Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   31

­  6 ­

Nigar Rəsulbəyova

Azərbaycan Respublikası

Ali Məhkəməsinin hakimi

DÖVLƏT ORQANI VƏTƏNDAŞLARLA

MÜNASİBƏTİNİ DƏQİQ VƏ AYDIN ŞƏKİLDƏ

MÜƏYYƏN OLUNMUŞ QAYDALAR

ƏSASINDA QURMALIDIR

Dövlət‐vətəndaş münasibətləri probleminin səmərəli həlli yollarının axtarışı tarixən dövlətçiliyin

yaranmasına və inkişafına təsir edən önəmli amillərdən biri və bəlkə də birincisi olmuşdur. Əslində,

dövlətçiliyin inkişafı tarixi elə dövlət‐vətəndaş münasibətlərinin inkişafı tarixidir. Dövlət‐vətəndaş

münasibətlərinin qurulması ilə bağlı bəşəriyyətin yaratdığı zəngin tarixi irsdən bəhrələnmək, ondan

yararlanmaq,  muasir  dünyanın  inkişaf  tendensiyalarını,  dövlətçilik  standartlarını  nəzərə  almaq

bizim  borcumuzdur.  Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  cəmiyyətin

demokratikləşdirilməsi  istiqamətində  görülməsi  nəzərdə  tutulan  və  bu  istiqamətdə  real  olaraq

görülən işlər bizdən əzəli və əbədi problemə, yəni  vətəndaş‐dövlət münasibətləri probleminə yeni

yanaşmanı tələb edir və heç şübhəsizdir ki bu baxımdan dövlət orqanlarının idarəçilik fəaliyyəti

ilə  bağlı  istifadə  etdiyi  üsul  və  qaydalar  konstitusion  prinsiplərə  əsaslanmalı,  hüquqi  dövlətin

tələblərinə və ədalətə cavab verməli, maraqlı şəxslərin mənafelərini mütləq nəzərə almalıdır.

Liberal‐demokratik ölkələrin təcrübəsi də göstərir ki, dövlət orqanlarının və ya inzibati orqanların

idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən olunması hakimiyyətdən sui istifadənin,

vətəndaşların hüquq və azadlıqlarının pozulması hallarının qarşısının alınmasında çox səmərəli

təminat  vasitəsidir.Hər  bir  dövlət  orqanı  vətəndaşlarla  münasibətini  dəqiq  və  aydın  şəkildə

müəyyən olunmuş qaydalar əsasında qurmalıdır.

Konstitusiya ənənələrinə malik demokratik ölkələrdə  dövlət idarəçilik orqanları ilə vətəndaşlar

arasında  münasibətlərin  bu  prosedur  qaydaları  inzibati  icraat  haqqında  qanunlarla  müəyyən

olunur. Bu isə o deməkdir ki, heç bir dövlət orqanı, vəzifəli şəxs və dövlət qulluqçusu bu və ya digər

məsələni qanunla müəyyən edilmiş qaydadan kənar, özünün şəxsi mülahizələri prizmasından həll

edə bilməz.

Vətəndaşların hüquq və azadlıqlarının  müdafiəsinin real təmin olunması məsələsi muasir hüquqi

dövlətin əsas vəzifəsi sayılır. Hüquqi müdafiənin məhz konstitusiya prinsipləri əsasında nizama

salınan icraat qaydalarının vahidliyi, şəffaflığı və sadəliyi vətəndaşları (şəxsləri) inzibati orqanların

və vəzifəli şəxslərin özbaşınalığından, süründürməçiliyindən qoruya bilər. Digər tərəfdən də belə

vahid icraat prosedurları dövlət orqanlarının fəaliyyətində səmərəliliyin və faydalı iş əmsalının,

idarəçilik funksiyalarının yerinə yetirilməsi ilə bağlı onların məsuliyyətinin artırılmasını təmin edir.

Bu  sahədə  “İnzibati  icraat  haqqında”  ümumi  qanunun  qəbul  edilməsi  dövlət‐vətəndaş

münasibətlərinin qurulmasında mövcud olan problemlərin həlli ilə bağlı həyatı zərurətin ifadəsi

kimi qiymətləndirilməlidir.

Ümumiyyətlə, qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” qanunun və İPM‐nin qüvvəyə minməsi,

İnzibati  məhkəmələrin  artıq  3  ilə  yaxındır  ki,  fəaliyyətə  başlaması  insan  hüquq  və  azadlıqların

qorunmasında çox böyük müsbət rolu vardır.



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə


­  7 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Belə  ki,  2007‐ci  ildə  qüvvəyə  minmiş  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikasının

Qanunu  Azərbaycanın  hüquq  sistemində  yenilik  yaratmışdır.  Bu  qanunda  inzibati  orqanların

vətəndaşlarla münasibətindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların qərarlar qəbul edən

zaman  nəzərə  almalı  olduqları  ümumi  və  prosedur  prinsiplər,  habelə  inzibati  orqanların  ciddi

şəkildə  qanuna  bağlı  olması  öz əksini  tapmışdır.  Bundan  başqa,  qanunda  inzibati  orqanların

qanunsuz qərarlarının yoxlanılması və  onlara dəyişikliklər edilməsi məqsədi ilə vətəndaşlar üçün

hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Buna görə də heç də təsadüfi deyildir ki, 2011,

2012,  2013‐cü  illər  ərzində  inzibati­iqtisadi  məhkəmələrdə  fiziki  və  hüquqi  şəxslər  tərəfindən

inzibati orqanlara qarşı irəli sürülmüş inzibati mübahisələr üzrə iddialara baxılması statistikası

göstərir ki, bu cür  mübahisələrin sayı ildən‐ilə artır.

Belə  ki,  2011‐ci  ildə  6818,  2012‐ci  ildə  11205,  2013‐cü  ilin  altı  ayında  7963  iddia ərizəsi

məhkəmələrə daxil olmuşdur. Həmin iddialar üzrə məhkəmələr tərəfindən qəbul edilmiş yekun

qərarlardan 2011‐ci ildə 84.1%, 2012‐ci ildə 80.3%, 2013‐cü ilin altı ayında isə 77.4% iddialar

təmin  edilmişdir.  Bu  cür  artım əsasən  vətəndaşların  inzibati‐iqtisadi  məhkəmələrə  inamının

artması ilə izah olunsa da, bəzi hallarda ərizələrin sayının artması və onların bəzilərinin təmin

edilməməsi vətəndaşların əsassız iddialar verməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, həmin iddiaların

əsas hissəsi torpaq sahələri üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı yaranan

mübahisələrdən  irəli  gəlir.  Bu  sahədə  məhkəmə  praktikasının  təhlili  nəticəsində  müəyyən

olunmuşdur ki, bu cür iddiaların sayının artması bir tərəfdən vətəndaşların hüquqi biliklərinin

zəif olması, digər tərəfdən isə inzibati orqanların vətəndaşlara yardım edilməməsi səbəbindən baş

verir.


Bu məqalənin məqsədi vətəndaşların torpaq sahələrinə olan hüquqlarının qeydə alınması ilə bağlı

qanunun tələblərinin izah edilməsindən, əsassız iddiaların qarşısının alınmasından, vətəndaşların

hüquqlarının daha səmərəli şəkildə həyata keçirilməsindən ibarətdir.

Birinci növbədə vətəndaş bilməlidir ki, o, özünə məxsus olan torpaq sahəsi üzərində mülkiyyət

hüququnun  qeydə  alınması  üçün  “Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında”  Qanunun  8‐ci

maddəsinin  tələblərinə  riayət  etməlidir.  Belə  ki,  həmin  qanunun  normasına  əsasən  qanunla

müəyyən  edilmiş  qaydada  icra  hakimiyyəti  və  bələdiyyə  orqanları  tərəfindən  müvafiq  olaraq

dövlətə  və  ya  bələdiyyələrə  məxsus  olan  daşınmaz  əmlakın  özgəninkiləşdirilməsinə,  icarəsinə,

istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, qanunla müəyyən edilmiş qaydada

ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol,

daşınmaz  əmlak  barəsində  notariat  qaydasında  təsdiq  edilmiş  müqavilələr,  vərəsəlik  hüququ

haqqında,  ər‐arvadın  ümumi  əmlakındakı  paya  mülkiyyət  hüququ  haqqında,  yaşayış  evlərinin,

mənzillərin  açıq  hərracdan  əldə  olunmasına dair  şəhadətnamələr,  mənzil  sertifikatı,  bu  Qanun

qüvvəyə  minənədək  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən  verilmiş  daşınmaz  əmlak

üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri‐yaşayış sahələri, fərdi

yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi

kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri

əsas hesab olunur və qeydiyyat orqanına verilən ərizəyə həmin qanunun 10.2.2. maddəsinə əsasən

torpaq sahəsinin planı və ölçüsü əlavə olunur.

Lakin ərizəçilərin əksəriyyətində torpaq sahələrinin planını və ölçüsünü əks etdirən sənəd olmur.

Bu səbəbdən də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Orqanı torpaq sahəsinə hüquqların

qeydə alınmasından haqlı olaraq imtina edir, lakin buna baxmayaraq həmin inzibati orqanın əsaslı

imtinası vətəndaşlar tərəfindən məhkəmə qaydasında mübahisələndirilərək onların istifadəsində

olan torpaq və ya bağ sahələrinə plan və ölçünün verilməsinin reyestr xidmətinə həvalə edilməsi

barədə məcburetmə haqqında iddialar qaldırılır.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə