Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

40
Sədnik müəllimin məktublaşmaları və deyiş-
mələri də maraq doğurur. Rəhmətlik  Bəhmən  Və-
tənoğlu ilə şeirlə məktublaşmasında incə məqamlar 
diqqəti  özünə çəkir.  Oxucuların  marağını  nəzərə
alaraq hər iki ustadın şeirlərini bütövlükdə verməyi 
qərarlaşdırdıq.
Şair Bəhmən Vətənoğluna.
(İki  gözü  kor  olan  türk  aşığı  Aşıq  Veysəl 
ömrüboyu  Vətən  yolunda  şəhid  olmadığına  təəs-
süflənmişdir).
Vətənoğlu, buna dözmək çətindi
Düşməyir Vətənə güzarın, şair!
Murovdağdan Kəlbəcərə boylandım,
Görünmür şəhidlik məzarın, şair!
Mən bilirəm qəlbin para-paradır,
Daşın da ürəyi qandır, yaradır,
Qanın hara sızsa, vətən oradır,
Sinəmdə yaşayır azarın, şair.
Silah yoxdu, yava götür, bel götür,
Sən arxanca mahal götür, el götür,
Döyüş günü Sədniki də, gəl götür,
Qanlı lalələr tək qızarın, şair.
Şair  Bəhmən  Vətənoğlunun  Sədnik  müəllimə
cavabı:


41
Səni pir olasan, ay Pirsultanlı,
Mənə öyüd vermə, öyüdəm, lələ.
Ölüm arzulama ölməyən kəsə,
Sən Allah,  sataşma seyidəm, lələ.
Ömrümün çiçəyi, gülü solubdu,
Yaman kövrəlmişəm gözüm dolubdu,
Şəhidlər bir dəfə şəhid olubdu,
Mən yazıq ömürlük şəhidəm, lələ.
Bu vətənsiz Bəhmən nər oğlu, nərdi
Dərd çəkməyi bacarmaq da hünərdi,
Sən çəkə bilməzsən mən çəkən dərdi,
Mən sənə baxanda igidəm, lələ.
Allahverdi Qəmkeş, Ələsgər Əlioğlu, Ramiz 
Təmkin,  Heydər  Qərvəndli  ilə Sədnik  müəllimin 
deyişmələri ürəyə yaxın, qəlb oxşayandır.
Sədnik  müəllimin bayatılarının  bir  qismi
Sarı  Aşığın  bayatıları kimi  özündə fəlsəfi  fikirləri 
ifadə edir.  Onun bayatılarında keçmişin, bu günün 
qəm-qübarı öz çılpaqlığı ilə seçilir.
Mələyim, dərdə yarı, 
Salmısan dərdə yarı.
Hamı təsəlli verir,
Duran yox dərdə yarı.


42
Ay mələyim, yaz, ara,
Payız ara, yaz, ara.
Fələk dərdi bol verdi,
Mən  kimi yazara.
Adətən,  el  bayatıları  “əzizinəm” sözü  ilə
başlanır. Sədnik  müəllimin  bayatıları  müxtəlif 
səpgidə, müxtəlif başlıqlarla başlayır.
Ç içəyim-gülüm, Vətən,
Ağzımda dilim, Vətən.
Bir çakıl daşın üstə,
Yolunda ölüm, Vətən.  
Bayatı  ustadı  sarı  Aşıq  bayatılarını  əsasən 
“Mən  Aşiqəm”  birləşməsi  ilə başlayır.  Tədqiqat-
çılar  hələ də onun  aşiq, yoxsa  aşıq  olduğunu  tam 
müəyyənləşdirə bilmirlər. Sədnik müəllimdə ustadı 
Sarı  Aşığın  yolunu  davam  etdirərək  bir  çox 
bayatılarını “Mən aşiqəm” sözü ilə başlayır:
Mən aşiqəm, qalanmaz,
Ocaqda buz qalanmaz.
Buzdan ev də tikərsən,
Buz əriyər qalanmaz.
Bu  bayatılardan başqa  “Daşkəsən  və Gəncə
bayatıları”  da  kitabda  ayrıca  bir  bölümdə veril-
mişdir. 


43
Ana Qoşqar, bala Qoşqar,
İgidlərə qala, Qoşqar.
Xırda dağlar dəlilərin, 
Qol-boynuma dola, Qoşqar.
Haray, vərəmli, Gəncə,
Nazlı sənəmli, Gəncə.
Qədim ozanlar yurdu,
Əsli-Kərəmli, Gəncə.
Sədnik  Pirsultanlının  yaradıcılığında rü-
bailər  də əsas  yerlərdən  birini  tutur.  Bir  bənd 
şeirdə təzadlı, tutarlı fikir söyləmək bir o qədər də
asan deyildir. Lakin Sədnik müəllim bu sahədə də
qələminin  gücünə sığınaraq  müvəffəqiyyət  əldə
etmişdir.
Hər torpağın ünvanı var, adı var
Hər torpağın öz ətri var, dadı var.
Torpaq da insan tək qayğılı olur,
Onun həm sevinci, həm fəryadı var.
Gecikib səhərim danı sökülməz,
Niyə gözlərimdən duman çəkilməz?
Kipriklərim bulaq otuna bənzər,
Gün düşər üstünə şehi tökülməz.
“Pirsultanlı  pinarı”  kitabı  “Gəlin  qaya”  və
“Kəsilmiş hörüklərin hekayəti” ilə tamamlanır.


44
Əlbəttə, bu  kitab  haqqında  bütövlükdə da-
nışmaq çətindir. Müəyyən şeirlərə müraciət edərək 
S.P. Pirsultanlının geniş, əhatəli, hərtərəfli poeziya 
yaradıcılığı  haqqında  oxucularda  müəyyən  təəs-
sürat yaratmağa çalışdıq.
Sədnik Paşa Pirsultanlı  -  80
Sədnik  Paşa  Pirsultanlının  2009-cu  ildə 80 
yaşı  tamam  oldu.  Həmin ərəfədə onun  ünvanına 
saysız-hesabsız  təbrik  məktubları  və teleqramlar 
gəldi.  Həmin  məktublar  və teleqramlardan bir
qismini  müxtəsər  formada  verməklə geniş  oxucu 
auditoriyasında  onun  haqqında  müəyyən  fikirin 
formalaşmasına  yardımçı  olmağımızı  məqbul 
saydıq.
Hörmətli Sədnik Paşayev!
Həmişə qürur  duyduğum  Gəncə Dövlət 
Universitetinin bir məzunu olaraq Universitetin 70 
illik  yubileyi  və möhtərəm  prezidentimiz  İlham 
Əliyev cənablarının sərəncamına əsasən “Tərəqqi” 
medalı  ilə təltif  olunmanız  münasibətilə Sizi 
səmimi  qəlbdən  təbrik  edir,  uzun  ömür,  can 
sağlığı, neçə belə nailiyyətlər arzu edirəm.
                 Sehrat Aktaş,
Gəncə Azərbaycan-Türkiyə özəl liseyinin müdiri.


45
Ç ox hörmətli, Sədnik müəllim!
Sizi, çağdaş  folklorşünaslığımızın  ən  gör-
kəmli, zəhmətkeş  və məşhur  nümayəndələrindən 
biri kimi  80  illik  yubileyiniz  münasibətilə təbrik 
edirəm.  Azərbaycan  folklorunun  toplanması  və
tədqiqində böyük  xidmətləri  olan  bir  ədəbiyyat-
şünas  kimi  Siz folklorşünaslıq  elmimizin  inki-
şafına ciddi töhfələr vermisiniz.
             İsa Həbibbəyli,
       Naxçıvan Dövlət Universitetinin rektoru.
On  illər  boyu  el  sözünü,  füsünkar  əfsanə-
lərimizi  sevərək  toplayan,  duyaraq  araşdıran,  bu 
gedişatda  özü  də əfsanələşən  əziz  Sədnik  müəl-
limin  80  yaşı  yalnız  onun  doğmalarının,  ailəsinin 
bayramı deyil, bizim də bayramımızdır.
Bu dəyərli ömrün 54 ili millətə sərf edilibsə, 
demək Sədnik müəllimin varlığı da milli ruhumu-
zun ayrılmaz bir parçasına çevrilib.
Demək  Sədnik  müəllimin  doğum  günü  və
yuvarlaq ildönümü də ədəbi və mədəni həyatımızın 
bayramlarındandır.
                               Rafael Hüseynov,
AMEA Nizami Gəncəvi adına Azərbaycan 
ədəbiyyatı muzeyinin direktoru, Millət vəkili.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə