Qax rayon Mədəniyyət və Turizm Şöbəsi mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Abdulla Şaiqin anadan olmasının 135 illiyi münasibəti ilə hazırlanmış bibloqrafik icmal Abdulla Şaiq



Yüklə 11,33 Kb.
tarix03.10.2017
ölçüsü11,33 Kb.
növüYazı

Qax rayon Mədəniyyət və Turizm Şöbəsi

MKS C. Cabbarlı adına Mərkəzi kitabxana

Metodiki-biblioqrafiya şöbəsi
Abdulla Şaiqin anadan olmasının 135 illiyi münasibəti ilə hazırlanmış bibloqrafik icmal

Abdulla Şaiq. Seçilmiş əsərləri. Üç cilddə. I cild.- Bakı: AVRASİYA PRESS, 2005.- 496 səh.
XX əsrin əvvəlində nəşr etdirdiyi şeir, hekayə və pyesləri, ədəbi-publisist yazıları, müntəxabat və dərslikləri bir yazıçı və pedaqoq kimi, romantik çalarla aşılanmış maarifçi-realist ədəbi hərakatın görkəmli xadimi kimi Abdulla Şaiqə geniş şöhrət qazandırmışdır. Ədib həm yaradıcılığı, həm də müəllimlik fəaliyyəti ilə Azərbaycan ədəbi dilinin büllurlaşmasına hərtərəfli xidmət etmişdir. Şaiqin mənsur dili XX əsr Azərbaycan nəsrinin, bu nəsrin bugünkü ifadə mükəmməliyinə ən yaxın olan bədii ifadə və üslub nümunələrindən biridir.

Yaradıcılığının çoxşaxəliliyi onun əsərlərinin məzmun və ideya-bədii keyfiyyətlərinə öz müsbət təsirini göstərmiş, bu əsərlərə ümumxalq məhəbbəti qazandırmışdır.

Ədibin “Seçilmiş əsərləri”nin üçcildliyinin I cildinə lirik hekayəçiliyimizin və iri fotmalı milli nəsrin klassik örnəkləri sayılan hekayələri, povesti və romanları daxil edilmişdir.

Abdulla Şaiq. Seçilmiş əsərləri. Üç cilddə. II cild.- Bakı: AVRASİYA PRESS, 2005.- 568 səh.
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Abdulla Şaiq romantik şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, bədii tərcümələr müəllifi kimi zəngin və çoxşaxəli yaradıcılıq irsinə malikdir. Şeir yaradıcılığına qəzəllə başlayan Şaiq sonralar yeni mühitin, mütərəqqi rus, Qərb və türk şeirinin yaxından təsiri ilə poeziyasını dövr üçün müasir bir lirikanın ən yaxşı elementləri ilə zənginləşdirmiş, XX yüzildə yeni milli şeirin yaranması yollarında Sabirlə, Səhhətlə birlikdə mübarizə aparmışdır.

Ədibin “Seçilmiş əsərləri”nin bu cildinə onun müxtəlif illərdə yazdığı və yüksək sənətkarlıqla qələmə aldığı şeirləri, qəzəlləri, poemaları, eləcə də pyesləri daxil edilmişdir.



Abdulla Şaiq. Seçilmiş əsərləri. Üç cilddə. III cild – Bakı: AVRASYA PRESS, 2005.-536 səh.

XX-əsr milli ictimai ədəbi və mədəni fikir tariximizdə özünə məxsus yer tutan görkəmli ədib Abdulla Şaiq uşaqların sevimli yazıçısı dramaturqudur. Əsrin əvəllərində, ortalarında pedoqoji intibahın görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərən Şaiqin 40-ilə yaxın şərəfli müəllimliyi Azərbaycanda xalq maarifinin tarixinə işıqlı səhifə olaraq yazılmışdır. Şair ikən müəllim, müəlim ikən şair olan Şaiqin şerdə tərbiyədə də məqsədi gəncliyin mənəvi çiraqını alışdırmaqdır. Klassik məktəb səviyyəsində məhz onun yaradıcılığından istifadə edilmişdir. Bizdə uşaqlar üçün ilk milli səhnə əsərinin ssenarisini o yazmışdır. Gənc tamaşaçılar teatırı milli dramaturqlardan ən çox onun adı ilə bağlı olmuşdur. Abdulla Şaiqin seçilmiş əsərlərinin bu cildinə tanınmış ədibin uşaqlar və gənclər üçün yazdığı əsərlərin şerləri poemaları hekayələri, təmsil və pyesləri daxil edilmişdir.



Abdulla Şaiq. Əsərləri. V cilddə. V cilddə - Bakı: Yazıçı, 1978.- 502 səh.
Görkəmli Azərbaycan ədəbi və pedoqoqu Abdulla Şaiqin əsərlərinin bu cildinə xatirələri, geniş tərcüməyi halı, məktubları və müasirlərinin ona göstərdiyi məktublar daxil edilmişdir. Bir çoxu ilk dəfə nəşr olunan bu xatirə məktubları ədibin həyat və yaradıcılıq yolu haqqında ətraflı təsəvvür yaradır.


Hazırladı: metodiki-biblioqrafiya şöbəsinin biblioqrafı Bəkirova Dürdanə
: front -> files -> libraries -> 1524 -> documents
documents -> Metodiki vəsait Qax-2016
documents -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax rayon C. Cabbarlı adına Mərkəzi Kitabxana Metodiki-biblioqrafiya şöbəsi Hamı fərqlidir-hamı bərabərdir Milli azlıqların mədəniyyəti, adət-ənənəsinə həsr olunur
documents -> Metodiki vəsait Qax- 2016 Torpaq-uğrunda ölən varsa vətəndir!
documents -> Metodiki vəsait Qax-2016 HƏSƏn bəy zərdabi
documents -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi mks-nin Metodiki-biblioqrafiya şöbəsi Nizami Gəncəvi – 875
documents -> Metodiki məktub Qax-2017 Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin
documents -> Şəki Regional Mədəniyyət və Turizm İdarəsi Qax rayon Mərkəzi Kitabxananin metodiki-biblioqrafiya şöbəsi
documents -> Şəki Regional Mədəniyyət və Turizm İdarəsi Qax rayon mks-nin metodiki-biblioqrafiya şöbəsi
documents -> Şəki Regional Mədəniyyət və Turizm İdarəsi Qax rayon mks-nin metodiki-biblioqrafiya şöbəsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə