Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

­  27 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Əgər  dövlət  ittihamçı  məhkəmədə  özünü  passiv  aparırsa  (sübutların  araşdırılmasında  iştirak

etmirsə,  zəruri  vəsatətlər  vermirsə  və  s.)  prokurorun  belə  hərəkətləri  onun  üzərinə  qoyulan

vəzifələrin  pozulması  kimi  qiymətləndirilməlidir.  Belə  halda  əgər  dövlət  ittihamçısı  öz  üzərinə

qoyulan  vəzifələri  lazımi  qaydada  həyata  keçirmirsə,  məhkəmə  həmin  prokuror  barədə  xüsusi

qərar  çıxara  bilər.  Prokurorun  ittihamedici  nitqi  onun  sübutetmədə  iştirakını  sona  çatdırır.

Prokurorun  işin  apellyasiya  və  ya  kassasiya  qaydasında  aparılması  üzrə  sübutetmədə  iştirakı

nəzarət funksiyalarının həyata keçirilməsi formasıdır.



Sübutetmə vəzifəsi

Cinayət  prosesində  sübutetmə  vəzifəsi  problemi  2  məsələni  ortaya  çıxarır:  a)  hansı  şəxslər  və

orqanlar  hansı  həcmdə  bu  vəzifəni  daşıyır?  b)  prosesin  hansı  subyektləri  sübutetmə  vəzifəsi

subyektləri deyil?

Sübutetmə vəzifəsi nöqteyi‐nəzərindən sübutetmənin bütün subyektlərini aşağıdakı kateqoriyalara

bölmək olar:

1.  Cinayət  prosesini  həyata  keçirən  orqanlar.  Bu  orqanlar  cinayət  prosesinin  müvafiq

mərhələlərində  sübutları  toplama,  yoxlama  və  qiymətləndirməklə  sübutetmə  vəzifəsini  həyata

keçirir;

2. Cinayət prosesi üzrə üzərinə sübutetmə vəzifəsi qoyulmayan təqsirləndirilən şəxs;

3. Cinayət prosesində öz maraqlarını qoruyan şəxslər. Onlar da 2 qrupa bölünür: a) maraqlarını

şəxsən qoruyan şəxslər –zərərçəkən şəxs, mülki iddiaçı və cavabdeh. Onlar cinayət işi üzrə nəyi

isə sübut edə bilər, lakin buna məcbur deyillər. b) təqsirləndirilən şəxsi qorumaq və ya prosesin

digər iştirakçılarının (zərərçəkən, mülki iddiaçı və cavabdehin nümayəndəsi) qanuni maraqlarını

təmsil etmək vəzifəsini həyata keçirən şəxslər. Bu şəxslər təqsirləndirilən şəxsin təqsirliliyini və

ya  məsuliyyətini  yüngülləşdirən  halları  sübut  edir  və  ya  təmsil  etdikləri  şəxslərin  maraqlarına

uyğun olan vəzifələri həyata keçirir.

Göründüyü kimi, yuxarıda qeyd edilən şəxslərdən, orqanlardan yalnız cinayət prosesini həyata

keçirən  orqan  sübutetmə  vəzifəsini  həyata  keçirir.  Onlar  heç  bir  halda  sübutetmə  vəzifəsini

təqsirləndirilən  şəxsin  üzərinə  qoya  bilməz.  Məhz  cinayət  prosesində  sübutetmə  vəzifəsinin

mahiyyəti budur. Cinayətin törədilməsi, kim tərəfindən törədilməsini aşkara çıxarmaq cinayət işi

üzrə  məsuliyyət  daşıyan  orqanların  vəzifəsini  təşkil  edir.  Bu  fəaliyyət:  a)  toplanmış  sübutların

məcmusu  üzrə  təqsirləndirilən  şəxsin  təqsirliliyinin  əsaslandırılması  deyil,  həmçinin  ibtidai

istintaq  və  məhkəmədə  sübutların  toplanması,  yoxlanması  və  qiymətləndirilməsidir;  b)  təkcə

təqsirlilik və ya təqsirsizlik məsələsi deyil, həm də sübutetmə predmetinin digər elementlərinin

müəyyən edilməsinə yönəlir; c) təqsirləndirilən şəxsin və prosesin digər iştirakçılarının qanuni

mənafelərinin qorunmasına yönəlir. Beləliklə, cinayət prosesini həyata keçirən orqanın üzərinə

qoyulan sübutetmə vəzifəsi mahiyyətcə bu orqanların iş üzrə halların tam, hərtərəfli və obyektiv

araşdırılması vəzifəsi ilə üst‐üstə düşür.

Dövlət ittihamçısı‐prokuror təqsirləndirilən şəxsinr təqsirliliyini sübuta yetirmək vəzifəsi daşısa

da  bu  bütün  hallarda  baş  vermir.  Əgər  o,  qanunla  ona  verilən  imkanlardan  istifadə  etmirsə,

sübutetmə vəzifəsini pozur. Məhkəmədə ittiham təsdiq edilmirsə və prokuror ondan imtina edirsə,

onda  prokuror  tərəfindən  yerinə  yetirilən  sübutetmə  vəzifəsinin  xarakteri  dəyişir:  bu  halda  o,

ittihamdan imtinanı əsaslandırmalıdır. Əgər o, bunu etmirsə, yenə də sübutetmə vəzifəsini pozmuş

olur.

Sübutetmə vəzifəsi prokurora həvalə edildiyindən təqsirləndirilən şəxs ifadə verməkdən imtina



etmək hüququna malikdir. Buna görə də onun ifadə verməkdən imtina etməsi onun təqsirliliyini

göstərən  sübut  kimi  istifadə  oluna  bilməz.  Eyni  zamanda  təqsirləndirilən  şəxsi  fadə  verməyə

məcbur  etmək  olmaz.  Onun  ifadə verməkdən  imtina  etməsinə  görə  hər  hansı  cinayət  və  ya



­  28 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

inzibati hüquq məsuliyyəti nəzərdə tutulmayıb. Cinayət prosesinin başqa iştirakçılarından fərqli

olaraq, ifadə vermək təqsirləndirilən şəxsin vəzifəsi deyil, hüququdur. O, bu hüquqdan istədiyi kimi

istifadə  edə  bilər.  Əgər  zorakılıq,  hədə‐qorxu,  aldatma  yolu  ilə  təqsirləndirilən  şəxsdən  ifadə

alındıqda,  belə  qaydada  əldə  olunmuş  materiallardan  sübut  kimi  istifadə  oluna  bilməz.

Təqsirləndirilən  şəxs  sübutların  əldə  edilməsinə  yönələn  müstəntiq  və  məhkəmənin  qanuni

tələblərini yerinə yetirməyə borcludur. (axtarış, götürmə, ekspertiza zamanı) Lakin bu halda da

təqsirləndirilən şəxs sübutetmə vəzifəsi daşımır, bu vəzifəni müstəntiq və məhkəmə həyata keçirir,

təqsirləndirilən şəxs isə bu vəzifələrin həyata keçirilməsində onlara mane olmamalıdır.

Müdafiə tərəfinin sübutetmədə yeri

CPM‐də  çəkişmə  prinsipinin  əks  olunması  cinayət  prosesində  iştirak  edən  ittiham  və  müdafiə

tərəfinin  məhkəmə  qarşısında  bərabər  olmasına  gətirib  çıxarır.  Bu  da  onların  fəaliyyətində

aktivliyin artmasını tələb edir.

Sübutetmədə  təqsirləndirilən  şəxsin  və  onun  müdafiəçisinin  iştirak  etməsi  onun  qanuni

maraqlarının  müdafiəsini  təmin  edir  və  eyni  zamanda  iş  üzrə  halların  tam  və  hərtərəfli

araşdırılmasını, həqiqətin müəyyən edilməsini tələb edir. Cinayət törətməyən təqsirləndirilən şəxs

öz təqsirsizliyini sübut etmək üçün müstəntiq və məhkəməyə sübutetmədə aktiv iştirakı ilə kömək

edir.  Cinayət  törədən  təqsirləndirilən  şəxs  sübutetmədə  öz  aktiv  fəaliyyəti  ilə  məsuliyyəti

yüngülləşdirən  halların  müəyyən  edilməsi  üçün  işin  hallarının  hərtərəfli  və  obyektiv

araşdırılmasında yaxından iştirak edir. Sübutetmədə təqsirləndirilən şəxsin iştirakı onun qanuni

hüquqlarının izah olunması ilə həyata keçirilir. (CPM‐nin 91‐ci mad.)

Təqsirləndirilən  şəxs  qanunla  müəyyən  edilmiş  qaydada  prosessual  hərəkətlərin  həyata

keçirilməsində iştirak etmək hüququna malikdir. Bəzi prosessual hərəkətlər təqsirləndirilən şəxsin

iştirakı  olmadan  həyata  keçirilə  bilməz.  (dindirmə,  üzləşdirmə,  tanınma  və  s.)  Digər  hallarda

təqsirləndirilən şəxsin istintaq hərəkətində iştirakı müstəntiq və prokurordan asılıdır. Məhkəmə

baxışında  isə  təqsirləndirilən  şəxs  bütün  iclaslarda  iştirak  edir.  Bu  halda  CPM‐nin  311.2‐ci

maddəsində  göstərilmiş  əsaslar  istisna  təşkil  edir.  Belə  ki,  Azərbaycan  Respublikasının

hüdudlarından  kənarda  olan  təqsirləndirilən  şəxs  məhkəməyə  gəlməkdən  qəsdən  boyun

qaçırdıqda, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv təsdiq edilməsinə mane

olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilən şəxs ona qarşı irəli

sürülən ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda məhkəmə

baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıla bilər. Məhkəmə baxışında təqsirləndirilən

şəxs əldə etdiyi məlumatları bildirmək, vəsatət vermək və digər hüquqlara malikdir.

Sübutetmədə müdafiəçinin iştirakı təqsirləndirilən şəxsin vəziyyətinin yaxşılaşdırılması və onun

hüquqlarının  tam  həyata  keçirilməsinə  şərait  yaratmaq  məqsədilə  nəzərdə  tutulub.  Müdafiəçi

təqsirləndirilən şəxsin hüquqları pozulduğu halda pozuntunun qarşısının alınmasını müstəntiq və

hakimdən tələb edə bilər. O, irəli sürülən ittihamı rədd edərək və ya məsuliyyəti yüngülləşdirən

halları aşkar edərək sübutetmənin qanunla müəyyən edilmiş üsullarından istifadə edir. Müdafiəçi

müstəntiq və hakim kimi öz daxili inamına əsasən iş üzrə toplanmış sübutları qiymətləndirir. Belə

qiymətləndirmə  zamanı  müdafiəçi  məhz  daxili  inamına  əsasən  müdafiə  nöqteyi‐nəzərindən

sübutları  qiymətləndirir.  Əgər  bu  daxili  inam  təqsirləndirilən  şəxsin  təqsirsiz  olmasını  sübuta

yetirmədikdə, bu üstünlük yaratmır: müdafiəçi öz mövqeyini müəyyənləşdirir və məhkəmədə onu

müdafiə edir. Bəzən elə olur ki, təqsirləndirilən şəxs öz təqsirini etiraf edir, lakin onun müdafiəçisi

əmindir ki, təqsirləndirilən şəxs təqsirsizdir. Təbii ki, müdafiəçinin məhkəmədə təqsirləndirilən

şəxslə eyni fikir və mövqedə dayanması onların sübutetmədə daha aktiv iştirak etməsinə səbəb

olur. Digər tərəfdən, təqsirləndirilən şəxs öz təqsirini inkar edirsə, müdafiəçi onun təqsirli olması

mövqeyində  durmalı  deyil.  Bu  halda,  müdafiə  hüququ  pozulmuş  olur  və  müdafiəçinin  mövqeyi

ittihamedici mövqeyə çevrilmiş olur. Müdafiəçinin belə fəaliyyəti müdafiədən faktiki olaraq imtina

etməsi deməkdir ki, bu da qanunla qadağan edilir. Bu qadağalar CPM‐nin 92.10‐cu maddəsində öz




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə