Qarşısına qoyulacaq ilk ölüm-qalım imtahan olacaq. Müzakirələrin gedişində təşkilatın zəngi quru bu məsələnin ümumi fonlaktının açıq müzakirəsində qərara verilməsinin əleyhinə çıxdı



Yüklə 0,77 Mb.
səhifə6/13
tarix15.03.2018
ölçüsü0,77 Mb.
#32226
1   2   3   4   5   6   7   8   9   ...   13

Qəbilə başçısı çox əsəbi ayağa qalxıb əlini havaya qaldırdı. Tərceməçi dedi ki, o, meydandan zaman istədi.

Qəbilə başçısı acıqlı baxışla Moris Eqdara baxıb mənə dedilər ki, sən bizim Çırak tayfasının Missuridə öz dədə baba torpaqlarında məskən salmış birini, Çırak tayfasının bir çox ailəsinin məhv ediməsində silahlandırdığın adamlarla iştirak etmisən.

Moris Eqdar bəli iştirak etmişəm. Və məni də bura gətirən həmən hadisədə qatillik etməyimdi. Qəbilə başçısı başını dik tutub göylərə baxırmış kimi xeyli fikrə getdi və səmadan gözün götürmədən: ağ bayrağı başa düşdüm, o üstündə xaç şəkili olan qara bayraq nədən ötrüdür və yanındakıların niyə qolları bağlıdır?

Xiristianların bir qolu ölən insanın dəfnində bu bayrağı götürürük. əlin bağladığım adamlar isə mənim ailə üzvlərimdir. Onların qolunu ona görə bağlamışam ki, mənim böyük günahım səbəbindən özüm qarışıq biz bura gələndə ölümümüzü özümüz qəbul etmişik. Qalanların haqqında hökmü siz verəcəksiniz.

Qəbilə başçısı baxışlarını səmadan ayırıb Moris Eqdara baxıb: o, yanındakı sənə oxşayan oğlan sənin nəyindir? O mənim oğlumdu. Bəs onu niyə bağlamamısan? Ona mənim ixtiyarım çatmayır. Onu Lohana bağışlayıb. Ondan sonra onun haqqında qərarı siz verə bilərsiniz. Lohana adını eşidən kimi qəbilə başçısının yanındakı ondan yaşlı olan adam üzün adamlara tutub uca səslə Lohananın adını çəkməklə nəsə dedi. Bu sözdən sonra izdiham gurlandı. Eyni sözləri təkrar-təkrar deyib ................... səs çıxartdılar. Tərcüməçi Moris Eqdara dedi ki, o adam ucadan dedi ki, Lohana müqəddəsdi. O dağların arxasından çıxsın. O yenə intiqam almağa başlasın. Bu sözləri təkrar edə-edə onu bu səsdəçağırdılar.

Qəbilə başçısı dedi ki, onda belə çıxır ki, axırıncı gəldiyi sizin ev olub. Oğlan da bağışlanan həmən sizin oğlunuzdu?

Bəli bu belədir.

Axı Lohana sizzin oğlunuzla yanaşı sizin ailənizi də bağışlayıb. O hadisədən sonra o intiqam hissindən əl çəkib. Sizi bura gəlməyə nə vadar etdi? Moris Eqdar dedi ki, mənim oğlum o hadisəyə görə mənə nifrət etməyə, sonra da intihar etməklə övlad itirməyin nə demək olduğun mənə başa salmaq üçün özünü öldürməklə ata kimi məni əbədi əzaba düçar edib, bu yolla məndən intiqam almaq istəyirdi. Sonra necə olubsa o fikrini dəyişib pəncərəni açıq qoyub. Lohananın bir gün gəlib intiqam almağın gözləyib. Məqsədi ilk onun otağından başlayaraq Lohanaya yalvarıb. Ailə üzvlərimin hamısını öldür, ancaq ata, anama dəymə. Qoy onlar sağ qalsınlar. Sizin sağ qalanlar kimi. Bu dünyada əzab çəksinlər.Sonra Lohana gəlib gedəndən sonra oğlunu Lohana gəlməmişdən mənə yazıb qoyduğu məktubvə sonra Lohanaya yazdığı cavabsız məktubları oxudu və günahımın böyüklüyünü başa düşdüm. Bir də Lohananın bizi bağışlaması bizi rahat buraxmır. Bizim bütün ailənin həyatı zülmə, işgəncəyə dönüb. Ona görə gəldik ki, həmən qəbilədən qalanlar ya bizi öldürməklə, ya da bağışlamaqla bu əzabdan azad etsinlər. Qəbilə başçısı yanındakına nəsə dedi, o da uca səslə .......alətlə deyilənləri meydandakılara çatdırdı. Meydandakıların səsi dəyişdi. Sonra onlar nəyisə tələb etdilər. Tərcüməçi Moris Eqdara dedi ki, onlar Lohananın bağəşladığı oğlanı görmək istəyirlər. Sonra qəbilə başçısı Moris Eqdara dedi ki, dediklərinə biz inanırıq. Ancaq bu izdihamı inandırmaq üçün əlinizdə bir sübutunuz varmı?

Moris Eqdar qəbilə başçısına dedi ki, Vinçent o məktubları Lohananın öz xətti ilə yazıb evdə qoyub getdiyi sözlərini və onun bağışladığı dəsmalı özü ilə götürüb. Qəbilə başçısı yanındakına nəsə dedi. O da düşüb gəlib Vinçenti qəbilə başçısının yanına apardı. Qəbilə başçısı kürsüsünün yanında atılmış ağac qabığından hörülmüş zəncirdən bir lələk çıxardıb Vinçentin yaxasına saçcıb, onun əlini yuxarı qaldırdı.

Bu hadisədən izdihamdan çıxan səslərdən yer-göy silkələndi. Elə bil bu vaxt adamlar bir qurtum su içim anda geri çəkildilər. Qəbilə başçısının qarşısındakı meydan boşaldı. Moris Eqdarın adamları ortalıqda qaldı. Qəbilə başçısının yanında duran arxada onun tapşırığını gözləyənlərə nəsə dedi. Onlar nəyinsə arxasınca gedirlərmiş kimi dağılışdılar. Onlardan bir neçəsi gəlib əli bağlanmış adamların əlini açdılar. Qəbilə başçısı Vinçenti yanında oturtdurub, tərcüməçinin vasitəsilə onunla söhbət etməyə başladı. Sonra meydanda elan olundu ki, Lohananın bağışladığı adamları qəbilə başçısının cəzalandırmaq ixtiyarı yoxdur. Biz o bağışlananların, bir də Lohananın şərəfinə bayram edəcəyik. Həm də Lohana bizim üçün çox qiymətli son yazısını və onun dəsmalını sizə göstərəcəyik. İzdihamçılar sevin işarəsi ilə tələb etddilər ki, onlar rahat olmaq üçün indi Lohananın dəsmalını havaya qaldırıb onlara göstərsinlər. Moris Eqdarın hədiyyələrini qəbul edibonları yola salanda qəbilə başçısı tayfaya məxsus fəxri Kümüs kamanla, oxu və birdə öz mindiyi atlardan birini Vinçentə bağışladı. Ona dedi ki, bizim adətimizə görə qız oğlana verddiyi ilk hədiyyəni geri almaqla oğlanı özünə əbədi qovuşdurmuş olur. Nə qədər ki bu hədiyyə səndədi bu Lohananın özü deməkdi. O, mütləq özünün bu səadətinin arxasınca gələcək. Əgər sağ qala bilsə.

XXX


Hindular qəbiləsinə səfərdən üç gün sonra Vinçent Tonikada baş vermiş hadisənin dərc olunduğu qəzeti aldı. Yazılanları oxudu, çağırışları götür-qoy etdi, öldürülmüş zəncilərəvə onların arasından anasının sinəsi üstündəki körpəyə də huşsuz olana qədər baxıb, özünə gələndə həmin hadisəni törədənlərdən biri də atası olduğuna görə bir daha bir yerdə onunla yaşaya bilməyəcəyinə və Condan azadlıq təşkilatına qoşulmaq arzusu ilə getmək qərarına gəldi. Payına düşən əmlakını dəyərləndirib sənədlə atasına satıb Tonikaya yola düşdü.

XXX


Luiranın ölümündən bir müddət Klara özünə gələ bilmədi. Bir neçə gün dəfn, sonra da bir neçə müddət tək-tək gəlib gedənlər baş qatıb, adamın fikrini dağıtsalar da, mənasın qurtarandan sonra bu itginin nə demək olduğunu anlayıb yaşamağa başlayırsan. Nə ata-ana, nə bacı-qardaş elə bil yaxın ürəy yanan yox idi ki, təsəlli üçün də olsa ürəyin istəyən adama sıxılıb ürəy dolusu ağlayıb gərginliyini boşaldasan. Klara çox ağır olan gərginliyin içində onu bilirdi ki, o zünü zəif tutub bu hadisənin ona üstün gəlməsinə imkan verməməlidi. Yeddi yeniyetmə və uşaq bütün varlıqları ilə gözlərini ona dikib onun nə edəcəyinə, özünü necə aparacağına diqqət kəsilmişdilər. Beş yaşlı Cenri, yeddi, on Steyn ilə Lirada ondan doğma analarının məhəbbətini gözləyirdilər. On iki yaşlı Dik hamıdan çox onu izləyirdi. Klara azca qəmgin olub, gözlərinin dibinə yaş gələndəhəmən an o gizlinə çəkilib ağlayırdı. Klara bilirdi ki, artıq hər şeyi ağlı kəsən on iki yaşlı Dik özündən balaca olan qardaş bacılarının talehini onun özünü necə aparmasından, bu hadisəyə qalib gəlib, onlara da yiyə dura bilməsindən çox asılıdı. Bu uşaq bir anda olsa Klaranın yanından əl çəkmir, onun görmək istədiyi işlərin hamısının bir tərəfindən tuturdu ki, bu onların əvəz edəcək dostu tək olmağını hiss etsin. Klara gecə yorğan altında da ağlayıb ürəyini boşaltmağa ürəy eləmirdi ki, bu anda yeddi uşaqdan biri nədənsə ötrü ayılıb onu ağlayan görsələr aləm qarışacaq bir-birinə. Luiranın birdən birə belə yoxluğu uşaqları elə qorxutmuşdu ki, balaca Ceklə Cerli bu analarının da qəfil itirəcəklərinin qorxusundan həmən onun bir əlini əllərinə alıb o qaçmasın deyə bərk-bərk sıxıb yuxuya gedirdilər. Böyük uşaqlar da yuxudan ayılıb qorxmuş kimi gözlərini sıxıb onun yerində olduğunu arxayın olandan sonra təzədən başlarını atıb rahat yatırdılar. Bütün bu üstünə düşən ağır yükün qorxusundan Klara bütün iradəsini toplayıb özünü bərpa etməyə başladı. Hələlik bir müddətlik dolanmaq üçün korluğumuz olmayacaq. Ancaq o indidən həmin imkanın qurtaracağı günün qorxusunu yaşayırdı. Ona elə gəlirdi ki, elə Con da, Luira da bunu qəsdən etdilər. Onu yoxlamaq üçün onlara necə sədaqətli olacağını, imtahana çəkmək üçün ona bu zülmü etdilər. Onların ikisidə elə qapıdan, pəncərədən ona baxıb onların uşaqlarına necə baxmağımızı tamaşa edirlər. Həqiqətən Luiranın vəfatından sonra Klara uşaqların mənə ...........əsil mahiyyətini, şirinliyini hiss etmişdi. İstər.............sağlamlığında Con evdə olub, Luira sağ olanda uşaqların bu qədər yaxından görə bilməmişdi. Onların bu qədər zərif, kövrək və dəyərli olduğun dərindən duya bilməmişdi. İndi bu uşaqların nəinki həyatları, onların addımları, hər bir nəfəsləri Klaranın hıyatı demək idi. O, öz uşaqlarının saçına ötəri sığal çəkirdisə Luiranın balalarını demək olar ki, bütün günü duz kimi yalayır, ruh kimi oxşayırdı.

Klara Conun kim tərəfindənsə hökumət, ya da ayrı-ayrı adamlar tərəfindən öldürüləcəyinə inanmırdı, nə də belə bir hadisənin ola biləcəyini fikrinə gətirə biləcəyinə ürəy edə bilmirdi. Əgər o belə bir fikri bircə dəfə xəyalından keçirə bilsə bircə an da yaşaya bilməzdi.Ona görə Conu heç kim öldürə bilməz. Buna nə onların gücləri çatmaz, nə də onların buna haqları yoxdur.

Con nə vaxtsa qayıdıb gələcək. Ancaq artıq bu çox gec olacaq. Burdan cinayət edib, sürgün olmuş, orda da qara dərililərin üstündə də altı nəfəri qara dərili adam öldürmüşdü. Belə nə cür tez qayıdıb gələ bilər. Ancaq bu da Klara üçün elə bir ağır dərd deyildi. Onun üçün ən ağır dərd otuz-qırx ildən də sonra mənim saçlarım ağarıb, belim büküləndən sonra gəlmiş olsa gəlib görsün ki, mən onun balalarını onun istədiyi kimisaxlamışam. Balalarına baxıb mənim onu necə sevdiyimi öz gözləri ilə görsün. Ondan sonra istəsə mənə bircə dəfə baxıb, gözləri ilə desin ki, Klara mən də səni sən məni sevən kimi sevirəm. Ondan sonra mənə həyat lazım deyil. Özüm qədəri, Conu sevdiyim həyat mənə bəsdir.

Bir müddət Cekson demək olar ki, hər gün onlara baş çəkir, hər cür sözlə, nəsihət ilə ona təsəlli verib, deyirdi ki, Klara baş verənləri yadından çıxart. Bu uşaqların talehi ilə yaşa. Mən nə qədər varam qorxma. Mən bu uşaqlarıma çörək korluğu çəkməyə imkan verməyəcəyəm. Mister Cekson çox böyük arxa və təsəlli idi. Klara üçün ancaq bu uşaqların gələcəyi üçün yetərli deyildi. Klaranın əlində bir- iki dolları var ikən nəsə etməli idi. O, çox pis darıxanda Luiranın əl .......baxıb az da olsa sakitləşirdi. O uşaq olanda da, ondan sonra da bir müddət məktəbdə tikiş dərsində paltar tikməyin sirlərini öyrənmişdi. Müəlliməsi ona demişdi ki, Klara sən nəə sənəd dalınca düşürsən düş özün bilərsən. Ancaq mən sənə deyirəm ki, sən paltar tikməyə girişsən yaşadığın şəhərin və vilayətin ən məşhur ustası ola biləcəksən. Klara heç vaxt müəlliməsinin bu sözlərini yadından çıxartmırdı. Hətta yuxusunda da belə gözəl paltar tikdiyinə görə qadınlar onu göyə atıb tutduqlarını görürdü. Artıq bir ay idi ki, çoxdan işləməyə tikiş maşınını Mister Cekson vasitəsilə təmir elətdirib, işlək vəziyyətə gətirmişdi. O, əlində olan pulla zövqünə uyğun parçalar alıb gecə uşaqları yuxuya verəndən sonra yeddi uşağın əyninə ölçüb biçdiyi paltarları tikməyə başladı. O, yadırğadığına görə həm də ehtiyac olduğu üçün əvvəl öz uşaqlarının üstünə biçib tikdi ki, görüm necə alınır. Uşaqların birini geyindirib qalanını pərt etməsin deyə tikib qurtarandan sonra uşaqların hamısını birdən geyindirdi. Oğlan uşaqlarına köynək, şalvar, qızlara isə qofta, tuman tikmişdi. Paltar o qədər yaxşı tikilmişdi ki, Klara özü də birinci işinin belə alınacağına inan bilməyib sevindiyindən ağladı. O uşaqlara dedi ki, Mister Cekson gələndə hamınız bu paltarları geyinib gedib onu qapıda qarşılayarsınız.

Mister Cekson bir dəstə uşağın təzə açılmış gül rəngində qapının ağzına düzülüb onu qarşıladığını görüb onları üzdən tanıyıb sevindiyindən uşaq kimisevinib atdanıb düşə-düşə onları bir- bir ğpməyə başladı. O, Klaranı qucaqlayıb öpüb, qızım, nə yaxşı iş görmüsən, nə yaxşı sevindirdin məni. Gör necə də şaddılar uşaqlar. De görüm bu paltarları hardan seçib belə ala bilmisən. Uşaqlar analarının cavabını gözləmədən anamız özü tikib deyə Mister Ceksonu əhatəyə aldılar. Mister Cekson Klaranı bir də qucaqlayıb onun alnından öpüb; Qızım ömrümdə belə sevinməmişdim.İndi bu dəqiqədən yıxılıb ölsəm, siz sarıdan arxayın gedərəm bu dünyadan dedi.

XXX


Bamayaraq ki, dünya yaranıb bəşər övladı at belinə qalxandan heç kim indi Lohananın Tonikaya tərəf uçan atından surətlə yol gedə bilməmişdi. Ancaq Tamella Conun son azad yaşadığı ayaq səslərinin hayqırtısının və çəkilmədiyi...........karvansaralarına Lohanadan tez çatdı. Yaş axıtmadan lalə rəngli səhər günəşinə dönmüş gözlərinin yanaq adlı parıltılı səmasına su vurulan saçlarına sığal çəkmədən göydən yağan yağışın artırıb gölə döndərdiyi qara dəriliinsanların öldürüldükləri at tövləsinin həyətinə girdi Con duran yerdə dayanıb gözlərini gölməçəyə tikdi. Bir anlıq gənc muxbir Tamellaya elə gəldi ki, bütün Amerika qan örtüyünə bürünüb. Sonra Con yadına düşdü. Onun dayandığı yerə düşdü. Orada qan yox idi. Conlar Amerikanı bu qan örtüyündən təmizləyəcəklər. O, bu bir neçə gündə ilk dəfə sevinən kimi oldu. Mənim vətənimi xoşbəxt günlərə aparacaq səbəb bu bu qan gölməçələri olacaq. Onun gözlərinin qarşısına qəzetdə gördüyü bu qan gölündə can verən insanlarağ göyərçinlər kimi səmada süzüb qanad çaldılar. Körpənin dodaqlarından süzən qan şəfəqin qızıl şüasına dönüb bütün dünyaya sülh ...........səpdi. Bu vaxt çiyninə toxunan əl onu səksəndirdi. O qanrılıb geri baxanda Lessil xanımı gördü. Tamella çox gənc qız da olsa qadın hissiyyatı ilə Lessinin Cona olan məhəbbətinin qədərini müəyyənləşdirmişdi. Ona görə həm öz yanğısı, həm də Lessinin itgisi etinası ilə onu qucaqladı.

Lessil ona dedi ki, Conu əlinizdə saxlaya bilmədiz. Onun xatirələri ilə bizə bəxş edib getdiyi təmiz sədaqətinin işığı ilə yaşamalı olduq. Heç olmasa bir dəfə də olsa o sənin alnından öpdü. Mən də ondan belə bir hədiyyə ala bilsəydim bəlkə də ömürlük bəsim olardı. Siz yaşda qızların aşıq olmalarının şiddətini başa düşürəm. Ancaq sən çox ağıllı və dözümlü qızzsan. O vaxt sənin bütün vücudunun necə əsdiyinigözümlə görürdüm. Mənə elə gəlirdi ki, sənin bircə kəlmə Con mən səni sevirəm sözün bəs idi ki, Con sənin olsun. Ancaq mənim belə imkanım yox idivə bilirdim ki, heç vaxtolmayacaq. Ancaq bir xoşbəxtliyim var idi ki, onunla bir yerdə idim, istədiyim vaxt onu görə bilirdim. Bir də ümid edirdim ki, o nə vaxtsa bir dəfə də mənim alnımdan öpəcək və məni bircə dəfə rəqsə dəvət edəcək. Nəyisə............ sən çox yorğun və üzgünsən. özünü səliqəyə dur gəl. Sonra söhbət edərik.

Essil iki dəfə həyatda ciddi şəkildə qalıb sanki yenidən yaşamağa başlamışdı. Bir ata evindən birdəfəlik çıxıb, ana ilə əlaqəsini kəsəndə o, birdən-birə tam oturaq həyat yaşayıb xeyli çətinliklərlə üzləşmişdi. O vatkı .......... üçün ən böyük dəyişiklik yeni həyatında sevmədiyi əri olsun deyə ailə qurduğu ........... ilə ailə qurmağa məcbur olması idi.

Bir də indi bu yaxınlarda onun at tövləsində iyirmi üç nəfər. Zəncinin belə amansızlıqla öldürülməsi hadisəsinin ağır faciəsi onu qəfil yaxaladı və o bu həyatın nədən ibatər olmasıhaqqında fikirləşməyə başladı. Elə Lessil xanım indiyə qədər yaşadığı ömrü, məqsədi, karvansaranı və başqa malikanələri idarə edib, oradan pul qazanıb yeyib, içmək, əri ilə könülsüz rəqs edib, onunla yatağa girməkdən ibarət olmuşdu. O, birdən birə indi boş, mənasız hesab etdiyi həyatdan dolu, mənalı, tamamilə başqa məqsədli bir həyata qədəm qoymuşdu. O, bu fikirlərə iyirmi üç nəfərin damarından, o körpənin dodaqlarından tökülmüş qan gölməçəsinin başında dayanıb saatlarla fikrə gedə-gedə gəlmişdi. Həmən hadisəyə qədər o, Conu ancaq bir qadının bir kişiyə meyli onun qucağına yol tapıb şövqünü söndürməsi üçün sevmişdi. Bu hadisədən sonra o Cona tamamilə başqa kişi, insan kimi baxıb onu başqa cür daha dərindən, daha mənalı sevməyə başladı. Həyatını yeyib-içib yalnız yaraşıqlı kişilərin arxasınca sürünməkdən ibarət olmağını başa düşmüşdü. Conun da onun kimi gözəl qadına niyə meyl salmağa tələsmədiyinin sirrini başa düşdü. Özü də necə olursa olsun zəiflərin, haqsız yerə döyülüb öldürülənlərin hüquqlarının, həm də bütövlükdə Amerikanın azadlığı uğrunda gedən mübarizəyə qoşulmağa özünü hazırladı. Onsuz da o, anadan azad doğulmuş, plantator ailəsində doğulmasına baxmayararaq həmişə atasının idarəçiliyinə qarşı çıxmışdı. Həm də o, Con gedən yolla getmək istəyirdi ki, cismən onunla ...........bilməsə də, ruhən onunla bir qəlbdə olsun. Ona görə o indi Cona böyük məhəbbəti olan muxbir qız Tamellanı görəndə çox sevindi. Artıq Lessil Conun məxsus olduğu “Əsil Amerikalı” təşkilatı ilə əlaqə yarada bilmişdi.

XXX

Lessil Tamella ilə doyunca söhbət edib, onun ............ gedib Conun həm ayaq basdığı, onun orada hələ indi də necə müdafiə olunması və ailəsinə şəxsən Luira ilə görüşməsini danışıb, Lessilin suallarına cavab verib qurtardıqdan sonra Lessil Tamellaya dedi ki, səni axşam restoranına düşürdüb Conun təzə yaratdığı təşkilatın aparıcı adamlarından biri ilə tanış edəcəm.



XXX

Tamella ilə Fred danışmışdılar ki, bacardığları qədər bir-birləri ilə üzləşməsinlər. Özlərini yad adam kimi aparsınlar. Ancaq indi Lessil xanım da bu məqsədə əməl etməyib əlindən tutduğu Tamellanı gülə-gülə Fredin oturduğu mizə tərəf apardı. Ona çatanda dedi ki, Fred restaranında qadınların bu cür kişilərə yaxınlaşması sırf sevgi mənası daşıyır. Lazım olarsa sonra özünüzü ciddi apararsınız. Heç indi mənim də sizinlə, yəni daimi müştərinizlə mehriban beş-on dəqiqə birlikdə oturmağım heç bir şübhə yaratmaz. Lessil gecikmədən Tamella haqqında onun Cona münasibəti və bu yaxında onun ailəsi ilə görüşməsi və nəhayət karvan sonradan və restoranda .........Conla Yançunun şəkillərinin Tamellanın Konrasdan göndərdiyini Conun böyük pərəstiskarı olduğunu deyib, qalanını özünüz söhbət eləyin deyib durub getdi.

Aylarla öncədən bu restorana gəlməyə başlayan, demək olar ki, həftənin əksəriyyət gecələrini burda keçirən Fredin indiyə qədər bir qadın-qız, az da olsa belə diqqətini çəkməmişdi. Ümumiyyətlə, o bu restoranda bunu özünə qadağan etdiyinə görə elə bil burada qadınları görmürdü. İndi ancaq nə qədər çalışsa da Lessinin əlindən tutub ona tərəf darta-darta gətirdiyi bu qızdan gözlərini çəkə bilmirdi. Və heç bir iradə göstərmədən ürəyi çırpınmağa başladı. O özünün düşdüyü vəziyyətdən çox pərt oldu, qızardı və özünə söz verdi ki, bu fikirdən özünü uzaqlaşdırsın. Ancaq Lessinin söhbəti o qədər şirin oldu həm də bu qızın Conun evvində olub onun arvadı və uşaqları ilə görüşmüşdü. Ona çox təsirli olduğuna görə o tez-tez Tamellaya baxıb ona xoş təbəssüm göstərməyə məcbur oldu. Hər Tamellaya baxıb, baxışları bir-birinə toxunmaqla o dərin quyuya düşüb çobalamalı olurdu. Onun yoldaşları hələ gəlib çatmadıqlarına görə bu qızla tək-tək qalmağın həyəcanından istədi ki, Lessil gedəndə bu qızı da özü ilə aparsın. Ancaq bu qız bu restorandan çıxıb getməsin. Elə Lessilin oturduğu mizdə otursun ki, o da o da ona uzaqdan da olsa baxa bilsin. Otuz yaşı olan Fred özü də bilmədi ki, o nəyə görə belə vəziyyətə düşdü. O ömründə yadına sala bilmədi ki, hardasa hansısa qızla rastlaşanda belə, buna bənzər hala düşə bilər. O özünü bir təhər toplayıb divardan asılmış şəkli göstəribbura çox gəlməyimin bir səbəbi də sizin göndərdiyiniz bu şəklə tamaşa etməkdi. Conla tanışlığıma görə fəxr edirəm. Tamella Fredə baxıb gülümsüyüb. Conla tanışlıq son deyil, xoşbəxtlik onunla bir yerdə olub, birlikdə mübarizə aparmaqdadı. Məni də sizin mizə gətirən səbəb budu. Mən o yolda nəfəslə ölümə qədər getməyə hazıram. Fred məni qəbul edəcəksənsə çox tərəddüd etməməyinizi rica edirəm. Mənim zəmanətim Cona olan haqsız məhəbbətimdi. Bu məhəbbət sizin yaza biləcəyiniz məhəbbət deyil. Düzdü, qadın olduğuma görəazda olsa o da var. Ancaq əsas məhəbbətim Conun tutduğu yoludu, onun cəsarətli addımlarıdır. Fredin gözləmədiyi halda qəfil və qəti fikirlərindən sonra bir az düşüncəli sakitlik yarandı. Fred dedi ki, çox sağ ol ki, bunu mənim öhdəmə buraxmayıb özün belə qətiyyətli mövqe bildirdin. Nə qədər istəsəydim də mən bəlkə də lazım olmayan qədər götür-qoy etməli olacaqdım. İndi mən səni yoldaşlarıma təşkilatın üzvü kimi təqdim edəcəm. Nə qədər inandırıcı olub, olmamasına baxmayaraq nəyə görəsə bu məni çox sevindirir. Həm də sizin təşkilatın üzvü olmağınız bir Conu əvəz edən təşkilat sədri kimi mənim sizin üzərinizdə olaan nəzarəti rəsmiləşdirdi. Bunu inkar etməyə də sizin əlinizdə heç bir imkan qalmadı. Bu münasibətlə mənim uşaqları gözləməy imkanım olmadığına görə sizin şərəfinizə və ömrümdə ilk dəfə özümdən asılı olmayaraq bağlandığım qızın Tamellanın şərəfinə içmək istəyirəm.

Conu görmək arzusu ilə Konrasdan uça-uça gələn Tamilla ondan bir gün əvvəl Conun mərkəzi həbsxanaya göndərildiyini eşidib elə pərt olmuşdu ki, sanki çıxılmaz vəziyyətə düşmüşdü. Belə bir vəziyyətdə Lessinin ona yaxınlaşıbürəyini açması, üstəlik də dərhal onun yuxuda da təsəvvür edə bilməyəcəy itəşkilatla, özü də Conu əvəz edən Fredlə tanış etməsi, üstəlik ilk baxışda ürəyinə yatan bir oğlanla ona qarşı belə ilıq, xoş və məhəbbətli münasibət Tamellanı hədsiz sevindirdi.

XXX

Tamellanın gəlişindən üç gün sonra Lessil ona dedi ki, ............ bir çentlmen tip gəlib çıxıb, özünü çox müəmmalı, həm də çox əsəbi aparır. Hərdən də Conun portreti qarşısında dayanıb ona xeyli tamaşa edib, öz-özünə danışır. Şəxsiyyətini bildirən sənəddə vəkil Stefan Adams yazılıb. Eşitdiyi sözdən Tamella diksinən kimi olub, Lessil bacı bil ki, Conun vəkilidi. O, Ulana şəhərindəndi, ölkənin, ştatın ən görkəmli vəkillərindəndir. O, Kanborada Cona vəkillik edib. Con sürgün olandan sonra onun iflic olaan arvadı Luiranı həkimlərin əli ilə həyata qaytaran o olub. O hardadı? Mən ləngimədən onu görmək istəyirəm.ola bilsin ki, o da Conun göndərildiyini eeşidib pis hala düşüb. O, çox yaxşı adamdı. Luira da Conun dostu Mister Cekson da onun haqqında çox xoş sözlər danışırdılar. Ancaq Fred mənə dedi ki, mənnimlə məsləhət etmədən heç kimlə əlaqə yaratmağı sənə qadağan edirəm. Təşkilat qaydalarına görə onun buna ixtiyarı var. Artıq elə sərt dedi ki, mənim dilim, ağzım qurudu. Onun belə insafsız qərarına qarşıheç bir söz demədim. Lessil dedi ki, Tamella mən heç bir halda heç vaxt Fredin rənginin dəyişdiyini görməmişdim. Ancaq o səni görəndə elə hala qaldı ki, özüm də qorxdum ki, o niyə belə oldu. Ola bilsin ki, bu qadağanın altında başqa səbəblər də var. Elə bu qarışıq dövrdə sənin kimi gözəlqızlar ciddi nəzarət altında olsalar yaxşıdır. Tamella Conun vəkili Stefan Adams haqqında Fredə danışdı və onunla görüşüb özünü ona təqdim etmək fikrində olduğunu bildirdi. Onlar qərara aldılar ki, bir cəm tapıb onunla görüşsünlər. Ya da elə hər ikisi axşam vəkil yerində olanda onun yanına gedib onu tanıdıqlarını və Conun vəkili olduğuna görə onunla görüşə gəldiklərini, ancaq müəyyən səbələr üzündən az da olsa bunu xəlvət etməli lazım olduğunu bildirsinlər. Onlar belə də etdilər. Elə söhbət zamanı Stefan Adams elədi, çəkinib qorxmadan bu şəhərdə Conun məxfi təşkilat yaratmağı baradə məlumatlı olduğu, necə olursa olsun o təşkilatı tapıb onlara qoşulub Conun ideyalarının həyata keçirilməsi uğrunda mübarizə aparacağəfikrində olduğun açıb dedi. Bu vaxt Fredlə Tamilla bir-birlərinə baxdılar. Fred baxışlarını Tamelladan yayındırmaqla özünü bilərsən ifadəsini verdi. Tamella Stefan Adamsa baxıb, siz indi həmin təşkilatın həm sıravi üzvü və həm də müvəqqəti Conu əvəz edən Fredlə otutmusunuz. Vəkil ayağa qalxıb mən fikrimdə yanılmadım. Sizi görən kimi hiss etdim ki, siz o təşkilatın üzvüsünüz və mənim də nə fikirdə olduğumu müəyyənləşdirməyə gəlmisiniz. Çox sağ olun ki, məni çox intizarda, axtarışda qoymadınız. O, əlini Fredə və Tamellaya uzatdı.



XXX

Vinçent dünənə qədər qəddar, ......kölə sahibi plantator ailəsində böyüyüb, təlim və tərbiyə aldığına görəzəif, qorxaq xarakterli gənc deyildi. Hər bir plantator kimi onu da savadlı, ancaq sərt, amansız ruhda böyütmüş və özünü müdafiəyə, düşmən üzzərində qələbə üçün fərdi, ümumi döyüş, savaş novləri ilə onu mükəmməl öyrətmişdilər. Sadəcə olaraq biz tanış olduğumuz Vinçent Lohana hadisəsindən sonra tanıdığımızdan fərqli idi. Biz indi onu sakit təbiətli, dava-şavadan kənar bir çentlemen, xəyala qapanmış bir oğlan kimiqəbul etmişik. Lohana tilsiminə düşən Vinçent əslində çox ürəkli, bacarıqlı və ağıllı bir gənc idi. O da başqa Conun işığına yığışanlar kimi gəlib..........karvansarasında yerləşdi. Ancaq onu dərindən müşahidə edən olsaydı bu oğlanın hər cürə dərdi-sərindən kənar dünyanın ancaq gözlə görünən tərəfini azad.........etmək üçün səyahətə çıxdığını zənn edirdi. Vinçent arzusunun əlçatmaz dərinliyindəqapalı malikanələri böyük dünyada Lohana qisməti möcüzəsi ilə çıxmışdı. Ancaq gerçək fikrində Conun çiynində oturub dünyanın pislərinə qarşı vuruşub, ruhən özünə sevgili elan etdiyi Lohanaya belə layiq olmaq istəyirdi. O, bunu mütləq edəcəyinə and içmişdi. Lohananın ona verib getdiyi dəsmalın ətrini sinəsinə, qəlbinə sovurmaqla o, bu məqsədində tələsmirdi. Nə axtarır, nə soruşur, nə də ətrafa boylanırdı. Böyük həvəslə qabaqdan gözəgörünməz döyüşə özünü hazırlayırdı. Çünki onun bütün döyüşlərinə Lohana uca təpənin üstündən yel kimi uçaan atın belindən tamaşa edəcəkdi. Çünki Lohana onun ruhu idi. Daimi onunla bir yerdə idi. Onun üçün Con da, Lohana da əbədi və ölməzdilər. Heç yenə tələsməyə ehtiyac yox idi. O, daima onun işığının düşəcəyi tərəfdən otaq götürüb, Lohananın nə vaxtsa quş kimi uçub, onun ovcuna qonacağı xəyalı ilə pəncərəni açıq qoyub yatdı ki dincini alsın.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə