Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   31

­  8 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Xüsusi olaraq qeyd olunmalıdır ki, torpağın ilkin qeydiyyatının aparılması üçün ərizəçinin torpaq

sahəsinə  planı  və  ölçüsü  olmalıdır  və  həmin  sənədin  tərtib  edilməsi  Reyestr  xidmətinin  deyil,

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətindədir. Belə ki,

vətəndaşların  qanuni  istifadəsində  və  ya  icarəsində  olan  (fərdi  yaşayış evlərinin,  həyətyanı

sahələrin,  fərdi,  kollektiv  və  kooperativ  bağların,  dövlət  bağçılıq təsərrüfatının  idarəçiliyindəki

bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı

sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə

onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən

torpaq  sahəsi  bağçılığın  hər  bir  üzvünün  mülkiyyətinə  verilir.  Dövlət  bağçılıq  təsərrüfatının

idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir

kooperativ üzvünün mülkiyyətinə verilir.

Məhz buna görə də, göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ilk növbədə

torpağın planı və ölçüsünün verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və

Xəritəçəkmə  Komitəsinə  müraciət  etməlidir.  Ərizəyə  vətəndaşların  fərdi  yaşayış  evlərinin,

həyətyanı  sahələrin,  fərdi,  kollektiv  və  kooperativ  bağların  və  dövlət  bağçılıq  təsərrüfatının

idarəçiliyindəki  bağların  altında  olan  torpaqların  onların  qanuni  istifadəsinə  və  ya  icarəsinə

verilməsini təsdiq edən sənədin surəti (qərar, sərəncam, müqavilə) əlavə edilməlidir.

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ərizənin daxil olduğu gündən

etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı

sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki

bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verməlidir.

Bundan sonra vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş

qaydada  daşınmaz əmlakın  dövlət  reyestrində  dövlət  qeydiyyatına  alınır  və  həmin  reyestrdən

çıxarışla rəsmiləşdirilir.

Belə  ki,  Azərbaycan  Respublikasının  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi  haqqında

Əsasnamənin 10.20‐ci maddəsinə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qanunvericiliklə

müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı

üçün zəruri olan mərzçəkmə işlərini aparır, habelə müvafiq texniki sənədləri tərtib edir və onları

həmin  torpaq  sahəsi  üzərində  hüquq əldə  edənə  verir,  beləliklə  vətəndaşlar  reyestr  xidmətinə

müraciət etməzdən əvvəl ilk növbədə, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinə  müraciət  etməli,  qanuni  əsaslar  olduqda  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi

torpağa plan və ölçünü verməlidir.

Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində mülkiyyət və digər hüquqların qeydiyyatı üçün

zəruri  olan  mərzçəkmə  işlərinin  aparılması,  habelə  texniki  sənədlərin  tərtibi  qaydası

qanunvericiliklə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 06.10.2010‐cu

il tarixdə “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri haqqında” Qərar

qəbul etmişdir. Həmin qərara əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Dövlət Torpaq

və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilir.

Həmin Qərarın 2.4.5‐ci maddəsinə müvafiq olaraq mərzçəkmə işlərində  torpaq sahəsinin fiziki və

ya hüquqi şəxsə verilməsi barədə səlahiyyətli orqanların qərar və sərəncamlarına istinad edilir.

Vətəndaşlar bilməlidilər ki, həmin Qərarın 6.1, 6.2 maddələrinin tələblərinə əsasən mərzçəkmə

işlərinin  aparılması  nəzərdə  tutulan  torpaq  sahələrinin  mülkiyyətçilərinin,  istifadəçilərinin,

icarəçilərinin və hüquqlarına toxuna biləcək hüquqi və fiziki şəxslərin məlumatlandırılması üçün

mərzçəkmə işlərinin başlanılmasına 5 gün qalmış xüsusi elan və lövhələrdə, mətbuatda və DTXK‐nın

rəsmi  internet  saytında  bu  işlər  barədə  müvafiq  məlumatlar  yerləşdirilir  və  onlara  DTXK‐nın

müvafiq rayon (şəhər) şöbəsi tərəfindən rəsmi bildiriş göndərilir. Bildiriş göndərilmiş hüquqi və

fiziki şəxslərin mərzçəkmə işlərinin yerinə yetirilməsində iştirak etməməsi (gəlməməsi) bu işlərin

aparılmamasına əsas vermir və görülmüş işlərin nəticələri barədə həmin hüquqi və fiziki şəxslərə

məlumat  xarakterli  təkrar  bildiriş  göndərilir.  Torpaq  sahələrinin  yerdə  (naturada)  sərhədləri

müəyyən edildikdən, razılaşdırıldıqdan və mərz nişanları basdırıldıqdan sonra bu Qaydaların 7.1‐ci



­  9 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

və 7.2‐ci bəndlərində göstərilənlərin iştirakı ilə mərzçəkmə işlərinin nəticələri ilə bağlı akt tərtib

edilir, imzalanır və möhürlə təsdiq edilir. Akt təsdiq edildiyi vaxtdan 30 gün müddətində hər hansı

bir irad və təklif rəsmi formada DTXK‐ya təqdim oluna bilər, əks halda, torpaq sahəsinin sərhədləri

yerdə (naturada) razılaşdırılmış hesab olunur.

Qanunun göstərilən tələblərinə uyğun olaraq vətəndaşlar bağ sahələrinin plan və ölçülərini əldə

edəndən sonra müvafiq reyestr xidmətində onların bağ sahələrinə olan hüquqlarının qeydiyyata

alınması mümkündür.

Xüsusi  olaraq qeyd  olunmalıdır  ki,  həmin  torpaqlar  üzərində  vətəndaşların  mülkiyyət  hüququ

qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı

andan yaranır.

Hər bir vətəndaş bilməlidir ki, arzuladığı inzibati aktın qəbul edilməsi üçün ərizəçinin buna dair

subyektiv hüququ olmalıdır. Başqa sözlə, iddiaçının inzibati aktın qəbul edilməsi üçün tələb hüququ

yoxdursa, inzibati orqanın üzərinə öhdəlik qoyula bilməz.

Bundan başqa, qeyd olunmalıdır ki, hər bir inzibati orqan vətəndaşlarla münasibətlərini dəqiq və

aydın şəkildə müəyyən olunmuş qaydalar əsasında qurulmalı olduğu halda bəzən bunu etməkdən

yayınır. Belə ki, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 33.1‐ci maddəsinə

əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati

orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil

olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli

inzibati orqana göndərməlidir. Həmin qanunun 33.2 və 33.3‐cü maddələrinə görə ərizə və ona

əlavə  edilmiş  sənədlərin  səlahiyyətli  inzibati  orqana  göndərilməsi  barədə  ərizəçiyə  6  gün

müddətində  yazılı  şəkildə  əsaslandırılmış  məlumat  verilməlidir.  Azərbaycan  Respublikasının

qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən

inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir.

Lakin,  məhkəmə  praktikasından  müəyyən  olunur  ki,  bəzi  hallarda inzibati  orqanlar  göstərilən

qanunun  normalarına  riayət  etmirlər,  yəni  ərizəçinin  müraciət  etdiyi  inzibati  orqan  ərizəni

səlahiyyətli  inzibati  orqana  göndərmədən,  vətəndaşlara  hüquqlarını  izah  etmədən,  ərizənin

icrasından imtina edərək vətəndaşlara yardım etmək vəzifəsindən yayınırlar. Halbuki, “İnzibati

icraat  haqqında”  Qanunun 23.1‐ci  maddəsinə  əsasən  inzibati  orqan  ərizə  və  ya  vəsatətlərin

verilməsində,  ərizə  və  ya  vəsatətdə  buraxılmış  səhvlərin  aşkar  edilməsində  və  onların  aradan

qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu

hüquq və vəzifələri ona izah etməyə borcludur.

Qanunun göstərilən tələblərinin inzibati orqanlar tərəfindən yerinə yetirilməsi heç şübhəsiz ki,

vətəndaşların əsassız iddialarının bir qisminin qarşısını ala bilər və vətəndaşların hüquqlarının

həyata keçirilməsinin səmərəliliyini təmin edə bilər.

Vətəndaşların əsassız iddiaların qaldırılmasının qarşısının alınmasında onların məhkəmədə təmsil

edən vəkillərin də rolu çox önəmlidir. Belə ki, məhkəmə praktikası onu göstərir ki, əksər hallarda

vətəndaşların  uğursuz  iddiaları  rədd  olunduğu  zaman  məhkəmə  qərarından  verilən  əsassız

şikayətlər  vəkillər  tərəfindən  dəstəklənir.  Nəticədə,  vətəndaş  uzun  müddətli  məhkəmə

mübahisələrinə cəlb edilmiş olur və sonda müsbət nəticə əldə edə bilmir.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə