Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

68
Pyesdə maraqlı  bir  məqam  da  var.  Fərhadı  
“Qanlı bulaq”, “Qanlı qaya”, “Qanlı təpə”, “Qanlı 
daş”,  “Qanlı  yol”  adları  çox  maraqlandırır.  Çətin-
qaya deyir:
- Allah millətlərə torpaq paylayırmış. Bizim 
xalq  gecikir.  Allah  məcbur  olub  özünə saxladığı 
gözəl  torpaq  payını  bizə verir.  Elə o  gündən  də
çoxlarının  gözü  Allah  payı  olan  torpaqlarımızda 
qalır.  Beləliklə də torpağımız  bir  çox  yadellilərin 
hücumuna  məruz qalır, qan tökülür. Bax bu adlar 
oradan meydana  gəlmişdir.
Pyesdə Sədnik  müəllim  xalq  yaradıcılığının 
yaddaşını qələmə alaraq gözəl bir əsər yaratmışdır. 
Zəhmətkeş  sənətkar  oğullarımızın  ülvi  məhəbbə-
tini təsvir edərək dahiyanə fikirlər söyləməyə mü-
vəffəq olmuşdur.
Heyvanlar  arasında  tülkü  bicliyinə görə çox 
seçilir.  Ən  çətin  məqamda  belə tülkü  özünü    bic-
liyə vurur,  düşdüyü  çıxılmaz  vəziyyətdən  xilas
olmağı  məharətlə bacarır.  Əlbəttə, aramızda  tülkü 
kimi bic olan adamlar da az deyildir. Belə bir xalq 
deyimi  də vardır:  “Onun  yanında  tülkü  toya  get-
məlidir”. Yəni bu adam tülküdən qat-qat bicdir. 
   Azərbaycan ədəbiyyatında yaranan lətifələr, 
alleqorik  əsərlər  də heyvanların  timsalında  insan-
larda olan mənfi xüsusiyyətlər qələmə alınır. 
Sədnik  müəllim  də “Daha  tülkülük  keçmir” 
uşaq  tamaşası  üçün  nəzərdə tutduğu  pyesi  yaz-
maqla  maraqlı bir əsər yaratmışdır.  Pyesin möv-


69
zusu yenə də xalq yaradıcılığından  götürülmüşdür. 
Ona  görə də uşaqlar  bu  tamaşaya  maraqla  baxır, 
tülkünün işlətdiyi biclikləri əyani şəkildə görür və
nəticə çıxarırlar. 
“Daha  tülkülük  keçmir”  tamaşasında    tülkü, 
hacıleylək,  anqu  (vağ), bala  anqu,  xoruz  və boz 
tula iştirak edir. 
Tülkü  biclik  işlədərək  quşların  balalarını alıb 
yeyir, hətta oynaya-oynaya mahnı da oxuyur. Tül-
kü leyləyi qorxudaraq həmişə onun balalarının bir 
neçəsini alıb yeyir. Anqu ilə leylək qonşuluqda ya-
şayırdılar. Leylək başına gələn əhvalatı anquya da-
nışır.  Anqu  leyləyin  axmaqlığına  için-için  gülür. 
Öz  doğma  balasını  bic,  ac-yalavac  tülküyə ver-
diyinə görə leyləyi qınayır. Həm də anqu leyləyin 
də toyuqların  balalaını  oğurlayıb  yediyini  bildirir. 
Ona  görə də başına  bu  musibətin  açıldığını  hacı-
leyləyə xatırladır. 
Tülkü  hacıleyləyin  balasını    yedikdən  sonra 
yenə də ağacın  altında  var-gəl  edərək  onun  ikinci 
balasını  da  ona  verməyi  təkid  edir.  O, hacıleyləyi 
qorxudaraq deyir: 
- Əgər balanı verməsən, gedib mişar, balta gə-
tirib ağacı kəsəcəyəm, yuvan dağılacaq, balalarının 
hamısını yeyəcəm. 
Hacıleylək acı-acı göz yaşı tökür və köçməyə
hazırlaşır. Bu zaman qonşusu anqu gəlib çıxır. Əh-
valatdan halı olduqdan sonra deyir: 


70
- Sən  ağacın  başında  tülkü  isə dibində.  O,
sənə nə edə bilər axı? 
Hacıleylək  deyir  ki,  tülkü  mənə bir  gün  vaxt 
verib. Balamın birini də  verməsəm, ağacı kəsəcək. 
Anqu deyir ki, sənə bir sirr öyrədəcəyəm, an-
caq  bunu  tülküyə demə.  Tülkü  ağacın  dibinə əli-
boş gələcək. Sən onu qabaqla de ki, mişarın, baltan 
hanı?
Tülkü  qaça-qaça  leyləyin  yuvası  olan  ağacın 
dibinə gəlir  və leyləkdən  balasını  verməyi  tələb 
edir.  Leylək  deyir  ki,  a  tülkü,  hanı  sənin  mişarın, 
baltan?  Sənin  əlinmi  var  ki,  ağacı  kəsəsən?  Neçə
ildir  ki,  mənim  avamlığımdan  istifadə edib  bala-
larımı əlimdən alıb yeyirsən. Tülkü biclik işlədərək 
leyləyə yalvardı ki, onu kim öyrədibsə, desin. O da 
məsləhət  almaq  istəyir.  Leylək  yumşalıb  anqunun 
adını verdi. 
Tülkü  qamışlıqda  anqunu  axtarıb  tapdı.  O, 
anqunun  uzun  boğazını,  gözəlliyini  təriflədi  və
yatanda  boyun-boğazını  soyuqdan  necə qorudu-
ğunu  soruşdu.  Anqu  qanadları  ilə boğazını  örtüb 
yatdığını  bildirdi.  Tülkü  şirin  dilini  işə salıb  onu 
göstərməyini xahiş etdi. Anqu qanadları ilə başını, 
boğazını örtən kimi tülkü onu tutdu və dedi:
- Leyləyi  öyrədəndə bilmirdin  ki,  bic  tülkü 
səni cəzasız  buraxmayacaq. 
Bala  anqu  anasının  başına  gələni  leyləyə
danışdı.  Belə qərara  gəldilər  ki,  xoruza  və boz 
tulaya müraciət etsinlər. Xoruzu gətirib bir ağacın 


71
üstündə qoydular. O, şirin-şirin banlamağa başladı. 
Boz tulanı da gətirib xoruzdan aralı ağacın dibində
gizlətdilər.  Xoruzun  səsini  eşidən  tülkü  anqunu 
buraxaraq xoruz olan ağacın dibinə gəldi. Ç ox dil 
tökdü  ki,  xoruz  ağacdan  düşsün  söhbət  etsinlər. 
Xoruz  dedi  ki,  bura  gəlməkdə məqsədim  odur  ki, 
bu  talada    böyük  yaşayış  məntəqəsi  tikiləcək. 
Tülkü  şirin  dillə xoruza  dedi  ki,  düş  mənə də yer 
göstər, mən də burada bir ev  tikim. Xoruz dedi ki, 
mən carçıyam. Yer bölən bax, o, ağacın dibindədir. 
Tülkü  fikirləşdi  ki,  yəqin  yer  bölən  xoruzun  
qardaşıdır. Nə olar o olmasın, bu olsun. Tülkü ağa-
cın  dibinə gələn  kimi  boz  tula  onu  göz  açmağa 
qoymadı,  dişi  ilə dərisini  dağıtdı.  Tülkü  zorla  ca-
nını boz tulanın əlindən qurtardı və xoruza dedi: 
- Neçə ki,  xoruz  carçı,  boz  tula  yer  verən 
olacaq, burada  nə kənd olacaq, nə də qəsəbə. On-
suz da bu ay mənimki  gətirmədi. Deyəsən, dünya 
dəyişib, hamı ayılıb, daha tülkülük keçmir.
Bu tamaşada tərbiyəvi əhəmiyyət daşıyan mə-
qamlar çoxdur. Ağıllı tədbirlərin qarşısında heç bir 
biclik  keçmir. Bu tədbirlərin nəticəsində də tülkü-
nün  tülkülüyü  keçmədi,  nəticədə tamahının  və
bicliyinin    qurbanına  çevrildi,  boz  tula  tərəfindən 
layiqli dərsini aldı. 
Sədnik  Paşa  Pirsultanlının  yaradıcılığında 
dram əsərləri üstünlük  təşkil etməsə də, o, bu sa-
hədə də qələmini sınaqdan keçirərək dolğun, bitkin 
dramatik əsərlər yaratmağı bacarır. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə