Qarşısına qoyulacaq ilk ölüm-qalım imtahan olacaq. Müzakirələrin gedişində təşkilatın zəngi quru bu məsələnin ümumi fonlaktının açıq müzakirəsində qərara verilməsinin əleyhinə çıxdı



Yüklə 0,77 Mb.
səhifə3/13
tarix15.03.2018
ölçüsü0,77 Mb.
#32226
1   2   3   4   5   6   7   8   9   ...   13

Həkim otaqdan çıxandan sonra Zema müəllimə dəftərdəki Con adlı oğlanın surətinə baxıb, yazılanı təkrar-təkrar oxudu. Şəklə baxıb Luiranın sən mütləq gələcəksən, gəlib məni azad edəcəksən sözlərini oxuduqca elə bil ağır yük altında qalıb boğulurdu. Birdən fikrinə gəldi ki, gedib şəkilləri Cona göstərib onun Luira ilə tanış olub olmadığını soruşsun. Onun cavabından asılı olmayaraq hadisənin necə baş verdiyini ona danışsın. Desin ki, Luira onun ucbatından bu vəziyyətə düşüb. Sonra fikirləşdi ki, bu ixtiyar ancaq Luiranın özündədi. O, özü bu xəyal qəhrəmanı haqqında qərar verə bilər. Birdə indi aparıb şəkli ona göstərib siz bu qızın xəyal qəhrəmanı, sevgilisisiniz demək bu möcüzəni sındırmı. Olar. Heç əslində oğlan buna inanmaya bilər və ola bilər ki, belə təqdimat onun ürəyinə yatmaz. Qoy Luira oyansın mən bir yolla onu ələ alım, sonra onunla birlikdə bu barədə fikirləşərik.

Luira yarım şüurda idi. O hər şeyi hiss edirdi. Hadisənin də necə baş verdiyini yatıb yuxuda anlayırdı. Ayılmaq da istəyirdi, ancaq gözlərin açmaq istəyəndə birdən görür ki, Con durub başımın üstündə gözlərin zilləyib gözlərimə onda mən nə edərəm? Qorxusundan ayılmaq istəmir, yenə həyəcandan burulurdu. Ya da fikirləşirdi ki, ayılar görər Con yoxdu, onu atıb getdi. Özü də deyər ki, nə olsun bu qız mənim surətimi çəkib, məndən özünə qəhrəman, sevgili yaradıb, özü də altından da yazıb ki, sən mütləq gələcəksən. Mən nə belə qız tanıyıram, nə də onun yanına qayıtmaq istəyirəm. Yenə Luira boğulub özündən getdi. Ancaq nə olursa olsun o, uzun illərlə xəyalən yaratdığı qəhrəmanını həyatda bircə dəfə də olsa görmək istəyirdi. Ona yaxından baxıb, ürəyindən keçirmək istəyirdi ki, bax mən dediyimi elədim. Sən səmadan qopub öz ayağınla gəldin və məni də gördün. İndi hara gedirsən get, ancaq mənə bundan heç nə lazım deyil. Mən bildim ki, mən olan dünyada sən də yaşayırsan. Sən də varsan.Luira hərdən həzin səslə Zema müəllimənin onu çağırdığını eşidib, hətta əlinin saçlarında gəzdirdiyini də hiss edirdi.

Xxx


Luira gözlərini açdı. Gözlərində dumanlıq çəkilirdi. Zema müəlliməni gördü. Otağa göz gəzdirdi. Heç kəsi görmədi. Elə bil sevinən kimi oldu. Sonra nəfəsi tutuldu. Həyəcanla Zema müəlliməyə baxıb o necə oldu? Yaxşı oldu ki, o burada olmadı. Müəllimə məni gizlət. Mən qorxuram. Bu belə ola bilməz. bu mənim həmişə səmada olacaq, heç vaxt yerə enməyəcək arzularım idi. Bəlkə də o yenə yox olub səmaya qalxdı. Bu yuxu idi müəllimə. Müəllimə vallah mən onu gördüm. O, bizim yanımıza qədər gəldi. Sonra yox oldu.

Zema müəllimə bu fürsətdən istifadə edub, Luiranı qolları arasına alıb onu sinəsinə sıxıb, burda, o heç yerə getməyib, nədə getməyəcək. Bu həqiqətən möcüzədi. Ancaq gerçəkdi. Mən dəftərdə olan şəkilləri gördüm və şəkillərin arasında onu da gördüm. Bu oğlanın da adı həqiqətən Condu.

Con adını eşidəndə Luira hönkürüb ağladı.

Bu vaxt qapı açıldı. Luiranın rəfiqəsi ilə Con içəri girdi. Luira hönkürüb, bir az da toxtayıb, gözlərini açmadan müəllimə məni gizlət. Mən qorxuram. Məni burdan apar. Yox aparma. Məni heç yerə aparma. Qoy ömrü boyu burda qalım. Mən onu birdə görməkdən çox qorxuram. Ancaq onu birdə görüb heç vaxt bu yuxudan ayılmaq istəmirəm. Luira birdə hönkürdü. Rəfiqəsi istədi irəliləyibonu qucaqlasın. Zema müəllimə onlara işarə ilə otaqdan çıxmalarını istədi. Onlar narahat, təəssüflə otaqdan çıxdılar.

Luiranın rəfiqəsi dəhlizə çıxan kimi hönkürüb ağladı. İlahi bu nə möcüzədi belə. Axı bu necə ola bilər.

Con dözməyib onunla üzbəüz dayanıb, axı nədi? Nə möcüzə baş verib? Siz niyə möcüzə deyirsiniz? Sonra da yenə ağlayıb mən bunu deyə bilmirəm. Mən onun dəftərindəki çəkdiyi şəkilləri görmüşəm, altında yazdığı sözləri də oxumuşam. Bu həqiqətən möcüzədi. Ancaq mən heç nə deyə bilmərəm. Mən də onun yerinə bu işdən qorxuram. Bunun necə baş verə biləcəyindən baş açmaq olmur. Ancaq usta sən bunları gec-tez biləcəksən. Onda sən özün də həyatda belə möcüzə baş verə biləcəyinə inanmayacaqsan. \

Luiranın ayılıb özünə gəlməsi xəbəri yayıldı. Qızlar və zavodun sələhiyyətli işçiləri qıza baş çəkməyə gəldilər. Əvvəl Zema müəllimə müəyyən əsassız bəhanələrlə Conu yalvar-yaxar edib, onun içəri girməsinin hələ lazım olmadığını dedi. Sonra da həkim kəkələyə-kəkələyə dedi ki, qız guya sizi kiməsə oxşadıb, həyatda belə hadisələr çox olur. Belə hal bu yaşda qızlarda daha çox görsənir ki, tanımadığı adamı görəndə ya qəfil ondan acığı gəlir, ya da ona elə vurulur ki... Buna da cavanlar dözmürlər....... bu hal hamıda ola bilər. Sən bunu öz üstünə götürmə. Nə də qızı qınama. Buna görə də hələ sənə içəri girmək olmaz. Bir az vaxt lazımdı keçsin ki, ondan sonra nə qədər girərsən, çıxarsan özün bilərsən.

Bu qədər qırıq-qırıq söhbərdən yenə Con heç nə başa düşməyib, axı həkim mənə niyə açıq demirsən ki, mən niyə içəri keçə bilmərəm sualına, həkim mən bundan artıq heç nə deyə bilmərəm Con.....

Con onsuz da bayaq qolları üstündə özündən gedib mürgüləmiş Luiraya baxanda iyirmi üç yaşına qədər keçirmədiyi sarsıntını keçirmiş və zərbəni almışdı. Həmin andan keçən bu səkkiz saat ərzində o nə qədər əlləşmişdisə də içərisinə dolmuş bu təlatümlü gərginliyi azaltsın, bunu bacarammırdı. O, bu yaşa qədər çox qızlarla tanışlıq etmiş, onlarla qol-boyun olmuş, əl-ələ tutub min cür şənlik etmişdir. Ancaq heç vaxt onun ürəyi indikinin mində biri qədər çırpınmamışdı. Heç ümumiyyətlə ürəyinin çırpınıb, qəlbinin itiləndiyi heç bir anı xatırlamırdı. Bəs indi ona nə oldu. Heç o da qızın gözlərinin aşıq rəngini də görməyib. Bir kəlmə acı, şirin sözün də eşitməyib. Gülüşün də görməyib. Ona nə oldu? Conun da düşdüyü möcüzə bu idi. Bu qız birdən-birə onun bütün varlığına çevrilmişdi ki, sanki burdan o tərəfə həyat yox idi. Bayaq Luiranın rəfiqəsi ......... qırıq-qırıq sayıqlayırmış kimi deyirdi ki, mən bunları sənə deyə bilmərəm. Mən onun dəftərində şəkilləri görmüşəm. Yazılan sözləri də oxumuşam. Ancaq usta sən bunları gec-tez biləcəksən. Mən nələri biləcəm? Bu qız baş verənləri niyə mənə deyə bilmir. Burada mənlik nə vardı. Həkim də sayıqlayırmış kimi deyir ki, guya kimsə kimsəni qəfil görəndə ya ondan acığı gəlir, ya da ona elə vurulur ki.. bu hadisə də mən ora gələndə, onlara çatanda baş verdi... Onun məndən niyə belə acığı gəlməlidi ki... düz, əməlli görməmiş niyə vurulmalıdır ki.... Ürəyi getməli olsun. Bəs bayaq Luira adlı bu qız müəlliməsinə niyə deyirdi ki, məni gizlət, məni buradan apar. Sonra da deyirdi ki, yox aparma, qoy ömrü boyu elə burada qalım. Mən onu birdə görməkdən çox qorxuram. Ancaq onu birdə görüb, heç vaxt ayrılmaq istəmirəm. O məndən başqa kimi görüb. Bəlkə bu qız həqiqətən xəstədi. Əqli yerində deyil. O, əqilsiz nə iş görüb ki, mən onun haqqında belə fikirləşməli oluram. Zavodda hamı gəlib qıza baş çəkib, məni onun yanına buraxmayırlar. Qoy ya günahımı desinlər, ya da hansı səbəbə buraxmayırlar aydınlaşdırsınlar. Con əsəbi halda sexdən çıxıb, həkim məntəqəsinə dikəldi. Pəncərədən onun gəldiyini görən Zema müəllimə dəhlizə çıxdı. Conun çox gərgin olduğunu hiss edib, onu saxlamağın çətin olacağından qorxub gülə-gülə Conun qarşısına getdi. Cona çatar-çatmaz Con Luira çox yaxşıdı. Qızlar onun paltarını dəyişdirirlər. Sonra da saçını darayıb, üz-gözünü səliqəyə salacaqlar. Con əsəbi halda: Sonra da bir bəhanə tapıb məni onun yanına buraxmayacaqsınız. Mən də bu gündən sizin qədər Luiranın sağlamlığına cavabdehəm. Bəlkə məni usta hesab etmirsiniz. Məndən inkar edirsiniz. O qızın da məndən zəhləsi getdiyinə görə o günə düşüb.

Zema müəllimə bilmədi Conun bu sözlərinə gülsün, ya ağlasın. Bağırıb desin ki, Con indi Luiranın hamıdan çox sənə dəxli var. O, heç kimin deyil, sənindi. Ancaq bu sənin olanı sənə necə təqdim etməyin çətinliyi var. Bunun üçün cəmi bir neçə gün vaxt lazımdı. Baxıb gördü ki, Conun həqiqətən bədəni əsir. O, Conun əlindən tutub, oğlum, sənin heç bir təqsirin yoxdu. Məsələ də tamamilə başqa cürdü. Baş verən hadisə elədi ki, elə buna inanmaq mümkün deyil. Həm də bu hadisə səninlə bağlı olduğuna görə bunu açmaq çox tezdi. Səndə hər şeyə şübhə yarana bilər. Bu həqiqətən ağla gəlməyən bir hadisədi. Sən heç olmasa bir-iki saat mənə vaxt ver, sonra yataqxanada mənim yanıma gəl, onda mən hər şeyi açıb sənə deyərəm. Ancaq yenə deyirəm bunları sənə demək çox tezdi. Mən bundan çox qorxuram. Mən çox inanıram ki, hadisənin sonu baş verən möcüzə kimi gerçəkliklə qurtaracaq. Ancaq mən istəyirəm ki, bu bir az başqa cürə olsun. Sən Luiranı heç olmasa bir az tanıyasan ki, baş vermiş hadisəyə inanasan. Eybi yoxdu. Mən arxayınam. Sən axşam mənim yanıma gəl. Hər şey sənə aydın olacaq.

Luira illərlə yaratdığı xəyalların içərisində xoşbəxt idi. Ögey anasının ona illərlə etdiyi zülmü az qala unutmuşdu. İndi heç atasız, anasız de deyildi. Bacısı Yasmin də onu azad edəcək oğlanı göndərmişdi. Zülmət qaranlıq birdənbirə bir anın içində ağappaq gündüzə dönmüşdü. O xəyal qəhrəmanını özü görmüşdü. Conun surətini yaratdığı andan düz bir il keçmişdi. Bu bir ildə bir anda olsun bu xilaskarı olan sevgilisindən ayrı düşməmişdi. Nə də Con onu nə qədər incitsə də ondan ayrı düşməyəcəkdi. Çünki onu seçib özünə qəhrəman etdiyi bu surət idi. Bu başqa ....olmayacaqdı. İndi o şən idi. Qızlarla deyib-gülürdü. Onun rəfiqəsi Sandra özünü saxlaya bilməyibqızlara demişdi ki, Luira Conu görəndən sonra bu günə düşdü. Özü də Luira bir il bundan qabaq arzuladığı oğlanın surətini yaradıb. Altında da bu sözlərlə yanaşı ona Con adı verib. Elə bayaq usta bizə tərəf gələndə mən də elə həyəcanlandım ki, elə bildim Luiranın dəftərindəki Condu. Ordan qopub gəlib. Qızlar bu söhbətə yuxuda uşaq oyunu kimi yanaşsalar da, Luiranın bu hala düşməsinə ürəyi yananlıq edib, onun ürəyini açmaqdan ötrü əllərindən gələni edirdilər. Birdə onlar bu cavan ustanı görəndən Luiranın halına düşməsələr dəhər biri bu çox qamətli oğlan haqqında düşünüb onu özlərinə gizli nişanlı seçməkdən çəkinə bilməzdilər. Ancaq Luiranın dəftərindəki yaratdığı Conun surətini olduğu kimi yaratmasını da uydurma hesab etmişdilər. Birdə necə olursa-olsun Conu Luiraya vermək istəmirdilər. Hesab edirdilər ki, bir müddət keçsinonların ustası hamısını tanısın, onlara doyunca tamaşa eləsin. Sonra aramızdan kimi seçir-seçsin özü bilər. Yoxsa hələ yanımız çatmamış biz də bu oğlana baxıb yaxşı-pis deməniş kənardan görünər-görünməz Luiranın bu oğlana sahib çıxmaq istəməsini qəbul etmmək istəmirdilər. Ancaq oxuduqları, bu heç də az olmayan müddətdə çox yaxşı tanıdıqları və xoşladıqları Luiraya yazıqları gəlirdi. Onlar hamısı istəyirdi ki, necə olursa-olsun Luira ögey anasının əlindən tez qurtarsın. Hətta onlardan bəziləri Luiranın vəziyyətini ata, analarına danışıb, onların razılığın da almışlar ki, Luiranı dəvət edib evlərində bacıları kimi saxlasınlar.

XXX


Zema müəllimə çox həyəcanlı idi. Hələ özünün də tam inandıra bilmədiyi bu məchul hadisənin ağırlığı onu sıxırdı. Mən nə danışıramsa danışım Conun deməyə haqqı var ki, nağıl danışma, yalanı yaxşı qura bilməmisiniz. O, qız məni bir neçə dəfə görmüş olsaydı buna inanardım, çünki bu olan şeydi və həyatda da baş verir.

Elə çıxır ki, biz bu oğlana elçi düşüb yalvarırıq ki, görmədən sənə vurulan qızı necə olursa-olsun sən də sevməlisən. Çünki bu qız Luiradı, o həm gözəldi, qızıl xasiyyətlidi, həm də ögey anasının isgəncəsi altında yaşayır.

Ancaq o baxdı gördü ki, Con da çox həyəcanlıdı. O, hər an haldan hala düşür. Özü də Con Luiranı görməyə belə ciddi cəhd edir. O, görmədiyi, tanımadığı bu qızdan ötrü niyə belə narahat olmalıdı. Nə var, nə var onların ustası olaraq deyə bu qədər həyəcan keçirmək də inandırıcı görünmür. O, çayı Conun qarşısına qoyub, onunla üzbəüz oturub onun başın aşağı salmasından istifadə edib xeyli ona tamaşa elədi. Həqiqətən bu oğlanın bütün sifət cizgiləri tam dolğunluğu və yaraşıqlığı ilə təsvirdə öz əksini tapmışdı. Zema müəllimə mizin üstündəki dəftəri yaxınına çəkib Cona baxıb: oğlum həqiqətən biz çox çətin vəziyyətə düşmüşük. Məcburuq sənin qarşında özümüzü yüngül aparaq. Ancaq mənə inan. Bu hadisə Luira ilə deyil, hər hansı başqa bir qızla baş versəydi, lap elə eyni bu cür baş vermiş olsaydı, indi mən nə bu qədər çətinlik çəkirdim, nə də bu hadisəni sizə açmağa ........... mən Luiranın taleyinə yaxından bələd olduğuma görə onun belə bir əfsanəyə, möcüzəyə inanılmaz dərəcədə ehtiyacı olduğuna görə belə bir hadisəyə inanmağa məcbur olmuşuq. O, əlinin altındakı dəftəri Cona tərəf sürüşdürüb,. Con dəftəri aç, ancaq çox rica edirəm hər bir şəklə diqqətlə və sondakının necə hansı çətinliklər yaratdığının şahidi olacaqsan. Con dəftəri açıb, vərəqləyib diqqətlə baxdıqca rəngi qızarır, alnında tər damcıları yaranırdı. O, son vərəqi açanda səksənmiş kimi olmadan öz surətinə, gah da onunla yanaşı çəkilmiş Luiranın şəklinə baxdıqca boğulmağa başladı. O, başını qaldırıb Zema müəlliməyə baxıb çox həyəcanlı səslə müəllimə mənə kömək edin, bu nə deməkdir?
Oğlum çətinlik də elə bunun nə demək olduğunu irad etməlidir. Mən onu bilirəm ki, bu Luira adlı qızın ailəsi təxminən altı il bundan qabaq Kopanhagendən Amerikaya gəlib, bir neçə şəhər gəzib Çikaqoda məskunlaşıblar. Ondan sonra bu qız nəinki o şəhərdən məktəb yolundan başqa evdən çıxıb yüz metr də olsa uzaqlaşmayıb. Mən bilmirəm hardasa bu yerlərdə uşaqlıqda Luira-bu qız sizinlə üzləşib, ya yox. Siz o yerlərdə olmusunuz ya yox.

Con dedi ki, mən bu yerlərdə olmamışam və belə bir qızla da heç yerdə üzləşməmişəm.

Zema müəllimə dedi ki, Con oğlum, sən mənə icazə versən, mən Luiranın taleyi, dünəni, bu günü və həyatı haqqında danışım. Onda bəlkə bu şəklin hardan, hansı zərurətdən yaranması haqqında az da olsa təsəvvürün yarana.

Zema müəllimə Luiranın həyatı haqqında bildiklərini Cona danışdı.

Zema müəllimə danışdıqca Con şəkillərə bir də baxıb birincidən sonuncuya qədər zərrə-zərrə bu surətlərinin ona oxşaya-oxşaya gəlib onun əsil surətinə çıxmasına diqqət verirdi. Con gözlərini Luiranın şəklin altında yazdığı mən bilirəm sən mütləq gələcəksən. Con mən səni tanıdım. Sənin əksini bir dəfəlik qəlbimə həkk etdim. Sən mütləq gələcəksən. Ancaq sən bu zülmdən azad edəcəksən. Səndən başqa bu dünyada heç kimi gözləməyəcəm. Sənin surətini yaradandan özümü xoşbəxt hesab edirəm.

Conun başı guruldayırdı. Bayaq qolları üstündə olan bu qıza baxanda içərisində çaxan şimşəyin atəşi get-gedə gurlaşırdı. Niyə, niyə belə oldum mən?İlahi necə ola bilər ki, uzaqlarda məndən aralı yaşayan bir qız mənim belə surətimi yaratsın. Doğrudanmı, ilahi bir möcüzədir, yoxsa bu qız da, elə mən də yuxudayıq. Con bilə bilməzdi ki Luira düz bir ildi ona, xəyalında yaradıb təsvir etdiyi onun surətinə, öz uydurma qəhrəman sevgilisinə yalvarır ki, Con gəl məni ......... bu qəm dəryasından al apar mənə yanında, qollarının arasında sığınacaq ver. Elə sığınacaq ver ki, bir də heç vaxt məni kənara itələməyəsən. Con kimi sevirsən sev, bütün dünyanı sev, dünyadakı gözəl qızları sev, qoy bir əlin azad olsun, ancaq Con bir əlin mənim olsun. Mənə uzatdığın əlini məndən üzmə. Mənim gedəsi yerim, sığınacaq yuvam yoxdu. Sən əlini əlimdən çəksən mənim dikəlib gedəcəy yerim ölüm olacaq. Mənim səndən sonra azadlığım, xoşbəxtliyim ölümdü. Con yaxşı ki, sən mənim xəyal məhəbbətim, taleyimsən. Mən səni sevməkdə azadam. Sən də olub get deyə bilmirsən. And içirəm sənin xəyal, məhəbbətdən başqa mənim istəyim, heç bir arzum olmayacaq. Yaxşı ki, sən xəyalsan. Səninlə hər gün, hər an istəddiyim yerlərə uçub gedə bilirəm. Dəftərin başqa yerində bunları oxuyan Conun gözləri yaşla doldu. Zema müəllimə şəkillərdən o tərəfə keçib, o yazını oxumamışdı. O, Conun gözlərinin yaşla dolduğunu görüb bir az təskinlik tapıb çox həyəcanla onun nə cavab verəcəyini gözləyirdi.

Con başını qəfil qaldırıb Zema müəllimə məni Luiranın yanına aparın. Özü də indi. Con qorxuram o yenə özünü pis hiss edə. Mən də özümü pis hiss edirəm. Rica edirəm məni onun yanına aparın. Yoxsa sizsiz getməli olacam.

Rəfiqəsi .... ilə bir otaqda qalan Luira qapının döyülməsini eşidib hər ikisi çarpayıdan sıçrayıb qalxdılar. Luira dedi ki, Sandira bu gələn Condu. Qapını belə həyəcanla döyən ancaq onun çırpınan barmaqları ola bilər. O, çaşqın halda otağın yarısına qədər gəldi. Yeriməyə taqəti çatmadı. Sonra da yeriyib qapını açdı. Zema müəllimənin arxasınca içəri girən Conu görən Luira səngərlədi. Con Luiraya sarı sıçrayıb onu tutdu. Luira and içirən sənin iztirablarına nə qədər bu dünyada varam səninlə olacağam, heç vaxt sənin əlini əlimdən buraxmayacağam. Conun bu sözlərini eşidən Luira özündən getmiş və xeyli özünə gəlməmişdi.

XXX

Tibb bacısı Ursula sevinə-sevinə qəzeti Luira ən böyük hərflərlə yazılmış Con yenə həbs edildi sözlərini oxuyub onu birdəstə ölmüş insanların yanlarında gördü. Və ürəyinin sapı qırıldı. O tıxcandı və boğulduğunu görüb, bu vəziyyətdən geriyə yol olmadığını hiss edib var gücünü toplayıb Klara deyə çağırdı. Tibb bacısı gözləmədiyi vəziyyətdən qorxuya düşüb həb içirdib, iynə vurmağa çalışsa da, xeyri olmadı, yəni Luira ona dedi ki, heç nəyə ............. artıq gecdi. Mənim bir neçə dəqiqə vaxtim qalıb. Ursila yalvar-yaxır iynə vursa da heç təsir olmadığını görüb tamam özünü itirdi.



Klara Luiranın həyəcanlı və boğuq səsinə cəld özünü çatdırdı. Onun əlində sıxıb bərk-bərk saladığı qəzetə baxıb Con yenə həbs edildi sözün oxuyub, qəzeti dartıb Luiranın əlindən alıb, bacı uzan, bacı sən uzan deyib onu yerinə rahatlamaq istədi. Luira ona dedi ki, tez uşaqlarını bura çağır. Onlarla xüdafizləşim. Özünə gəl. Mənə qulaq as. Mənim bir anlıq ömrüm qalıb. Klara dəhşət içində uşaqları otağa, analarının yanına yığdı. Luira allahdan möhlət istəyə-istəyə onların əllərini öpüb, bir an onların hər birinə baxandan sonra Coni ilə Ceki bağrına basıb ananız Klaranı incitməyin deyib indi otaqdan çıxın dedi. O, əlini Klaraya uzadıb onun yanında orurmağını istədi. Sən mənim bacımsan. Bundan sonra da olarsan uşaqlarımın anası. Sənə and içirəm. Səni çox istəmişəm. İndi də çox istəyirəm. Heç vaxt da səni Cona qısqanmamışam. Condan muğayat ol. Heç vaxt onu atma. Mən onu gözləyə bilmədim. Mən gözləyə bilməzdim. Çünki mənim əhdim belə idi. Mən Conun əli əlimdə olana qədər onunla yaşamalı idim. Klara Conla özümü on beş dəqiqə ola biləcəyimi özümə xoşbəxtlik hesab etmişəm.ancaq Con məni on beş il xoşbəxt etdi. İndi də xoşbəxt kimi bu dünyadan gedirəm. Cemi görə bilsəydim yaxşı olardı. Mənim ölməyimi ona heç deməyin. Mənim xəttimlə onun məktublarına cavab verin. Cona deyin ki, Luira ona bəxş elədiyin xoşbəxtliyə görə minnətdarlıq edə bilmədi. Hara getməli olsanız mənim də qəbrimi özünüzlə aparın. Hərdən mənim qəbrimin üstünə gələrsiz. Hər gələndə Cona qalan məhəbbətimin bir hissəsini sənə verəcəm. Sevgim, anam, bacım. Klara bacı yox deyə onu qucaqlayıb və huşunu itirdi.

XXX


Keçən beş ay müddətində Cem ağlayan oğlan adını unutdurub oğlan adını qazandırdı. Devis Ceymsin güclü pul xərcləməsi və gərgin çalışması nəticəsində türmədə dustaqların bu vaxta qədərki vərdişlərində, söhbətlərində inanılmaz şəkildə dəyişiklik baş verirdi. Bir az bundan qabağa, yəni Devis Ceyms bu işə girənə qədər dustaqlar vaxt öldürüb,hərə öz həbs müddətindən bir günü silmək üçün ölkənin ayrı-ayrı .......... onlarla gəlib çoxdan yarı gerçək, yarı əfsanə xəbərlərdən yeni.............. arvadının gördüyü qorxulu yuxudan sonra ərinə yalvar-yaxar edib əhv haqqında fərmanını senatın yuxarı palatasının müzakirəsinə göndərməsi haqqında yayılan şaiələrdən bütün ölkədəki türmələrdən başlayacaq üsyanlardan, bu da olmasa lap ən yaxınlarda ölkədə başlayacaq vətəndaş müharibəsi zamanı, bütün dustaqların açılıb buraxılmasından və yuxarıda ..... komeradan dustağın bir pis .. yeməsindən, bir də ......... onların yatdığı bu türmədəki üç nömrəli xatanın içərisindən yetmiş metrlik lerqim atıb on səkkiz nəfər qaçan dustağın hələ də tapılmamalarından və bu kimi yüz dəfə danışılan söhbətlərdən haldan düşənə qədər danışırdılar. Sonra da bu boş söhbətlərdən yanılıb yaxşı yatdıqlarından razı qalırdılar.

Əvvəl Devis Ceyms özü də yaxşı inana bilmədiyi bu işə Cemə yeddinci sinif üçün lazım olan fənlər üzrə müəllim tutmalı oldu. Gözləmədiyi halda bu iş türmədə dustaqlar tərəfindən o qədər qızğın rəğbətlə qarşılandı ki, yeniyetmələrlə yanaşıyaşlılar da oxumaq istədiklərini Devis Ceymsdən xahiş etdilər. Qısa müddətdə yoxlama yolu ilə on beş nəfər yeniyetmə dərsə cəlb olundu. Devis Ceyms işin çətinliyini nəzərə alıb söz verdi ki, hələlik birinci il bu qədər bəsdi. Ancaq o söz verdi ki, gələn il üçün bütün hazırlıqları görüb yerli hakimiyyətdən icazə ilə dərs keçmələri üçün lazım olan sayda otaqlar tikib, dərs ləvazimatları ilə təmin edib növbəti ildə imtahan yolu ilə dustaqları məktəbə qəbul edəcəklər.



Ancaq Cemin fövqaladə biliyi yeddinci sinfin proqramını dörd ayda başa vurub bütün fənlərdən beş alması ilin sonuna qədər də səkkizinci sinfi bitirmək qərarına gəlməsi, başqa oxuyan uşaqların da Cemin belə oxumasına həvəslənib əlaçı oxumaq cəhdlərini Devic Ceyms tərəfindən zəngin kitabxana yaradılması, türmədə bütün söz-söhbəti dəyişib oxuyan bədii tarixi və digər kitabların müzakirəsinə, mübahisəsinə və qarşıya çıxan .............. tapılmasına həsr olunmuşdu. Həftədə bir dəfə təşkil olunan ədəbi dərnəkdə demək olar ki, bütün dustaqlar iştirak edirlər. Cemi bu dərnəyin baş qəhrəmanına çevrilmişdi. Onun oxuduğu əsərlərdən parçaları böyük ahəng və ilhamla söyləməsi hamını vəcdə gətirən bir teatr bayramına çevrilirdi. Devis Ceyns ən çox kitab oxuyana, yaxşı natiq çıxış edənə, ahənglə şeir oxuyana, ən yaxşı şeir yazana mukafatlar ayırmışdı. Onun bu fəaliyyəti türmədə yaşam və düşüncə tərzini elə dəyişdirmişdi ki, indi artıq heç kim boş-boş söhbətlərə yol vermir, hamı növbəti həftədə bədii gecədə kimlərin hansı əsərlərdən çıxış edəcəkləri marağında olurdular. Sanki dustaqlar arasında kitab oxumaq uğrunda amansız bir yarış gedirdi. Devis Ceysin bu inqilabı onu hamı görəndə müqəddəsləşdirmiş o, türmənin atası ləqəbini almışdı. O, türmə qayda-qanunlarının yeniləşdirilməsi, dustaqların məişət şəraitinin yaxşılaşdırılması və onların hüquqlarının geniçləndirilməsi barədə proqram-layihələr hazırlayıb ədliyyə nazirliyinə və konqresə göndərmişdi. Cemədə Ceysin oğlu deyirdilər. Cem mənə və atası Devis Ceymsdən sonra türmədə haqqında ən çox danışılan və sevilən adam idi. Hamı deyirdi ki, bu uşaq dünyanın ən tanınmış adamına çevriləcək. Devis Ceyms bu seçimi ilə Cemi peyğəmbərlik etmişdi. Artıq hamıya məlum idi ki, çox istedadı olam bu adam öz itirdiklərin, bu himayəyə götürdüyü yeniyetmənin timsalında geri qaytarmaq istəyir.

Ancaq Devis Ceyms bəlkə də ömründə həyatında olan ən təhlükəli anlarında belə çətinlik qarşısında qalmamışdı. O, vaxt Conun sürgün olmasını Cemdən gizlətmək mümkün olmamışdı. Heç düzünə qalanda Devis Ceyms özü də bu işə ciddi yanaşmamışdı. Fikirləşmişdi ki, bir illik sürgünün elə də çıxılmaz olmadığın Cemə başa salıb onu sakitləşdirmək olar. O, qəzetlərdə Conun Yançunini polislərin əlindən alıb çörəyi də ac anasına çatdırması üçün ona qaytarılması haqqında yazılanları onun bu hərəkətinin camaatın məhəbbətinə tuş gəlməsi və nəhayət Conun dərhal azad olunması haqqında şəhər məhkəməsinin qarşısında keçirilən piket və mitinqləri şəxsən Devis Ceymsin özü Cemə göstərməsi və bunun nə qədər qoçaq və şərəfli iş olduğunu ona deməsi bu hadisəni Cemin nəzərində yumşaltmış hətta onun atasının bu əməli ilə fəxr etməsinə gətirib çıxara bilmişdi. Baxmayaraq ki, Devis Ceymsin baş vermiş hadisə nə qədər ağır olursa olsun onun heç cürə yubadılmasın, ....... əleyhinə olmuş və dərhal yiyəsinə çatdırılmasını istəmişddi. Ona elə gəlirdi ki, ağır hadisələri insanlardan gizlətməklə onların şərəfliyinə, dözümlülüyünə və mübarizliliyinə pis təsir edir, onların həyata qarşı qürurlarını sındırır. Ancaq bu hadisədə o özünə yaraşmayan bir həll ilə üzləşmişdi. Lap ilk dəfə dostu Tomsonlap ailəsi və taleyi haqqında ona danışanda Devis Ceyms o qədər kədərlənmişəm ki, bir müddət yaddaşında olan hər şeyi bir tərəfə qoyub bu ailə haqqında düşünmüş və ilk dəfə heç vaxt olmadığı kimi onun qəlbi yumşalmış bu ailəyə yazığı gəlmiş özlüyündə Conun uşaqlarının çəkdiyi əzablı korluğa bəsdi demişdi. O, fikrində də olsa istəməmişdi ki, bundan sonra heç vaxt Conun ailəsi korluq çəksin və yüngül də olsa aclıq çəkməsin. Buna görə də dərhal Tomson da bu ailəyə pul göndərmiş və qalan vaxtını da daim onların vəziyyəti maraqlandırmışdı. İndi o, qəzetlərin Cemə verilməsini qadağan etmiş və var gücü ilə xəbərin ona çatmaması üçün mühafizə yaratmışdı. Conun qəfil hadisə törədib həbs olunmasından üç-beş gün keçməmiş Cemin anasının vəfatı onu elə çaşdırmışdı ki, ən ağır işlərdən ağlının və təcrübəsinin köməyi ilə asanlıqla çıxa bilən türmənin atası Devis Ceyms bu işdə fikrini bir yerə toplayıb çıxış yolu tapa bilmişdi. Daha doğrusu bu ağır xəbərləri Cemə xəbər verməyə ürəy etmirdi. Onun insafı buna icazə vermirdi. Həyat bir ailəyə nə qədər zərbə vurub, zülm edərmiş. Elə bil bu müdhiş xəbərləri Cemə deməkdə Devis Ceyms də bu amansız fələyin şərikinə çevrilib bu işdə günahkar olacaqdı. O, həqiqətən qorxurdu ki, atasının həbs edilməsindən anasının vəfatını eşidən Cem ağır zərbə alsın. Cemin oxxuması haqqında onun arzuları puça çıxdı. Bu hadisələrdən Cem sarsılıb oxumaqda az da olsa həvəsdən düşsə uşaqlı-böyüklü bütün dustaqlar arasında yaranmış həvəs bir dəfəlik sönəcək, onun da çəkdiyi zəhmət, qarşıya qoyduğu proqram öz əhəmiyyətini itirəcək. Devis Ceyms hər gün ancaq səhər yeməyini Cemlə birlikdə edirdi. Bu hadisələrdən keçən beş-altı gündə o cəhənnəm əzabı çəkirdi. Ona elə gəlirdi ki, hər an onun qorxduğu hadisə baş verə bilər. Cek ağlaya-ağlaya onun üstünə gəlib ata niyə belə etdin, atamın həbsi heç, anamın ölümünü niyə məndən gizlətdin – deyib, onun ömründə düşmədiyi çıxılmaz vəziyyətə sala bilər. Deyəsən Devis Ceymsin gözləntisi çox çəkmədi. Bu gün səhər yeməyində onunla üzbəüz oturan Cem həmişəki deyildi. O hərəkətində, danışığında, baxışında son dərəcə həyəcanlı idi. Sanki danışıb nəsə deməkdən həmişə işıqlı gözlərini çəkməyib mənə, atasına baxmadan yeyirdi. Devis Ceymsə elə gəlirdi ki, o bircə kəlmə Cem sənə nə olub soruşsa, həmən fəlakət baş verəcək. Cem haqlı olaraq ondan niyə belə etdiyini, bu xəbərləri güzlətdiyinin səbəbini soruşacaq. Devis Ceyms onu da yaxşı bilirdi ki, nə qədər ciddi nəzarət etsə də bu xəbəri Cemnən uzun müddət gizlədə bilməyəcək. Onun özünə yaraşa bilməyən hərəkəti özünü də çox pis darıxdırırdı. Ona görə bir gün əvvəl Tomsonu yanına çağıtdırıb ona tapşırıq vermişdi. Rəislə də nəzərdə tutduğu tədbiri götür-qoy eləmişdi. Tədbir bu günə nəzərdə tutulduğuna görə o Cemlə bu günkü səhər yeməyində hər gün keçirdiyi iztirabı yaşamırdı. Özünün nisbətən sakit olmasına baxmayaraq Cemin indiki vəziyyəti onu sıxırdı. Cem elə halda idi ki, ondan bir kəlmə nəsə soruşmaqla sanki dayanmış tufanı əsdirmək olardı. Devis Ceyms həm məqsədinə körpü salmaq üçün həm də Cemin həyəcanın əl qədərinin bilmədən ötrü Cem deyəsən çox narahat yatmısan, xoşuma gəlmir, həm də heç cürə çörək yemək istəmirsən-dedi. Cem çox pis boğulurdu. Ağır yuxu görməsinə baxmayaraq nə olursa olsun yuxudan ötrü ata dediyi bir adamı narahat etmək istəmirdi. Ancaq içəridəki narahatlığı onu elə üzürdü ki, bütün bədəni əsirdi. Bir dəfə söhbəti açıb atasından ləngimədən Tonson əmi vasitəsilə bir xəbər tutulmasını xahiş etmək istəyirdi. Ona görə özünü toplayıb ağlamasın deyə başını aşağı salıb, ata sizə deməyə münasib olmasa da, gecədən özümü danlayıb, yuxunun danışılmasını, onu gerçək saymağın yersiz olduğunu başa düşsəm də, ancaq ata elə dəhşətli yuxu görmüşəm ki, mənə elə gəlir ki, ya atamın, ya da anamın başına nəsə gəlib. Cem bir az fasilə verib, yuxuda görürəm ki, anam böyük gölün ortasında boğulur. Mən də var gücümlə gölün üstü ilə qaçsam da anama yaxınlaşa bilmirəm. Anam suya bata-bata qışqırıb, atamı köməyə çağırırdı. Atamın gəldim səsi eşidilsə də özü görünmürdü. Mən çata bilmədim, anam batdı. Onun batdığı yerdən qan fəvvarə vurub bütün gölü qana döndərdi.Bu vaxt atam səmada göründü. Onun surətinin işığında göl yenə suya döndü. O göldəki adam görkəmində insanlarla vuruşmağa başladı. Timsahlar dişləri ilə atamın bədənini parçalayırdılar. Timsahın biri atamın qollarını dişi ilə kəsib qoparanda mən ata deyə bağırdım və yuxudan ayıldım. Bu söhbətə hər ikisi xeyli susdular. Onlar sanki bir-birlərinə baxmağa ehtiyat edirdilər. Cem ata-anama nəsə olub. Tonsonu göndər bizdən xəbər tutsun deyib, özünü saxlaya bilməyib, əlləribi üzünı tutub yanıqlı ağladı. Devis Ceyms qəsdən ona ağlamağa imkan verdi. O, camdakı suyu Cemin qarşısına qoyub, ondan bir az iç və mənə qulaq as dedi.

XXX


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə