Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  III nömrə



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  III nömrə

­  16 ­

­ “Gender” sözü bizim leksikonda nisbətən təzə olsa da, çox işlənən sözdür. Onun mənasını bilən də

işlədir, bilməyən də. Bu “gender” sözünə maraq o qədər böyükdür ki, bu mövzuda çoxlu seminarlar,

treyninqlər, maarifçilik işləri aparılıb və aparılır. Son illər qadınların hüquqi statusu yüksəlmişdir.

Lakin, faktiki bərabərlikdən danışmaq biraz tezdir. Çünki bu gün qadınlar və kişilər arasında hələ də

qeyri‐bərabərlik mövcuddur. Baxmayaraq ki, əsas qanunumuz olan Konstitusiyanın 25‐ci maddəsinə

əsasən, kişi ilə qadının hüquqları bərabərdir. Amma real həyatda isə, məsələn, gərgin əmək tələb

edən yerlərdən olan təhsil, tibb, sosial sahələrdə əksərən qadınlar işləyirlər. Lakin, həmin sahələr

üzrə  qərarların  qəbulu  səviyyəsində  kişilər  çalışır. Mən  hesab  edirəm  ki,  qadın  istər  ailədə,  istər

cəmiyyətdə çox məsuliyyətli olmalıdır. Mən öz vəkillik fəaliyyətimi həyata keçirərkən çox vaxt zərif

cinsin nümayindəsi olduğumu unuduram.



‐ Məlum olduğu kimi bu gün ölkəmizdə praktik qadın hüquqşünasların sayı ürəkaçan deyildir.

Bu, bəzən milli‐mənəvi dəyərlərimizlə, bəzən isə qadınların beynində bu peşənin yalnız kişilərlə

asossiasiya olunması ilə əlaqələndirilir. Lakin fakt ondan ibraətdir ki, bu sayda azlıq mövcuddur.

İnkişaf etmiş əcnəbi ölkələrdəki kimi vəkilliyə hüquqşünas qadınların cəlb edilməsi üçün hansı

təkliflərlə çıxış edərdiniz?

­ Düzdür, qadın hüquqşunaslarının sayı az olsa da, onlar öz vəzifə fəaliyyətlərini yerinə yetirərkən

əsl  fədakarlıq  göstərirlər.  Yaşından  asılı  olmayaraq  hər  bir  işə  bir  böyük  bacı  kimi,  bir  ana  kimi

münasibət bəsləyirlər. Qadınlar bu peşənin çətinliklərini praktiki işə başlayandan sonra daha yaxşı

anlayırlar. Mənim uzunillik müşahidələrim ona bir daha dəlalət edir ki, vəkil qadınlar öz savadı və

əxlaqi keyfiyyətləri ilə cəmiyyətdə ən nüfüzlü və cəsarətli qadınlardır. O ki qaldı vəkillikdə qadınların

say  etibarilə azlığı  məsələsinə,  qeyd  etmək  lazımdır  ki, hüquq  fakültəsini  bitirən  xanımların

əksəriyyəti qeydiyyat şöbələrində, notariatda işləmək üçün can atırlar. Mənim fikrimcə, bunun əsas

səbəbi ondan ibarətdir ki, vəkillik çox ağır sənətdir.

‐  Bu  sualı  Vəkillər Kollegiyasının  İntizam  Komissiyasının  üzvü  olduğunuz  üçün  Sizə

ünvanlayacağımızdan təəccüblənməməyinizi xahiş edərdik. Hamımızın yaxşı tanıdığı fransız

mütəfəkkiri  Rene  Dekart  etikanı  idrakın ən  son  və  mükəmməl  nöqtəsi  adlandırırdır.  Sizcə,

məsələyə  çağdaş  dünyamızın  pəncərəsindən  baxdıqda  postulata  çevrilmiş  bu  fikiri  nə  qədər

mükəmməl hesab edirsiniz?

­ Rene Dekartın bu müdrik kəlamından sonra cəmiyyət uzunmüddətli təkamül yolu keçibdir və bu

kəlam Avropada mütləqiyyətin tüğyan etdiyi bir dövrə təsadüf edir. Belə bir dövrdə hümanizmin

hüceyrələri  təzə  yaranırdı,  vətəndaş  hüquqlarına,  bu  anlayışa  iztehza  ilə  yanaşılırdı,  insan

hüquqlarından  isə,  ümümiyyətlə,  söhbət  gedə  bilməzdi.  Ona  görə  də  etika  idrakın ən  son  və

mükəmməl nöqtəsi adlandırılırdı. Bu fəlsəfi fikir müəyyən müddət özünü doğrultsa da, fəlsəfi fikir

olaraq qalır və cəmiyyətdəki münasibətləri tənzim edə bilmir. Habelə estetika, mənəviyyat, əxlaq,

adət‐ənənə və sair bu kimi mənəvi dəyərlərlə bərabər cəmiyyətin belə deyərdim ki, mentalitetini

təşkil edir. Bəli, idrak mükəmməl olmalıdır, qanunların dəqiq və dürüst icra olunmasında hər bir

vətəndaşın, hər bir hüquqşünasın mənəvi istinad nöqtəsi olmalıdır. Əks halda, nə humanist, nə də

sərt qanunlar qarşısına qoyduğu məqsədlərə nail ola bilməz.

‐ Əvvəlki sualımızın davamı kimi vəkillərimizin digər hüquq peşəsinin təmsilçilərindən fərqli

olaraq deontoloji məsələlərdə daha çox hansı dəyərlərə üstünlük verməli olduqlarını Komissiya

üzvü olaraq Sizin dilinizdən eşitmək yerinə düşərdi.

‐ Deontologiya hüquqi əxlaqın və mənəviyyətin inkişafını, onların qarşılıqlı münasibətlərini öyrənən

elm  olduğu  üçün  bu  hər  bir  hüquqşunasın  gündəlik  fəaliyətində  əsas  yer  tutan,  prinsipial

məsələlərdən  biri  olmalıdır.  Başqa  sözlə,  bu,  hüquqşünasların

əxlaq  kodeksi  kimi

qiymətləndirilməlidir. İstər  hakim,  istər  prokuror,  istər  müstəntiq,  istər  digər  sahədə  fəaliyyət

gösərən  hüquqşünas əxlaq  və  mənəviyyatın ən  bariz  daşıyıcılarından  olmalıdır.  Lakin  bunların

fövqündə vəkil daha üstün, daha hərtərəfli, geniş, mənəviyyatlı olmalıdır. Baxmayaraq ki, hakim də,

prokuror da, müstəntiq də qanun keşiyində, onun mühafizəsində və düzgün tətbiqində dayanırlar,

cəmiyyət üzvlərində vəkilə olan münasibət tam başqadır.




­  17 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Vəkil müdafiəçidir və təbii olaraq insanların, cəmiyyətin, dövlətin, onun qanunlarının müdafiəçisidir.

Belə olan halda isə ondan daha yüksək mənəviyyat, daha yüksək əxlaq, daha yüksək peşəkarlıq tələb

olunur. Ona görə də vəkillər qüsursuz əxlaqa, təmiz mənəviyyata, yüksək peşəkarlığa,opponentini

hövsələ,  səbr  və  diqqətlə  dinləyəməyə  qabil  olmalı,  onların  irəli  sürdüyü  dəlilləri  müsbət

emosiyalarla,  hüquqi  və  məntiqi  cəhətdən  əsaslandırılmış  faktlarla  cavablandırılmalı,  istənilən

şəraitdə  soyuqqanlı  və  təmkinili  olmalı,  işinə  vicdanla  yanaşmaqla  bərabər,  ürəyinin  hərarətini

nümayiş etdirməlidir. Yalnız bu zaman vəkil hüquq müdafiəçisi olacaqdır.



‐  Tərcümeyi‐halınıza əsasən,  deyə  bilərik  ki,  Siz  həm  cinayət,  həm  də  ki,  mülki  sahədə

ixtisaslaşmış azsaylı qadın vəkillərimizdən birisiniz. Bu mənada mülki və cinayət işlərinə çıxan

vəkillərə olan etik tələblər nələrdən ibarət olmalıdır?

­ Sizin  bu  sualınıza  cavab  olaraq  Cəlaləddin  Ruminin  bu  sözləri  ilə  başlamaq  istəyirəm:  “Dərdli

adamın  tərəddüdlərlə,  dumanlarla  və  qaranlıq  dolu  bir  könül  evi  vardır.  Əgər  onun  dərdini

dinlərsənsə və azacıq bir təsəlli verərsənsə, bu evə bir pəncərə açmış olarsan.” Mən 1981‐ci ildən

bu günə kimi çox işlərə çıxmışam. Bunların içində cinayət, mülki, inzibati qaydada işlər olub. Həm

fəhlə,  həm  də  naziri  müdafiə  etmişəm.  Vəkillik  peşə  fəaliyyətini  həyata  keçirərkən,  “Vəkillər  və

vəkillik fəaliyyəti haqqında” qanunun 18‐ci maddəsini həmişə üstün tutmuşam. Bir adam haqqında

müsbət rəy söyləyərkən deyirik ki, çox tərbiyəli adamdır. Əxlaq olmayan yerdə qanun da yoxdur.

Etika‐əxlaqın böyuk bir hissəsidir. Qədim yunan materialisti Demokrit yazırdı ki, kimin xasiyyəti

nizamlıdırsa, onun həyatı da nizamlıdır. İstər mülki işlərdə, istər cinayət işlərində vəkil etik tələblərə

riayət etməlidir. Valter Skot isə demişdir ki, insanlar biri‐birilərinə yardım etməlidirlər.

­ Sonda jurnalımızın ənənəvi sualını ünvanlamaq istərdik. Gənc hüquqşünaslara tövsiyələriniz

nələrdən ibarət olacaq?

‐ Tövsiyəm ondan ibarətdir ki, öz peşələrini sevsinlər, mülki işlərdə hüquqlarını təmsil etdiyi, cinayət

işlərində  hüquqlarını  müdafiə  etdiyi  insanlara  əllərindən  gələn  köməyi  etsinlər,  dara  düşmüş,

bədbəxtliyə düçar olmuş adama dayaq olsunlar. Hər işə ürəklə yanaşsınlar. K.Paustovski deyib ki,

dünyada yeganə, bircə həqiqi xəzinə vardırsa, o da yaxşı ürəkdir.

‐  Dilarə  xanım, əldə  etdiyimiz  məlumatlara  görə,  bu  il  Sizin  55  illik  yubileyinizdir.  Və  bu

əlamətdar tarixlə bağlı Sizi jurnalımızın redaksiya heyəti adından təbrik edir və şərəfli vəkil

peşənizdə müvəffəqiyyətlər arzulayırıq!

‐ Çox sağ olun!




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə