75
6.3.1. Müəssisədə olan yanğınsöndürmə vasitələrindən düzgün istifadə edir
Müəssisədə olan yanğınsöndürmə vasitələrindən istifadə
İstehsalatda və elektrotexniki qurğularının təmir quraşdırma işlərində yanğına
qarşı tədbirlər pozulduqda, həmçinin qəza hallarında yanğına çevrilə bilən
yanma ocaqlarının əmələ gəlməsi mümkündür. Məsələn,
elektrotexniki
qurğularda, harada ki, elektrik maşın və aparatların izolyasiyasının, kabellərin
naqillərinin və transformator yağının yanması baş verə bilər. Bununla əlaqədar
təhlükəsizlik texnikasının qaydalarına və yerli yanğına qarşı təlimatlarda yanğının yayılmasının qarşısını
almaq və yanma ocaqlarının ləğvi barədə tədbirlər nəzərdə tutulur.
Açıq halda qoyulmuş kabellərin xarici zirehini odadavamlı boyaqla rənglənir.
Kabellər
bərkidiləcək qurğu və konstruksiyalar odadavamlı materiallardan hazırlanmalıdır. Elektrik maşınları
quraşdırılmış otaqlarda ilkin mühafizə vasitələri – yanğın söndürən və quru qum olan yeşik olmalıdır.
Şəkil 6.7
İstehsalat otaqlarında, yarımstansiyalarda və elektrik maşınları quraşdırılmış yerlərdə ilkin
yanğınsöndürən vasitələr olmalıdır və bunlardan istifadə etməklə işçilər yanğının yayılmasının qarşısını
almalıdırlar (yanğınsöndürənlər gələnə qədər).
Yanğının yayılmasında böyük təhlükəli yağ doldurulmuş aparatlar – transformatorlar və açarlar
yaradırlar. Transformator yağının yanması nəticəsində yaranan təhlükəni məhdudlaşdırmaq üçün
transformatorun altında yağ qəbul edən çuxur (çala) qazırlar, üstünü barmaqlıqda (şəbəkə) örtülür və
üstünə xırda daş qırıntıları (qınçıllar) tökülür. Transformatorda yanğın baş verdikdə, onun aşağı
hissəsində quraşdırılmış krandan yağ çuxura axıdılır və beləliklə yayılmasının qarşısı alınır. Yağ
transformatorları və yağ açarları (böyük həcmli, 60kq) saxlanılan kameraların qapılarını
çətin yanan
materialdan hazırlanır. Kameradan çıxış, xaricə (yəni çölə) və ya odadavamlı döşəməyə, divarlara və
örtüyə malik otağa olmalıdır. Bu tələbləri yerinə yetirdikdə transformatorda yağın yanması və ya açarın
partlayışı zamanı yaranan yanğının yayılmasının (qonşu otaqlara) qarşısı alınır. Bütün otaqlarda (harada
yağdoldurulmuş aparatlar quraşdırılıb) quru qum doldurulmuş yeşik və yanğınsöndürənlər olmalıdır.
Yanğını söndürmək üçün sudan, onun buxarından və xüsusi kimyəvi maddələrdən istifadə etmək
olar. Su daha ucuz və geniş yayılmış yanğınsöndürən vasitə yayılır.
76
Ancaq, tezalışan mayeləri (benzin, kerosin, mineral yağı) su ilə söndürmək olmaz (suyun sıxlığı
çox olduğundan o tezalışan mayelərin altında yayılaraq yanma səthinin sahəsini çoxaldır).
Su ilə həmçinin, kalsium karbidi və ya silitranı söndürmək olmaz (bu maddələr su ilə görüşdükdə
yanar maddələr əmələ gətirir). Bundan başqa su ilə gərginlik altında olan elektrik avadanlıqlarını da
söndürmək olmaz (su şırnağı ilə elektrik cərəyanından xəsarət yarana bilər).
Qapalı (bağlı) otaqlarda yanğın söndürmək üçün su buxarlardan istifadə etmək məsləhət görülür
(buxarın təsirindən yanar qarışıqdakı oksigenin miqdarı və onun temperaturu azalır). Su buxarından
həmçinin elektrik maşınlarının dolaqlarında yaranan yanğını, eləcə də müxtəlif bərk və maye halda olan
yanar maddələri söndürmək üçün istifadə olunur.
Yanğınların söndürülməsində kimyəvi köpük yaxşı nəticələr verir. Kimyəvi köpük, köpük yaradan
tozların su ilə qarışdırılması nəticəsində alınır. Köpüyün yanğınsöndürmə
keyfiyyəti onun izoləetmə
qabiliyyətinə (xassəsinə) əsaslanmışdır. Bu halda yanan maddənin buxarlanmasının qarşısı alınır və onun
üst qatı soyuyur, beləliklə yanğının yayılmasının qarşısı alınır. Köpüklü yanğın söndürənlərin müxtəlif
tipləri (OP-5; OU-2; OU5-7) mövcuddur və bunlardan əsasən neft məhsullarının yanması nəticəsində
yaranan yanğınları söndürmək üçün istifadə edilir.
Yuxarıda qeyd etdiyimiz texniki yanğın söndürənlərlə yanaşı, praktikada daha sadə yanğın
söndürən vasitələrdən də (quru qum; asbest və ya kobud toxunmuş yun parçalar) istifadə olunur. Bu cür
mühafizə vasitələrini yanğın mənbəyinin üstünə atdıqda o tezliklə sönür (oksigenin çatışmazlığı
səbəbdən).
Yanğının tezliklə söndürülməsində xüsusi yanğın siqnalizasiyasının rolu böyükdür. Belə
siqnalizasiyanın köməyilə yanğın yerinə təcili olaraq yanğın söndürülənlərin komandası çağırılır. Yanğın
siqnalizasiyası kimi şəhər və zavod daxili telefon rabitəsindən istifadə edilir. Müəssisənin bütün işçiləri
şəhər və yerli yanğınsöndürən komandanın telefon nömrələrini bilməlidir. Telefon rabitəsindən başqa
yanğınsöndürən komandası çağırmaq üçün xüsusi siqnalizasiyadan da istifadə olunur.
Xüsusi
siqnalizasiya, xəbərdaredici cihazlardan, qəbuledici stansiyadan, siqnalları
ötürən şəbəkədən və qida
mənbəyindən ibarət olur. Xəbərdaredicilər kimi əllə idarə olunan və ya avtomatik işləyən cihazlardan
(istilik xəbərdaredicilər) istifadə oluna bilər.
6.3.2.Tələbələr üçün fəaliyyətlər
İstehsalatda və elektrotexniki qurğularının təmir quraşdırma işlərində yanğının baş
verməsi haqqında araşdırma aparın və müzakirə edin.
Transformatorda yanğının baş verdikdə onun qarşısının alınması haqında diskussiya
təşkil edin.
Şəkil 6.8
77
Yanğını söndürmək üçün istifadə olunan vasitələr haqqında təqdimat hazırlayın.
Qapalı (bağlı) otaqlarda yanğın söndürmək üçün nə etmək lazımdır?-bu sual ətrafında
debat təşkil edin.
Aşağıdakı şəklə münasibət bildirin. Siz burada 3 bilik, 3 bacarıq, 3 yanaşma nümunəsini
göstərin.
6.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: