49
İstehsalatla əlaqədar olmayan hadisələr - işçinin müəssisənin maşınından, materialından,
nəqliyyat vasitələrindən, işçi yerlərindən və s. şəxsi məqsəd üçün istifadə edərkən baş verən bədbəxt
hadisələrdir.
İstehsalatla əlaqədar bədbəxt hadisələr - işçilərin hər hansı istehsalat tapşırığını yerinə
yetirdikdə, müəssisənin daxili intizam qaydasına zidd olmayan müəssisədə yanğın söndürməsində
kömək göstərdikdə baş vermiş bədbəxt hadisələr, habelə istehsalat tapşırıqlarını yerinə yetirərkən baş
vermiş zəhərlənmələr, gün vurma, donma, suda boğulma və s. hallarda olan hadisələr hesab edilir.
Məişətlə əlaqədar hadisələr - evdə, ailədə, istirahət günlərində, məzuniyyətdə olduqda
və şəxsi
maşınla işə gedib gəldikdə, yolda və s. baş verən hadisələr hesab edilir.
Müəssisələrdə yalnız istehsalatla əlaqədar bədbəxt hadisələrdə işçilərə güzəştlər verilir və dəyən
zərərlər ödənilir. İstehsalat müəssisələri qalan hər iki qrup (istehsalatla əlaqədar olmayan və məişətlə
əlaqədar hadisələr) hadisələri təhqiq edib səbəblərini müəyyənləşdirir və bunları aradan qaldırmaq üçün
tədbirlər görür.
Şəkil 3.22 Müəssisədə bədbəxt hadisə
İşverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və
şərtlərlə mütləq sosial sığorta etməlidir.
Yüksək təhlükə şəraitində işləyən və işverən tərəfindən istehsalatda bədbəxt hadisələrdən
mütləq şəxsi sığorta edilməli olan işçilərin kateqoriyası, sığorta haqqının məbləğləri,
müəssisənin,
təşkilatın müdiriyyəti ilə həmkarlar ittifaqı arasındakı kollektiv müqavilədə və ya sazişdə müəyyən edilir.
Şəkil 3.23 Bədbəxt hadisə
50
Şəkil 3.24 Bədbəxt hadisə
Müəssisələr və təşkilatlar səhiyyə orqanlarının müəyyənləşdirdiyi qaydaya uyğun olaraq bir sıra
peşələrdə və istehsalatlarda çalışan işçilərin əmək müqaviləsi bağlanarkən ilkin tibbi müayinədən və
müqavilənin qüvvədə olduğu dövrdə vaxtaşırı tibbi müayinələrdən pulsuz keçməsini təşkil etməlidir.
İşçilər müayinələrdən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə
əsasən həkim komissiyalarının verdikləri tövsiyələri
yerinə yetirmədikdə, müdiriyyətin ixtiyarı var ki,
həmin işçiləri qüvvədə olan qanunvericiliyə müvafiq surətdə intizam məsuliyyətinə cəlb etsin və ya işə
buraxmasın.
İşçinin vaxtaşırı tibbi müayinələrdən keçdiyi dövrdə iş yeri (vəzifəsi) və orta əmək haqqı
saxlanılır.
Müəssisənin və təşkilatın müdiriyyəti istehsalatda sağlam və təhlükəsiz əmək şəraitini təmin
etmək üçün səmərəli tədbirlər görmədikdə, kollektiv müqavilələri,
əmək şəraitini və əməyin
mühafizəsinin yaxşılaşdırılmasına dair planları və digər tədbirləri yerinə yetirmədikdə Azərbaycan
Respublikasının hökuməti əmək şəraitinin ekspertizası rəyinə və ya həmkarlar ittifaqı orqanlarının
təqdimatına əsasən, işçilərin sosial sığortası üçün bu müəssisələrin və təşkilatların ayırmalarının yüksək
tariflərini müəyyən edir.
Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt
hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari şəxsi sığorta edilməlidirlər.
Şəxsi sığorta edilməli olan işçilərin siyahısı, sığorta haqqının məbləği kollektiv müqavilələrdə,
əmək müqavilələrində sığorta təşkilatları ilə bağlanmış müqavilələr əsasında müəyyən edilir.
İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsiri (tam və ya qismən)
olan müəssisə və təşkilat qanunla müəyyən edilmiş qaydada işçiyə xəsarət və ya sağlamlığın
başqa
şəkildə korlanması nəticəsində dəymiş zərərin əvəzini, habelə müalicə-sağlamlaşdırma müəssisələrində
müalicəsinin tam dəyərini və sosial sığorta orqanlarına ona pensiya və digər müavinətlər verilməsi ilə
əlaqədar xərclərin əvəzini tamamilə ödəyir.
İstahsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sağlamlığının korlanması ilə
əlaqədar əmək qabiliyyətini itirmiş işçilərə qanunla müəyyən edilmiş qaydada zərərin ödənilməsindən
əlavə, təqsirkar müəssisənin və təşkilatın hesabına, peşəkar əmək qabiliyyətinin itirilmiş hər faizinə görə
bir aylıq orta əmək haqqı hesabı ilə, lakin zərərçəkənin orta illik qazancından az olmamaqla birdəfəlik
müavinət ödənilir.
İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçi öldükdə təqsirkar müəssisə və
təşkilat qanunvericilikdə müəyyən edilmiş qaydada və miqdarda maddi zərərin əvəzini buna hüququ
olan şəxslərə ödəyir, habelə mərhumun orta illik qazancının ölüm anındakı yaşından 60 yaşınadək qalan
tam illərin sayına vurulmuş miqdarda, lakin azı on orta illik qazancı məbləğində
birdəfəlik müavinət
ödəyir.
Əmək qabiliyyətini itirmiş işçilərə və ölən işçilərin ailələrinə birdəfəlik müavinətləri yerli sosial
təminat orqanları ödəyir, sonra isə ödənilmiş vəsaiti istehsalatda baş vermiş bədbəxt hadisədə və ya
51
peşə xəstəliyində təqsiri olan müəssisələrdən və təşkilatlardan tuturlar.
Dostları ilə paylaş: