Qasim haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31873
  1   2   3   4   5   6   7   8   9   ...   68



 
    
Azərbaycan Milli Elmlər Akademiyası 
A.A.Bakıxanov adına Tarix İnstitutu 
 
 
 
 
 
 
 
 
 
 
QASIM HACIYEV 
BƏRDƏ ġƏHƏRĠ 
COĞRAFĠ, SĠYASĠ VƏ MƏDƏNĠ TARĠXĠ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2008 



 
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov  
adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur  
 
Elmi redaktor: AMEA-nın müxbir üzvü,  
t.e.d., professor Y.M.Mahmudov  
 
Rəyçilər: AMEA-nın müxbir üzvü, t.e.d.,  
professor İ.A.Babayev  
t.e.d. T.M.Məmmədov  
t.e.d., professor V.Z.Piriyev  
t.e.d., professor T.T.Mustafazadə  
filol.e.d. S.Ş.Nuriyev  
 
Hacıyev Q.Ə.  
Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi. – Bakı, Uni- 
Print, 2008. – 250 s.  
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
Əsər Azərbaycanın qədim  şəhərlərindən biri, ölkənin beş  əsrə qədər 
paytaxtı  olmuş,  2500  ildən  artıq  yaşı  olan  Bərdənin  tarixinə  həsr 
edilmişdir. Kitabın I cildində Bərdənin qədim dövrdən  XIX əsrədək 
tarixi öz əksini  tapmışdır. Əsərdə eyni  zamanda  Bərdənin  yerləşdiyi 
tarixi  ərazinin  təbii- coğrafi  xüsusiyyətləri,  şəhərin  tarixi  yeri, 
təşəkkül  dövrü,  quruluşu,  adının  etimologiyası,  ictimai- inzibati 
şəraiti, əhalisinin etnik tərkibi işıqlandırılmışdır.  
Əsərdən  Azərbaycan  tarixinin  tədrisində  ali  və  orta  ixtisas 
məktəblərinin  müəllim  və  tələbələri,  elmi  işçilər  və  şəhər  tarixi 
məsələləri  ilə  məşğul  olan  tədqiqatçılar,  ümumiyyətlə,  tariximizlə 
maraqlananlar yararlana bilərlər.  
Kitabın işıq üzü görməsində xüsusi roluna görə vətənpərvər  
ziyalı, polis polkovniki Əbülfət Hacıyevə minnətdarlıq edirik.  
 
 
 
 
 
 
 
 
 
İSBN 978-9952-440-33-1  
© Q.Hacıyev, 2008  
 
 
 
 
 



 
Qarabağın Bərdə şəhəri qədim tarixə, zəngin ənənəyə malikdir.  
Düzü, mən qədim Bərdəni çox sevir və bərdəlilərə böyük hörmət 
bəsləyirəm.  
Heydər Əliyev  
 
 
MÜƏLLİFDƏN 
2000-ci  ildə  Azərbaycan  MEA  A.A.Bakıxanov  adına  Tarix 
İnstitutunun  Elmi Şurasının qərarı  ilə «Bərdə şəhərinin tarixi (e.ə. III 
əsr – b.e. XVIII əsri)» adlı  monoqrafiya çap  etdirdik  və 2006-cı  ildə 
Azərbaycan  MEA  Tarix  İnstitutunun  Birləşdirilmiş  Müdafiə 
Şurasında həmin mövzuda doktorluq dissertasiyası müdafiə etdik.  
Ulu Öndər  Heydər Əliyevin  «Düzü,  mən qədim  Bərdəni çox 
sevir  və bərdəlilərə böyük  hörmət bəsləyirəm» sözləri  hər bir bərdəli 
kimi bizi də ruhlandırdı və bu mövzuya yenidən qayıtmağa sövq etdi.  
Onu  da  qeyd  edək  ki,  Azərbaycanın  qədim  şəhərlərindən  biri  olan 
Bərdənin  tarixinin  yazılması, eləcə də qədim  və  zəngin tarixə  malik 
Qarabağ bölgəmizin tarixini hərtərəfli və dərindən tədqiq etmək üçün 
“Qarabağ  tarixi”  şöbəsinin  yaradılması  da  Ulu  Öndərin  tövsiyəsinin 
nəticəsidir.  
Heydər  Ə liyev  həm  tarixi  yaradan  və  bu  mənada  tariximizi 
tarixlərə  yazan  dahi  şəxsiyyət,  həm  də  tarixi  yazanlara  arxa  duran 
rəhbərdi.  
Məlumdur  ki,  Bərdə  şəhərinin  adı  yazılı  mənbələrdə 
Albaniyanın  paytaxtı  kimi  çəkilir.  Bu  məlumatdan  başqa  yazılı 
mənbə  əldə  edilmədiyindən  və  arxeoloji  tədqiqatların  aparılmaması 
səbəbindən  Bərdə bir qayda olaraq  tarixi  ədəbiyyatda orta əsr şəhəri 
kimi  təqdim  olunmuşdur.  Lakin  erkən  orta  əsrlərdə  (V  əsr)  ölkənin 
paytaxtına  çevrilmiş,  iqtisadi  və  strateji  cəhətdən  əlverişli  olan  bu 



 
şəhərin  bünövrəsinin  elə  həmin  vaxtda  qoyulması  versiyası 
tarixşünaslıqda haqlı olaraq birmənalı qəbul edilməmişdir.  
Əsrlər  boyu  qaranlıq  qalmış  tarixi  sirləri  açan,  hətta 
mövcudluğunu  itirmiş  neçə-neçə  qədim  şəhərin  tarixini  meydana 
çıxaran 
arxeologiyanın 
möcüzəvi 
imkanlarından 
lazımınca 
bəhrələnmədən,  elə  həmin  mənada,  Bərdədə  aparılmış  arxeoloji 
qazıntı  nəticələrini  nəzərə almadan,  yəqin ki, biz də  şəhərin  min beş 
yüz  il  tarixə  malik  orta  əsr  şəhəri  olması  fikrilə  razılaşmaq 
məcburiyyətində  qalardıq.  Başqa  sözlə,  Bərdədə  aparılan  arxeoloji 
qazıntılar  nəticəsində  yerin  dərin  qatlarında  arxeoloji  qayda-
qanunlarla  izlənən  mədəni  təbəqələrin  açılması,  külli  miqdarda 
qədim  maddi  mədəniyyət  nümunələrinin  aşkar  edilməsi,  şəhərin 
tarixinin  yazılı  mənbələr  və  arxeoloji  tədqiqatlar  əsasında  hərtərəfli 
və kompleks tədqiqini  mümkün etdi  və Bərdənin daha qədim dövrdə 
yaranması  barədə  yeni  söz  deməyə,  onun  inkişafını,  günümüzədək 
intensiv  yaşayış  məskəni  olaraq  qalmasını,  şəhərin  siyasi,  iqtisadi, 
ictimai,  mədəni tarixini  öyrənməyə  imkan  yaratdı.  «Qarabağın  Bərdə 
şəhəri  qədim  tarixə,  zəngin  ənənəyə  malikdir»  deyən  Ulu  Öndər 
Heydər  Əliyevin  qədim  şəhərin  keçmiş  şöhrətinin  özünə 
qaytarılmasına dair tövsiyələrini biz  
Bərdədə  onun  öz  dilindən  dəfələrlə  eşitmişdik.  Heç  də 
təsadüfi deyil ki,  Ulu Ö ndərin tövsiyələri  zaman- zaman öz bəhrəsini 
vermiş  və  verməkdədir.  Bərdə  şəhərində  Ulu  Öndərin  göstəriş  və 
tələbi  ilə  inşa  edilmiş  nəhəng  tikililər  –  mədəniyyət  sarayı,  vətən 
müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksi, 
poçt-rabitə,  mehmanxana  binaları,  zavod  və  fabriklər,  ticarət 
mərkəzi,  bazar  kompleksi, 
məktəb  binaları, 
xəstəxana  və 
poliklinikalar,  çoxmərtəbəli  ictimai  və  məişət  xidməti  binaları, 
körpülər  və  s.  vaxtilə  şəhərin  həyatını  dövrün  inkişaf  səviyyəsinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə