meyidlərinə baxıb hərə bir cürə ağıllarını itirmiş kimi fikirlərini söyləyirdilər. Elə qəzetin bütöv üz qatında şəkilin üstündə böyük hərflərlə Conun dediyi ”Ey ölənlərin ruhu sizə söz verirəm, heç bir sədd, zindan, sürgün mənim qarşımı kəsə bilməyəcək. Mən sizin kimi al-qan dəryasında dağılana qədər sizin azadlığınız uğrunda vuruşacağam”. Sözləri yazılmışdır. Səhifənin aşağısında Conun ayaqları qarşısında mənim mübarizə yolum bu gündən, bu aydan gün kimi aydınlaşdı, ........

Tibb bacısı Unsila qarşılaşdığı bu hadisədən əsirdi. O, Conun haqqında deyilən xoş sözlərə elə bil ona yaxın adam kimi burdakıların hamısından çox sevinir, şəkildəki qan içindəki böyüklü-kiçikli, həm qadın, həm də kişilərə baxıb kədərdən üşüyürdü. Ancaq ona elə gəlirdi ki, Con haqqında həm qəzet tutan oğlanın, həm də burdakıların dedikləri şərəfli sonluq, həm də qəzetin üst qatında yazılanlardan aldığı sevinc onun kədərini üstələyirdi. Ona elə gəlirdi ki, bu qəzeti alıb evə aparıb Luiraya göstərsə Conun haqqında burda deyilən bu xöş sözlər də bu qəzetlə birlikdə evə daxil olacaq. Hamını sevindirəcək. Həqiqətən də baş vermiş hadisədən göz götürüb Cona baxan kimi onunla ........... bu hərəkətlə fəxr etməmək mümkün deyildi deyib, göz yaşı axıdıb ürəyini boşaltmışdı. Klaranın dərindən dərinə basdırılmış məhəbbəti, hələ yanmışından çox yanmamışı qalmış nəhəng ocaq kimi günü-gündən daha dəhşətlə alışıb yanırdı. Bu ocağın odu-alovu Con idi. O, bu ocağa yaxın gedə bilmirdi. Bunu xəyalında edə bilirdi. Con haqqında gedən söhbətlərə bir andan artıq dözə bilmirdi. Heç qəlbinin dərinliyində də fikrən....... Conla danışa bilmirdi. O, Cona nəsə deyib, ondan hansısa sözü alana qədər tab gətirmirdi. Bir gizlinə çəkilib ağlayıb ürəyin boşaldıb, sonradan küsürdü və onunla üzləşib danışmağa ........... xəyalən Conla görüşmüşdü. Luira da qadın ehtiyacı və duyğusu ilə Klaranın Conu sevdiyini bilirdi. O, bunu elə Conun Klara gilə ayaq açdığı, onlara öz ailəsi kimi baxdığı gündən hiss etmişdi. O, ərinin də bu gözəl qadına layiq olduğunu duymuşdu. Ancaq Luira Klaranı ilk gördüyü andan onu özünə yeniyetməlik dövründən ayrı düşdükləri ............ bənzətmiş, qəlbinin dərinliyində bütün varlığı ilə ona bağlanmışdı. Həm də bu qızın çox gənc ikən ərini itirməsi və körpə uşaqlarla qalması onu çox ağıllı, təmiz Klaraya məhəbbətini artırmışdı. O, həyatında olan hər şeyi bu gənc ............. məyus elədiyi qadınla bölməyə hazır idi. Hətta Conun məhəbbətin də. Bir də Luiranın qısqanmamasının bir səbəbi də və bəlkə də əsası da Conu həddən atrıq sevməsi, ona inanması idi. O elə hesab edirdi ki, Con nə edir, etsin səhv etmir. Conu xoşbəxət edəcəy hər şey onun da xoşbəxtliyi idi. Təki Con dünyada var olsun. Həm də onun gözü qabağında olsun.

Luiranın belə, bu xasiyyətdə, həyata qarşı belə ehtiyacda yəni gözü tox olmasının səbəblərindən biri də onun qabaqkı taleyinin buraxdığı izdən irəli gəlirdi.



Xxx

Luira Kopanhagendə anadan olmuşdu. Onun böyük bacısı .......... on iki yaşları olanda atası Danzel, anası ........... dan ayrılmışdı. Ata ilə ana arasında gedən çəkişmənin nəticəsində qızları ikisidə atalarının himayəsində qalmalı olmuşlar. Az keçməmişdi ki, atası Karla adlı bir qadınla evlənmişdi. Ögey anaları Karla hədsiz gözəl, həm də atalarından xeyli cavan olduğuna və bəlkə də bunlara görə də yox elə, özünün vərdiş etdiyi həyat tərzi və aldığı tərbiyə ilə bağlı ərköyün böyümüş, ev işlərinə baxmayan, özündən başqa heç kimi sevməyən, bütün böş vaxtını öz geyimi və səliqəsi ilə məşğul olan və güzgü ilə bəhsə girib onunla rəfiqəlik edən bir qadın idi. O, ümumiyyətlə özü də uşaq istəmirdi, uşağı da özünün rahatlığını pozan, onu zəhərə çöndərən artıq bir əşya hesab edirdi. Korla gözəlliyi, həm də xeyli cavan olması iləəri Denreli özünə tabe edə bilmişdi.

Yaşı nə özünü tam idarə etməyə, nə də ev işlərini görməyə imkan verməyən qızlara bu ögey ana nəinki qayğı göstərməyə cəhd edirdi, əksinə qızlar üçün elə əziyyətli vəziyyət yaratmışdı ki, bu hal dözülməz idi. Yasminin on dörd, Luiranın on iki yaşları olanda ögey anaları Karlanın hökmlü istəyi ilə ataları Danzel Amerikaya köçməli oldu. Xeyli axtarışdan sonra onları Çikaqoda məskən sa........ çox böyük mənzilləri olmasa da, ev xidmətçiləri olsa da yenə də ögey anaları onlara zülm etməkdə davam edirdi. Onun ev işlərindən əlvə qəzlara verdiyi ən böyük əziyyət onların həyatın bütün xoş yaşantılarından məhrum etməsi olmuşdu. Qızlar heç bir şənliyə, bayramlarda gəzintiyə, kinoya, teatra, rəfiqə və dostları ilə gəzintiyə buraxılmırdı. Onların evdə də hərəkətləri məhdudlaşdırılmış, ancaq öz otaqlarına bağlanmışdılar. Cürbəcür bəhanələri onların oxumamasına da maniyələr törədilir, dərsə davamiyyətləri pozulurdu. Yasminin on altı yaşı tamam olanda Karla ərini məcbur etdi ki, qıza pasport çıxartsın. Onu məktəbdən ayırıb işə düzəltsin. Bir ay olardı ki, Yasmin tikiş fabrikinin nəzdindəki peşə məktəbindəki kursa gedirdi. O, altı ay oxuyub fabrikə işə düzələcəkdi. Otuz birinci gün Yasmin məktəbdən qayıdıb gəlmədi. Atası Danzel işdən gəlib məktəbə getdi öyrənsin nə baş verib. Ona dedilər ki, heç nə baş verməyib, Yasmin .......vaxtı dərsin təcrübəsini qurtarıb gedib. Səhəri də atası Yasminin kurs yoldaşlarından sorğu aparıb öyrəndi ki, hər gündə olduğu kimi o rəfiqələri ilə avtobus dayanacağına qədər gedib, oradan həmişə olduğu kimi hər kəs öz istiqamətinə gedib. Üç gündən sonra polisə xəbər verilsə də dördüncü gün qonşuluqda bir qadın gəlib onlara bir bağlı məktub verdi. Açıb oxudular ki, Yasmin yazıb ki, ata mən on altı yaşımda olmuşam ki, pasport alıb ögey anamızın zülmündən xilas olub öz vətənimə, öz doğma anamın yanına qaçmağı səbirsizliklə gözləyirdim. Ata mənim bacım, sənin qızın Luiraya yazığın gəlsin. Onu Karla dolu siması, gözəl qəlbi, ürəyi, ruhu lənətlənmiş ........qatilinin əlindən, zülmündən xilas et. Onu ver dövlət litseylərinin, internat məktəblərinin birinə. O da azad olsun. Siz də istəyərsiniz uşağınız xoşbəxtliyə çatsın. Ata bil ki, iki bacı həyatımızı yaxşı bilən və hər gün bizim üçün göz yaşı tökən bir müəlliməm mənə kömək etdi. O, mənim biletimi alıb bir yaşlı etibar elədiyi qadınla yola saldı. O qadın harda olursa olsun mənim anamı tapıb məni ona təhvil verəcək. Canım, gözüm, bacım səni cəhənnəm əzabında atıb qaçıram. Çalışacam səninlə əlaqə yaradam.

Ən böyük arzum atamı məhkəməyə verib səni onların əlindən almaqdı. Bunu ətmiyənə qədər hər gün göz yaşı tökəcəm. Atama, analığıma nifrət edirəm. Səni bağrıma basıb, heç vaxt qollarımın arasından buraxmaq istəmirəm. Yasmin.



Yasminin evdən doğma anasının yanına qaçması, özü də belə məktub yazıb atasına, analığına nifrət etdiyini elan etməsi Luiranın onsuz da qara günün lap zülmətə döndərdi. O, gündə neçə dəfə dərdlərini bölüşərək baş-başa verib ağlayıb ürəylərini boşaltmaq, sığınacağı bacısından məhrum oldu. Yasmin ögey analığının ən çətin tapşırıqlarını öz üzərinə götürür, onun təhqirlərinə qarşı özünü qabağa verirdi. Luiranı qorumaqla cəmi iki yaş fərqli bacısına analıq etməsi cəhdi ilə təsəlli tapırdı. Luiranı çimizdirir, yedizdirir, geyindirir, yatanda onu qucağına alıb üz-gözündən öpüb saçlarını sığallaya-sığallaya yatırdırdı. Yasmin yoxa çıxandan sonra o, Luira dörd gün gecə-gündüz ağladı. Əlinı nə su, nə də çörəyə vurdu. Heç ona çörəy ye, su iç, ağlama deyən də yox idi. Beşinci gün atası onun üstünə hirslənib güclə onu məktəbə apardı. Bu qızların taleyinə açıyan və Yasminə himayəçilik edib onu vətənə göndərən müəllimə Luiraya yaxınlaşıb onun alnından öpüb, əlindən tutub oxumağa apardı. Yasminin məktubunu ona verib, bacın xahiş etdi ki, bunu sənə verim. Mən bilmirəm orda nə yazılıb. Ancaq məndə səndən çox narahatam. İmkanım olsa elə bu dəqiqə səni evimizə apararam. Təəssüf ki, bu mümkün deyil. Ancaq bunları həm Yasmin istəyirdi, həm də mən sənə deyəm. Səndə taleyin alnına yazdığı bu çətinliyə iki il dözməlisən. Ögey ana vardı ki, sən çörəy yeməyibsən, su içməyib və acından öləsən. O səndən canın qurtarıb asudə olsun. Ancaq bil ki, sənin başına bir iş gəlsə bacın Yasmin yaşaya bilməz. o, deyirdi ki, səni hər gün yanında görəcək və sənin nə etdiyini ağlayıb və ağlamadığını hiss edəcək. Müəllimə Luiranın əlindən tutub onu yedizdirdi. Luira evə gəlib tələsik otağına keçib bacısının məktubuna açıb oxudu. “Canımdan artıq sevdiyim Luira mən gedirəm. Mən səni atıb getmirəm. Mən gedirəm ki, gəlib səni də bu zülmdən qurtarım. Bilirəm məndən sonra sənə çətin olacaq. Ancaq bu vəziyyəti boynu bükük gözləmək olmaz. Mən atamı məhkəməyə verib səni ondan alacam. Sən almadığını mən ondan alacam. Sən olmasaydın mən çoxdan özümü öldürərdim. Sən də mənə görə özündən muğayat ol. Bəli, sən ağlayıb çörəy yeməyən gün mənim canıma od çöküləcək, gözümə yuxu getməyəcək. Nə dərdin olsa Colantiye müəlliməyə deyərsən. Bacın Yasmin. “

Luira Yasminin yazdıqlarına inandı. Həqiqətən elə bildi ki, çörəy yeməsə, ağlasa, özünə bir şey eləsə o saat Yasmin xəbər tutacaq, onun fikrini edib, dərd çəkib ağlayacaq. Ona görə özünə söz verdi ki, ona qədər zülm etsələr də dözəcək, hələ üstəlik ağlamayacaqda. Yasminin yuxusuna girib onu narahat etməsin. Günlər leçirdi. Yasmindən xəbər çıxırdı. Ona edilən əzəblarda çoxalırdı. Analığı hər şeydə əndazədən çıxırdı. O artıq əri, Luiranın atasını da saya salmırdı. Günü gündən içkiyə meyl edirdi. Gününü restoranlarda keçirdirdi. Ona ata mülkündən xeyli pul qalmışdı. İstədiyi kimi, gəzir, yeyir, geyinir özünə yeni aşnalar tapırdı. Luiranın on altı yaşı olanda o, açıq-açığına qızlığının gözəlliyinə paxıllıq etməyə başlayırdı. Əvvəl o çalışdı ki, əvvəllər evdən çölə buraxmadığı Luirani küçəyə itələsin, onun avara oğlanlara, qızlara qoşulub pozğun həyat sürməsinə alışdırsın. Luiraya pul verib, onu qıçı, qolu açıq paltar geyib, parklara getməyə təhrik edirdi. Ancaq nə edirdisə necə əsəbləşib qızı döyürdüsə Luira həyətdən kənara çıxmırdı. Ya qapının arxasında, ay da həyətdə gözə görünməyən yerlərdə daldalanıb evə qayıdırdı. Sonradan qızın öz başına pozulmadığını görüb, guya xasiyyəti dəyişməmiş kimi mülayimləşib Luiranın üzünə gülüb onunla dost ana-bala olmağa, onun özü getdiyi yerlərə aparıb .............. uyğunlaşdırıb həm içkiyə, həm də kişilərin qoltuğunda gəzməyə alışdırmağa çalışdı. Analığın bu niyyəti də baş tutmayanda o Luiraya olan zülmü bir az da artırdı. Ona yaraşan bütün paltarlarını məhv elədi. Ev işlərini atrırdı, və onlarla bir süfrədə oturmağı qadağan edib, mətbəxdə qabaqdan qayıtmış yeməklərlə qidalanmağa məcbur etdi. Həftədə bir dəfədən artıq yuyunmağavə güzgü qabağında durub daranmağı qadağan etdi. Luira bütün bu işgəncələri qəbul edib, nə vaxtsa bacısı Yasmin kimi bu əzablardan azad olunacağına özünü inandırmağa çalışırdı. O, bir müddətdən sonra bacısının doğma atasının onun bundan xilas edə biləcəklərinə ümidini itirdi. O, xəyalında onu əzablı həyatdan qurtara biləcək ağ atlı oğlanın surətini yaratmağa çalışdı. O, nağıllardakı ağ atlı oğlanın surətini kağız üzərində çəkir, günlərlə, aylarla bütün boş vaxtlarını onunla söhbətdə keçirir, bəzən bütün gecəni yatmayıb nə də gözün onun gözlərindən çəkməyib, onun nə vaxt gəlib, onun nə vaxt bu əzabdan qurtaracağı barədə onunla birlikdə yollar axtarır, mübahisə edir, sözləri düz gəlməyində hönkürüb ağlayır, ondan küsüb inciyirdi. Sonra da sən gəlmədin deyə xəyalında başqa qəhrəmanın, yəni sevgilisinin surətini yaradırdı. Bir müddət keçəndən sonra hamıdan güclü, hamıdan boylu-buxunlu qamətli, yaraşıqda tayı olmayan, ondan ötrü bütün dünya əsgərin qırıb çatıb, özünə dağdan dərədən ögey anası Kamla, elə doğma atası Denzel kimi düşmənləri məhv edib onun bir..........olan bu oğlan qapını açıb, onun otağına girib, əlindən tutub, onu götürüb qaçmışdı. Luira bu qəhrəmanından küsüb, yenə xəyalında axtarışa çıxıb onu xilas edəcək oğlanın əsil surətini yaratmaq üçün gecənin həsrətli düşüncəsində onu kağız üzərindəki cığırlarını yaradırdı. O, çəkdiyi əzab əziyyətləri acı həyatının içərisindən onu xilas edəcək..... xəyal sevgilisinin mütləq gələcəyinə uşaq sadəlövlüyü ilə inanır, bütün ümidini bu xəyala bağlayıb zəifləmiş bacısının ancaq böyük ruhu ilə özünü yaşatmaq üçün çalışırdı. Atası Luiraya pasport aldığdan sonra Yasminin hərəkətindən dərs alaraq Luiranın pasportunu çox gizli saxlayırdı. Luiranı toxuculuq texnalogiyası peşə məktəbində oxumağa məcbur etmişlər. Ikinci ilin ilk ayında onları üç ay müddətinə ........... toxuculuq dəzgahları istehsal edən zavoda təcrübəyə göndərdilər. Onlar üç gün zavodun tədbirlər keçirilən ümumi zalında zavodun mühəndis texnalogiyaları tərəfində toxuculuq sənayesinin əhəmiyyətindən, bu səhənin inkişafı üçün yeni texnalogiyanın tətbiqindən və Kamboriada yerləşən bu zavodun buraxdığı dəzgahlardan və onların tətbiqi üsullarından danışıb, gələcəyin tovucularını texnalogiyanın nə dərəcədə əhəmiyyət kəsb etməsi ilə məlumatlandırırdıılar. Məktəbdən onların üstündə rəhbər gəlmiş bir müəllim və müəllmə ilə onlar, yəni gəldiklərinin dördüncü günü təcrübə keçəcəkləri sexin qarşısında cərgə ilə durub onları sexlərlə tanış edəccək və ümumiyyətlə, əvvəl-axır onların təcrübəsinə cavabdeh olan ustanı gözləyirdilər. Kənardan onlara tərəf gələn usta göründü. Luira başda dayanan müəllimə ilə və yaxınlıq etdiyi rəfiqəsinin arasında dayanmışdı. Bu heç kimin üzün görmədiyi usta adlanan şəxs onlara yaxınlaşdıqca Luiranın bədənindən başlama tərləmə artırdı. O, qəfil nədənsə bərk qorxmuş kimi tez müəllimə ilə rəfiqəsinin əlindən tutdu. Həm müəllimə, həm də rəfiqə qızın əlindəki titrətmədən qorxaraq ona baxdılar. Qızın bütün bədəninin titrədiyini və üşümüş olacağı kimibütün vücudunun əsdiyini gördülər. Onlar nə olduğunu çatdırıb soruşmağa macal tapmamış usta onlara yaxınlaşanda Luira güclə müəllimə sən gəldin deyib onların arasından axıb arxaya aşdı. Bu vaxt arxa cərgədə olan qızlar yerə çırpılmasın deyə onu havada tuta bildilər. Ancaq Luira tam huşsuz vəziyyətdə idi. Usta onlara çatıb salam verib tanış olmaq məqamında belə hadisənin baş verməsi aranı qatdı. Luiranı özünə gətirmək mümkün olmadı. Usta qızın vəziyyətinin yaxşı olmadığını görüb, özü gedib zavodun çağırmağın gec olacağını fikirləşib, qızı qolları arasına alıb həkim məntəqəsinə tərəf yüyürdü. Usta bir az getmişdi ki, qızın vəziyyətinin necə olduğunu öyrənmək üçün başı sinəsində olan bu qıza baxdı və aldığı güclü zərbədən bütün bədəni silkələndi və bir an nəfəsi tıxandı. Həddindən artıq iradəli və təmkinli olan usta bu nədi, sənə nə oldu? Bu nə deməkdi. Axı, mən xəstə aparmıram, bunun mənə nə dəxli ola bilər? O, dayanıb durdu, bu andan qabağa qaçmağa çalışdı. Ancaq qorxusundan bir də Luiraya baxmadı.

Həkim dedi ki, qız güclü həyəcan keçirib. Ancaq onun nədən nə təhər həyəcan keçirdiyinin onun müəlliməsi məndən yaxşı bilmiş olar. Zema müəllimə qızın həyəcanının haradan başlandığının, uxta yaxınlaşan kimi onun müəllimə Con gəldi – deyib özündən getdiyini görmüşdü. Ancaq bunu həkimə necə dedin? Necə desin ki, necə desin ki, tanımazı, bilməzi görən bu şagirdimiz sizin zavodun ustasını görən kimi bu günə düşüb. Belə yüngül hərəkət necə qarşılanar, bizə, Luiraya nə qiymət verərlər.

Həkim çox çalışdı, lazımi tibbi yardımı etdi. Ancaq Luira özünə gəlmədi. Daha doğrusu bu müalicənin Luiraya xeyri olmadı. O, özünə gəlib gözün açmaq məqamına gələndə oğlanı görə biləcəyinin qorxusundan özündən gedirdi. Həkim Luiranın müəllimlərinə dedi ki, çalış onun yanından uzaqlaşma. Bu qızın dərdi-sərini siz yaxşı bilərsiniz. Fikirləşin görün bu niyə bu hala düşə bilər. Tapa bilsəniz o gözünü açan kimi dərhal o məsələ haqqında haqq-nahaq ona təsəlli verin. Zema müəllimə Luiranın əynindəki tərləmiş paltarını dəyişmək üçün onun otağına gedib çantasını açıb paltar götürəndə açıq dəftərini kitabçada qələmlə çəkilmiş şəkil gördü. O, dəftəri götürüb vərəqlədi və çarpayıya çöküb halsız qaldı. Bu nədi ilahi? Bu nə möcüzədi?. Bu necə ola bilər? Bəlkə Luira bu ustanı tanıyır. Tanımadan bu əksi necə yarada bilər. Dəftərdə on nəfər oğlan şəkli var idi. Birinci şəklin altında yazılmışdı bacım səni göndərəcək ki, məni xilas edəsən. Sonra yazılmışdı ki, sən gəlmədin və şəklin də üstündən çarpaz xətt çəkilmişdi. İkinci şəklin altından isə sən dəryalardakı dalğaları aşıb gəlib məni azad edəcəksən. Sonra yazmışdı ki, sən də gəlmədin. Bu şəklində üstündən çarpaz xətt çəkilmişdi. Doqquz şəklin altından sən də gəlmədin yazılmışdı. Onun şəkli indi müəllimənin gördüyü ustanın surəti idi. Luira şəklin altında yazmışdı ki, Con səni tapdım, sənin surətini bir dəfəlik qəlbimə həkk etdim. Sən mütləq gələcəksən. Ancaq sən məni bu zülmdən azad edəcəksən. Səndən başqa bu dünyada heç kimi sevməyəcəm. Sənin şəklini yaradanda özümü xoşbəxt hesab edirəm.

Zema müəllimə yuxuya gedirmiş kimi xeyli nə yerindən qalxa bildi, nə də fikrini bir yerə cəmləyə. Ancaq fikri onun üstündə qalmışdı ki, bu ola bilməz. Ola bilməz ki, hardasa, nətəhərsə Luira bu oğlana görüb ona vurula. Görmədiyin adamın bu qədər oxşar surəti necə yaratmaq olar. Bu mümkün deyil. O, dəftəri əl çantasına qoyub otaqdan çıxdı.

Zema müəllimə otağa qayıdanda həkimi Luiranın yanında qoydu. Nəinki narazı ifadə ilə müəllimədən ləngiməyinin səbəbini öyrənə bildin? Deyə- soruşdu.

Zema müəllimə də elə həmin ağıllı ifadə ilə bəli öyrəndim-dedi və həkimi mizə dəvət elədi. O dəftərini çıxarıb birinci şəkilindən başlayıb, axırıncı bu şəkli olan vərəqi açanda həkim özün saxlaya bilməyib bu........ sevimli ustamız Conun surətindir. Zema bu ustanın adının Con olduğunu eşidib təkrar möcüzədən sarsıldı. Ancaq yenə də özlüyündə bu elə-belə ola bilməz-dedi. Görəsən nə vaxtsa bu Con adlı oğlanı görüb- deyə fikirləşdi. Zema müəllimə bir az bundan qabaq baş verən hadisəni ustanı görəndə qızın əsməyə düşməsini, onun əlini necə əsməyə düşüb titrədiyini, usta yaxınlaşanda müəllimə Con gəldi deyib, özündən getdiyini danışdı.

Zema həkimə dedi ki, mən çox əminəm ki, Luira bu oğlanı heç vaxt, heç yerdə görməyib. Bu qızın xəyalən yatardığı oğlanın əksidir. Çünki, həkim biz bu qızı çox yaxşı tanıyırıq. O, bağlı çarx arxasından heç yerə çıxmayıb. Birdə onun belə tanıdığı oğlan bu qızı çoxdan o zülmdən azad edərdi. Həkim dedi ki, bu boyda möcüzə ola bilməz. tanımaya-bilməyən insanın belə surətin çəkəsən. Mükəmməl çəkilmiş surətlərdə belə oxşarlıq ola bilər. Ancaq bu dərəcədə mümkün deyil. Bizim Con çox ağıllı və cəsarətli oğlandı. Amma bayaq qızı bura çarpayıya qoyanda onun da əsdiyini hönkürüb ağlayacaq kimi tutulduğunu, indi də tez-tez məndən qızın halını soruşub, maraqlanırdı. Birdə müəllimə siz deyirsiniz ki, ola bilsin qız Conu əvvəllər tanıyıb. Axı qız onu tanıyırsa Con da onu tanımalı idi. Qız onun tanış olduğunu mütləq mənə deyərdi. Və ona daha yaxşı baxmağımı təveqqə edərdi. Düzdü, o təvəqqe etdi, ancaq bəlkə də qızın bu halına ürəyiyananlıq kimi etdi. Hər nə isə, yaxşı olar ki, sən bu şəkilləri gördün, həyəcanın nədən yarandığını öyrəndik. Deməli bunun işi iynə, dərmanlıq deyil. Sən qızın ayılmasına hazır olmalısan. Bir halda ki, səbəbi bildik, indi o barədə fikirləş, gözünü açan kimi onunla söhbəti elə qur ki, o deyilən hər bir kəlmənin arxasını gözləsinvə bu marağın arxasınca düşüb bayaqkı duyğuya qayıdanda bilməsin. Ancaq nə olursa olsun o üç gün burada mənim nəzarətim altında qalıb bu gərginlikdən çıxmaq üçün müəyyən müalicə almalıdı.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə