Qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "



Yüklə 197,26 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix20.10.2017
ölçüsü197,26 Kb.
#5953
növüQaydalar
1   2   3   4   5   6   7

su obyektlərinin çirklənməsi üzrə nəticələrin qonşu dövlətlərin müvafiq nəticələri 

ilə müqayisəli təhlili və qiymətləndirilməsi

qonşu  ölkələrdən  tranzit  gətirilən  çirkləndirici  kimyəvi  maddələrin  balansının 

hesablanması; 

aylıq,  illik,  çoxillik  müşahidə  nəticələrinin  hidrometeoroloji  parametrlərlə 

əlaqələndirilməsi  və  onların  əsasında  çirklənmə  səviyyəsinin  qiymətləndirilməsi  və 

proqnozlaşdırılması. 

6.2.1.4.  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan 

bölməsinin  çirklənməsinin monitorinqi - dənizin çirklənmədən  mühafizə edilməsi 

məqsədilə  onun  çirklənmə  mənbələrinin,  dənizə  atılan/axıdılan  çirkləndirici 

maddələrin  kəmiyyət  və  keyfiyyət  göstəricilərinin  müəyyənləşdirilməsi,  dənizin 

çirklənmə vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılmasından ibarətdir. 

Xəzər dənizinin (gölünün) çirklənməsinin monitorinqinə aşağıdakılar daxildir: 

dənizi çirkləndirən mənbələrin müəyyənləşdirilməsi

dənizin  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsində  daha  intensiv 

çirklənməyə  məruz  qalan  sahələrində,  kurort-sağlamlıq  və  balıqçılıq  zonalarında 

suyun  və  dib  çöküntülərinin  çirklənmə  səviyyəsinin  fiziki,  kimyəvi  və  hidrobioloji 

göstəricilərinə daimi nəzarət edilməsi

çirkləndirici  maddələrin  qatılıqlarının  zaman  və  məkan  dinamikasının  tətqiq 

edilməsi və bu dinamikanın təbii sirkulyasiyası prosesləri, dənizin hidrometeoroloji 

rejimi və təsərrüfat fəaliyyətinin xüsusiyyətlərindən asılılığının öyrənilməsi

açıq  dənizdə,  sahil  zonalarında  və  dəniz  sərhədi  boyunca  suyun  və  dib 

çöküntülərinin  çirklənmə  səviyyəsinin  qiymətləndirilməsi  məqsədilə  müntəzəm  və 

mütəmadi müşahidələrin aparılması; 

dəniz suyunun və dib çöküntülərinin fon tərkibi üzrə müşahidələr açıq dənizdə 

və  az  çirklənməyə  məruz  qalmış  ayrı-ayrı  sahil  rayonlarındakı  uzun  müddətli 

okeanoloji (dəniz hidrometeoroloji) stansiyalarda aparılır. 

Suyun  çirklənməsi  üzrə  müşahidələr  dənizin  okeanoloji  standart  dərinliklərində 

(0,5, 10, 20, 50, 100, 500, 1000 m) və dib qatında aparılır. 

Müşahidə stansiyaları (məntəqələri) dənizin çirklənmə səviyyəsindən asılı olaraq 

üç kateqoriyaya bölünür. Kateqoriyalar çirklənmə mənbələrinin gücü və yerləşməsi, 

çirkləndiricilərin tərkibi, forması və qatılığı, fiziki - coğrafi və regional xüsusiyyətlər 

nəzərə alınmaqla aşağıdakı şəkildə müəyyən edilir: 

I  kateqoriyalı  stansiyalar  (məntəqələr)  dənizin  mühüm  iqtisadi  əhəmiyyətli, 

yüksək dərəcədə antropogen təsirə məruz qalan sahilyanı hissələrində, balıq və digər 

su  bioresurslarınınkürüləmə,  artma  və  qışlama  yerlərində,  liman  və  limanətrafı 

sahələrdə,  iri  yaşayış  məntəqələrinin,  sənaye  və  kənd  təsərrüfatı  tullantı  sularının 

axıdıldığı, faydalı qazıntıların kəşfiyyatı, hasilatı, istismarı və nəqli yerlərində; böyük 

çayların  mənsəblərində  təşkil  olunur.  Bu  stansiyalarda  vizual  və  iki-üç 

çirkləndiricilər üzrə müşahidələr ayın birinci və üçüncü dekadasında, hidrokimyəvi 

göstəricilər üzrə tam həcmli müşahidələr isə hər ayın ikinci dekadasında aparılır və 

dəniz  mühitinin  vəziyyəti  haqqında  operativ  məlumatlar  alınır.  Hidrobioloji 



göstəricilərdən  fitoplankton,  zooplankton  və  mikrobioloji  göstəricilər  üzrə  tam 

həcmli müşahidələr ildə bir dəfə aparılır.



[1]

 

II   kateqoriyalı 



müşahidə 

stansiyaları 

(məntəqələri) 

dəniz 


suyunun 

çirklənməsinin  mövsümi  və  illik  dəyişmələrini  tədqiq  etmək  üçün  açıq  dənizdə  və 

sahilyanı  zonalarda  çirkləndirici  maddələrin  miqrasiya  prosesləri  nəticəsində  daxil 

olduğu yerlərdə təşkil olunur. Bu stansiyalarda çirkləndirici maddələr və fon tərkibi 

üzrə  tam  həcmli  müşahidələr  hidrometeoroloji  şəraitdən  asılı  olaraq  ildə  5-6  dəfə 

aparılır. Hidrobioloji göstəricilər üzrə tam həcmli müşahidələr ildə bir dəfə aparılır. 

III  kateqoriyalı  stansiyalar  çirklənmənin  fon  səviyyəsinin  tədqiqi,  bu  fonun 

mövsümi  və  illik  dinamikasının  öyrənilməsi  və  kimyəvi  maddələrin  balansının 

hesablanması  məqsədilə  açıq  dənizdə  ən  az  çirklənməyə  məruz  qalan  hissələrdə 

təşkil olunur. Bu stansiyalarda çirkləndirici maddələr və fon tərkibi üzrə tam həcmli 

müşahidələr  hidrometeoroloji  şəraitdən  asılı  olaraq  ildə  2-4  dəfə  aparılır. 

Hidrobioloji göstəricilər üzrə müşahidələr 3 ildə bir dəfə aparılır. 

Dənizin  dib  çöküntülərinin  çirklənməsi  üzrə  müşahidələr  I  və  II  kateqoriyalı 

monitorinq stansiyalarında aparılır. 

Kateqoriyasından  asılı  olmayaraq  monitorinq  stansiyalarının  hamısında  dəniz 

mühitinin 

çirklənməsi 

üzrə 


aparılan 

tam 


həcmli 

müşahidələr 

zamanı 

hidrometeoroloji  parametlər  öyrənilir/ölçülür  (suyun  temperaturu,  su  axımının 



istiqaməti  və  sürəti,  atmosfer  təzyiqi,  küləyin  istiqaməti  və  sürəti,  atmosfer 

yağıntıları, nisbi rütubət). 

  

6.3. Torpaqların monitorinqi 

  

Torpaqların monitorinqi - torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-



ayrı  göstəricilərdə  baş  verən  dəyişikliklərin  vaxtında  aşkara  çıxarılması, 

qiymətləndirilməsi,  mənfi  proseslərin  qarşısının  alınması  və  nəticələrinin  aradan 

qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemidir. 

Torpaqların  monitorinqinin  aparılması  qaydaları  Azərbaycan  Respublikası 

Nazirlər  Kabinetinin  1999-cu  il  7  iyun  tarixli  94  saylı  qərarı  ilə  təsdiq  edilmiş 

"Torpaqların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə" ilə müəyyən 

edilir. 

"Torpaqların  monitorinqinin  aparılması  qaydaları  haqqında  Əsasnamə" 

torpaqların  çirklənməsinin  monitorinqinin  aparılması  qaydalarını  tam  əhatə 

etmədiyindən, bu qaydalar aşağıdakı kimi müəyyən olunur: 



6.3.1.  Torpaqların  çirklənməsinin  monitorinqi -  onların  təbii  və  antropogen 

təsirlər  nəticəsində  çirklənməsinin  qarşısının  alınması  məqsədilə  torpaqlara 

atılan/axıdılan  tullantılara  kəmiyyət  və  keyfiyyət  cəhətdən  nəzarətin  elmi  əsaslarla 

həyata keçirilməsindən ibarətdir. 

Torpaqların çirklənməsinin monitorinqi aşağıdakı qaydada həyata keçirilir: 

kənd  təsərrüfatı  ərazilərinin  torpaqlarının  mineral  gübrələr,  pestisid  və 

herbisidlərlə çirklənməsi üzrə



Yüklə 197,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə