Qaydaları Ümumi müddəalar 1



Yüklə 74,66 Kb.
Pdf görüntüsü
tarix29.10.2017
ölçüsü74,66 Kb.
#7363
növüQaydalar


 

“Təsdiq edilmişdir” 



Azərbaycan Respublikasının 

Mərkəzi Bankı 

Qərar № ____ 

 

“___” ________2014-cü il 



 

 

 

 

Azərbaycan Respublikasında xarici valyuta ilə əməliyyatların aparılması 

Qaydaları 

 

 

1. Ümumi müddəalar 

1.1.


 

“Valyuta  tənzimi  haqqında”,  “Banklar  haqqında”,  “Poçt  haqqında”, 

“İnvestisiya  fəaliyyəti  haqqında”,  “Xarici  investisiyaların  qorunması  haqqında” 

Azərbaycan  Respublikası  Qanunlarına  müvafiq  olaraq  hazırlanmış  bu  Qaydalar 

rezidentlərin  və  qeyri-rezidentlərin  (Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən 

banklar və xarici bankların yerli filialları istisna olmaqla) Azərbaycan Respublikasının 

bankları,  xarici  bankların  yerli  filialları  və  poçt  rabitəsinin  milli  operatoru  (bundan 

sonra  -  banklar)  vasitəsi  ilə  aparılan  xarici  valyuta  əməliyyatlarının  rejimini 

tənzimləyir.  

1.2.


 

Bu  Qaydalarla  müəyyən  olunmuş  xarici  valyuta  əməliyyatları  həyata 

keçirilərkən rezident və ya qeyri-rezidentin eyniləşdirilməsi, verifikasiyası və bununla 

bağlı  digər  prosedurlar  “Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər 

əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tələblərinə  riayət  edilməklə  icra 

edilir. 



 

1.3.



 

Bu  Qaydalarla  müəyyən  olunmuş  xarici  valyuta  əməliyyatları  üzrə  bank 

hesabı  vasitəsi  ilə  və  ya  bank  hesabı  açmadan  aparılan  köçürmələr  “Azərbaycan 

Respublikasında  nağdsız  hesablaşmalar  və  pul  köçürmələri  haqqında  Təlimat”ın 

tələbləri nəzərə alınmaqla həyata keçirilir.  

2. Anlayışlar 

2.1.


 

Bu  Qaydaların  məqsədləri  üçün  istifadə  olunan  anlayışlar  aşağıdakı 

mənaları daşıyır: 

2.1.1.


 

bank hesabı – bankın və ya poçt rabitəsinin milli operatorunun balansında 

müstərilər üçün açılan cari, ssuda, əmanət və ya digər hesabları; 

2.1.2.


 

idxal  olunan  xidmətlər  -  rezidentlər  tərəfindən  ölkə  xaricində,  habelə 

qeyri-rezidentlər  tərəfindən  Azərbaycan  Respublikası  ərazisində  göstərilən  xidmətlər 

və ya görülən işlər. 

2.2.

 

Bu  Qaydalarda  istifadə  olunan  “xarici  valyuta”,  “rezidentlər”,  “qeyri-



rezidentlər”, “valyuta əməliyyatları”, “kapital hərəkəti ilə bağlı valyuta əməliyyatları” 

anlayışları  “Valyuta  tənzimi  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda, 

“poçt  rabitəsinin  milli  operatoru”  anlayışı  isə  “Poçt  haqqında”  Azərbaycan 

Respublikasının Qanununda şərh edildiyi kimi başa düşülür. 



3. Nağd şəkildə aparılan valyuta əməliyyatları 

3.1.


 

Rezident  və  qeyri-rezident  fiziki  şəxslərin  banklardakı  xarici  valyutada 

olan  hesablarına  vəsaitlər  öz  tərəfindən  və  ya  digər  rezident  və  qeyri-rezident  fiziki 

şəxslər tərəfindən

 

məhdudiyyətsiz olaraq mədaxil edilir. 



3.2.

 

Hüquqi  şəxs  və  ya  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxs 



rezidentlərin  və  qeyri-rezidentlərin  bank  hesablarına  xarici  valyutada  nağd  vəsaitlər 

onların  əldə  edilməsini  təsdiq  edən  sənədlər  banka  təqdim  olunmaqla  mədaxil  edilir. 

Həmin sənədlərin surəti bankda saxlanılır. 



 

3.3.



 

Hüquqi  şəxs  və  ya  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxs 

rezidentlər  və  qeyri-rezidentlər  tərəfindən  Azərbaycan  Respublikasına  nağd  şəkildə 

gətirilmiş  xarici  valyuta  vəsaitlərinin,  o  cümlədən  ixrac  əməliyyatları  müqabilində 

alınmış  xarici  valyuta  vəsaitlərinin  bank  hesabına  mədaxil  edilməsi  valyutanın  əldə 

olunmasını təsdiq edən sənədlərlə  (o cümlədən,  ixrac  müqaviləsi  və  malların  ixracını 

təsdiq  edən  gömrük  sənədləri)  yanaşı,  həmin  vəsaitlərin  ölkəyə  gətirilməsini 

təsdiqləyən  gömrük  sənədləri  banka  təqdim  edilməklə  həyata  keçirilir.  Vəsaitin 

məbləği 50000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq olduqda valyutanın mənbə 

ölkəsinin müvafiq bankı, digər kredit və ya maliyyə təşkilatı tərəfindən həmin vəsaitin 

nağd  şəkildə  verilməsini  təsdiq  edən  sənədlər  banka  təqdim  edilir.  Həmin  sənədlərin 

surəti bankda saxlanılır. 

3.4.

 

Bankın  məsul  şəxsi  rezidentlərin  və  qeyri-rezidentlərin  xarici  valyuta 



vəsaitlərinin  Azərbaycan  Respublikasına  gətirilməsini  təsdiq  edən  gömrük  sənədləri, 

habelə valyutanın mənbə ölkəsinin  müvafiq bank, digər kredit və ya  maliyyə təşkilatı 

tərəfindən  həmin  vəsaitin  nağd  şəkildə  verilməsini  təsdiq  edən  sənədlərin  əslində 

həyata  keçirilən  əməliyyatın  məbləğini  yazaraq  ştampı  və  imzası  ilə  təsdiqləyir. 

Həmin sənədlərin

 surətləri bankda saxlanılır.  

3.5.

 

Rezidentlər  və  qeyri-rezidentlər  banklardakı  hesablarından  xarici  valyuta 



vəsaitlərini məhdudiyyət qoyulmadan nağd şəkildə çıxara bilərlər. 

4. Bank hesabı açmadan fiziki şə

xslər tərəfindən aparılan xarici valyuta 

ə

məliyyatları 

4.1.


 

Rеzidеnt  və  qeyri-rezident  fiziki  şəxslərin  хеyrinə,  o  cümlədən  fiziki 

şəxsin  öz  xeyrinə  apardığı  xarici  vаlyutаda  pul  köçürmələri  bаnk  hеsаbı  аçılmаdаn 

məhdudiyyətsiz məbləğdə qəbul edilir.  

4.2.

 

Banklara  fiziki  şəxslərin  xeyrinə  köçürülmüş  xarici  vаlyutа  vəsаitləri 



həmin fiziki şəxsə bаnk hеsаbı аçılmаdаn nağd şəkildə verilir və ya onun tаpşırığı ilə 

bаnk hеsаbınа köçürülür.  




 

4.3.



 

Rеzidеnt  və  qeyri-rezident  fiziki  şəxslər  10000  (on  min)  АBŞ  dоllаrı 

еkvivаlentinədək  məbləğdə  хаrici  vаlyutа  vəsаitlərini  bank  hеsаbı  аçmаdаn  bir 

bankdan bir əməliyyаt günü ərzində xaricə köçürə bilərlər.  



5. Bank hesabları vasitə

si ilə aparılan xarici valyuta əməliyyatları 

5.1.


 

Azərbaycan  Respublikası  daxilində  rezidentlər  və  qeyri-rezidentlərin 

bank  hesabları  vasitəsi  ilə  xarici  valyuta  əməliyyatları  Azərbaycan  Respublikası 

Konstitusiyasının  19-cu  maddəsinin  tələblərinə  riayət  edilməklə  məhdudiyyətsiz 

olaraq həyata keçirilir. 

5.2.


 

Rezident  və  qeyri-rezidentlərin  Azərbaycan  Respublikasından  kənara 

50000  (əlli  min)  ABŞ  dolları  ekvivalentindən  artıq  valyuta  əməliyyatları  yalnız  bank 

hesabları vasitəsi ilə həyata keçirilir. 

5.3.

 

Xarici  valyuta  əməliyyatları  aparıldıqda  əməliyyatın  təyinatını  təsdiq 



etmək  üçün  bu  Qaydaların  tələblərinə  müvafiq  olaraq  banka  təqdim  olunan  sənədin 

əslində  və  ya  notarial  qaydada  təsdiq  edilmiş  surətində  (üz  tərəfində)  əməliyyatın 

həyata  keçirilməsi  (əməliyyatın  məbləği  göstərilməklə)  barədə  qeyd  aparılır, 

qeydiyyat bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq olunur və həmin sənədlərin 

surətləri bankda saxlanılır. 

5.4.


 

Azərbaycan  Respublikasından  kənara  xarici  valyutada  aşağıdakı  növ 

əməliyyatlar üzrə köçürmələr aparılır: 

5.4.1.


 

idxal müqaviləsi üzrə Azərbaycan Respublikasına gətirilən malların və ya 

ölkəyə  idxal  olunan  xidmətlərin  müqabilində  rezidentlər  və  qeyri-rezidentlər 

tərəfindən  köçürülən,  o  cümlədən  qabaqcadan  ödənilən  (avans)  vəsaitlər  üzrə 

əməliyyatlar: 

5.4.1.1.


 

ödəniş  malların  alınması  ilə  əlaqədar  olduqda  banka  idxal  müqaviləsi 

və  gömrük  sənədləri  təqdim  olunur.  Ödəniş  xidmətlərin  göstərilməsi  ilə  əlaqədar 

olduqda  banka  idxal  gömrük  sənədinin  əvəzinə  xidmətin  göstərilməsini  təsdiq  edən 




 

sənəd təqdim olunur. Qabaqcadan ödəniş aparıldıqda müqavilə və hesab-faktura banka 



təqdim edilir. Bu zaman müqavilədə nəzərdə tutulmuş müddət ərzində malların ölkəyə 

idxalını  təsdiq  edən  gömrük  sənədi  və  ya  xidmətlərin  göstərilməsini  təsdiq  edən 

sənədlər banka təqdim olunmalıdır; 

5.4.1.2.


 

idxal  müqaviləsində  malın  üçüncü  hüquqi  şəxs  və  ya  sahibkarlıq 

fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxs  üçün  gətirilməsi  və  bu  malların  dəyərinin  malı 

alan  təşkilat  və/və  ya  üçüncü  şəxsin  xeyrinə  müqaviləni  bağlayan  şəxs  tərəfindən 

ödənilməsi  nəzərdə  tutulduqda  belə  ödənişlər  müvafiq  müqavilə  və  malların  ölkəyə 

idxalını  təsdiq  edən  gömrük  sənədləri  banka  təqdim  edilməklə  icra  olunur.  Qeyd 

olunmuş  sənədlərə  əsasən  eyni  məqsədli  əməliyyatların  həyata  keçirilməsi  zamanı 

üçüncü  hüquqi  şəxs  tərəfindən  qabaqcadan  ödənişin  həyata  keçirilməsi  nəzərdə 

tutulduqda  bu  Qaydaların  5.4.1.1-ci  yarımbəndində  göstərilmiş  qabaqcadan  ödəniş 

rejimi tətbiq olunur; 

5.4.2.

 

təkrar  ixrac  və  vasitəçilik  üzrə  rezidentlərin  və  qeyri-rezidentlərin 



köçürmələri.  Belə  köçürmələr  malı  alan  və  ya  xidmətlər  göstərilən  ölkədən  vəsaitlər 

daxil  olunanadək  icra  edildikdə  bu  Qaydaların  5.4.1-ci  yarımbəndində  nəzərdə 

tutulmuş qabaqcadan ödəniş rejimi tətbiq olunur; 

5.4.3.


 

icra  olunmamış  ixrac  müqavilələri  üzrə  rezidentlər  və  qeyri-rezidentlər 

tərəfindən  geri  qaytarılan  vəsaitlərin  köçürülməsi.  Belə  köçürmələr  həmin  ixrac 

müqaviləsi  üzrə əvvəllər  vəsaitlərin  daxil  olmasını təsdiq edən bank sənədləri  təqdim 

olunmaqla həyata keçirilir; 

5.4.4.


 

rezident  və  qeyri-rezident  hüquqi  şəxslərin  xaricdə  yerləşən  filial  və 

nümayəndəliklərinə,  həmçinin  törəmə  və  tabeliyində  olan  qurumlarına  köçürmələr. 

Belə  köçürmələr  əməliyyatın  təyinatını  və  məbləğini  təsdiq  edən  sənədlər  əsasında 

aparılır;  

5.4.5.


 

xarici  kredit  və  ya  maliyyə  təşkilatlarından  cəlb  edilmiş  kreditlərin  və 

kreditlər  üzrə ödənilən  faizlərin,  habelə  xaricdən cəlb olunmuş digər borc öhdəlikləri 



 

və  onlar  üzrə  faizlərin  ödənilməsinə  yönəldilmiş  köçürmələr.  Belə  ödənişlər 



rezidentlər və qeyri-rezidentlər tərəfindən müvafiq kreditin (borcun) alınmasını təsdiq 

edən  sənədlər  (o  cümlədən,  kredit  müqaviləsinin  surəti)  banka  təqdim  edilməklə 

həyata keçirilir; 

5.4.6.


 

 rezidentlərin və qeyri-rezidentlərin məhkəmə, arbitraj, notarial və digər 

inzibati  orqanların  xərcləri,  habelə  təqaüd,  pensiya,  məhkəmə  orqanlarının  qərarları 

əsasında  alimentlərin  və  digər  oxşar  ödənişlərin  aparılması  ilə  bağlı  köçürmələr.  Bu 

halda  müvafiq  inzibati  orqanın  tapşırığı  və  ya  məhkəmə  orqanının  qərarı  və  ya 

ödənişin əsasını təsdiq edən digər sənədlər banka təqdim edilir;  

5.4.7.

 

Kapitalın  hərəkəti  ilə  bağlı  valyuta  əməliyyatları  üzrə  rezidentlər  və 



qeyri-rezidentlər  tərəfindən  aparılan  köçürmələr.  Belə  köçürmələr  əməliyyatın 

məqsədini və məbləğini təsdiqləyən sənədlər banka təqdim edilməklə istənilən ölkəyə 

aşağıdakı məqsəd və şərtlər daxilində aparılır: 

5.4.7.1.


 

digər  hüquqi  şəxslərin  kapitalına  qoyulan  investisiyalar  üzrə 

köçürmələr; 

5.4.7.2.


 

qiymətli kağızların əldə edilməsi məqsədi ilə köçürmələr; 

5.4.7.3.

 

xarici  ölkələrin  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının 



hesablarına köçürmələr;  

5.4.7.4.


 

torpaq  və  yerin  təki  də  daxil  olmaqla  binalar,  qurğular,  eləcə  də 

daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququ, habelə daşınmaz 

əmlak üzərində başqa hüquqlarla bağlı ödənişlər üzrə köçürmələr;  

5.4.7.5.

 

hüquqi şəxs tərəfindən onun xarici bankdakı hesabına əmanət və digər 



depozitlərin yerləşdirilməsi məqsədi ilə aparılan köçürmələr; 

5.4.8.


 

aşağıdakı  digər  məqsədlərlə  rezidentlər  və  qeyri-rezidentlər  tərəfindən 

aparılan  köçürmələr  (bu  halda  ödənişin  məqsədini  və  məbləğini  təsdiqləyən  yazılı  və 

ya elektron bildiriş formasında olan sənəd və məlumatlar banka təqdim edilir):  




 

5.4.8.1.



 

beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə və digər beynəlxalq 

tədbirlərdə iştirak haqları;  

5.4.8.2.


 

xarici ölkələrin dövri nəşrlərinə yazılış və ya elanların yerləşdirilməsi 

haqları;  

5.4.8.3.


 

rezidentlər  və  qeyri-rezidentlər  tərəfindən  özlərinin  və  ya  digər  fiziki 

şəxsin(şəxslərin)  təhsil  və  müalicə  haqlarının  ödənilməsi  və  ya  bu  məqsədlərlə 

göstərilmiş maddi yardım üzrə köçürmələr; 

5.4.8.4.

 

müəlliflik  hüquqlarından  istifadə  haqlarının  və  françayzinqin 



ödənilməsi üçün köçürmələr;  

5.4.9.


 

şəxsi məqsədlər üçün köçürmələr:  

5.4.9.1.

 

hər  bir  rezident  və  qeyri-rezident  fiziki  şəxs  şəxsiyyətini  təsdiq  edən 



sənədi təqdim etməklə banklardakı hesabları vasitəsi ilə öz adına olan xarici bankdakı 

hesabına valyuta vəsaitlərini məhdudiyyətsiz məbləğdə köçürür; 

5.4.9.2.

 

hər  bir  rezident  fiziki  şəxs  banklardakı  hesabları  vasitəsi  ilə  xarici 



ölkələrdə  yaşayan  və  ya  müvəqqəti  qalan  yaxın  qohumlarına  (yaxın  qohum  kimi  ata, 

ana, o cümlədən övladlığa götürənlər, baba, nənə, ər, arvad, oğul, qız, qardaş, bacı və 

övladlığa  götürülənlər  nəzərdə  tutulur)  istənilən  məbləğdə  xarici  valyutanı 

qohumluğunu  təsdiq  edən  sənədləri  (Azərbaycan  Respublikasının  vətəndaşının 

şəxsiyyət  vəsiqəsi,  qanuni  nümayəndənin  hüquqlarını  təsdiq  edən  sənəd,  doğum 

haqqında  şəhadətnamə,  nigah  haqqında  şəhadətnamə,  müvafiq  məhkəmə  qərarı) 

təqdim etməklə sərbəst şəkildə köcürür; 

5.4.9.3.


 

hər  bir  rezident  və  qeyri-rezident  fiziki  şəxs  əvvəllər  Azərbaycan 

Respublikasına nağd şəkildə gətirilmiş və ya köçürülmüş valyuta sərvətlərini müvafiq 

mədaxil  sənədlərini  (gömrük  bəyannaməsi  (nağd  vəsaitlər  üçün)  və  ya  bu  Qaydalara 

Əlavə  1-də  verilmiş  formatda  xüsusi  bank  çıxarışını  (xaricdən  bank  hesabına 

köçürülmüş  valyuta  sərvətləri  üzrə)  banka  təqdim  etməklə  məhdudiyyətsiz  olaraq 

köçürür; 



 

5.4.9.4.



 

bu  Qaydaların  5.4.9.1-5.4.9.3-cü  yarımbəndlərində  nəzərdə  tutulmuş 

hallar  istisna  olmaqla  bütün  digər  hallarda  rezident  və  qeyri-rezident  fiziki  şəxs 

banklardakı  hesabları  vasitəsi  ilə  bir  bankdan  bir  əməliyyat  günü  ərzində  10000  (on 

min)  ABŞ  dolları  ekvivalentinədək  məbləğdə  xarici  valyuta  vəsaitini  sərbəst  şəkildə 

ölkədən xaricə köçürür; 

5.4.10.

 

rezidentlər  tərəfindən  qeyri-rezidentlərə  dividendlərin  ödənilməsi  ilə 



bağlı  köçürmələr.  Belə  köçürmələr  aparıldıqda  təsis  sənədləri  və  dividendlərin 

ödənilməsi  şərtləri  və  məbləğlərini  əks  etdirən  müvafiq  təsdiqedici  sənədlər  banka 

təqdim olunur; 

5.4.11.


 

Azərbaycan 

Respublikasının 

iqtisadiyyatına 

qoyulmuş 

xarici 


investisiyaların  repatriasiyası  məqsədi  ilə  qeyri-rezidentlər  tərəfindən  aparılan 

köçürmələr. Belə köçürmələr  xarici  investisiyaları təsdiq edən sənədlər  banka təqdim 

edilməklə  (vəsaitlər  nağd  şəkildə  Azərbaycan  Respublikasına  gətirildikdə  onların 

gətirilməsini  təsdiq  edən  gömrük  sənədləri  və  ya  vəsaitlərin  Azərbaycan 

Respublikasına  köçürülməsini  təsdiq  edən  bank  hesabından  çıxarış  və  həmin 

vəsaitlərin  investisiya  olunması  barədə  təsdiqedici  sənəd)  məhdudiyyətsiz  olaraq 

aparılır; 

5.4.12.


 

qeyri-rezidentlərin 

Azərbaycan 

Respublikasının 

iqtisadiyyatına 

qoyulmuş  investisiya  müqabilində  əldə  etdikləri  gəlirlər  və  digər  məbləğlər,  o 

cümlədən  kompensasiyalar  və  zərərin  ödənilməsi  məbləğləri  ilə  bağlı  köçürmələr. 

Belə  köçürmələr  müvafiq  vergilərin  və  rüsumların  ödənilməsini  təsdiq  edən  vergi 

orqanlarının  və  ya  vergi  agentlərinin  arayışı,  yaxud  vergilərin  ödənilməsindən  azad 

olunma barədə müvafiq təsdiqedici sənəd banka təqdim edilməklə həyata keçirilir; 

5.4.13.

 

qeyri-rezident  fiziki  şəxslərin  Azərbaycan  Respublikasında  əldə 



etdikləri əmək haqqı, dividend və digər gəlirlər ilə bağlı köçürmələr. Belə köçürmələr 

vergilərin tutulmasını təsdiq edən sənəd banka təqdim edilməklə icra edilir. 




 

5.5.



 

Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və 

milli  təhlükəsizlik  ehtiyacları  üçün  nəzərdə  tutulduqda  və  bu  Qaydaların  5.3.1-ci 

yarımbəndində göstərilən köçürmələrin icrası üçün Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə 

əməliyyatları  idxal  müqavilələri,  gömrük  sənədləri  və  ödənişlərin,  o  cümlədən 

qabaqcadan  (avans)  ödənişlərin  aparılmasını  təsdiq  edən  hər  hansı  digər  sənəd  tələb 

olunmadan icra edilir. Bu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi 

tapşırığını təsdiq edən sənədin surəti bankda saxlanılır. 

6. Valyuta mübadiləsi əməliyyatları 

 

Rezidentlər və qeyri-rezidentlər bank hesablarındakı vəsaitlərini banklar vasitəsi 



ilə,  nağd  xarici  valyuta  vəsaitlərini  isə  banklarda  hesab  açmadan  onların  filial  və 

şöbələri,  o  cümlədən  valyuta  mübadilə  şöbələri  vasitəsi  ilə  məhdudiyyətsiz  olaraq 

mübadilə edə bilərlər. 

 

 



 

 

 



 

 

 



 

 

 




10 

 

“Azərbaycan Respublikasında xarici valyuta  



ilə əməliyyatların aparılması Qaydaları”na 

Əlavə 1

1

 

 

 



Xaricdən bank hesabına köçürülmüş valyuta sərvətləri üzrə xüsusi çıxarış 

 

 



Xüsusi çıxarışın müştəriyə verilmə tarixi ________________________ 

 

 



Kimə 

(ad, soyad) 

Hesab nömrəsi 

Köçürülmüş 

məbləğ 

Köçürmənin 



tarixi 

Köçürmənin 

mənbə ölkəsi 

Mənbə 


ölkəsindəki 

bank 


Mənbə ölkəsindəki 

bank hesabı 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                         



1

 Bu sənəd bank tərəfindən iki nüsxədə tərtib edilir. Sənədin bir nüsxəsi müştəriyə bir dəfə verilir, ikinci nüsxəsi isə bankda saxlanılır. 



Yüklə 74,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə