Qaydaları Ümumi müddəalar. "Asc "Xalq" Bankının beynəlxalq kartlarının



Yüklə 123,69 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü123,69 Kb.
#65635
növüQaydalar


 ASC “Xalq” Bankının İdarə Heyətinin 

18.02.2009-cu il tarixli qərarı (Protokol No 03) ilə 

təsdiq edilmişdir 

İdarə Heyətinin sədri 

A.M.Məmmədli 

ASC “Xalq” Bankının beynəlxalq kartlarının 

buraxılması və onlardan istifadə edilməsi  

Qaydaları 

 

1. Ümumi müddəalar. 

 

1.1.  “ASC  “Xalq”  Bankının  beynəlxalq  kartlarının 



buraxılması  və  onlardan  istifadə  edilməsi  Qaydaları” 

(bundan  sonra  –  “Qaydalar”)  ASC  “Xalq”  Bankı 

(bundan  sonra  –  “Bank”)  tərəfindən  buraxılmış 

beynəlxalq  bank  kartlarının  buraxılması  və  onlardan 

istifadə edilməsi qaydasını müəyyən edir. 

1.2.  Bu  Qaydalarda  aşağıdakı  terminlərdən  və  onların 

təriflərindən istifadə olunur: 

 

1.2.1. Bank kartı (“Kart”) – Azərbaycan Respublikasının 



ərazisində  və  xaricdə  malların,  xidmətlərin  nağdsız 

qaydada  ödənilməsi  və  nağd  pul  vəsaitinin  alınması 

üçün  nəzərdə  tutulmuş  fərdi  ödəniş  vasitəsi  olan  VİSA 

və  ya  MasterCard  ödəniş  sistemlərinin  beynəlxalq 

plastik  kartıdır.  Kart  Bankın  mülkiyyətidir  və  Kart 

saxlayıcısına müvəqqəti istifadə üçün verilir.Bank Karta 

və  XKH-ya  xidmət  göstərilməsini  qüvvədə  olan 

qanunvericiliyə, müvafiq Ödəniş sisteminin qaydalarına,   

Kart  saxlayıcısı  ilə  bağlanmış  müvafiq  müqaviləyə, 

hazırki Qaydalara və Bankın Tariflərinə müvafiq olaraq 

həyata keçirir.    

1.2.2. Bank kartının saxlayıcısı (“Kart saxlayıcısı” və ya 

“Saxlayıcı”) – Bank tərəfindən adına kart buraxılmış və 

Kartı  müvəqqəti  istifadəyə  almış  fiziki  şəxsdir.  Kart 

saxlayıcısının  adı  və  soyadı  Kartın  üz  tərəfində,  onun 

imza nümunəsi isə Kartın arxa tərəfində göstərilir. 

1.2.3.  Xüsusi  Kart  Hesabı  (“XKH”)  –  Kartdan  və  ya 

onun  rekvizitlərindən  istifadə  etməklə  əməliyyatları 

həyata  keçirmək  üçün  Bank  tərəfindən  Kart 

saxlayıcısına açılan bank hesabı. 

1.2.4. Avtorizasiya (avtorizasiya sorğusu)  – Kartdan və 

ya  onun  rekvizitlərindən  istifadə  etməklə  əməliyyatın 

aparılması  üçün  Bank  tərəfindən  verilən  icazə. 

Avtorizasiya  sorğusu  Kartdan  istifadə  etməklə 

əməliyyatın  aparılması  üçün  Kart  saxlayıcısının  XKH-

da  vəsaitlərin  kifayət  edib-etmədiyini  müəyyən  etmək 

üçün edilir.   

1.2.5.  Əsas  kart  –  Kart  saxlayıcısına  açılmış  və  digər 

(əlavə) Kartlarla  müqayisədə birinci açılmış Kart.      

1.2.6. Əlavə kart (“Kart”) – Əsas Kart ilə ümumi XKH-

ya və ödəniş limitinə malik olan bank kartı.  

1.2.7.  Şəxsi  Eyniləşdirmə  Nömrəsi  (“ŞEN-kod”)  – 

elektron  terminallar  və  ya  bankomatlar  vasitəsilə 

aparılan  əməliyyatlar  zamanı  Kart  saxlayıcısının 

eyniləşdirilməsi  üçün  istifadə  olunan  və  Kart 

saxlayıcısının hər bir Kartına verilən fərdi rəqəmli kod. 

ŞEN-kod yalnız Kart saxlayıcısına məlumdur. 

1.2.8.  İlkin  haqq  –  Bank  tərəfindən  müəyyən  edilən və 

Bankın  Tariflərinə  müvafiq  olaraq  Kart  saxlayıcısı 

doldurulmuş “Bank kartının buraxılması haqqında” Ərizənin 

(bundan sonra – 

Ərizə) və Bankın tələbi ilə digər sənədlərin  Banka təqdim 

edildiyi  və  Bankın  Tarifləri  ilə  nəzərdə  tutulduğu  halda 

müvafiq  pul  məbləğlərinin    (bank  komissiyaların,  XKH-ya 

ilkin haqqın məbləği, sığorta məbləği) ödənilməsi anından 3 

(üç) iş günü ərzində həyata keçirilir. 

     Kartla  birgə  Kart  saxlayıcısına  ŞEN-kodla  zərf  təqdim 

edilir.  Kartın  və  ŞEN-kodla  zərfin  alınmasını  Kart 

saxlayıcısı  onların  təhvil  verilməsinə  dair  sənəddə  qol 

çəkməklə təsdiq edir. 

2.2.  Kart,  onun  üz  tərəfində  göstərilmiş  müvafiq  ilin 

müvafiq ayının sonuncu gününə qədər öz qüvvəsini saxlayır. 

2.3. Kartın yenidən buraxılması.  

2.3.1.  Kartın yeni müddətə buraxılması Kart saxlayıcısının 

yazılı  Ərizəsi  əsasında  bu  Qaydaların  2.1.-ci  bəndində 

müəyyən edilmiş qaydada və müddətdə həyata keçirilir.  

2.3.2. Adı və ya soyadı dəyişildikdə, Kart saxlayıcısı Kartın 

yenidən  buraxılması  üçün  yazılı  Ərizə  ilə  Banka  müraciət 

etməli  və  şəxsi  məlumatların  dəyişilməsini  təsdiq  edən 

sənədləri Banka təqdim etməlidir. 

2.4. Əlavə kartların buraxılması. 

2.4.1.  Əsas  kartın  Saxlayıcısı  öz  məsuliyyəti  altında  bir 

qayda  olaraq  14  yaşı  tamam  olmuş  istənilən  fiziki  şəxsin 

adına  Əlavə  kartın  buraxılması  barədə  Banka  müraciət  edə 

bilər. Hər bir belə fiziki şəxs öz adına buraxılmış və özünə 

məxsus ŞEN-kodu olan Kartı alır.  

2.4.2. Əsas karta 3 (üç) ədəddən artıq olmayan sayda  Əlavə 

kart buraxıla bilər. 

2.4.3.  Əlavə  kartlar  Əlavə  kart  Saxlayıcısının  müəyyən 

edilmiş  forma  üzrə  doldurduğu  Ərizə,  Bankın  tələbilə 

təqdim  edilmiş  digər  sənədlər  və  Əsas  kart  Saxlayıcısının 

yazılı ərizəsi əsasında buraxılır. 

2.4.4. Əsas kartın Saxlayıcısı Əlavə kart Saxlayıcını hazırkı 

Qaydalarla və Bankın Tarifləri ilə tanış etməyi öz öhdəsinə 

götürür. 

2.4.5.  Əsas  kart  Saxlayıcısı  Əlavə  kartdan  və  ya  onun 

rekvizitlərindən 

istifadə 

etməklə 

aparılmış 

bütün 

əməliyyatlara görə tam maliyyə məsuliyyəti daşıyır. 



2.4.6.  Əlavə  kartın  bağlanması  üçün  Əsas  kart  Saxlayıcısı 

Banka yazılı ərizə ilə müraciət etməli və Əlavə kartı Banka 

təhvil verməlidir. 

2.4.7.  Saxlayıcının  XKH-nın  bağlanması  zamanı  Əlavə 

kartlar da bağlanmalıdır.  

2.4.8.  Əlavə  kartın  yenidən  buraxılması  bu  Qaydaların 

2.4.3.-cü  bəndinin  tələbləri  nəzərə  alınmaqla  Əsas  kartın 

buraxılması üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.  

2.5.  Bank  Ərizədə  göstərilmiş  məlumatların  düzgün 

olmasını  yoxlamaq  və  müştəriyə  Kartın  buraxılmasından 

/yenidən  buraxılmasından  səbəblərini  izah  etmədən  imtina 

etmək hüququna malikdir.  



 

3.  Kartdan  istifadə  ilə  bağlı  Kart  saxlayıcısının 

öhdəlikləri  

 


 

tərəfindən XKH-ya mədaxil edilən (köçürülən) minimal 

pul məbləği. 

1.2.9.  Ödəniş  limiti  –  Kart  saxlayıcısının  XKH-da 

yerləşdirilmiş və hüdudlarında Kartdan istifadə etməklə 

əməliyyatların  aparılması  mümkün  olan  pul  vəsaitinin 

məbləği. 

1.2.10.  Texniki  (icazə  verilməmiş)  overdraft  –  Tərəflər 

arasında  overdraftın  təqdim  edilməsi  haqqında  Sazişin 

olmadığı  bir  şəraitdə  Kart  saxlayıcısı  tərəfindən  XKH-

da  olan  vəsait  qalığından  artıq  olan  məbləğdə  Kart  ilə 

əməliyyatların aparılması.  

1.2.11.Kartdan 

istifadə 

etməklə 

əməliyyat 

(“Əməliyyat”)  –  ticarət-servis  müəssisələrində  və 

bankomatlar  vasitəsilə  nağdsız  qaydada  malların  və 

xidmətlərin  ödənilməsi,  nağd  vəsaitlərin  verilməsi 

məntəqələrində  (“məntəqə”)  və  bankomatlarda  nağd 

vəsaitlərin  alınması,  habelə  Kartdan  və  ya  onun 

rekvizitlərindən  istifadə  etməklə  aparılan  digər 

əməliyyatlar. 

1.2.12.  Çıxarış  –  Kart  saxlayıcısı  tərəfindən  Kartdan 

istifadə etməklə aparılmış əməliyyatlar barədə hesabat. 

1.2.13. 


Prosessinq 

mərkəzi 


– 

hesablaşmaların 

iştirakçıları  arasında  qarşılıqlı  informasiya  və  texnoloji 

əlaqəni təmin edən hüquqi şəxs.  

1.2.14.  Sığorta  məbləği  –  Bankın  Tarifləri  ilə  nəzərdə 

tutulduğu  halda,  Kart  saxlayıcısının  Kartdan  istifadə 

etməklə  apardığı  əməliyyatlar  üzrə  Bank  qarşısında 

yaranmış  (yarana  biləcək)  öhdəliklərinin  icrasını  təmin 

etmək  üçün  Kart  saxlayıcısına  Bankın  Tarifləri  ilə 

nəzərdə  tutulduğu  halda  açılmış  cari  hesabda Tariflərlə 

nəzərdə tutulmuş miqdarda yerləşdirilmiş pul vəsaiti.          

1.2.15.  STOP-vərəq  –  xidmət  göstərilməsi  qadağan 

edilmiş Kartların nömrələrinin siyahısı. 

 

2.  Kartın  buraxılması  şərtləri  və  qüvvədə  olması 



müddəti.   

 

2.1.  Kartın  buraxılması  Kart  Saxlayıcısı  tərəfindən 



lazımı qaydada  

4.2.  XKH-da  olan  pul  vəsaitləri  yalnız  Kartdan  istifadə 

etməklə  aparılan  əməliyyatlar  üçün,  qabaqcadan 

avtorizasiya  sorğusunun  edilməsi  və  ya  avtorizasiya 

edilmədən, müvafiq Ödəniş sistemlərinin qaydalarına və 

Bankla  bağlanmış  müvafiq  müqavilənin  tələblərinə 

riayət etməklə istifadə oluna bilər.  

4.3. 


XKH 

üzrə 


əməliyyatlar, 

XKH-nın 


möhkəmləndirilməsi  əməliyyatları  daxil  olmaqla  bu 

Qaydalarla, 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyi,  o  cümlədən  Azərbaycan  Respublikası 

Milli  Bankının  normativ  xarakterli  aktları  ilə,  habelə 

müvafiq  Ödəniş  sisteminin  qaydaları,  Bankın  Tarifləri 

və  Bankla  bağlanmış  müvafiq  müqavilə  ilə  nəzərdə 

tutulmuş qaydada həyata keçirilir. 

4.4. 


XKH-nın 

möhkəmləndirilməsi, 

XKH-dan 

vəsaitlərin  silinməsi  günü  müvafiq  əməliyyatın  faktiki 

baş verməsi tarixindən asılı olmayaraq, həmin əməliyyat 

üzrə  məlumatın  Prosessinq  mərkəzinin  sistemində 

işlənməsi günü sayılır.  

4.5.  Banka  məxsus  olmayan  bankomatlarda  və  nağd 

vəsaitlərin  verilməsi  məntəqələrində  nağd  pul  vəsaiti 

3.1. Kartı aldığı zaman Kart saxlayıcısı Kartın arxa tərəfində 

yerləşən  xüsusi  zolaqda  diyircəkli  qələmlə  qol  çəkməlidir. 

Kart saxlayıcısının imza nümunəsi Kartdan istifadə etməklə 

aparılan 

əməliyyatlar 

zamanı 

Kart 


saxlayıcısının 

eyniləşdirilməsi üçün istifadə olunur.  

3.2.  Kart  saxlayıcısı  öz  Kartını  və/  və  ya  ŞEN-kodu  digər 

şəxslərə istifadə üçün verə bilməz. Təhlükəsizlik məqsədləri 

üçün  Kart  saxlayıcısı  ŞEN-kodunun  nömrəsini  Kartdan 

ayrılıqda    saxlamalıdır.  ŞEN-koddan  istifadə  etməklə 

aparılmış Əməliyyatlar Kart saxlayıcısı tərəfindən aparılmış 

hesab edilir və mübahisələndirilə bilməz.  

3.3.  Kart  saxlayıcısı  Kartdan  və  ya  onun  rekvizitlərindən 

istifadə  etməklə  aparılmış  əməliyyatların  uçotunu  və 

nəzarətini müstəqil şəkildə həyata keçirməlidir və XKH üzrə 

aldığı  Çıxarışda  olan  məlumatla  razı  olmadığı  təqdirdə,  bu 

Qaydaların  6.2.  bəndinə  müvafiq  olaraq  vaxtlı-vaxtında 

Banka müraciət etməlidir.  

         Kart  saxlayıcısı  Kartdan  istifadə  etməklə  əməliyyatlar 

üzrə  bütün  sənədləri,  əməliyyatın  aparılması  tarixindən  90 

(doxsan) gün ərzində saxlamalıdır və Bankın tələbi ilə və ya 

mübahisəli  məsələlər  yarandığı  təqdirdə  onları  təqdim 

etməlidir.  

3.4.  Ərizədə  göstərilmiş  məlumatlar  dəyişildiyi  təqdirdə  bu 

barədə  Bankı  5  (beş)  bank  günü    ərzində  yazılı  şəkildə 

xəbərdar etmək.  

3.5.  Kartdan  istifadə  edilməsini  dayandırmaq  tələbi  ilə 

Bankdan  müvafiq  bildirişi  aldığı  təqdirdə  Kart  saxlayıcısı 

Kartdan istifadə edilməsini dayandırmağa və həmin bildirişi 

aldığı  tarixdən  5  (beş)  bank  günü  ərzində  Kartı  Banka 

qaytarmağa borcludur.  

3.6. Kart saxlayıcısı Kartdan sahibkarlıq fəaliyyətinin həyata 

keçirilməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi üçün 

istifadə etməməyi öz öhdəsinə götürür. 

 

4. Hesablaşmalar  

 

4.1.  Kartdan  və  ya  onun  rekvizitlərindən  istifadə  etməklə 

aparılan  əməliyyatlar  üzrə  hesablaşmaların  həyata 

keçirilməsi  üçün  Bank  Kart  saxlayıcısına  onun  Ərizəsi 

əsasında XKH-nı açır.  

istifadə  etməməli  və  onu  dərhal  Banka  qaytarmalıdır.  Kart 

saxlayıcısı tərəfindən itirilmiş (oğurlanmış) elan edilən Kart, 

Banka  Kartın  itirilməsi  (oğurlanması)  barədə  Kart 

saxlayıcısının  yazılı  ərizəsinin  daxil  olmasından  sonra 

bloklaşmadan çıxarıla bilməz. 

5.5.  İtirilmiş  (oğurlanmış)  Kart  əvəzinə  yenidən  buraxılan 

Kart  Kart  saxlayıcısının  Banka  verdiyi  yazılı  Ərizəsi 

əsasında yeni müddətə buraxılır. 

5.6. Kart xaricdə itirildikdə Kart saxlayıcısı müvafiq Ödəniş 

sisteminin 

müştərilərə  yardım  xidmətinə  Kartın  bloklaşdırılması  üçün 

müraciət edə bilər.  

5.7.  ŞEN-kod  üç  dəfə  yanlış  yığıldıqda,  Kart  avtomatik 

olaraq  bloklaşdırılır  və  ŞEN-koddan  istifadə  etməklə  XKH 

üzrə 


əməliyyatların 

aparılması 

dayandırılır. 

Kartı 


bloklaşmadan çıxartmaq  və XKH üzrə əməliyyatların bərpa 

edilməsi  üçün  Kart  saxlayıcısı  Banka  (99412)  404-43-43 

telefon  nömrəsi  üzrə  və  ya  Bankın  hər-hansı  bir 

filialına/şöbəsinə müraciət etməlidir. 

        İtirilmiş  ŞEN-kod  bərpa  edilmir.  ŞEN-kodun  itirilməsi 



 

çıxarıldıqda,  Bankın  komissiyasına  (Bankın  Tariflərinə 

müvafiq  olaraq)  əlavə  olaraq  XKH-dan  bankomatın  və 

ya  məntəqənin  sahibi  olan  bankın  komissiyası  tutula 

bilər.  

4.6. Kart saxlayıcısı şərtsiz olaraq aşağıdakı məbləğlərin 

Banka ödənilməsini öz öhdəsinə götürür: 

-  Kartdan  və  ya  onun  rekvizitlərindən  istifadə  etməklə 

həm Kart saxlayıcısı, həm də üçüncü şəxslər tərəfindən 

aparılmış əməliyyatların məbləğlərini; 

-  qanunla,  digər  normativ-hüquqi  aktlarla,  hazırkı 

Qaydalarla  və  ya  müvafiq  əqdlə  nəzərdə  tutulmamış 

əsaslar  üzrə  XKH-ya  mədaxil  edilmiş  pul  vəsaitlərinin 

məbləğlərini; 

- Bankın Tariflərinə müvafiq olaraq bank komissiyaların 

məbləğlərini, overdrafta görə (cərimə) faizləri; 

- digər Banklar və Ödəniş sistemləri tərəfindən müəyyən 

edilmiş komissiyaların məbləğlərini; 

-  Kartdan  həm  Kart  saxlayıcısı,  həm  də  üçüncü  şəxslər 

tərəfindən  qeyri-qanuni  istifadənin  qarşısının  alınması 

(Kartın bloklaşdırılması, STOP-vərəqə salınması, Kartın 

müsadirəsi  və  s.)          və  araşdırılması  ilə  bağlı  Bank 

tərəfindən faktiki cəkilmiş xərclərin məbləğlərini; 

-  Bankın  Karta  xidmət  göstərilməsi  ilə  bağlı  çəkdiyi 

digər bütün xərclərinin məbləğlərini

-  Kartdan  istifadə  etməklə  əməliyyatların  aparılması 

zamanı  qüvvədə  olan  qanunvericiliyə  müvafiq  olaraq 

tutulan  vergilərin  və  digər  məcburi  ödənişlərin 

məbləğlərini.  

4.7.  Bank  bu  Qaydaların  4.6.-cı  bəndində  nəzərdə 

tutulmuş  məbləğləri  Kart  saxlayıcısının  XKH-dan 

akseptsiz  (Kart  saxlayıcısının  sərəncamı  olmadan) 

qaydada silmək hüququna malikdir.  

4.8.  XKH-nın  valyutasından  fərqli  valyutada  XKH-nın 

nağdsız  və/və  ya  nağd  qaydada  möhkəmləndirilməsi 

əməliyyatı  həyata  keçirildikdə,  Kart  saxlayıcısı  əlavə 

sərəncam  vermədən    Bankın  Tarifləri  ilə  nəzərdə 

tutulmuş  şərtlərlə  və  Bankın  müəyyən  etdiyi  məzənnə 

ilə  pul  vəsaitlərin  konvertasiya  edilməsini  Banka 

tapşırır. 

4.9.  XKH-dan  pul  vəsaitlərin  xərclənməsi  Kart 

saxlayıcısı tərəfindən XKH-da olan pul vəsaitinin qalığı 

və ya Bank tərəfindən müəyyən edilmiş overdraft limiti 

(overdravft  təqdim  edildiyi  təqdirdə)    həddində  həyata 

keçirilməlidir.  

4.10.  XKH-nın  vatyutasından  fərqli  valyutada  Kartdan 

və  ya  onun  rekvizitlərindən  istifadə  etməklə 

əməliyyatlar  həyata  keçirildiyi  halda,  əməliyyatın 

vatyutasından 

XKH-nın 


valyutasına 

vəsaitlərin 

konvertasiyası,  əməliyyatın  faktiki  baş  verməsi 

tarixindən  asılı  olmayaraq,  əməliyyat  üzrə  məlumatın 

işlənməsi  gününə  olan  müvafiq  Ödəniş  sisteminin 

məzənnəsi üzrə həyata keçirilir. 

 

5. Kartın və ya ŞEN-kodun itirilməsi  

 

5.1.  Kartın  itirilməsi,  oğurlanması  və  /və  ya  ondan 

qeyri-qanuni  yolla  istifadə  olunması  halını  müəyyən 

etdikdə,  Kart  saxlayıcısı  Kart  üzrə  əməliyyatların 

dayandırılması  üçün  bu  barədə  dərhal  Bankı  (99412) 

404-43-43 telefon nömrəsi üzrə, Bankla əlaqə saxlamaq 

halında Kart saxlayıcısı Banka  Kartın yenidən buraxılması 

üçün müvafiq Ərizə ilə müraciət etməlidir. 



 

6. Kartla əməliyyatlar üzrə məlumatın verilməsi. 

 

6.1.  Kartdan  istifadə  etməklə  aparılmış  əməliyyatlar  üzrə 



XKH-dan Çıxarış Kart saxlayıcısının sorğusu əsasında Bank 

tərəfindən ona təqdim edilir. 

6.2.  Kart  saxlayıcısı  Çıxarışda  göstərilmiş  əməliyyatla  razı 

olmadığı  təqdirdə,  XKH  üzrə  əməliyyatın  baş  verməsi 

tarixindən  30  (otuz)  təqvim  günündən  gec  olmayaraq  bu 

əməliyyatla bağlı Banka pretenziya təqdim etmək hüququna 

malikdir.  Bu  müddətin  bitməsindən  sonra  Çıxarışda 

əməliyyata dair göstərilmiş məlumatın düzgün olması təsdiq 

edilmiş  hesab  olunur  və  bu  əməliyyat  sonradan  

mübahisələndirilə bilməz.  

 

7.      Kartdan  istifadəyə  xitam  verilməsi.  XKH-nın 

bağlanması. 

 

7.1.    Kartın  qüvvədə  olması  müddəti  bitdikdə,  habelə 

Kartdan  istifadə  edilməsinə  vaxtından  əvvəl  xitam 

verildikdə  Kart  saxlayıcısı  yuxarıda  qeyd  edilmiş  halların 

baş verməsindən sonra 5 (beş) bank günü müddətində həmin 

Kartı Banka qaytarmalıdır. 

7.2.  Kartdan  istifadə  edilməsinə  vaxtından  əvvəl  xitam 

verildikdə  XKH-nın  və  sığorta  məbləğinin  yerləşdiyi  cari 

hesabının (bu hesab mövcud olduqda) bağlanması üçün Kart 

saxlayıcısı Banka müvafiq ərizəni təqdim etməlidir.  

         Bu  zaman  XKH  üzrə  pul  vəsaitinin  qalığı,  Kartın 

Banka  qaytarılması  və  XKH-nın  bağlanması  haqqında 

müvafiq  ərizənin  təqdim  edilməsi  tarixindən  45  (qırx  beş) 

gün müddətinin bitməsindən sonra  Kart saxlayıcısına nağd 

qaydada  və  ya  onun  ərizəsində  göstərilmiş  rekvizitlər  üzrə 

köçürulməklə qaytarılır. 

7.3. Kartın qüvvədə olması müddətinin bitməsi tarixindən 

keçən 45 (qırx beş) gün ərzində Kart saxlayıcısından Kartın 

yenidən buraxılması barədə Ərizə Banka təqdim edilmədiyi 

təqdirdə Bank Kart saxlayıcısının XKH-nı və sığorta 

məbləğinin yerləşdiyi cari hesabını Kart saxlayıcısından 

əlavə ərizə alınmadan bağlamaq hüququna malikdir. 

 

8. Yekun müddəalar 

 

8.1.  Bank  bu  Qaydalara  və  Bankın  Tariflərinə  birtərəfli 



qaydada dəyişikliklər və əlavələr etmək hüququna malikdir. 

Bu  dəyişikliklər  barədə  məlumat,  onların  qüvvəyə 

minməsinə  qədər    ən  azı  5  (beş)  təqvim  günü  qalanadək 

Bankın ofisində, onun filiallarında  və şöbələrində məlumat 

lövhələrində  və  /və  ya  Bankın  İnternet  şəbəkəsində  olan 

saytında  yerləşdirilməklə  Kart  saxlayıcılarının  nəzərinə 

çatdırılır. Kartdan yeni şərtlərlə istifadə etməyə razı olmayan 

Kart  saxlayıcısı  Kartdan  istifadəni  dayandırmaq  və  bu 

Qaydaların  7.1.-ci  bəndinə  müvafiq  olaraq  Kartı  Banka 

qaytarmaq hüququna malikdir. 

8.2.  Kart  saxlayıcısı  tərəfindən  hazırkı  Qaydaların,  Bankla 

bağlanmış  müvafiq  müqavilənin  şərtləri,  qüvvədə  olan 

qanunvericiliyin  tələbləri  pozulduğu  təqdirdə  Bank  Kartı 

bloklaşdırmaq  və  XKH  üzrə  əməliyyatların  aparılmasını 

dayandırmaq hüququna malikdir. 



 

mümkün  olmadıqda  isə  “AzəriKard”  prosessinq 

mərkəzinin müştərilərə yardım xidmətinin (99412) 598-

46-97  gecə-gündüz  telefon  nömrəsi  (kartın  arxa 

tərəfində göstərilib) vasitəsilə xəbərdar etməlidir. 

5.2.  Kartın  itirilməsi,  oğurlanması  və  ya  digər  şəkildə 

götürülməsi, habelə  Kartdan  qeyri-qanuni  yolla istifadə 

edilməsi  barədə  istənilən  şifahi  xəbərdarlıq  Kart 

saxlayıcısı tərəfindən yazılı ərizə ilə təsdiq edilməlidir. 

5.3. Kartın itirilməsi (oğurlanması və s.) haqqında yazılı 

ərizənin Banka daxil olması anına qədər Kartdan istifadə 

edilməsinə  görə  bütün  maliyyə  məsuliyyəti  Kart 

saxlayıcısının üzərinə düşür.  

5.4. Əvvəl itirilmiş (oğurlanmış) kimi elan edilmiş Kart 

tapıldığı  təqdirdə,  Kart  saxlayıcısı  bu  barədə  Banka 

dərhal məlumat verməli, həmin Kartdan  

8.3. Kart Saxlayıcısı tərəfindən Kart götürülmədikdə, Kartın 

hazırlanması  /yeni  müddətə  yenidən  buraxılması  tarixindən 

90  (doxsan) təqvim  günü  keçdikdən  sonra  Bank  Kartı ləğv 

etmək və XKH-nı Kart saxlayıcısından əlavə ərizə almadan 

bağlamaq  hüququna  malikdir.  Kart  ləğv  edildikdə,  Bank 

tərəfindən  tutulmuş  komissiyalar  geri  qaytarılmır.  XKH-da 

olan pul vəsaitinin qalığının Kart saxlayıcısına qaytarılması 

nağd  qaydada  və  ya  onun  göstərdiyi  rekvizitlər  üzrə 

köçürülməklə həyata keçirilir. 

8.4.  Tərəflər,  Kartdan  və  ya  onun  rekvizitlərindən  istifadə 

etməklə 

aparılmış 

əməliyyatlar 

üzrə 


 

elektron 

avtorizasiyanın  məlumatlarını,  Çıxarışları,  habelə  Ödəniş 

sistemlərindən  kağız  və  ya  elektron  şəkildə  alınmış  digər 

sənədləri  mübahisələrin  həll  edilməsi  üçün  subut  qismində 

qəbul etməyi razılaşırlar.  

8.5. Bu Qaydaların Kart saxlayıcısı və Bank üçün qüvvəsi 

tərəflər arasında bütun qarşılıqlı hesablaşmaların 

yekunlaşdırılmasından sonra bitmiş hesab olunur.                                                                                    

 

                                                                Hazırkı  Qaydalarla  tanış  oldum,  razıyam  və  onlara  tam  şəkildə  riayət  etməyi 



öhdəliyimə götürürəm:  

                                                                                                                                                                                             

                                                                                                                                            

                                                                                                                                   

                                                                                                                                  Kart saxlayıcısı: 

___________________/1.1.

 

 



Yüklə 123,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə