Qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "



Yüklə 197,26 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix20.10.2017
ölçüsü197,26 Kb.
#5953
növüQaydalar
1   2   3   4   5   6   7

iri  sənaye  şəhərləri  və  müəssisələrinin  ərazi  və  ətraf  torpaqlarının  texnogen 

tullantılarla (ağır metallar, neft, civə və s.) çirklənməsi üzrə; 

respublikanın  müxtəlif  coğrafi  zonalarının  torpaqlarının  fon  tərkibi  üzrə 

müşahidələr təşkil edilir və aparılır. 

Kənd  təsərrüfatı  torpaqlarının  çirklənməsinin  monitorinq  məntəqələrində 

müşahidələr il ərzində iki dəfə aparılır: 

yazda: mineral gübrələr, pestisid və herbisidlərin istifadəsindən qabaq; 

payızda: kənd təsərrüfatı məhsullarının yığımından sonra. 

Monitorinq  məntəqələri  kənd  təsərrüfatının  əkin  sahələrində  -  pambıqçılıq, 

üzümçülük,  taxılçılıq,  meyvəçilik,  tərəvəzçilik,  yem  bitkiləri  altındakı  torpaq 

sahələrində yerləşdirilir. 

İri  sənaye  şəhərləri  və  müəssisələrinin  ərazi  və  ətraf  torpaqlarının  texnogen 

tullantılarla  çirklənməsi  üzrə  müşahidələr  şəhər  (müəssisə)  ətrafında  dörd 

istiqamətdə  (şimal,  cənub,  qərb,  şərq),  müxtəlif  məsafələrdə  ilin  yaz  və  payız 

fasillərində aparılır. 

Respublikanın  müxtəlif  coğrafi  zonalarının  torpaqlarının  fon  tərkibi  üzrə 

müşahidələr  ilin  hər  fəslində  bir  dəfə  və  güclü  atmosfer  yağıntılarından  (leysan) 

sonra aparılır. 



  

6.4. Mineral-xammal ehtiyatlarının monitorinqi 

  

Azərbaycan  Respublikasının  mineral-xammal  bazasının  monitorinqinə  yer 



təkinin 

geoloji 


öyrənilməsi, 

faydalı 


qazıntı 

ehtiyatlarının 

vəziyyətinin 

qiymətləndirilməsi və hərəkətinin uçotu daxildir. 

Dövlət  geoloji  öyrənilməsinin  əsas  məqsədi  ölkə  ərazisində,  o  cümlədən  Xəzər 

dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  bölməsində  geoloji 

tədqiqatların  aparılması,  faydalı  qazıntı  yataqlarının  axtarışı,  qiymətləndirilməsi  və 

kəşfiyyatı,  yer  təkində  baş  verən  proseslərin  öyrənilməsi,  mineral-xammal  bazası 

haqqında  informasiyanın  toplanması,  sistemləşdirilməsi  və  saxlanılmasından 

ibarətdir. 

Mineral-xammal  ehtiyatlarının  dövlət  balansı  sənaye  əhəmiyyətli  yataqlar  üzrə 

hər  növ  faydalı  qazıntı  ehtiyatlarının  kəmiyyəti,  keyfiyyəti,  öyrənilmə  dərəcəsi, 

faydalı  qazıntıların  çıxarılması,  itkisi  və  kəşf  edilmiş  faydalı  qazıntı  ehtiyatları  ilə 

sənayenin  təmin  edilməsi  haqqında  məlumatları  özündə  əks  etdirir  və  mineral-

xammal bazasının vəziyyətinin uçotu məqsədilə aparılır. 

Faydalı  qazıntıların  dövlət  kadastrı  faydalı  qazıntı  yataqlarının  kompleks 

istifadəsi,  onların  işlənilməsi  və  əlaqədar  infrastrukturların  səmərəli  inkişafı  və 

yerləşdirilməsi məqsədilə aparılır. 



  

6.5. Bioloji ehtiyatların monitorinqi 

  

6.5.1.  Bitki  örtüyü,  o  cümlədən  meşələrin  monitorinqi -  meşə  fondundan 

istifadə,  onun  mühafizəsi,  qorunması  və  meşələrin  bərpası,  onların  funksiyalarının 



artırılması  sahəsində  dövlət  idarəetməsi  məqsədilə  meşə  fondunun  vəziyyətinin  və 

dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemindən ibarətdir. 

Meşələrin  monitorinqi  meşə  fondundan  istifadənin,  onun  mühafizəsinin, 

qorunmasının və meşələrin bərpasının, ekoloji funksiyalarının artırılması, meşələrin 

deqradasiyasının  əsas  səbəblərinin  müəyyənləşdirilməsi,  meşələrin  davamlı  və 

dayanıqlı inkişafı üçün proqnozların və tədbirlərin işlənməsi, onların uzunmüddətli 

və müntəzəm monitorinq sisteminin yaradılması məqsədilə aparılır. 

Meşələrin monitorinqinə aşağıdakılar daxildir: 

meşələrin  ekoloji  funksiyalarını  tam  öyrənmək  məqsədilə  müşahidə  yerlərinin, 

təbiət və təbii amillər nəticəsində geosistemdə gedən dəyişikliklərin istiqamətinin və 

dinamikasının müəyyənləşdirilməsi; 

meşələrin  əhəmiyyətini,  bioloji  xüsusiyyətlərini,  təbii  və  iqtisadi  şəraitini  nəzərə 

almaqla  səmərəli  istifadəsinə,  meşə  təsərrüfatının  səmərəli  aparılmasına  nəzarətin 

həyata keçirilməsi

müşahidələrin 

aparılmasında, 

məlumatların 

toplanmasında, 

təhlilində 

ümumiləşdirilməsində  yeni  texnologiyalardan,  yerli  və  aerokosmik  üsullardan,  o 

cümlədən məsafədən zondlama və müxtəlif xəritə materiallarından istifadə edilməsi

meşə  fondundan  istifadə,  onun  mühafizəsi,  qorunması  və  meşələrin  bərpası, 

onların  ekoloji  funksiyalarının  artırılması  sahəsində  dövlət  idarəetməsi  məqsədilə 

meşə 


fondunun 

vəziyyətinin 

və 

dinamikasının 



qiymətləndirilməsi 

və 


proqnozlaşdırılmasının həyata keçirilməsi

meşələrin  yanğından  qorunması  üçün  profilaktiki  tədbirlərin  görülməsi,  yanğın 

əmələ gəlməməsi üçün əhali arasında müxtəlif vasitələrdən istifadə etməklə təbliğat 

işlərinin  aparılması,  meşə  yanğınlarının  vaxtında  aşkar  edilərək  onların  qarşısının 

alınması üçün tədbirlər görülməsi

meşələrdə  zərərvericilərin  və  xəstəlik  mənbələrinin  aşkara  çıxarılması,  onların 

yayılmasının  qarşısını  almaq  üçün  müvafiq  fitosanitar  tədbirlərin  həyata 

keçirilməsinə nəzarət edilməsi

meşə  fondunun  vəziyyətinə  dair  cari,  ekspedisiya,  aviavizual  və  s.  meşəpatoloji 

müşahidələrin aparılması; 

sanitar  normalarına  əməl  edilməsi,  sanitar  qırmaların  vaxtında  və  düzgün 

aparılmasına nəzarət olunması. 

Meşə  fondunun  uçotu  mütəmadi  olaraq  aparılan  meşə  quruluşu  işləri  zamanı 

həyata keçirilir. 

Monitorinq  müşahidələrinin  nəticələri  təhlil  olunaraq  meşələrin  vəziyyəti  bitki 

örtüyünün  deqradasiyasına  səbəb  olan  əsas  amillər  öyrənilir,  meşə  fondunun 

kəmiyyət  və  keyfiyyət  göstəriciləri  qiymətləndirilir,  proqnozlaşdırılır  və 

məhsuldarlığının  yüksəldilməsinə  düzgün  istiqamət  veriləcək  xəritə,  sxemlər, 

texnologiya və tövsiyələr işlənib hazırlanır. 

Meşə ehtiyatlarının monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 

həyata keçirilir. 

6.5.2. 

Heyvanat 

aləmi, 



cümlədən balıq 

və 

digər 

su 

bioresurslarının monitorinqinə -  respublika  ərazisində  daimi,  müvəqqəti  və  köçəri 



Yüklə 197,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə