Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   2   3   4   5   6   7   8   9   10   ...   23

34
Kaman kimi inləmişəm,
Ü rəyimə, dəymə mənim. 
Təzə-təzə qaysaq  tutur,
Elə bil süd qaymaq tutur,
Nə yaxşı qəmin unudur,
Ü rəyimə, dəymə mənim. 
                  (“Ürəyimə, dəymə mənim”)
Cəngi  rübabı  ilə köklənmiş  ürəyinə dəy-
məkdən qorxan  şair  “Səni sevir, sevəcəkdi, ürəyi-
mə, dəymə mənim” deməklə sevgisinə sadiq oldu-
ğunu bir daha sübuta yetirir. “Buludumun göz yaş-
ları”  bölümündə “Mən  anamın  göz  yaşını  içmi-
şəm”  şeirinin  birinci  bəndini  həyəcansız  oxumaq 
olmur. 
  
Lap erkən atamdan, sonra anamdan,
Körpə ikən mən aralı düşmüşəm.
Nə biləsən sən ananı əməndə.
Mən anamın göz yaşını içmişəm. 
Bu şeir parçasından görünür ki, şairin uşaq-
lıq  dünyası  xoş  keçməyib,  qəmli,  sitəmli,  anasız-
atasız günlərlə çox baş-başa qalıb. 
Qəlbinin  işığı  və nuru  ilə ürəklərdə heykəl-
ləşən    S.P.Pirsultanlı  yaradıcılığının bütün  sahələ-
rində vətənə,  xalqa,  elə-obaya  bağlı  olduğunu 


35
sübut  edir.    Onun yaradıcılığı  qaranlıqlara    işıq 
saçır, nabələd yolçuya yol göstərir, nəsihət verir. 
Sən gördüyün  sıra-sıra dağların,
Qoynunda dünyaya gəlmişəm, oğul.
Ç ətin vaxtda, bərk ayaqda, dar gündə,
Bu elləri arxa bilmişəm, oğul. 
El atan daş gedib düşər uzağa,
Yıxılsanda el qaldırar ayağa,
Sədnik deyər, vurulmuşam bu dağa,
Möhnəti qəlbimdən  silmişəm, oğul.
Sevdiyi  fidan  nəvələrini  unutmayan,  onları 
dəli  bir  məhəbbətlə sevən  baba  şeir  boxçasından  
balaca  Səfurəyə,  Vüsaləyə,  Simrana  da  pay  ayır-
mışdır. 
Üç oğuldan, üç qızdan,
On ikicə nəvəm var. 
Gözlərimin nurudu,
Simran onlardan fərqli,
Pirsultanın piridi, 
Ərənlərdən biridi.
Soy-kökünün
Əşrəfidi, dürrüdü.
Nə vaxt onu görəndə,
Bilin Sədnik diridi. 
                       (“Pirsultanın piridi”)


36
Söz elədir ki, gərək  yerində deyilsin, daşdan 
keçsin,  ürəkləri fəth  etməyi  bacarsın.  S.P.Pir-
sultanlının  sözü  daşdan  keçir.  Çünki  bu  sözdə
eldən  qaynaqlanan  çalarlar  var.  Sədnik  müəllim 
daim təbiətlə təmasda olan, onunla dil tapıb danış-
mağı  bacaran,  gördüyü hadisələrdən təsirlənən, 
onu  şeirə çevirməyi  bacaran  dahi  sənətkardır.  O, 
özünü  təbiətdən  ayırmır,  mənən  təbiətlə qoşalaşır. 
Bu  qoşalıqdan  isə gözəl  poeziya  nümunələri 
yaranır:
Yuyunan, daranan meşədi, meşə,
Elə bil qayalar şüşədi, şüşə
Yağışdan sonra.
Axan sular dərələrdə sellənər,
Bulaq suyu şərbət olar ballanar,
Yağışdan sonra.
                          (“Yağışdan sonra”)
Göydəki ulduzmu, yoxsa çiçəkmi?
Gəzir arasında, ay dərə-dərə.
Gecənin hüsnünə heyran qalmışam,
Qıvrılır ilan tək, çay dərə-dərə. 
Bilmirəm o, kimdir marıxda yatmış,
Meşə gözəlini al-qana qatmış,
Qolları qurumuş nə sərrast atmış,
Ovçu hardan gəlmiş, ay dərə, dərə?


37
Qarğışdan  uzaq  olan  şair meşə gözəlini  al-
qana batırdığına görə sərrast atan ovçunu qarğayır,  
qollarının qurumasını arzulayır.
S.P.Pirsultanlının  hikmət  xəzinəsi də zən-
gindir. Hikmətanə,  ibrətamiz  deyimləri  ilə oxu-
cunu təəccübləndirməyi bacarır. Saza, sözə qiymət 
verməyənləri, bacarmadığı  işdən  yapışanları  ya-
manlayır:
Aşıq, sözüm ürəyinə yatmasa,
Sən olasan, ol yaradan, oxuma.
Bir gözəldir yüz cür zinət vurmuşam,
Geydirmişəm Zərxaradan, oxuma.
                               
Şeyda bülbül təki dolan bu bağı,
Şeirdən salıbdı salan bu bağı,
Sədnik, deyər etmə talan bu bağı,
Könülsüzsən çıx aradan, oxuma.
Adətən  yazarların  çoxu  dünyanın  bivəfa 
olmasından  həmişə gileylənirlər.  Əksinə olaraq 
Sədnik  müəllim  dünyadan  giley-güzar  etmir,  ək-
sinə onu vəsf etməkdən doymur.
Doymadım nə yazından, qışından
Qara buludları dağıt başından,
Ləl tökülsün torpağından, daşından
Baxım camalına doyum, a dünya.


38
Müxtəlif  səpkili şeirlərdə Sədnik müəllimin 
yaradıcılığı özünün tutarlı yerini tapmışdır.
Mən şeir dəftərimi,
Sağ gözüm olsan vermərəm.
Dosta, tanışa heç kimə,
Lap özüm olsam vermərəm.
                                   (“Vermərəm”)
S.P.Pirsultanlı  çərxi-fələyin  başımıza  açdığı 
müsibətlərlə də barışmır, Vətəndə vətənsizlik dərdi 
ilə də tablaşa bilmir. Şuşa, Qarabağ onun ürək ya-
rasına çevrilmişdir. Hər gecə Şuşanı, doğma yurd-
larımızı  qarışıq  yuxularında  görür.  Şuşa,  Göyçə, 
Qarabağ  yaraları  şairin qəlbini  yanım-yanım  yan-
dırır. O yerlərin həsrəti ilə pörşələnib odsuz-ocaq-
sız külə dönür.
Allah! Allah, bir gecənin içində,
Ağardı kirpiyi, qaşı Şuşanın.
Yer də, göy də nalə çəkib kirimir,
Ağlayır kərpici, daşı Şuşanın.
Bizə elə gəlir  ki,  kirpiyi,  qaşı  bir  gecədə
ağaran Şuşanı ağsaçlı Dədə Qorquda oxşadır.
İnsan  ruhunun ən  kiçik duyğularını poeziya 
zirvəsinə qaldırmaq hər şeir yazana qismət olmur. 
Ancaq  bu  uğurlar  ustad  sənətkar,  el  deyimlərinin 


39
bilicisi,  sazın,  sözün  qədir  və qiymətini  bilən 
Sədnik Paşa Pirsultanlıya qismət olmuşdur.
Sədnik müəllimi vətəndaş-şair adlandırmaq 
daha düzgün olar. O, həmişə vətəndaş mövqeyində
dayanaraq Vətənini, onun gözəlliklərini vəsf 
etməkdən qürur duyur.
Sənə qurban olum, Vətən, ay Vətən,
Mənim varlığım da, ruhum da sənsən!
Gözümdə bütövsən, qəlbimdə poza?
Yüz yol təsəlli ver,
Dağlar necə dözsün bu qədər aha,
Səbrin sonu yoxdu, bəs deyil, daha?
Sonalar ağlayır orda dözüm, yox
Araza deməyə daha sözüm, yox.
Şair  “Görmüşəm”  şeirində vəzifə başında 
olub xalqa yuxarıdan aşağı baxanlarla, yaltaq dost-
larla barışmaq istəmir.
Vəzifə başında, iş otağında
Çoxlarını nər sifətdə görmüşəm.
Amma beləsini dar ayağında, 
Altı üzlü zər sifətdə görmüşəm.
Sədnik, düşünmüşəm yaxın-uzağı
Tale bizə göstərməsin o dağı,
Suyu bulandırar dostun yaltağı,
Kişiliyi kür sifətdə görmüşəm.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə