Qaydalar bakı 2009 I. Ümumi müddəalar Maddə 1



Yüklə 55,92 Kb.
Pdf görüntüsü
tarix05.04.2018
ölçüsü55,92 Kb.
#35932
növüQaydalar


 

 

 



1

 

 



 

“Təsdiq edilmişdir” 

Əmanətlərin Sığortalanması Fondunun  

Himayəçilik Şurasının 13 mart 2009-cu il tarixli 

(12 saylı protokol) qərarı ilə 

 

 

 

Əmanətlərin Sığortalanması Fondunun  

möhür və ştamplarının istifadəsi və saxlanmasına dair  

 

QAYDALAR 

 

 



 

 

 

 

 

Bakı - 2009 

I. Ümumi müddəalar 

Maddə 1. 

Bu  Qaydalar  Əmanətlərin  Sığortalanması  Fondunun  (bundan  sonra  –  Fond) 

möhür  və  ştamplarının  dəqiq  sayını  və  onların  istifadə  edilməsinin, 

saxlanılmasının və mühafizəsinin üsul və qaydalarını müəyyən edir.  

 



 

 

 



2

 

 



 

       II. Fondun ştampları 

Maddə 2. 

2.1.

 

Fond    uzunluğu  63mm,  eni  43mm  olan,  yuxarı  hissəsində  “Əmanətlərin 

Sığortalanması  Fondu”  sözləri  yazılmış,  orta  hissəsində  istifadə  olunma 

təyinatı və “№____” işarəsi  göstərilmiş və aşağı hissəsində tarix qrafası olan 

dördkünc ştamplara (bundan sonra – böyük ştamp) malik olmalıdır. 

 

2.2.



 

Böyük  ştampların  sayı  Fondun  fəaliyyət  dairəsinə  uyğun  olaraq  İcraçı 

Direktor tərəfindən müəyyən olunur. 

 

2.3.



 

Böyük  ştamplar  onların  məzmununa  və  təyinatına  uyğun  hazırlanmalıdır  və 

hər bir ştamp rəqəmlərlə  nömrələnməlidir.  

Maddə 3. 

3.1.

 

Fond  uzunluğu  65mm,  eni  25mm  olan,  yuxarı  hissəsində  “MƏXFİ”  sözü 

yazılmış, orta hissəsində “Qeydiyyat №____” və aşağı hissəsində tarix qrafası 

olan dörkünc ştampa (bundan sonra – məxfi ştamp) malik olmalıdır. 

 

3.2.

 

Məxfi ştampların sayı İcraçı Direktor tərəfindən müəyyən olunur. 

 

3.3.

 

Məxfi  ştampların  sayı  iki  və  ya  daha  artıq  olduqda  hər  bir  ştamp  rəqəmlərlə 

nömrələnməlidir. 

Maddə 4. 

4.1.

 

Fond  həmçinin  diametri  39mm  olan,  qoşa  çevrə  içərisində  bir-birinə 

simmetrik  olan  yarım  dairəvi  “Əmanətlərin  Sığortalanması  Fondu”  və 

ingiliscə “Deposit Insurance Fund” sözləri yazılmış və orta hissəsində təyinatı 

göstərilmiş  dairəvi  ştampa  (bundan  sonra  –  dairəvi  ştamp)  və  uzunluğu 

56mm, eni 33mm olan, yuxarı hissəsində Fondun abbreviaturası olan “ƏSF” 

yazılmış,  orta  hissəsində  istifadə  olunma  təyinatı  və  “№____”  işarəsi 

göstərilmiş  və  aşağı  hissəsində  tarix  qrafası  olan  kiçik  ştamplara    (bundan 

sonra- kiçik ştamp) malik olmalıdır. 

 

4.2.



 

Sığorta hadisəsi baş verdikdə və Fond tərəfindən və ya Fondun seçdiyi Agent 

bank  tərəfindən  əmanətçilərə  kompensasiya  ödənişi  həyata  keçirildikdə, 



 

 

 



3

 

 



əmanətçilərdən  ərizələrin  qəbulu  və  kompensasiyanın  ödənişi  üçün  istifadə 

olunacaq  kiçik  ştamplarda  əlavə  olaraq,  ərizə  qəbulu  və  kompensasiyaların 

ödənişini həyata keçirəcək işçilərin eyniləşdirmə nömrəsi də göstərilməlidir. 

 

4.3.



 

Kiçik ştampların sayı Fondun fəaliyyət dairəsinə uyğun olaraq İcraçı Direktor 

tərəfindən müəyyən olunur. 

 

4.4.



 

Kiçik  ştamplar  onların  məzmununa  uyğun  olaraq  hazırlanmalıdır  və  hər  bir 

ştamp rəqəmlərlə nömrələnməlidir. 

Maddə 5. 

5.1.

 

Ştamplar rezindən və ya oxşar məmulatlardan hazırlanmalıdır. 

 

5.2.

 

Ştamplar  ştamp  və  möhürlərin  hazırlanması  üçün  müvafiq  icra  hakimiyyəti 

orqanından  xüsusi  icazə  (lisenziya)  almış  təşkilatlar  tərəfindən 

hazırlanmalıdır. 

 

5.3.

 

Fond  ştampların  forma/şablonlarını qoruyub  saxlaya  bilər  və ya  onlar  İcraçı 

Direktor tərəfindən təyin edilmiş komissiya tərəfindən məhv edilməlidir. 

 

III. Ştampların istifadəsi və saxlanması 

Maddə 6. 

6.1.

 

İcraçı  Direktor    ştampların  istifadəsi  və  mühafizəsi  ilə  səlahiyyətli  olan 

işçilərin dairəsini müəyyən etməli və onlara ştamplardan sərbəst istifadə etmə 

və onları mühafizə etmə səlahiyyətləri verməlidir. 

 

6.2.

 

Ştamplar  onlardan  istifadə  etmə  və  mühafizə  etmə  səlahiyyətləri  verilmiş 

işçilərə  təhvil-təslim  aktı  əsasında  təhkim  edilir  və  həmin  işçilərin 

ştamplardan  istifadə  etmə  səlahiyyətlərinə  xitam  verildikdə,  akt  tərtib 

edilməklə geri alınır. 

 

6.3.



 

Fondun  “Kompensasiya  proseduruna”  dair  Qaydalarına  uyğun  olaraq 

kompensasiyaların  ödənilməsi  üçün  seçilmiş  Agent  banka  ştampların 

verilməsi  və  təhvil  alınması  təhvil-təslim  aktı  əsasında  həyata  keçirilir  və 




 

 

 



4

 

 



həmin  aktda  Agent  bankın  kompensasiyaların  ödənişinə  cəlb  olunacaq 

işçilərinin eyniləşdirmə nömrələri göstərilməlidir. 

 

6.4.

 

Ştampların təhvil-təslimi İcraçı Direktorun səlahiyyət verdiyi şəxs tərəfindən 

aparılır  və  tərtib  edilmiş  təhvil-təslim  aktı  İcraçı  Direktor  tərəfindən  təsdiq 

edilməlidir. 

 

6.5.

 

Ştampların istifadəsi və mühafizəsi üzrə səlahiyyətli işçilər ştampların qeyri-

qanuni və səlahiyyətsiz şəxslər tərəfindən istifadəsinin qarşısını almalıdırlar. 

 

6.6.



 

Səlahiyyətli  işçilər  ştampların  qanuni  və  təyinatı  üzrə  istifadəsinə  görə 

qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 

Maddə 7.  

7.1.

 

Böyük ştamplar  Fondun digər qurumlarla rəsmi münasibətləri və yazışmalar 

zamanı  istifadə  etdiyi  sənədlər  və  aktlara  tətbiq  olunur  və  böyük  ştampın 

həmin  sənədlərə  tətbiq  edilməsi  bu  sənədlərin  və  aktların  həqiqiliyini  təsdiq 

edir. 

 

7.2.



 

Kiçik  və  dairəvi  ştamplar  ödəniş  tapşırıqları,  iş  hesabatları  və  uçot  kitabları, 

eyniləşdirmə  sənədləri, ezamiyyə  vərəqələri və oxşar sənədləri təsdiq etmək, 

arxivləşdirmə,  dərkənar,  viza,  kompensasiyaların  ödənilməsi  üçün  ərizələrin 

qəbulu, kompensasiya ödənişlərinin həyata keçirilməsi, Fonddaxili sənədlərin 

surətlərinin  təsdiqi  üçün,  o  cümlədən  dəvətnamələr,  yazışmalar,  zərflər  və 

Fondun fəaliyyəti ilə bağlı digər məqsədlər üçün istifadə oluna bilər. 

  

7.3.



 

Məxfi  ştampı  Fondun  “Məxfilik  və  məsuliyyətə  dair”  Qaydalarında  nəzərdə 

tutulmuş  məxfi  məlumatların  daşıyıcısı  olan  sənədlərə,  habelə  Himayəçilik 

Şurasının  məxfi  hesab  etdiyi  digər  sənədlərə  tətbiq  olunur  və  həmin 

sənədlərin məxfiliyini təsdiq edir. 

 

Maddə 8. 

8.1.

 

Ştamplar  Fondun  fəaliyyət  göstərdiyi  iş  yerində istifadə olunmalıdır  və  iş 

yerindən kənara çıxarıla bilməz. 

 



 

 

 



5

 

 



8.2.

 

Müstəsna  hallarda  Fondun  fəaliyyət  göstərdiyi  iş  yerindən  kənarda  xüsusi 

tapşırıqların  yerinə  yetirilməsi  zərurəti  yarandıqda,  ştamplar  iş  yerindən 

kənara çıxarıla bilər. 

 

8.3.

 

Ştampların  iş  yerindən  kənara  çıxarılmasına  İcraçı  Direktorun  razılığı  ilə 

yol verilir. 

Maddə 9. 

9.1.

 

Ştampların  istifadəsi  və  mühafizəsi  üzrə  səlahiyyətli  işçilər  xüsusilə 

aşağıdakı vəzifələri daşıyırlar: 

9.1.1.

 

Ştamplardan qeyri-qanuni və təyinatına uyğun olmayan hər hansı istifadənin 

qarşısını almaq; 

9.1.2.

 

Ştamplardan bu Qaydalarda göstərilmiş şərtlər çərçivəsində istifadə etmək



9.1.3.

 

Ştampları  səlahiyyəti  olmayan  şəxslərin  əldə  edə  bilməyəcəyi  şəkildə 

saxlamaq; 

9.1.4.

 

Səlahiyyətli  şəxslər  tərəfindən  imzalandıqdan  sonra  sənədlərə  ştamp 

vurmaq; 

9.1.5.

 

Məxfi  sənədlərə  və  ya  məxfi  məlumatların  daşıyıcısı  olan  sənədlərə  ştamp 

vurduqda,  Fondun  “Məxfilik  və  məsuliyyətə  dair”  Qaydalarının  tələbləri 

çərçivəsində hərəkət etmək; 



9.1.6.

 

Ştampın  itməsi  barədə  dərhal  İcraçı  Direktora  və  ya  tabe  olduğu  şəxsə 

məlumat vermək. 

 

9.2.



 

Bu  maddənin  1-ci  bəndində  göstərilmiş  işçinin  istifadəsinə  verilməyən 

ştamplar İcraçı Direktorun səlahiyyət verdiyi şəxsdə saxlanılır. 

 

9.3.



 

Bu maddənin 1-ci bəndinə uyğun olaraq məsuliyyət daşıyan işçilər tərəfindən 

bu Qaydaların tələblərinin pozulması kobud intizam pozuntusu hesab olunur.  

Maddə 10. 

10.1.

 

Ştamplar  haqqında  məlumatlara  seriya  nömrələri  verilməklə,  onların 

qeydiyyat kitabında qeydiyyatı aparılır və İcraçı Direktorun səlahiyyət verdiyi 

şəxs tərəfindən təsdiq edilir. 

 

10.2.

 

Bu  maddənin  1-ci  abzasında  göstərilmiş  məlumatlara  xüsusilə  ştampın 

nömrəsi  və  ştampın  hazırlanması  üçün  sifariş  tarixi,  ştampın  ölçüsü,  eskizi, 

hər  bir  ştamp  nüsxəsinin  sayı,  ştampın  markası,  ştampdan  istifadəyə  xitam 




 

 

 



6

 

 



verilməsi  səbəbi  və  tarixi,  ştampın  məhv  edilməsi  tarixi,  müvafiq  əmrlərin 

nömrələri, habelə ştampların istifadəsi və saxlanması üzrə məsul olan işçinin 

imzası daxildir. 

 

10.3.



 

Fond  ştampların  itməsi  və  oğurlanması  barədə  ştampın  eskizini  təqdim 

etməklə,  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinə  məlumat 

verməlidir. 

 

10.4.

 

Oğurlanmış  və  itmiş  ştampların  etibarsız  hesab  edilməsi  barədə  dövlət 

qəzetlərinin birində elan verilməli və ştampın eskizi göstərilməlidir. Ştamplar 

elanın dərc olunduğu gündən etibarsız hesab edilir. 

 

10.5.

 

Vaxtından gec aşkar olunmuş ştamplar komissiyanın iştirakı ilə məhv edilir. 



Maddə 11. 

Ştampların istifadəsi və saxlanmasına səlahiyyətli işçinin əmək müqaviləsinə 

xitam verildikdə və ya işçi ştampın istifadəsi və saxlanması ilə məsul olmayan 

başqa  işə  keçirildikdə,  həmin  işçi  istifadəsində  olan  ştampı  ştamplar  üzrə 

məlumatların saxlanması üzrə məsul şəxsə təhvil verməlidir. 

Maddə 12. 

12.1.

 

Korlanması, adı dəyişdirilməsi və ya hər hansı digər səbəbdən istifadəsi qeyri-

mükün olan ştamplar məhv edilməlidir. 

  

12.2.



 

Ştampın  eskizində  göstərilmiş  yazılar  aydın  şəkildə  oxunaqlı  olmadıqda, 

ştamp korlanmış hesab edilir. 

 

Maddə 13. 

13.1.

 

Ştampın  məhv  edilməsi  İcraçı  Direktorun  əmri  ilə  və  onun  tərəfindən  təyin 

edilmiş komissiya tərəfindən həyata keçirilir. 

 

13.2.



 

Komissiya ştampın məhv edilməsi ilə bağlı akt tərtib etməli və həmin aktda 

xüsusi ilə tarix, ştampın nömrəsi və eskizi, qeydiyyat kitabında ştampın seriya 

nömrəsi və ştampın məhv edilməsi səbəbi öz əksini tapmalıdır. 

 



 

 

 



7

 

 



13.3.

 

Komissiya  tərəfindən  tərtib  edilmiş  akt  İcraçı  Direktor  və  komissiya  üzvləri 

tərəfindən imzalanmalıdır. 

 

IV. Fondun möhürü 

Maddə 14. 

14.1.

 

Fondun  möhürü  müqavilələrə,  protokollara,  əmrlərə,  Himayəçilik  Şurasının 

qərarlarına,  ödəniş  sənədlərinə,  hesabatlara  və  digər  rəsmi  sənədlərə  vurulur 

və bu sənədlərin həqiqiliyini təsdiq edir. 

 

14.2.

 

Fondun  möhürü  dairəvi  formada  olmalı  və  qoşa  çevrə  içərisində  bir-birinə 

simmetrik  olan  yarım  dairəvi  “Əmanətlərin  Sığortalanması  Fondu”  və 

ingiliscə  “Deposit  Insurance  Fund”    və  mərkəzində  Fondun  abbreviaturası 

olan “ƏSF” sözləri yazılmalıdır. 

 

14.3.



 

Fondun möhrünün diametri 39mm təşkil edir. 

 

Maddə 15. 

15.1.

 

Fondun  möhürünün  istifadəsi  və  saxlanması  üzrə  məsul  şəxs  Fondun  İcraçı 

Direktorudur.  Fondun  İcraçı  Direktoru  ezamiyyətdə,  məzuniyyətdə  olduqda 

və  ya  hər  hansı  səbəbdən  işə  çıxmadıqda,  möhürün  müvəqqəti  olaraq 

istifadəsi  və  saxlanması  üzrə  məsul  şəxs  Baş  hüquqşünas-İcraçı  Direktorun 

müavinidir. 

  

15.2.

 

Fondun  möhürünün  istifadə  və  saxlanması  şərtləri  ştampların  istifadəsi  və 

saxlanması ilə eyni qaydada həyata keçirilir. 

 

V. Yekun müddəalar 



Maddə 16. 

Bu Qaydalar təsdiq edildikdən 14 gün sonra qüvvəyə minir. 



Yüklə 55,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə