Qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "



Yüklə 197,26 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix20.10.2017
ölçüsü197,26 Kb.
#5953
növüQaydalar
1   2   3   4   5   6   7

yerlərdə təşkil olunur. Xüsusi hallarda kiçik sututarı və su axınlarında I kateqoriyalı 

məntəqələr təşkil edilə bilər. Bu kateqoriyalı məntəqələrdə: su mühitinin hidroloji və 

hidrokimyəvi  göstəriciləri  üzrə  müşahidələr  hər  gün;  2-3  xarakterik  çirkləndiricilər 

üzrə  müşahidələr  ayın  hər  dekadasında;  bütün  mümkün  çirkləndiricilər  üzrə 

müşahidələr  ayda  bir  dəfə;  suyun  fon  tərkibi  və  çirkləndiricilər  üzrə  tam  həcmli 

müşahidələr  hidroloji  rejimin  bütün  fazalarında  (adətən,  ildə  7  dəfə)  aparılır. 

Hidrobioloji  göstəricilər  -  fitoplankton,  zooplankton,  zoobentos  və  perifitonun 

göstəriciləri  üzrə  ayda  bir  dəfə,  bu  göstəricilərlə  yanaşı,  makrofitlər,  fitobentosun 

fotosintez  intensivliyi  və  mikrobioloji  göstəricilər  üzrə  hər  rübdə  bir  dəfə 

müşahidələr aparılır. 

II   kateqoriyalı  məntəqələr:  su  obyektlərinin  əhalisinin  sayı  0,5-1,0  mln.  olan 

şəhərlər yerləşən hissələrində; çayları Azərbaycan Respublikasının dövlət sərhədi ilə 

kəsişdiyi  yerlərində;  su  canlılarının  kürüləmə  və  qışlama  yerlərində;  çayların  balıq 

təsərrüfatı  üçün  əhəmiyyətli  olan  su  bəndlərinin  yaxınlığında;  kollektor-drenaj  və 

sənaye tullantı sularının mütəşəkkil axıdıldığı/atıldığı yerlərdə, suyun orta çirklənmə 

səviyyəsinin  olduğu  rayonlarda  və  çayların  mənsəblərində  təşkil  olunurlar. 

Məntəqələrdə: vizual müşahidələr - hər gün, su mühitinin hidroloji və hidrokimyəvi 

göstəriciləri  üzrə  müşahidələr  -  ayın  hər  dekadasında,  bütün  mümkün 

çirkləndiricilər üzrə müşahidələr - ayda bir dəfə, suyun fon tərkibi və çirkləndiricilər 

üzrə tam həcmli müşahidələr hidroloji rejimin bütün fazalarında (adətən, ildə 7 dəfə) 

aparılır.  Hidrobioloji  göstəricilər  -  fitoplankton,  zooplankton,  zoobentos  və 

perifitonun  göstəriciləri  üzrə  ayda  bir  dəfə,  bu  göstəricilərlə  yanaşı,  makrofitlər, 

fitobentosun  fotosintez  intensivliyi  və  mikrobioloji  göstəricilər  üzrə  hər  rübdə  bir 

dəfə müşahidələr aparılır. 

III

 kateqoriyalı  məntəqələr:  su  obyektlərinin  əhalisinin  sayı  0,5  mln.-dan  az  olan 



orta  və  kiçik  yaşayış  məntəqələrinin  yerləşdiyi  və  əhalinin  kütləvi  istirahət  etdiyi 

zonalarında,  su  obyektinə  müxtəlif  tullantı  sularının  mütəşəkkil  axıdılması/atılması 

nəticəsində  zəif  çirklənmə  səviyyəsi  müşahidə  edilən  zonalarda,  böyük  və  orta 

çayların  suqovuşanlarında,  böyük  çayların  və  sututarların  çirklənmiş  qollarının 

mənsəblərində  təşkil  olunur.  Bu  məntəqələrdə  suyun  hidroloji  və  hidrokimyəvi 

göstəriciləri  və  bütün  mümkün  çirkləndiricilər  üzrə  müşahidələr  ayda  bir  dəfə, 

suyun  fon  tərkibi  və  çirkləndiricilər  üzrə  tam  həcmli  müşahidələr  isə  hidroloji 

rejimin  bütün  fazalarında  (adətən,  ildə  7  dəfə)  aparılır.  Hidrobioloji  göstəricilər 

fitoplankton,  zooplankton,  zoobentos  və  perifitonun  göstəriciləri  üzrə  vegetasiya 

dövründə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez 

intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır. 

IV

 kateqoriyalı məntəqələr stasionar hidroloji şəbəkədə su obyektlərinin təbii fon 



tərkibinin  öyrənilməsi  məqsədilə  sututar  və  su  axınlarının  çirklənməyə  məruz 

qalmayan hissələrində, həmçinin, təbii milli parkların və qoruqların ərazilərindəki su 

obyektlərində  təşkil  olunurlar.  Bu  məntəqələrdə  müşahidələr  çayların  (göllərin) 

hidroloji  rejiminin  əsas  fazalarında  (adətən,  il  ərzində  7  dəfə)  kimyəvi  tərkibi  üzrə 

tam həcmdə aparılır. 



Kateqoriyalarından asılı olmayaraq müşahidə məntəqələrinin hamısında hər gün 

su  obyektinin  ümumi  vəziyyəti  üzrə  və  kimyəvi  analiz  üçün  su  nümunələri 

götürülən  zaman  suyun  sərfi  (səviyyəsi),  temperaturu  və  su  axınının  sürəti  üzrə 

müşahidələr aparılır. 



6.2.1.2. Yeraltı su obyektlərinin  çirklənməsinin monitorinqi - təbii və texnogen 

amillərin  təsiri  nəticəsində,  onların  kimyəvi  element  və  birləşmələrlə,  üzvi 

maddələrlə,  bakteriyalarla  (mikroorqanizmlərlə)  çirklənmə  dərəcəsinin  öyrənilməsi, 

proqnozlaşdırılması və çirklənməyə qarşı tədbirlərin hazırlanmasının təmin edilməsi 

məqsədilə aparılır. 

Yeraltı  su  obyektlərinin  çirklənməsinin  monitorinqi  regional  və  xüsusi  şəbəkə 

üzrə aparılır. 

Yeraltı  su  obyektlərinin  çirklənməsinin  monitorinqinin  regional  şəbəkəsi  yeraltı 

su  obyektlərinin  vəziyyətinin  monitorinqini  təşkil  edən  dövlət  dayaq  rejim 

şəbəkəsinin  müşahidə  məntəqələri  -  quyular,  bulaqlar,  kəhrizlər,  horizontal  drenlər 

və s. ilə eynidir və bu məqsədlə ayrıca şəbəkə yaradılmır. 

Şəhər,  qəsəbə  və  digər  yaşayış  məntəqələrinin  və  aqrar  sektor  obyektlərinin  su 

təchizatı  üçün  istifadə  edilən  yeraltı  su  götürücülərin  sahəsində,  yeraltı  suları 

çirkləndirən  obyektlərin  təsir  sahələrində,  yeraltı  suların  qidalanma  mənbəyi  olan 

çirklənmiş yerüstü və həmçinin yerüstü suları qidalandıran çirklənmiş yeraltı suların 

təsir  zonasında  yeraltı  suların  çirklənməsinin  monitorinqinin  aparılması  məqsədilə 

ərazinin hidrogeoloji, geoloji, geomorfoloji şəraiti, yerüstü və yeraltı suların axımının 

istiqaməti, obyektin planda və kəsilişdə sərhədləri, çirkləndiricilərin növü, miqrasiya 

xüsusiyyətləri və s. nəzərə alınmaqla xüsusi şəbəkə yaradılır. 

Regional  və  xüsusi  şəbəkənin  məntəqələrindən  su  nümunələrinin  götürülərək 

laboratoriyalarda xüsusi kimyəvi, bioloji və radioaktiv analiz edilməsi yeraltı suların 

çirklənməsinin monitorinqinin tərkib hissəsidir. 

Monitorinqin aparılma tezliyi regional şəbəkə üzrə ildə bir dəfədən az olmamaqla 

həyata keçirilir. Xüsusi şəbəkə üzrə isə hər bir hal üçün ayrılıqda müəyyən edilir. 

Yeraltı  su  obyektlərinin  hidrokimyəvi  göstəriciləri  müşahidə  məntəqələrindən 

götürülmüş  su  nümunələrinin  laboratoriya  şəraitində  analiz  edilməsi  ilə  öyrənilir. 

Analizlərin  götürülmə  tezliyi  qarşıda  duran  məqsəddən  və  sulu  horizontların 

hidrokimyəvi dinamikliyindən asılı olaraq ildə bir dəfədən az olmamalıdır. 



6.2.1.3.  Sərhəd  su  obyektlərinin  çirklənməsinin  monitorinqi -  dövlətlərarası 

sərhədi  müəyyən  edən,  sərhədi  kəsib  keçən,  yaxud  üzərindən  Azərbaycan 

Respublikasının  dövlət  sərhədi  keçən  yerüstü  və  yeraltı  su  obyektlərində  yerləşən 

suların  keyfiyyətini  pisləşdirən,  su  obyektlərinin  səthinə,  dibinə  və  ətrafına  mənfi 

təsir  edən  zərərli  maddələrin  tökülməsi  və  ya  axıdılması  üzərində  müşahidə  və 

nəzarət sistemidir. 

Çayların  transsərhəd  çirklənməsinin  monitorinqi  II  kateqoriyalı  müşahidə 

məntəqələrində  aparılır.  Su  obyektlərində  transsərhəd  çirklənmənin  monitorinqinin 

təşkili aşağıdakılardan ibarətdir: 

transsərhəd  çayların  respublika  ərazisinə  qonşu  ölkələrdən  daxil  olan 

hissələrində daimi müşahidə məntəqələrinin qurulması; 



Yüklə 197,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə