Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   15   16   17   18   19   20   21   22   23

114
Şəninə min qoşma, söylə, min qəzəl,
Qoca palıd cavan olası deyil. 
Nənə köçdü, baba köçdü, yar köçdü,
Hamısı dünyadan intizar köçdü,
Qalan cavanlardı, ulular köçdü,
Dünya Sədnikə də qalası deyil. 
Bu kitabda Sədnik Paşa Pirsultanlının həya-
tına, yaradıcılığına işıq salmağa çalışdıq. Nəyi ba-
cardıq,  nəyi  bacarmadıq  bunu  əziz  oxucular  daha 
yaxşı  bilər.  Fikrimizi  Sədnik  müəllimin  özünə
yazdığı “Qocalmaynan” şeiri ilə bitiririk. 
Qocalıq  nurdur,  qocalıq  xoşbəxtlik  və pira-
nilikdir.  Qocalmaq hər  adama qismət  olmur.  Səd-
nik  müəllim  sevinsin  ki,  pirani,  nurlu,  sözlü-söh-
bətli,  sazlı-şöhrətli  bir  qoca  olub.  Qoca  olmasına 
baxmayaraq  o, gənclik  ruhu  ilə yaşayır,  gənclik 
həvəsi ilə yazıb, yaradır.
O,  bu  gündə nağıllaşmış,  əfsanələşmiş  öm-
ründə deyib-gülməyindən  qalmır.  Daha  doğrusu,
gülməyi  və güldürməyi  məharətlə bacarır.  Bəlkə
də xalq  yaradıcılığını,  poeziyanı  qanına  hopduran 
bu  nurani kişi  dünyanın  ən xoşbəxt  adamlarından 
biridir.  Bu  xoşbəxtlik  nədən  ibarətdir? Bu  xoş-
bəxtlik  ondan  ibarətdir  ki,  zəhmətlə bir  boyun-
duruğa girərək düz 60 ilə yaxındır ki, onunla dost-
luq, qardaşlıq edir, çiyinlərində ağır bir yükü yerə
qoymadan,  nəfəs  almadan  daşıyır.  Bu  kişini  ağız 


115
ədəbiyyatımızın  od  qoruyanı adlandırsaq, yanıl-
marıq. 
Bu od onun çox zaman əllərini yandırsa da, 
üz-gözünü  qarsısa  da, o, odu  heç  bir  zaman 
özündən  uzaqlaşdırmayıb,  əksinə od  onu  yandır-
dıqca ona daha yaxın durub.
Səni  yüz  il  yaşa,  ustad.  Sən  ustadlar  us-
tadısan.  Bunu  sənin  yaradıcılığına  yaxından bələd 
olanlar  yaxşı  bilirlər.  Ustad,  onu  da  etiraf  etmə-
lisən  ki,  qocalmısan.  Təbiətin  bu  qanunauy-
ğunluğundan  heç  kim  qaça  bilmədiyi  kimi  səndə
qaça bilməzsən. Sən nursan, zülmətlərə işıq saçan 
mayaksan. Əsrlər keçsə də sənin nurun, işığın heç 
bir zaman sönməyəcəkdir.  Demək  sən  əbədiyaşar, 
tarixdə izi  qalan  ziyalı,  vətənpərvər  Azərbaycan 
övladısan. 
Sənə uğurlar  olsun,  ustad!  Yaz,  yarat!
Açdığın o müqəddəs cığırlar el yoluna calanıb. Bu 
müqəddəs  yolu  inamla  irəlilə!  Allah  sənə yar 
olsun.
Heç  bir  şərh  vermədən  “Qocalmaynan” 
şeirini oxucuların mühakiməsinə veririk:
Toy-mağarda “Ruhani”ni kim oynar?
Qocalmaynan, ay Sədnikim, qocalma!
Hər məclisdə öz səsin, öz sədan var,
Qocalmaynan, ay Sədnikim, qocalma!


116
Vaxt var idi güldürərdin, gülərdin,
Ağlayanın göz yaşını silərdin,
Min dərdə sən min bir dərman bilərdin,
Qocalmaynan, ay Sədnikim, qocalma!
Laçındın, tərlandın, sındı qanadın,
Vaxtsız qəlbin niyə qana boyadın?
Ç ox vəsf etdin, gözəllərdən doymadın,
Qocalmaynan, ay Sədnikim, qocalma!
Sədnik  Paşa  Pirsultanın  poetik  duyumu, 
deyimi  oxucunu  həmişə intizarda  saxlayır.  Bu  isə
onu  sübut  edir  ki,  Sədnik    Paşa  Pirsultanlı 
Azərbaycan  şifahi  xalq  ədəbiyyatının  canlı 
ensiklopediyasıdır. 


117
SON   SÖZ
Sədnik  Paça  Pirsultanlının  bədii  yaradıcılığı 
yuxarıda  dediklərimizlə bitmir.  Burada  onun 
poetik  yaradıcılığı  və nəsr  əsərlərinin  bir  hissəsi 
tədqiqata cəlb edilmişdir. Lakin alimin “Lətifələri”
və “Folklor və publisistika” əsəri  tədqiqata  cəlb 
edilməmişdir. Sədnik  müəllimin  “Sədnik  Paşa 
Pirsul-tanlının  lətifələri”  iki  hissədən  ibarətdir. 
Onun kitabının birinci hissəsini prof. Xəlil Yusifli
toplayıb nəşr etdirmişdir.
1
Sədnik Paşa Pirsultan-
lının    lətifələri  və onun  şəxsiyyəti    haqqında  söz 
açan prof. Xəlil Yusifli  yazır:
    - Azərbaycanda  Molla  Nəsrəddin  ənənə-
lərini bu gün  də uğurla davam etdirən  adamlar az 
deyildir.  Onlardan biri də tanınmış folklorçu-alim 
Sədnik  Paşa  Pirsultanlıdır.  Çox  vaxt  onun  söhbə-
tində,  baxışında,  yerişində incə bir  təbəssüm  və
                                                
1
“Sədnik  Paşa Pirsultanlının  lətifələri”.  Toplayanı və tərtib edəni: 
prof. Xəlil Yusifli. I kitab, Gəncə, Agah. 2005


118
yumor  hiss  olunur. Sədnik  müəllim  hər  şeyə,  hər 
kəsə, sözə, hadisəyə, hərəkətə incə bir təbəssümlə
yanaşmağı bacaran adamdır. Onun beyni, bəlkə də
ən  dəqiq  işləyən  kompüterdən  də dəqiq  işləyir, 
lazım  olan  hədəfi  vaxtında  tapıb  ona  atəş  açmağı 
bacarır. O, olan yerdə vaxtın necə keçdiyi bilinməz
onu  bir  dəfə görən,  söhbətlərinə bir  dəfə qulaq 
asan, onu dönə-dönə bir də görmək istəyər, bir də
söhbətlərinə qulaq asmağı arzulayar.
İkinci lətifə kitabımda olan lətifələri toplayan 
dos.  S.İbrahimli  yazır:  “Görkəmli  folklorşünas 
alim, şair, publisist S.P.Pirsultanlı onlarca samballı 
elmi  monoqrafiya və dərsliyin,  bir  çox  şeir  kitab-
larının müəllifidir. Eyni zamanda o, 50 ildən artıq-
dır  ki,  şifahi  xalq  ədəbiyyatı  nümunələrini  top-
lamaq, nəşr, tədqiqat və təbliğ etməklə məşğuldur. 
Milli  folklorumuzun  ayrı-ayrı  janrlarına  aid  olan 
saysız-hesabsız  nadir  söz  inciləri  məhz  S.P.Pir-
sultanlının  fədakar  əməyi  sayəsində geniş  oxucu 


119
kütlələrinin  istifadəsinə verilmiş  və özünün  əsil 
elmi qiymətini almışdır. 
S.Pirsultanlı el arasında həm də özünün duzlu-
məzəli  söz-söhbətləri,  şən, şux  zarafatları  və
hazırcavablığı  ilə məşhurlaşmışdır.  Bu  günlərdə
S.Pirsultanlının  lətifələrdən  ibarət  ilk  kitabı 
(“S.Pirsultanlı  lətifələri”, Agah, 2005) oxucuların 
mühakiməsinə təqdim olunmuşdur.
1
Biz görkəmli alimin gülüş payından II kitabı 
yumor  sevənlərə ərmağan  edir  və inanırıq  ki,  S. 
Pirsultanlı  gələcəkdə yeni-yeni  lətifələri  ilə
oxucuları sevindirəcək”.
Həmçinin  S.Pirsultanlı  bu  kitablardan  əvvəl 
“Gəncəbasar lətifələri”nı toplayıb nəşr etdirmişdir. 
Həmin  kitaba  Unnu  Ağcanın  (1880-1965), 
Karağan  Usubun  (1886-1958),  Dabravol  Qasımın 
(1903-1973) lətifələri daxil edilmişdir.
2
                                                
1
“Sədnik  Paşa Pirsultanlının  lətifələri”.  Toplayanı və tərtib edəni: 
dos. Sahib  İbrahimli. II kitab, Gəncə, Agah.  2005
2
“Gəncəbasar lətifələri”.  Toplayanı və tərtib edəni: prof. Sədnik  Paşa 
Pirsultanlı,  Gəncə, Agah.   2005


120
S.P.Pirsultanın uzun  illərdən  bəri  toplamaqda 
olduğu Naxçıvan, Şəki-Şirvan lətifələri də tamam-
lanmaq üzrədir. Yəqin ki, yaxın vaxtlarda onlar da
nəşr olunacaqdır.  Şəki  lətifələrindən  bir  örnək...
Bir  gün  bir  şəkili  atını  bazara  satmağa  çıxarır.  At 
sahibi öz şəkilisinə deyir:
  -Mənim atımı təriflə, qoy satılsın
Şəkili at sahibinə deyir:
-    Keçən  bazar  Daşüz  yaylasında  bu  atla  bir 
ceyranı basdırdın, ətindən qıpqırmızı kabab çəkdin, 
adamları  başına  yığıb  ləzzətlə kababdan  yediniz. 
İndi o adamları çağır atını tərif eləsin.
Yerbə-yerdən dillənirlər.:
-Ayə, ceyran basan at budur? İkiqat qiymətinə
atı alırlar. At sahibi deyir:
-Atımı tərifləmədin, gördünmü necə aldılar?
O biri şəkili deyir:
-Ay  çiyni...Hələ tərifləmədim?  Sənin  atın  nə
zaman ceyran basmışdır?


121
Naxçıvan  və Şirvan  lətifələrində də belə
dəyərli nümunələr çoxdur.
Yəqin ki, gələcəkdə “XX əsr lətifə yaradıcılığı 
və Sədnik  Paşa  Pirsultanlı”  adlı  dissertasiya işi
yazılıb müdafiə ediləcəkdir. Bunu ona əsasən deyi-
rik  ki,  XX əsrdə yaranan  lətifələri  toplayıb  nəşr 
etdirən də, yeni lətifə örnəkləri yaradan da S.P.Pir-
sultandır.  Bundan  əlavə,  S.P.Pirsultanlının  “Folk-
lor  və publisistika”  əsərində toplanmış  analitik 
yazılar, oçerklər də tədqiqata möhtacdır.


122
Sədnik  Paşa  Pirsultanlının   
(Paşayev  Sədnik  Xəlil  oğlu)  qısa 
tərcümeyi-halı
1.
Paşayev  Sədnik  Xəlil 
oğlu.
2.
Pirsultanlı.
3.
Şair.
4.
Filologiya  elmləri dok-
toru, professor.
5.
1988-ci ilin dekabr ayının 
30-da  “Əmək  veteranı”, 
1992-ci ilin may ayının 4-
də “Əməkdar Mədəniyyət 
işçisi”,  2007-ci  ilin  yan-
var  ayında  “Qabaqcıl 
Təhsil  işçisi”,  Türkiyə Cumhuriyyəti  Kültür  Bakan-
lığının “Teşekkür belgesi”-ni almışdır.
6.
20  may  1929-cu    il    tarixdə    Azərbaycan  Respublika-
sının  Daşkəsən  rayonunun  Qazaxyolçular  kəndində  
anadan olub.
7.
1946-cı ildə “Daşkəsən” qəzetində “Zəfər bayramı” adlı 
ilk şeiri çap olunub.
8.
Natamam  orta  təhsilini  Qazaxyolçular  kəndində,  orta 
təhsilini    Dəstəfur internat  məktəbində alıb.    1950-ci 
ildə H.B.Zərdabi  adına  Kirovabad  Dövlət  Pedaqoji 


123
İnstitutunun  (indiki  Gəncə Dövlət  Universitetinin) 
birinci kursuna qəbul olunub, 1954-cü ildə Azərbaycan 
dili və ədəbiyyatı fakültəsini   bitirib.  
9.
2004-cü ildən AYB-nin üzvüdür.
10.
1955-ci  ildən  1970-ci  ilə qədər  “Yeni  Daşkəsən” 
(Daşkəsən),  “Mübariz”  (Goranboy)  və “Yenilik”  (Kəl-
bəcər)  rayon  qəzetlərində redaktor,  “Kirovabad  kom-
munisti”  qəzetinin  məsul  katibi  işləyib.  1970-ci  ilin 
oktyabr  ayında  H.B.Zərdabi  adına  Kirovabad  Dövlət 
Pedaqoji  İnstitutuna  müsabiqə yolu  ilə müəllim  qəbul 
olunub, baş müəllim, dosent vəzifələrində işləyib. Hal-
hazırda Gəncə Dövlət Universitetinin professorudur. 
11.
1993-cü ildə Ankarada keçirilən “İpək yolu uluslararası 
xalq  ədəbiyyatı  simpoziumu”nda  və Nevşehirdə keçi-
rilən “Hacı Veli Bektaşi” törənində məruzəçi kimi çıxış 
edib.
1955-ci ilin iyul ayından  “Bilik” cəmiyyətinin, 1960-ci 
ilin  iyun  ayından    Jurnalistlər  Birliyinin,  1989-cu  ilin 
aprel  ayından  Aşıqlar  Birliyinin,  1998-ci  ilin oktyabr 
ayından Azərbaycan Vətən Müharibəsi Veteranlar Bir-
liyinin (fəxri),    2003-cü  ilin    iyun ayından  Yeni  Azər-
baycan  Partiyasının,    2004-cü  ilin  aprel  ayından  Yazı-
çılar Birliyinin üzvüdür.
12.
Almaniya  Avropa  Türk-İslam  Birliyinin  dəvəti  ilə
“Yunus İmrəyə sevgi ili” kutlamalarında məruzəçi kimi 
çıxış  edib,  Türkiyədə elmi  konfraslarda  və simpo-
ziumlarda iştirak edib, İranda yaradıcılıq səfərində olub.


124
13.
2007-ci  ildə “Azərbaycan  Respublikasının  Əməkdar 
müəllimi”,  2009-cu  ildə “Tərəqqi”  medalı  ilə təltif 
olunub.
14.
Kitablarının siyahısı
1.
Лалə,  Ашыг Бəсти. Эəнcлик, Бакı, 1969, 55 səh, 10.000 
nüsxə.
2.
Йашайан  əфсанəлəр,  Эəнcлик, Bakı,  1973,    78  səh, 
4.000 nüsxə.
3. Xəstə
Гасым, Эəнcлик, 
Bakı, 1975, 64 səh, 2.200 nüsxə.
4.
Йурdумузун  əфсанəлəри,  Бакı, 1976,  45  səh,  30.000 
nüsxə.
5.
Низами  вə фолклор,  Билик,  Бакı,  1976,  65  səh,  2.500 
nüsxə.
6.
Йанардаь  əфсанəлəри,  Эəнcлик, Bаkı,  1978,  160  səh, 
20.000 nüsxə.
7.
Азəрбайcан  xалq  йараdыcылыьынын inki
şafı, 
Билик, 
Бакı, 1981, 40 səh, 1000 nüsxə.
8.
Низами və xalq əfsanələri, Эəнcлик,  Бакı, 1983, 128 
səh, 4.000 nüsxə.
9.
Байатылар  (топлайанлар:  В.Вəлийев,  С.Пашайев), 
Йазыçы, Бакı, 1985, 200 səh, 40.000 nüsxə.
10. Azərbaycan  əfsanələrinin  öyrənilməsi, 
Билик,  Бакı, 
1985, 70 səh, 500 nüsxə.


125
11.
Азəрбайcан xalq  əфсанəлəри,  Йазычы,  Бакı, 1985, 285 
səh, 50.000 nüsxə.
12. А
зəрбайcан mifoloji мəтнлəри, Елм, Бакı, 1988, 
13.(
топлайанлар  Сəдник  Пашайев,  Маqбет  Əщмəдов, 
Ариф Рəщимов, Ариф Аcаlov), 180 səh, 25.000 nüsxə.
14.
Азəрбайcан  fолклору  вə ашыq  йарадыcылыьы (дəрс
vəsaiti),  А
зəрбайcан Дöвлəт Университеtи Нəшрийyаты, 
Бакı, 1989, 88 səh,   500 nüsxə.
15. Azərbaycan  xalq  dastanlarının  tədrisinə dair  (metodik 
göstəriş), Bakı, 1989, 48 səh, 500 nüsxə.
16.
ХЫХ  əsr Азəрбайcан ашыq йараdыcылыьы (дəрс vəsaiti), 
Азəрбайcан ДПИ-нин нəшрийyаты, Бакı, 1990,  98 səh, 
500 nüsxə.
17. Öz  səsim    (şeirlər),  İdeya  nəşriyyatı,  Gəncə,  1990,              
72 səh, 500 nüsxə.
18.
Азəрбайcан  xalq  сюйлəмəлəри,  Йазыçы,  Бакı,  1992, 
211 səh, 10.000 nüsxə.
19.
Пирсултан  булаьы  (шeирлəр),  Елм,  Бакı, 1994, 110  səh, 
1000 nüsxə.
20.
Инcичичəyим (шeирлəр), Эəнcə, 1996, 100 səh, 500 nüsxə
21.
Караьан Усубун lətifələri, Gəncə, 1997, тəкрар 2000, 
2001, 37 səh, 1000 nüsxə.


126
22. Xalqın  söz  mirvariləri, 
Азəрнəшр,  1999,  110  səh,  500 
nüsxə.
23.
Илащи  бир  сəс  (шeирлəр),  Эəнcə,  1999,  110  səh,  500 
nüsxə.
24.
Унну  Аьcанын  lətifələri,  Еколоgiya  nəşriyyatı, 
Эəнcə, 1999, 60 səh, 500 nüsxə.
25. Ağdabanlı şair Qurban, 
Эəнcлик, Бакı, 2000, 177 səh, 
500 nüsxə.
26.
Дабровол  Qасымын lətifələri,  «Əsgəroğlu», Gəncə, 
2001, 62 səh, 200 nüsxə.
27.
Йəщйа  бəй  Дилгəмə el-oba  məhəbbəti,  Бакı,  Аэащ
2001, 105 səh, 600 nüsxə.
28.
Ашыq  Бəсти “Bənövşələr”  “Əсэəроьлу”, Gəncə,  2001, 
80 səh, 300 nüsxə.
29.Heca  vəznli  şeir  və mənzum  atalar  sözləri, 
Эəнcə,
Аэащ, 2001, 110 səh, 200 nüsxə.
30. Heca  vəznli  tapmacaların  inkişafı,  AGAH  nəşriyyatı, 
Gəncə, 2001, 110 səh, 300 nüsxə.
31.
Азəрбайcан  епосунуn  əфсанə qaynaqları,  Азəрнəшр, 
Бакı, 2002, 102 səh, 500 nüsxə.
32. Qaraxanlı Künə Dəmirin lətifələri, Gəncə, «Pirsultan», 
2002,   51 səh, 200 nüsxə.


127
33.
Qамышлы  шаир  Рцстəм,  «Laçın  qaya,  çal  yadıma 
düşəndə», Gəncə, «Pirsultan», 2002, 80 səh, 300 nüsxə
34. Yuxular 
олмасайды,  «Pirsultan»,  2002,  60  səh,  150 
nüsxə.
35.
Озан-Ашыq  сəнəтинин nəzəri  мəсəлəлəри,  Бакı,  Озан,
2002, 208 səh, 250 nüsxə.
36.
Озан-Ашыq  йарадыcылыьынa dair  арашdıрмалар, Ы  cилd, 
Эəнcə, «Pirsultan», 2002, 203 səh, 150 nüsxə.
37.
Озан-Ашыq йарадыcылыьынa dair арашdырмалар,  ЫЫ cилd, 
Эəнcə, «Pirsultan», 2002, 230 səh, 100 nüsxə.
38.
Бир  ичим  нəьмə (шeирлəр),  Эəнcə, «Pirsultan»,  2003,               
70 səh, 100 nüsxə.
39.
Щecа  вəзнли  байаты və qошма möcüzələri,  Gəncə, 
«Pirsultan», 2003, 80 səh, 100 nüsxə.
40.
Эəнcəбасар lətifələri, Эəнcə, «Аgah», 2005, 201 səh, 
300 nüsxə.
41.
Бир  чичəк  дə Вəтəндi,  Эəнcə,  2005,  127  səh,  200 
nüsxə.
42.Əsatirlər,  əfsanələr,  rəvayətlər (S.P.Pirsultanlı  və digər 
müəlliflər), “Şərq-Qərb”, 2005, 304 səh, 2500 nüsxə.
43.
Мир  Cəфəр  Баьыров  йаddашларда,  «Pirsultan»,  Gəncə, 
2005, 80 səh, 100 nüsxə.
44.
Елдəн-обадан eşitdiklərim,  Gəncə,  «Аgah»,  2005, 
170 səh,  200 nüsxə.


128
45. Yıldızdağdan  əsən  külək,  Gəncə,  2006,  100  səh,  200 
nüsxə.
46. Azərbaycan  Folkloruna  dair  tədqiqlər,  Gəncə,  2006, 
402 səh, 200 nüsxə.
47. Publisistika və folklor, Gəncə, 330 səh, 200 nüsxə.
48. Azərbaycan  əfsanə və rəvayətlərinin  ədəbi  abidə-
lərimizlə müqayisəli  tədqiqi,  Elm,  2007,  310  səh,  500 
nüsxə.
49.Pirsultan  Pinarı  (Şeirlər),  «Pirsultan»,  Gəncə,  2007, 
666 səh, 100 nüsxə.
50. Saz  nəfəsli  şeirlərim,  «Pirsultan»,  Gəncə,  2008,              
121 səh,  200 nüsxə.
51.Aşıq Şəmşirin poetik aləminə səyahət, “Təknur”, Bakı, 
2008,  295 səh, 500 nüsxə.
52. Azərbaycan  türklərinin  xalq  əfsanələri,  Azərnəşr,  
2009, 427 səh, 200 nüsxə.
53. “Novruz-Qəndab”  və digər  məhəbbət  dastanlarının  
müqayisəli    tədqiqi, Azərnəşr,    2009 112 səh, 200 
nüsxə.
54. “Aşıq Tifil Əsəd və Aşıq Ağbulaqlı Aqil”, “Pirsultan” 
nəşriyyatı, 114 səh, 100 nüsxə.
55. “Qızıl beşik və Ana maral”, “Pirsultan” nəşriyyatı, 126 
səh, 100 nüsxə
56. “Lilpar  bulaq”,  “Pirsultan”  nəşriyyatı,  120  səh,  100 
nüsxə


129
Kitabın içindəkilər
Юн сюз .........................................................  3
I FƏSİL
Sədnik Paşa Pirsultanlının poetik söz dünyası ......... 7
II FƏSİL 
Sədnik Paşa Pirsultanlının nəsr yaradıcılığı ........... 56
III FƏSİL 
Poemaların tədqiqi .................................................  81
IV  FƏSİL
Payız çiçəkləri  ........................................................ 86


130
Qasım Qırxqızlı 
Sədnik Paşa Pirsultanlının
bədii yaradıcılığı
Kompüter tərtibatçısı:
Turanə   İmanova
“PİRSULTAN”  - 2010
Yığılmağa verilmişdir:  28.02.2010
Çapa imzalanmışdır:  15.03.2010
Qiyməti  müqavilə yolu ilə
Tiraj: 100

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə