Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   2   3   4   5   6   7   8   9   ...   23

22
Hər bir şairin özünün xüsusi yaradıcılıq yolu 
vardır.  Azərbaycan  ədəbiyyatında  yazılan  şeirlər 
əsasən heca  vəznində yazılır.  S.P.Pirsultanlı  heca 
vəzni ilə bərabər sərbəst vəzndə də şeirlər yazır və
bu  şeirlər  oxucunun  diqqətini  özünə çəkməyi 
bacarır.
Pirsultan dağına ithaf etdiyi şeirində bu dağı 
dağ başında köz qalasına bənzədir. Od-alov, ocaq-
köz  bizim  üçün  müqəddəs  sayılır.  Bu  isə
atəşpərəstliyimizdən  irəli  gələn  bir  hal  kimi 
qiymətləndirilməlidir.
Başın seyrəngahım, ayağın köyüm,
Qoşqarımın öz anası, Pirsultan.
Adın Qızılbaşdan bir yadigardır,
Dağ başında köz qalası, Pirsultan.
    Yox, aşıq, köz qalası,
    Dözmüsən, döz qalası
    Hər kəsə çox şirindi.
    Öz yuvası, öz qalası.
Özünə şirin  saydığı  yurdunu,  qalasını  ilahi-
ləşdirən  şair  keçmişimizə,  soy-kökümüzə söykə-
nərək  əsrlərin  o  tayından  adlayıb,  rüzigarın  isti-
soyuğuna  dözə-dözə bu  günümüzə qədər  yaşayan 
qalalarımızı  Abdaldan,  Xətaitən  yadigar  qaldığını 
önə çəkir.


23
Yox, aşıq, nişan qala
Dağ üstə, nişan qala.
Abdaldan, Xətaidən
Qalıbsan, nişan qala.
S.P.Pirsultanlı  folklorşünas-alim  olmasına 
baxmayaraq  poeziyanın  yüksək  zirvəsinə qalxa-
cağına və orada əbədi qərarlaşacağına inanır və bu 
yolla inamla irəliləyir.
Nə qədər  desə də yenə görünür  ki, şairin 
dağlara deyiləsi çox sözü var. Yaradıcılığının hansı 
tərəfini  tərpədirsənsə tərpət, orada  mütləq  dağlara 
həsr  olunmuş  şeirlərə rast  gələcəksən.  Hamısı da 
müxtəlif  məzmunda, müxtəlif  biçimdə,  müxtəlif 
ölçüdə olur.
Çoxlarını yola salıb,
Dağlar dağlığında qalıb,
O, qüdrətdən bir pay alıb,
Veribdi dözüm dağlara.
Və yaxud: 
Həsəndədə, Həsənbaba,
Qoşa-qoşa Həsən, dağlar.
Mən qocaldım, siz cavansız,
Həmənkisiz, həmən, dağlar.
Gəzməlidi, görməlidi,
Sədnik, könül verməlidi,


24
Buludların süd gölüdü,
Buludları əmən, dağlar.
Şairin təbiət mövzulu şeirləri insan həyatı ilə
həmahəng  səsləşir.  Bunu  isə onun  yaradıcılıq 
tapıntısı hesab etmək olar.
“Sevgi  çəmənim”  bölümündə müxtəlif  səp-
kili şeirlər toplanılmışdır. “Verəmmərəm” şeirində
itən  gəncliyini  bir  də sevgiyə qaytarıb  verə
bilmədiyindən gileylənir.
            Səndən aldığım gəncliyi,
            Birdə geri verəmmərəm.
            Bağçanıza yüz yol girəm,
            Həmən gülü dərəmmərəm.
             Sədnik, o tanrı payımdı,
             Günəşimdi, həm ayımdı,
             O, mənim xan sarayımdı,
              Uçsa bir də hörəmmərəm.
“Açma  mənim  məktubumu”  şeirində şair 
orada hiss və həyəcanın olduğunu bildirir, yad əlin
dəyib izi düşməsindən qorxur. Bu müqəddəs sevgi 
duyğularını gizli saxlamağı üstün sayır:
            Açma, mənim məktubumu,
            Yox əl vurma, dəymə ona.


25
            Yad əl dəyər, izi düşər
            Orda hiss var, həyəcan var.
Sədnik  müəllimi  yaxşı  tanıyanlar  bilir  ki, 
onun  həyat  yoldaşı  Səfurə xanım  həmişə arxa-
dayağı olmuş, yaradıcılığına zülmətlərdə şam kimi
yanıb nur  ələyərək, qətrə-qətrə əriyərək  ömrünü-
gününü  onun  yolunda  qurban  vermişdir.  Səfurə
xanımı  vaxtsız  itirən  alim-şair  özünü  qanadı 
qırılmış  qartala  bənzədir.  Dağların,  qayaların,
əngin  səmanın  onsuz  qaldığını  yana-yana 
qələminin süzgəcindən keçirir.
Həyat  yoldaşı  Səfurə xanıma  yazdığı 
“Qalıb”  şeirində ilk  eşqinin,  istəyinin  dağlarda 
qaldığını bildirir:
Sədnik bu dünyada yaşarmı sənsiz,
Qəlbi dalğalanıb coşarmı sənsiz,
Dağlara bir nəğmə qoşarmı sənsiz?
İlk eşqim, istəyim dağlarda qalıb.
Daha  sonra  Səfurə xanıma  həsr  etdiyi 
“Vermərəm”  şeirində ürəyini,  eşqini  ondan  başqa 
heç bir kəsə verməyəcəyini bildirir:
Biləsən ki, ürəyimi, eşqimi,
Sənə verrəm, özgəsinə vermərəm.
Bağlardan, dağlardan bənövşə dərrəm,
Sənə verrəm, özgəsinə vermərəm.


26
Şəxsiyyətlər, məşhur mahnılarımız, el hava-
larımız,  xalq  təbabətində geniş  yayılmış  bitkilər, 
müxtəlif  müalicə üsulları  və s.  barədə də saysız-
hesabsız  söyləmələr  toplayıb  oxucuların  istifa-
dəsinə vermişdir.
S.P.Pirsultanlı  uşaqlıq  və ilk  gənclik  illə-
rində çətin  və ağır  həyat  tərzi  keçirsə də təbiət 
etibarı  ilə son  dərəcə nikbin,  şən,  şux,  hazırcavab 
bir adamdır. Şəxsi həyatı və gündəlik qayğıları ilə
bağlı  söylənilən  çoxsaylı  lətifələr  onu  son 
vaxtlarda gülüş qəhrəmanına çevirmişdir.
S.P.Pirsultanlının şeirlərində məhəbbət möv-
zusu da ayrıca bir xətlə davam edir.
Deyirlər ki, səksən, doxsan
Vaxt çatanda bir gün yoxsan.
Sədnik deyər, çox uşaqsan
Yüzdə də baldı məhəbbət.
Şairin  “Məhəbbət”  şeirindən  görünür  ki, 
neçə ki, insan var, demək, məhəbbət də var. İnsan 
qocalsa da məhəbbət heç bir zaman qocalmır.
“Pirsultan pinarı” kitabında “Səfərlər” bölü-
mü  daha  maraqlıdır.  Gəzdiyi  obalardan,  ellərdən 
aldığı  təəssüratlar  məharətlə şeir  dilinə çevrilmiş, 
yaddaqalan  şeirlər  yaranmışdır.  Onu  səyyah-alim
adlandıranlar  yanılmırlar.  Azərbaycanın,  Türk 
dünyasının  ellərini  qarış-qarış  dolaşan  tədqiqatçı 
alim  ağız  ədəbiyyatından  seçmə nümunələr  top-


27
layıb  onu  ilmə-ilmə toxuyaraq  tarixdə misli-
bərabəri  olmayan  elə bir  xalça  toxumuşdur  ki, 
əsrlər keçsə də bu xalçanın nə rəngi solacaq, nə də
o,  öz  təravətini  itirəcəkdir.  Kəlbəcərə həsr  etdiyi 
“Yolum  düşdü”  şeirində poetik  bir  lövhə yarada 
bilmişdir.
Gəlib çıxdım gül çağına,
Girdim Şəmşirin bağına,
Sinəm döndü söz dağına,
O, içən çeşmədən içdim.
Dedim, hanı Əli Bimar,
Sözü pərən Bəsti də var,
Yada düşdü çox sənətkar,
Sənət sevdasına düşdüm.
Yaşamaqdan  doymayan  şair  “Mən  doyma-
mışam” şeirində yazır:
Həyat nə şirindir, ay Vətənoğlu,
Ömür gülzarından mən doymamışam.
İnsan yaşadıqca yaşamaq istər,
Bağçalar barından mən doymamışam.
Bu qoca dünyanın özü şirindi,
Sədnik, hamısından yazı şirindi,
Yayı, qışı, sərt ayazı şirindi
Dağların qarından mən doymamışam.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə