Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
  1   2   3   4   5   6   7   8   9   ...   23


1
                 
QASIM   QIRXQIZLI 
Sədnik Paşa Pirsultanlının 
bədii  yaradıcılığı
Gəncə - 2010


2
          Qasım Qırxqızlı
                                    Şair-jurnalist-publisist
          Redaktor:   
Şahismayıl  İsmayılov
                                     Pedaqoq-jurnalist
Qasım  Qırxqızlı
Sədnik Paşa Pirsultanlının bədii  yaradıcılığı
         130   səh.
DQ 0302 A1 -09
              
“Pirsultan” - 2010


3
Ön söz
Sədnik  Paşa  Pirsultanlı  mürəkkəb  psixoloji 
yaradıcılığa malik olan tədqiqatçı alimdir. O, şifahi 
xalq  ədəbiyyatının  dərin  məzmunlu  tədqiqatçısı 
olmaqla  bərabər, nəsr  və poeziya  sahəsində də
qələmini  sınamış,  həyatı  əhəmiyyət  kəsb  edən 
əsərlər  yaratmağa  nail  olmuşdur.  Bu  tədqiqatçı 
alimin yaradıcılığının  təhlil    edilməsinə böyük 
ehtiyac  vardır.  Bu  məsələni  nəzərə alaraq  onun 
yaradıcılığına  nəzər  yetirmək,  nəsr  və poeziya 
sahəsində qazandığı  müvəffəqiyyətləri  oxucuların 
nəzərinə çatdırmağı  özümüzün  mənəvi  borcumuz
hesab etdik. 
Bir  çoxları  şeir yazmağa  müxtəlif  yaş 
dövrlərində başlasa da, Sədnik müəllim elə bil ki, 
şeiri ilə qoşa doğulub. Uşaqlıq  dövründə keçirdiyi 
ağır,  iztirablı  illər  onu  şeirə,  yaradıcılığa  daha 
möhkəm  bağlamışdır. 
Lap  kiçik  yaşlarından  təbiətə vurğunluğu 
onu lirizmə qəlbən bağlamışdır.  Kiçik yaşlarından 
şeir  yazdığına    görə həmişə    böyüklər  tərəfindən  
qayğı ilə əhatə olunub. Xeyirxah insanların köməyi 
nəticəsində ali təhsil alıb, namizədlik və doktorluq 
dissertasiyaları müdaifə edib.  Əllidən  artıq  kitab, 
yüzlərlə qəzet  və jurnal  məqalələri  yazaraq 
problemli mövzulara toxunmuşdur. 
Türk dünyasının folklor nümunələrini topla-
maq    üçün  Azərbaycanı  oba-oba,  oymaq-oymaq 


4
gəzmişdir.  Qazaxıstan, Dağıstan, Orta Asiya, Ru-
siya,  Almaniya,  Türkiyə,  İranda  olmuş,  dəyərli 
çıxışları  ilə simpoziumlarda  məruzələr etmişdir. 
Onun  yaradıcılığı əsasında  Türkiyənin  universi-
tetlərində neçə-neçə tələbə diplom işi  yazmışdır. 
İndiyə qədər “Öz səsim”, “Pirsultan bulağı”, 
“İnciçiçəyim”,  “İlahi  bir  səs”,  “Yuxular  olma-
saydı”, “Bir içim nəğmə”,  “Bir çiçəkdə vətəndi”, 
“Yıldızdağdan  əsən  külək”,  “Pirsultan  pinarı”, 
“Saz  nəfəsli  şeirlərim”  adlı  şeirlər  kitabı  işıq  üzü 
görmüşdür.  “Gənclik  çəmənimin  payız  çiçəkləri” 
şeir  kitabında  isə “Pirsultan  pinarı”  kitabından 
kənarda  qalmış  və yeni  yazılmış  şeirlər daxil 
edilmişdir. 
Gəncliyində şeirə nikbin  əhval-ruhiyyə ilə
gələn  şairin  şeirləri  vətənə,  onun  əsrarəngiz 
təbiətinə, sevimli  həyat  yoldaşı  mərhum  Səfurə
xanımın  ülvi  məhəbbətinə həsr  edilmişdir.  Səfurə
xanımın  vaxtsız  vəfatı  onun  başı  üzərinə qara 
buludları gətirmiş, sözlə dolu sinəsinə yeni bir qəm 
də əlavə etmişdir.  Səfurə xanımın  ölümü,    ulu 
babası  Pirsultan Abdalın faciəli həyatı şeirlərində
dərdli-qəmli  motivlərlə açıq-aydın  özünü  buruzə
verir.  Xarici  ölkələrdə olarkən  yazdığı  şeirlər  
gələcəkdə fəaliyyət    göstərən  tədqiqatçılar  üçün 
zəngin bir materialdır. 
Gənclik  illərində Daşkəsən,  Kəlbəcər  və
Goranboy rayon  qəzetlərində redaktor  vəzifəsində
çalışmışdır. Bu illər onun bədii, publisistik sahədə


5
püxtələşməsində mühüm rol oynamışdır. Qırx ildir 
professor, tədqiqatçı alim kimi ali məktəbdə fasilə
vermədən tələbələrin təlim-tərbiyəsi ilə məşğuldur. 
Sədnik  müəllim  nəvələrini  ömrünün  –
qocaman palıd ağacının yaşıl pöhrələri  hesab edir. 
Onun  övladları,  gəlinləri,  nəvələri    Pirsultan 
Abdalın,  Sənəmin, Abdulkərimin,  Sədnikin    və
Səfurə xanımın  şeirlərini    əzbər  bilirlər.  Eyni 
zamanda  övladları  və nəvələri    Pirsultan  Abdalın 
başladığı şərəfli yolu inamla davam etdirirlər. 
Sədnik  Paşa  Pirsultanlını  özünün dediyi 
kimi    onu  tale  şairi  adlandırmaq  olar.  Başına 
gələnləri    taleyinin    diktəsi  ilə    kəlmə-kəlmə    ağ 
vərəqlərə köçürür.    Bu  köçürmələr    dolmuş    yaz 
buludunu    xatırladır.    Dolmuş  buludlar  sonra  da 
göz  yaşı  kimi  ağ  vərəqlər  üzərinə inci saflığı  ilə
süzülür. 
Sədnik  müəllim  xalq  şeirimizin  bütün  incə-
liklərinə dərindən bələd olan qələm sahibidir. Buna 
görə də onun  hər  misrasında  ulu  qaynaqlarımızın 
dərin  izləri  görünür.  Ömür-gün  yoldaşını  vaxtsız 
itirən  Sədnik  müəllim  umu-küsüsünü,  giley-
güzarını gizlətmir. 
Deyərdin, hamıdan  əzəldi Sədnik,
Taleyi, yığvalı gözəldi Sədnik,
İndi xəzan  vurmuş xəzəldi Sədnik,
Hardadı bəs ağlın, huşun, a dünya?


6
Sədnik    Paşa  Pirsultanlının  poeziyasında 
yeni bir təravət, yeni  bir duyum hiss olunur. Belə
duyumun  daxilində    sanki  vulkan  püskürür.  Bu
püskürmədə geniş  dünyaya göz  açmağa,  onun 
gözəlliklərinə tamaşa  etməyə can  atan  bir 
məhəbbət boy atır. Həmin məhəbbət “Sədnik Paşa 
və Səfurə Pirsultanlı  dastanı”nı  xatırladır. 
Sədnik  müəllimin  çoxşaxəli  yaradıcılığı 
təkcə Azərbaycanla  məhdudlaşmır.  O,  türk  dün-
yasına sığınan, onun xalq deyimlərindən bəhrələn-
məyi bacaran tədqiqatçı alim, şair və nasirdir. 
Sədnik  Paşa  Pirsultanlının  həyat  və
yaradıcılığını  əhatə edən    bu  kitabın    oxucular 
tərəfindən  rəğbətlə qarşılanacağına  böyük  ümid 
bəsləyir  və inanırıq  ki,  ömrünün  qürub  çağını  
yaşayan tədqiqatçı alimin geniş yaradıcılıq  mayağı 
gələcək    nəsillərin  yollarına  nur  səpəcəkdir.  Bu 
ümidlə də sevimli  oxucularımızdan  ayrılaraq 
Sədnik  Paşa  Pirsultanlının  yaradıcılığından 
bəhrələnməyi arzulayırıq. 
Qasım Qırxqızlı
Şair-jurnalist-publisist
                                                                                                                             


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə