Qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "



Yüklə 197,26 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix20.10.2017
ölçüsü197,26 Kb.
#5953
növüQaydalar
1   2   3   4   5   6   7

səyyar  məntəqələr  tələb  olunan  yerlərdə  və  istənilən  vaxtlarda  ölçü  cihazları 

vasitəsilə  müntəzəm  olaraq  müşahidələr  aparmaq,  hava  nümunələri  götürmək  və 

meteoroloji müşahidələr aparılması üçün nəzərdə tutulur

məşəlaltı  postlar  tüstü  və  qaz  məşəlləri  altında  birdəfəlik  müşahidələr  aparmaq 

üçün nəzərdə tutulur. 

Atmosfer  havasının  çirklənməsi  üzərində  müşahidələr  stasionar  və  səyyar 

məntəqələrdə  aparılır.  Stasionar  və  səyyar  məntəqələr  hər  bir  şəhərin  (yaşayış 

məntəqəsinin)  sahəsi,  relyefi,  sənayenin  inkişafı,  səyyar  tullantı  mənbələri  və 

əhalinin sayı nəzərə alınmaqla aşağıdakı qaydada təşkil olunur: 

əhalinin sayı - 50 minə qədər olduqda, 1 məntəqə 

-

  

50-100 min olduqda, 2 məntəqə 



-

  

100-200 min olduqda, 2-3 məntəqə 



-

  

200-500 min olduqda, 3-5 məntəqə 



-

  

0,5-1,0 mln. olduqda, 5-10 məntəqə 



-

  

1,0-2,0 mln. olduqda, 10-15 məntəqə 



-

  

2,0 mln. və çox olduqda, 15-20 məntəqə 



  

6.2. Su obyektlərinin monitorinqi 

  

Su  obyektlərinin  monitorinqi  -  onların  vəziyyətində  baş  verən  proseslərin 



vaxtında  aşkara  çıxarılması,  qiymətləndirilməsi,  həmin  proseslərin  inkişafının 

proqnozlaşdırılması  və  zərərli  təsirinin  qarşısının  alınması,  su  təchizatı  və  su 

mühafizəsi  sistemlərinin  təkmilləşdirilməsi  məqsədilə  su  obyektlərinin  hidroloji, 

hidrogeoloji,  hidrobioloji  və  hidrokimyəvi  göstəricilərinə  müntəzəm  müşahidə  və 

nəzarət sistemindən ibarətdir. 

Su obyektlərinin dövlət monitorinqi dövlət su kadastrı hüdudlarında aparılır. Su 

kadastrı özündə vahid dövlət su fondunun tərkib hissələri olan: 

yerüstü  su  obyektləri  (çaylar,  göllər,  su  anbarlan,  kanallar,  gölməçələr  və 

buzlaqlar); 

yeraltı su obyektləri (quyular, kəhrizlər, məcraaltı su götürücüləri və s.); 

sərhəd su obyektləri

Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsi 

onların  su  ehtiyatları,  su  obyektlərindən  istifadə  və  su  obyektlərinin  istifadəçiləri 

barədə məlumatların məcmusudur. 

Dövlət Su Kadastrının (DSK) nəşr olunan hissəsi aşağıdakı struktura malikdir: 

yerüstü sular bölməsi; 

yeraltı sular bölməsi; 

sulardan istifadə bölməsi. 

Sadalanan üç bölmədən hər biri üç seriyadan ibarət olur: 

kataloq məlumatları - birdəfəlik nəşr; 

illik məlumatlar - illik nəşr; 

çoxillik məlumatlar - 5 ildə bir dəfə nəşr edilir. 



6.2.1. Su obyektlərinin çirklənməsinin monitorinqi 


Su  obyektlərinin  çirklənməsi  -  suların  keyfiyyətini  pisləşdirən,  su  obyektlərinin 

səthinə,  dibinə  və  ətrafına  mənfi  təsir  edən  zərərli  maddələrin  tökülməsi  və 

axıdılmasıdır. 

6.2.1.1. Yerüstü su obyektlərinin fon tərkibi və çirklənməsinin monitorinqi təbii 

proseslərin  fonunda  antropogen  təsirləri  müəyyən  etmək  üçün  su  ehtiyatlarının 

hidroloji,  hidrokimyəvi  və  hidrobioloji  göstəricilərində  olan  dəyişikliklərin  təhlili, 

qiymətləndirilməsi və proqnozlaşdırılmasından ibarətdir. 

Yerüstü su obyektlərinin (su axınları və sututarlar) fon tərkibi və çirklənməsinin 

monitorinqinin əsas məqsədi su ehtiyatlarının mühafizəsi, onlardan səmərəli istifadə 

olunması  və  yerüstü  su  obyektlərinin  optimal  idarə  edilməsi  üçün  suyun  keyfiyyət 

göstəricilərinə nəzarətin elmi əsaslarla həyata keçirilməsidir. 

Bu məqsədlə aşağıdakı tədbirlərin həyata keçirilməsi tələb olunur: 

ölkə  çayları,  gölləri  və  sututarlarının  sularının  fon  tərkibi  və  çirklənməsi  üzrə 

müntəzəm (sistematik) müşahidələrin təşkil edilməsi; 

su  obyektlərində  kimyəvi  birləşmələrin  və  çirkləndirici  maddələrin  balansının 

hesablanması,  o  cümlədən  kimyəvi  və  çirkləndirici  maddələrin  transsərhəd 

çaylarının  su  axımı  ilə  qonşu  ölkələrdən  respublikamızın  ərazisinə  gətirilməsinə 

nəzarətin təşkili; 

ölkə  çayları,  gölləri  və  sututarlarının  çirklənmə  səviyyəsinin  qiymətləndirilməsi 

və proqnozlaşdırılması. 

Yerüstü  su  obyektlərinin  çirklənmə  səviyyəsinin  qiymətləndirilməsi  və 

proqnozlaşdırılması  məqsədilə  daimi  müşahidə  məntəqələri  su  obyektlərinin 

aşağıdakı hissələrində təşkil olunur: 

antropogen təsirə məruz qalmayan hissələrində (fon tərkibi üzrə); 

şəhərlər  və  iri  yaşayış  məntəqələrinin  kommunal-məişət  tullantı  sularının  su 

obyektinə axıdılan hissəsində; 

iri sənaye müəssisələrinin tullantı sularının su obyektinə axıdılan hissəsində; 

suvarılan kənd təsərrüfatı sahələrindən kollektor  - drenaj sularının su obyektinə 

axıdılan hissələrində; 

su obyektlərinin balıqçılıq üçün əhəmiyyətli olan hissələrində

transsərhəd  çaylarının  respublika  ərazisində  qonşu  ölkələrdən  daxil  olan 

hissələrində; 

su  obyektlərinin  kurort-sağlamlıq,  istirahət  və  idman  üçün  istifadə  olunan 

hissələrində; 

iri çayların mənsəblərində. 

Yerüstü  su  obyektlərinin  çirklənməsinin  vəziyyəti  haqqında  lazımi  və  real 

informasiyanın  toplanması  ilə  bağlı  monitorinq  məntəqələri  dörd  kateqoriyaya 

bölünür və aşağıdakı qaydada təşkil olunur: 

I  kateqoriyalı  məntəqələr:  orta və  iri  su  obyektlərinin  (sututar  və  su  axınlarının) 

iqtisadiyyat  üçün  böyük  əhəmiyyətli  hissələrində;  1  mln.-dan  çox  əhalisi  olan  iri 

sənaye  şəhərlərinin  yaxınlığında;  xüsusi  qiymətli  su  orqanizmlərinin  kürüləmə  və 

qışlama  yerlərində;  fövqəladə  çirklənmə  hallarının  təkrar  olunduğu  hissələrdə; 

tullantı sularının həddən çox axıdılması nəticəsində yüksək çirklənmə vəziyyəti olan 




Yüklə 197,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə