Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  III nömrə



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   31

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  III nömrə

­  12 ­

Mülki  Məcəlləsinin  228‐ci  maddəsində  göstərilir  ki,  yaşayış  binasının  tərkib  hissəsinin

mülkiyyətçisinin  onunla  birgə  yaşayan  ailə  üzvləri  (əri,  arvadı,  valideynləri,  uşaqları)  yaşayış

sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin

mülkiyyətçisinin  ailə  üzvləri  öz  yetkinlik  yaşına  çatmayan  uşaqlarını  həmin  yaşayış  sahəsinə

köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı

ilə  yol  verilir.  Həmin  şəxslərin  yaşayış  sahəsindən  istifadə  hüququ  mülkiyyətçi  ilə  ailə

münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsində isə fərqli qayda nəzərdə

tutulmuşdur: əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma

yoxdursa,  yaşayış  sahəsinin  mülkiyyətçisi  ilə  ailə  münasibətlərinə  xitam  verildikdə,  keçmiş  ailə

üzvünün  həmin  yaşayış  sahəsindən  istifadə  hüququ  saxlanmır.  Burada  başqa  razılaşma  dedikdə

tərəflər arasında bağlanmış və ikinci şəxsə mənzildən istifadə hüququ verən hər hansı müqavilə

nəzərdə  tutulur.  Yaşayış  sahəsinin  mülkiyyətçisinin  keçmiş  ailə  üzvünün  yaşayış  sahəsini  əldə

etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış

sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü

yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə

məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında

saxlanıla  bilər.  Bu  zaman  yeni  Mənzil  Məcəlləsinin  qüvvəyə  minməsindən  əvvəl  yaranmış

münasibətlərə Mülki Məcəllənin müvafiq maddəsi, ondan sonra yaranan münasibətlərə isə Mənzil

Məcəlləsinin müvafiq maddəsi şamil olunur.

Mülki Məcəllənin 228.3‐cü maddəsinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi

haqqında  razılaşma  olmadıqda  bu  hüquqa  mülkiyyətçinin  məhkəmə  qaydasında  tələbinə  əsasən

bazar  qiyməti  ilə  müvafiq  kompensasiya  vermək  yolu  ilə  xitam  verilə  bilər.  Qanunverici

kompensasiyanın  hesablanmasının  xüsusi  qaydasını  müəyyən  etməyib,  bu  məhkəmələrin

səlahiyyətlərinə verilib. Praktikada məhkəmələr kompensasiyanı hesablayarkən tərəflərin maddi

vəziyyətlərini, ailə üzvlərinin sayını, şəxsin istifadə hüququ olan yaşayış sahəsinin faktiki şəraitini,

həmin ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarını və s. faktorları nəzərə alırlar.  Azərbaycan

Respublikası  Konstitusiya  Məhkəməsinin  26  sentyabr  2007‐cil  il  qərarında  göstərilən

“əvəzləşdirmə”yə uyğun məbləğ məhz davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə

əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Bu qərardakı

qeyri‐müəyyənlik digər məhkəmələrin qərarlarına təsir göstərir. Belə ki, mənzilin yerləşdiyi ərazidə

eyni şəraitli evlərin aylıq kirayə haqlarının orta qiyməti əsasında müəyyən müddət ərzində yaşayış

sahəsinə olan tələbatını ödəmək imkanı verən pul məbləği müəyyən olunur. Həmçinin məhkəmə

təcrübəsində yaşayış sahəsindən istifadə hüququna xitam verilən şəxsin maddi imkanlarını nəzərə

alaraq 3 illik müddət müəyyən edir və kompensasiya müəyyənləşdirir. Bu zaman yaranmış mübahisə

üzrə tam, hərtərəfli araşdırma aparılmaqla aşağıdakı məsələlər barədə nəticə çıxarılmalıdır:

­

evdən istifadə etmək hüququ olan şəxslərin sayı;



­

evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətə

mənsub olması;

­

kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti;



­

kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları

ilə birlikdə çıxması;

­

yaşayış evinin sahəsi, orada yaşayan şəxslərə düşən sahəsinin həcmi;



­

kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları;

­

yaşayış  sahəsinin  yerləşdiyi  ərazi  və  yaşayış  sahəsi  ilə  eyni  şəraitli  bir  otaqlı  mənzildə  kirayə



haqqının məbləği.

Yuxarıda qeyd olunan məsələləri müəyyənləşdirdikdən sonra həmin meyarların kompensasiyanın

məbləğinə  təsiri  nəzərə  alınmaqla  kompensasiya  təklif  edənin  təklif  etdiyi  məbləğin  istifadə

hüququnun itirilməsi üçün yetərli olub‐olmaması həll edilməklə məhkəmə kompensasiya müəyyən

etməlidir. Təcrübədə buna yanaşma birmənalı deyil və məhkəmələr buna müxtəlif qiymət verirlər.

Aşağıda göstərdiyimiz işlərdə bu açıq aydın görünür.




­  13 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Hüquqi  yardım  göstərdiyimiz  Əlibəyli  Əli  Davud  oğlunun  Əlibəyli  Tünzalə  Kamal  qızına  qarşı

mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılması

tələbinə  dair  mülki  işdə  birinci  instansiya  məhkəməsi  mənzildən  istifadə  hüququnun  “dövlət

tərəfindən qorunan hüquq” olduğunu qeyd etmişdir. Məhkəmə qətnaməni təmin etməyərək təklif

olunan  9000  manat  kompensasiyanın  Tünzalə  Əlibəyli  ilə  azyaşlı  uşağının  birlikdə  yaşayış

hüququnun lazımi qaydada təmin etməməsi qərarına gəlmişdir. Həmin işdən tərəfimizdən verilmiş

apellyasiya  şikayətində apellyasiya  məhkəməsi  15000  manat  kompensasiya  verilməklə  Tünzalə

Əlibəylinin Əlibəyli Əlinin mülkiyyətində olan yaşayış sahəsindən istifadə etmək hüququna xitam

verilmişdir.

Digər bir mülki işdə hüquqi yardım göstərdiyimiz Əliyeva İlahə Şahin qızına qarşı Əliyeva Zemfira

Hüseyn  qızı  və  Əliyeva  Əkbər  Əşrəf  oğlu  tərəfindən  mənzildən  çıxarılma  və  yaşayış  yeri  üzrə

qeydiyyatın ləğv edilməsi tələbi ilə iddia qaldırılmışdır. Tərəfimizdən həmin iddiaya qarşılıqlı iddia

ərizəsi  verilərək  yaşayış  sahəsindən  istifadə  hüququna  yalnız  kompensasiya  verilməklə  xitam

verilməsi  əsaslandırılmışdır.  Yasamal  rayon  məhkəməsi  3000  manat  kompensasiya  ödəməklə

Əliyeva İlahə ilə azyaşlı uşağının yaşayış sahəsindən istifadə hüququna xitam vermişdir.

Bu iki işdən də göründüyü kimi, məhkəmələr oxşar işlərdə bir‐birindən əhəmiyyətli dərəcədə fərqli

olan kompensasiya müəyyən edir.

Məhkəmə qərarlarının icrası bu gün vəkillik fəaliyyəti zamanı rastlaşılan ən aktual məsələlərdən

biridir. Azərbaycan Respublikası Konstitusiyasının  60‐cı, Mülki Prosessual Məcəlləsinin 4‐cü, “İnsan

hüquqları  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında”  Avropa  Konvensiyasının  6‐cı  maddəsinin

birinci  bəndində  bütün  fiziki  və  hüququ  şəxslərin  onların  mülki  hüquq  və  vəzifələri  müəyyən

edilərkən  öz  hüquq  və  azadlıqlarını,  eləcə  də  maraqlarını  qorumaq  və  təmin  etmək  məqsədilə

qanunla  müəyyyən  edilmiş  qaydada  məhkəmə  müdafiəsindən  istifadə  etmək  hüququnu  tanıyır.

“İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası ədalətli məhkəmə

araşdırılmasına geniş mənada yanaşaraq məhkəməyə müraciət məqamından məhkəmənin qərarının

icrasının  başa  çatdığı  anadək  olan  münasibətləri bura  aid edir.  Avropa  İnsan  Hüquqları

Məhkəməsinin presidentlərində bu hallar dəfələrlə öz əksini tapmışdır. “Hornspi Yunanıstana qarşı”

işində Məhkəmə qeyd etmişdir ki, “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş

məhkəmə qətnaməsinin icra edilməsi vəzifəsini də özündə ehtiva edir”. “Burdov Rusiyaya qarşı”

işində isə Məhkəmə qeyd etmişdir ki, “bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində,

qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər”.

Azərbaycan  Respublikasında  qərarların  icrasını  icra  məmurları  həyata  keçirir.  “İcra  haqqında”

Azərbaycan  Respublikası  qanununun  2‐ci  maddəsinə  əsasən,  məhkəmə  və  digər  orqanların

qərarlarının məcburi icrasını icra məmurları həyata keçirir. Həmin qanunun 3‐cü maddəsində qeyd

olunur ki, “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri

Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və

fiziki şəxslər üçün məcburidir.” Həmin maddənin ikinci bəndində isə qeyd olunur ki, “məhkəmə və

digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən,

onlara  həvalə  edilmiş  vəzifələrin  icrasına  mane  olan  şəxslər  Azərbaycan  Respublikasının

qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6‐ci maddəsində icra sənədləri göstərilmişdir.

Bu maddəyə əsasən, aşağıdakılar icra sənədləri hesab olunur:

­

Azərbaycan Respublikası məhkəmələrinin qərarları;



­

iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları;

­

məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın



alınmasına dair hissəsi;

­

beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları;



­

xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri;

­

məhkəmə əmrləri;



­

alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər;




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə