Qaydalarda istifadə olunan əsas anlayışlar



Yüklə 152,94 Kb.

tarix13.11.2017
ölçüsü152,94 Kb.
növüQaydalar


  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Könüllü tibbi sığorta Qaydaları 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 



Qaydalarda istifadə olunan əsas anlayışlar  

 

Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və 



ifadələr aşağıdakı mənaları daşıyır: 

Sığоrtаçı  –  Sığortaçı  sığorta  müqaviləsində  nəzərdə  tutulan  sığorta  hadisəsi  baş  verdiyi  halda  sığorta 

ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir; 



Sığortalı  –  sığorta  haqqı  ödəyən,  sığorta  obyektinin  sığorta  etdirilməsində  sığorta  marağı  olan  sığorta 

müqaviləsinin tərəfi;  



Sığоrtа  оlunаn  –   sığorta  müqaviləsi  əsasında  əmlak  mənafeləri  75  yaşına  çatmamış  sığortalanan  şəxs 

(fəaliyyət qabiliyyəti məhdud olan və ya fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə 

də fəaliyyət qabiliyyəti olmayan şəxslərdən başqa);  

Assistans  şirkəti  –  Sığortaçı  adından  tibbi  xidmətlərin  təşkilini,  nəzarətini  və  ya  ekspertizasını  həyata 

keçirən hüquqi şəxs; 



Aktuari  –  qanunvericiliyə  uyğun  olaraq  iqtisadi-riyazi  hesablamalar  aparmaqla  sığorta  haqlarının 

hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;  



Faydalanan şəxs – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs;  

Sığоrtа müqаviləsi  –    Sığortalının  müvafiq  sığorta  haqqı ödəməsi  müqabilində sığorta  obyektinin  məruz 

qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir 

hadisənin  baş  verməsi  əsasında  ödənilməsinin  Sığortaçı  tərəfindən  öhdəlik  kimi  götürülməsi  şərtlərinin 

təsbit edildiyi razılaşma; 



Sığоrtа  şəhаdətnаməsi  –sığorta  müqaviləsinin  bağlanması  faktını  təsdiq  edən,  Sığortaçı  tərəfindən 

Sığortalıya və (və ya) Sığorta olunana verilən sənəd;  



Sığorta kartı – Sığorta olunanın adını, soyadını, atasının adını, təvəllüdü, sığorta kartının nömrəsi, sığorta 

proqramı,  sığorta  təminatının  qüvvədə  olma  müddəti,  Sığortaçının  əlaqə  telefonları  barədə  məlumatları 

ehtiva edən plastik kart; 

 

Sığоrtа təminаtı – Sığоrtаlı tərəfindən sеçilmiş tibbi sığоrtа prоqrаmı üzrə Sığоrtаçının təqdim еtdiyi tibbi 

хidmətlərin həcmidir; 

 

Sığorta obyekti – Sığortalının, yaxud Sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;  

 

Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs; 

 

Sığorta  marağı  –  sığorta  marağı  sığorta  hadisəsinin  baş  verəcəyi  təqdirdə  Sığortalının  maliyyə  itkisinə 

məruz  qalması  ehtimalı  ilə  şərtlənən  və  onun  sığorta  obyektini  sığorta  etdirmək  hüququnun  əsaslandığı 

mənafedir; 

 

Sığorta  riski  və  ya  risk  -  sığorta  obyekti  ilə  bağlı  itkilərin  və  ya  zərərlərin  yaranmasına  səbəb  olan 

hadisənin  baş  verməsi  və  ya  halın  yaranması  ehtimalı,  həmçinin  bu  ehtimala  qarşı  Sığortaçının  üzərinə 

götürdüyü öhdəlik; 

Sığоrtа hаdisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, Sığorta 

olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu 

müddət ərzində baş verən hadisə və ya yaranan hal; 

Sığorta  tələbi  –  sığorta  hadisəsi  baş  verdikdə  Sığortalının,  Sığorta  olunanın  və  ya  faydalanan  şəxsin 

Sığortaçıya  öz  vəzifələrini  qanunvericiliyə  və  sığorta  müqaviləsinə  uyğun  olaraq  icra  etməsi  barədə 

müraciəti; 

Sığоrtа müddəti – Sığоrtа risklərinin sığоrtаlаnmış hеsаb оlunduğu müddət; 

Sığоrtа  məbləği  –  sığortalanmış  risklər  üzrə  Sığortaçının  öhdəliyinin  qanunvericilik,  yaxud  müqavilə  ilə 

müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi; 




 



Sığоrtа hаqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun 

olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği; 

Şərtsiz azadolma məbləği – azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən 

zərərin sığorta təminatı ilə əhatə olunmayan və Sığortalının üzərində qalan hissəsidir; 

 

Şərtsiz gözləmə müddəti – Sığorta müqaviləsi ilə müəyyən olunmuş hadisələr üçün sığorta təminatı 

verilməyən müddət; 



Sığоrtа  ödənişi  –  sığorta  hadisəsi  baş  verdikdə,  qanunvericiliyə,  həmçinin  sığorta  müqaviləsinə  uyğun 

olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası; 



Sığоrtаnın ərаzisi – Sığоrtа оbyеktinin sığоrtаlаnmış оlduğu müəyyən cоğrаfi ərаzi hüdudlаrı; 

Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onun məzmunu dəyişdirilmiş şəkildə 

bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır. 

 

Xüsusi anlayışlar 

Tibb  müəssisəsi  –  Sığorta  olunan  şəxsə  tibbi  yardım  və  müqavilədə  nəzərdə  tutulmuş  digər  xidmətlər 

göstərən və göstərdiyi xidmətlərə görə Sığortaçıdan xidmət haqqi alan müvafiq xüsusi icazəsi olan hüquqi 

şəxslər; 

Müаlicə – Sığоrtаlının və ya Sığorta olunanın sığоrtа hаdisəsindən əvvəlki fiziоlоji vəziyyətinə qаytаrаn və 

yа yахınlаşdırаn tibbi tədbirlərdir; 



Həkim – Qаnuni lisеnziyаsı оlаn və öz iхtisаsı çərçivəsində müаlicə аpаrаn tibbi prаktikаlı şəхsdir;  

Xroniki xəstəlik və ya vəziyyət - elə bir xəstəlik yaxud zədələnmədir ki, ən azından aşağıdakı  

əlamətlərdən birini daşıyır: 

 

uzun müddət davam edir



 

residiv verir; 



 

yaxud residiv vermə ehtimalı var (vaxtaşırı xəstəliyin simptomları geri qayıdır); 



 

daimi xəstəlikdir (xəstəliyin əlamətləri bəzən azalıb, bəzən artsa da hər zaman mövcuddur); 



 

xəstəliyi aradan qaldırmaq üçün reabilitasiyaya ehtiyac vardır; 



 

xəstəliyin uzun müddətli müayinələrə, diaqnostik testlərə, həkim baxışlarına və həkim nəzarətinə 



ehtiyacı var 

 

Bədbəxt hadisə – sığorta olunanın iradəsindən  asılı olmayan, gözlənilməyən, qəfləti hadisənin baş verməsi 

nəticəsində sığorta olunana bədən xəsarətinin yetirilməsi və sağlamlığının pozulması; 

 

Sığorta olunanın ailə üzvü – sığorta olunanın əri /arvadı , övladları (18 (on səkkiz) yaşına çatana qədər; 

(valideynlərin himayəsində olan tələbələr – 21 (iyirmi bir) yaşına çatana qədər) ;  

 

İnzibati xərclər – Sığortaçı tərəfindən işlərin aparılmasına çəkdiyi xərclərin məcmusu; 

 



 



FƏSİL 1. ÜMUMİ MÜDDƏALAR 



 

Maddə 1. Sığortanın sinfi  

1.1. Sığorta obyektinə görə şəxsi sığortaya aid olan aşağıdakı sinif: 

1.1.1. Tibbi sığorta proqramına daxil edilən tibbi xidmətlərə görə sığorta olunanın tibb müəssisələrinin ona 

göstərdiyi  xidmətlərlə  əlaqədar  yaranan  xərclərinin  əvəzinin  tam  və  ya  qismən  ödənilməsi  miqdarında 

sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan tibbi sığorta. 

 

Maddə 2. Sığorta predmeti 

2.1. Bu Qaydalara əsasən əmlak mənafelərinin aid olduğu fiziki şəxs sığortanın predmeti hesab olunur.  

 

FƏSİL 2. SIĞORTA TƏMİNATI 



 

Maddə 3. Sığorta riski və sığorta hadisəsi: 

3.1.  Bu  Qaydalara  uyğun  olaraq  sığorta  müddəti  ərzində  Sığorta  olunan  şəxsin  xəstəliyi  və  ya  bədbəxt 

hadisə nəticəsində yaranmış və tibbi müayinə/müalicə tələb edən hal və ya təminata daxil olan başqa bir hal 

Sığorta hadisəsi hesab olunur; 

3.2.  Sığоrtа  müqаviləsinin  şərtlərinə  uyğun  оlаrаq  Sığоrtаçı  sığоrtа  hаdisəsi  bаş  vеrdikdə  sığоrtа  məbləği 

həddində sığоrtа оlunаnlara tibbi yаrdımın təşkil edilməsini  və onun ödənilməsini öhdəsinə götürür; 

3.3.  Sığоrtа  müqаviləsi  üzrə  tibbi  хidmətlərin  siyаhısı  Sığоrtаçı  və  Sığоrtаlının  аrаsındа  fərdi  rаzılıq 

əsаsındа müəyyən оlunur. 

 

Maddə 4. Sığorta Risklərindən İstisnalar və (və ya) Sığorta Təminatında Məhdudiyyətlər:  

4.1 Sığorta risklərindən istisnalar aşağıdakı kimidir: 

4.1.1 Fövqəlаdə şərаit, mühаribələr, hərbi münаqişələr, inqilаblаr, iğtişаşlаr, üsyаnlаr, təbii fəlаkətlər, nüvə 

pаrtlаyışı, rаdiоаktiv şüаlаnmа nəticəsində yaranan trаvmаtik zədələr və digər hallar; xroniki və kəskin şüa 

xəstəliyi və s.; 

4.1.2. Ov,  alpinizm,  planerizm,  speleoturizm,  paraşütlə  tullanma,  sualtı  idman  növləri, qış  idman  növləri, 

reqbi,  polo,  döyüş  sənətləri,  motosiklet  və  at  yarışları,  su - xizək,  hər  hansı  idman  yarışlarında  və  ya 

belə  yarışlara  hazırlıq  məşqlərində,  həmçinin  həyat  və  sağlamlıq  üçün  yüksək  təhlükə  yaradan  hər  

hansı  digər fəaliyyətlər;

  

4.1.3.  Özünə  qəsd  cəhdi,    qanunazidd  hərəkətlər,  о  cümlədən,  özünə  qəsdən  хəsarət  yеtirmə  nəticəsində 



yaranan xəstəliklər və zədələr; 

4.1.4.  Arаyış  vеrilməsi  üçün  prоfilаktik  müаyinələr  (хаricə  gеtmək,  işə  düzəlmək,  tədris  müəssisələrinə 

dахil оlmаq, silаh dаşımаq və aidiyyatı müəssisələrə təqdim etmək üçün və s.); 

4.1.5 Toksikomaniya, alkoqolizm, narkomaniya və onların nəticəsində yaranan hər hansı bir halın müayinə 

və müalicəsi; 

4.1.6.Vərəm,  bütün  növ  sistem  xəstəliklər  (kollagenozlar,  sarkoidozlar,  mukovistsidoz  və  s.);  Azərbaycan 

Respublikası Qanunvericiliyi ilə müəyyənləşdirilmiş peşə xəstəlikləri; 

4.1.7  Cinsi  yolla  keçən  və  zöhrəvi  xəstəliklərin  (Q.I.Ç.S.,  Q.I.Ç  yоluхmаlаrı,  miкоplаzmоz,  хlаmidiоz, 

ureaplazmoz, sitоmеqаlоvirus, hеrpеtiк infекsiyаlаr və s.) müayinəsi və müalicəsi; 

4.1.8  Dermatoloji  xəstəliklərin  (papilloma,  ziyil,  sızanaqlar,  allopesiya,  seboreya,  psoriaz,  xloazma, 

vitiliqo), həmçinin kosmetoloji defektlərin müayinə və müalicəsi; 

4.1.9  Psixoloqun,  psixiatrın,  psixoterapevtin,  psixoanalitikin,  həkim-ekstrasensin,  narkoloqun  və 

seksopatoloqun  xidmətləri,  psixi  xəstəliklərin  və  ağır  əsəb  pozuntularının  müalicəsi;  epilepsiya  və  onun 

nəticəsində yaranan ağırlaşmalar; 

4.1.10  Sığorta  təminatının  başlanması  tarixindən  sonra  müəyyən  edilmiş  olsa  da  anadangəlmə  və  irsi 

patologiyalar, bədən quruluşu pozğunluqları, həmçinin onurğanın patoloji əyriliklərinin  müalicəsi; 

4.1.11 Ailə planlaması, sonsuzluğun müayinə və müalicəsi, kontrasepsiya, hamiləliyin süni dayandırılması, 

süni  mayalanmaladan  sonra  hamiləliyin  aparılması  və  doğuş,  seksual  pozuntular  və  onların  nəticəsində 

yaranan hər hansı xəstəliklər; 

4.1.12  Plastik  və  kosmetoloji  müalicə/cərrahi  əməliyyatlar,  rekonstruktiv  cərrahiyyə;  burun  çəpəri 

əyriliyinin cərrahi yolla aradan qaldırılması; 

4.  1.13 Transplantasiya,  implantasiya,  hər növ  protezləşdirmə,  bütün  növ  protezlər    və  tibbi  cihazlar,  süni 

materiallardan hazırlanmış ortopedik cərrahi və digər yardımçı vasitələr; 

4.1.14  Görmə  qabiliyyətinin  pozulmasının  cərrahi  müalicəsi  və  xüsusi  cihazlar  vasitəsi  ilə  korreksiyası, 

bununla  əlaqədar  və  peşə yararlığının  müəyyən  olunması  üçün  aparılan  müayinələr,  miopiya,  presbiopiya, 



 

hipermetropiya,  ametropiya  və  astiqmatizm  kimi  gözün  refraksiya  anomaliyalarının  lazer  metod  ilə  daxil 



olmaqla cərrahi müalicəsi; kontakt linzalar və eynəklər ilə təmin olunması; 

4.1.15  Parodontitlərin  müalicəsi;  kosmetik  stomatologiya,  həmçinin  diş  daşlarının  təmizlənməsi,  dişlərin 

ftorla  örtülməsi  və  dişlərin  ağardılması;  ortodontik  qüsurların  aradan  qaldırılması  və  diş  protezlərinin 

qoyulması; 

4.1.16  Cərrahi  müalicə  tələb  edən  ürək-damar  xəstəlikləri,  invaziv  kardiologiya;  bütün  növ  damar 

çatmamazlıqları, həmçinin aşağı ətraf damarlarının varikoz genişlənməsi; 

4.1.17 İstənilən növ bədxassəli onkoloji xəstəliklər və ya onlara keçid mərhələsi hesab edilən hallar, qanın 

onkoloji xəstəliklər; 

4.1.18 Bütün növ hepatitlər və onlardan irəli gələn bütün ağırlaşmalar;  

4.1.19 Şəkərli diabet və ondan irəli gələn bütün ağırlaşmalar (mikroangiopatiya, retinopatiya və s.); 

4.1.20  Xüsusi  hallarda  (yoluxucu  və  infeksion  xəstəliklər,  zəhərləmələr,  yanıqlar  və  s.)  ixtisaslaşdırılmış 

dövlət tibb müəssisələrində müayinə və müalicə;  

4.1.21  Təhlükəli  infeksiyaların  müayinəsi  və  müalicəsi  (quş  qripi,  donuz  qripi,  Ebol  xəstəliyi,  sarı 

qızdırması və s.) 

4.1.22 Piylənmə, maddələr mübadiləsi ilə bağlı çəki pozuntuların əlaqəli problemlər;  

4.1.23 Menstrual siklin pozulması və digər disfunksiyalar ilə bağlı 6 (altı) aydan artıq müayinə və müalicə; 

4.1.24 Xroniki böyrək və qaraciyər çatmamazlığı, ekstrakorporal müalicə usulları (plazmaferez, hemodializ, 

hemosorbsiya, ozonoterapiya, qanın ultrabənövşəyi şüalanması və s.)  

4.1.25 Müqavilənin qüvvədə olduğu il ərzində 90 gündən artıq stasionar müalicə; stasionar müalicə zamanı 

valideynlərin uşaqlarla birgə stasionarda qalması; 

4.1.26 40 (qırx) günə qədər yeni doğulmuş uşaqların sığortalanması; 

4.1.27 Bütün növ reabilitasiya tədbirləri, 10 proseduradan artıq fizioterapiya,  10 proseduradan artıq masaj; 

4.1.28  Profilaktik  məqsədi  ilə  təyin  olunmuş  hər  hansı  bir  müayinə  və  ya  dərman  vasitələri;  immunoloji 

statusun müayinəsi (immunoqramma); 

4.1.29 Sığorta müqaviləsi bağlanmazdan əvvəl yaranmış xəstəliklər;  

4.1.30 Kəskinləşmə halları istisna olmaqla, xroniki xəstəliklər; 

4.1.31 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmamış dərman preparatları, 

bioaktiv  qida  əlavələri,  homeopatik  maddələr,  lak,  şampun  və  kosmetik  vasitələr;  imunomodulyatorlar; 

uzunmüddətli  müalicə  məqsədi  ilə  təyin  olunmuş  dərman  preparatlarının  bir  aydan  çox  müddət  üçün 

nəzərdə tutulmuş hissəsələrinin birdəfəyə verilməsi; 

4.1.33  Sığortaçının  Azərbaycanda  mövcud  olan  təcrübəyə  əsaslanaraq  eksperimental  və  alternativ  hesab 

edilən  müalicə  və  müayinə  növləri,  AR  Səhiyyə  Nazirliyi  tərəfindən  lisenziyalaşdırılmamış  müayinə  və 

müalicə üsulları, trixoloqun, kosmetoloqun, loqopedin,  genetikin, androloqun,   alqoloqun və s. həkimlərin 

müayinəsi və müalicəsi; 

4.1.34  Sığortaçı  ilə  əvvəlcədən  razılaşdırılmadığı  halda  podratçı  klinikalarda  çalışmayan  həkimlərə 

müraciət, həmin həkimlərin tərəfindən  təyin etdiyi müayinə və müalicə, eləcə də belə müalicənin istənilən 

nəticə  və  ağırlaşmaları;  həmçinin  Sığorta  olunanın  həkim  göstərişinə  riayət  etməməsi  nəticəsində  əmələ 

gələn  ağırlaşmalar;  klinikaların  təqdim  etdiyi  əlavə  pullu  xidmətlər  (həkim  fərqləri  (klinikanın  qiymət 

cədvəlindəki  olan  qiymətdən  fərqi),  iş  saatı  xaricində  sığorta  olunanın  təkidi  ilə  həkimin  çağırışı, 

əsaslandırılmamış  həkimin dəyişilməsi, xarici mütəxəssislərin xidmətləri, bir-nəfərlik palata, pullu telefon 

məsləhətləri, MRT müayinəsinin diskə yazılması və s.); 

4.1.35 Sığorta olunanın təşəbbüsü ilə həyata keçməyən müalicəyə görə təkrar xərclər;  

4.1.36 Proqramda nəzərdə tutulmayan tibbi və digər xidmətlər; 

4.2  Sığorta  olunan  Sığortaçı  ilə  əvvəlcədən  razılaşdırılmadığı  halda  seçilmiş  proqram  üzrə  nəzərdə 

tutulmayan tibb müəssisələrinə müraciət etdikdə Sığortaçı Sığorta olunan şəxsin müalicəsi ilə bağlı ziyanın 

və yaxud digər tibbi xərclərin ödənilməsindən imtina etmək hüququna malikdir. 

4.3Sığorta Risklərindən İstisnalar və Sığorta Təminatında Məhdudiyyətlərə dəyişikliklərin əlavə edilməsi:  

4.3.1  Sığоrtаlı  əlаvə  sığоrtа  hаqqı  ödədikdə  Sığоrtаçı  sığorta  təminatına  daxil  olmayan  xəstəliklərin 

müаyinə və müаlicəsini təşkil еdə bilər; 

4.3.2 Sığоrtаçı öz təşəbbüsü ilə  (Sığоrtаlının  rаzılığı ilə) və ya Sığortalının sorğu ilə sаdаlаnаn bəzi tibbi 

хidmətləri ödəyə bilər; 

 

 



 

 

 




 



Maddə 5. Sığorta riskindəki dəyişikliklər 

5.1  Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində,  Sığorta  olunan,  sığorta  müqaviləsi  bağlanan 

zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə 

təsir edə bilən və ona məlum olan bütün digər hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir;  

5.2  Sığortaçı  sığorta  riskinin  artmasına  təsir  edən  hallar  barədə  məlumatı  əldə  etdikdən  sonra  aşağıda 

göstərilən hərəkətləri etmək hüququna malikdir: 

5.2.1


 

sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək;  

5.2.2

 

əlavə sığorta haqqının ödənilməsini tələb etmək; 



5.2.3 belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək. 

 

Maddə 6. Sığortanın ərazisi 

6.1 Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatı Azərbaycan Respublikasının  

ərazisində qüvvədədir; 

6.2 Əgər sığorta müqaviləsində sığortanın ərazisi müəyyənləşdirilmişdirsə, yalnız həmin ərazidə baş verən 

sığorta hadisələrinə sığorta təminatı verilir;  

6.3  Sığortanın  ərazisi,  Sığortaçının  bu  barədə  qabaqcadan  xəbərdar  edilməsi  və  onun  yazılı  surətdə 

razılığının  alınması  şərti  ilə  genişləndirilə  bilər.  Bu  halda  Sığortaçı  əlavə  sığorta  haqqını  tələb  etmək 

hüququna malikdir 



 

FƏSİL 3. SIĞORTA MÜQAVİLƏSİ  

 

Maddə 7. Sığorta müqaviləsinin bağlanması 

7.1 Sığorta müqaviləsi bağlanarkən Sığortalı aşağıdakı məlumatları Sığortaçıya təqdim etməlidir: 

7.1.1 Ünvan və əlaqə telefon nömrələri; 

7.1.2 Sığortalının (şirkətin) adı, fiziki şəxsdirsə, soyadı, adı, atasının adı; 

7.1.3. Sığorta olunanların soyadı, adı, atasının adı; 

7.1.4 Sığorta olunanların təvəllüdü;  

7.1.5  Sığorta  haqqının  hesablanmasında  əhəmiyyət  kəsb  edə  biləcək  və  Sığortalıya  məlum  olan  riskin 

dərəcəsini təyin edən fakt və hallar;  

7.2  Sığorta  müqaviləsinin  bağlanması  faktı  sığorta  qaydaları  əlavə  edilməklə,  Sığorta  olunana  verilən 

sığorta şəhadətnaməsi ilə təsdiq edilir; 

7.3  Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  sığorta  müqaviləsi,  Sığorta  müqaviləsi  

müqavilədə göstərilən tarixdən etibarən saat 00:00-da qüvvəyə minir və müqavilədə göstərilən son gün saat 

23:59-da qüvvədən düşür; 

7.4  Sığorta  təminatı  yalnız  sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində  baş  verən  sığorta 

hadisələrini əhatə edir; 

7.5 Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı Qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə 

razılığa gələ bilərlər. 

 

Maddə 8.  Sığоrtа müqаviləsinin tərəfləri  

 

8.1. Sığortaçı 

8.1.1 Bu Qаydаlаrа əsаsən sığоrtаçı dеdikdə “PAŞA Sığorta” ASC bаşа düşülür.  

 

8.2. Sığortalı 

8.2.1  Sığortalı

 

sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan fiziki və 



ya hüquqi şəxsdir.  

 

8. 3. Sığоrtа оlunаn  

8.3.1  Sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs (fəaliyyət qabiliyyəti məhdud olan və 

ya fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan 

şəxslərdən başqa) sığorta olunan hesab olunur;  

 

8.4. Faydalanan şəxs 

8.4.1 Sığorta müqaviləsi sığorta obyektinin qorunmasında maraqlı olan hər hansı başqa şəxsin – Faydalanan 

şəxsin xeyrinə də bağlana bilər;  

8.4.2 Faydalanan şəxsin adı sığorta müqaviləsində göstərilməlidir;   




 

8.4.3 Sığorta müqaviləsinin Faydalanan şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və 



öhdəliklərindən azad etmir;. 

8.4.4 Bu Qaydalar və sığorta müqaviləsi ilə Sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq 

niyyətində olan Faydalanan şəxsə də eyni həcmdə aid edilir; 

 

Maddə 9. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi 

9.1  Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində  Sığоrtаlı  və  Sığоrtаçı  müqavilənin  müəyyən 

şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.   

 

Maddə 10. Sığorta müqaviləsinə xitam verilməsi 

10.1

 

Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 



10.1.1

 

Müqavilənin müddəti bitdikdə; 



10.1.2

 

Sığortaçı müqavilə üzrə Sığorta olunan qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə; 



10.1.3

 

Sığortalı sığorta haqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə; 



10.1.4

 

Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə; 



10.1.5 Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə; 

10.1.6


 

Sığorta marağı artıq mövcud olmadıqda;  

10.1.7

 

Sığorta predmeti artıq mövcud olmadıqda; 



10.1.8

 

Sığortalı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə; 



10.1.9 Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda. 

10.2  Sığorta  müqaviləsinə Sığortalının  və  ya  Sığortaçının  tələbi ilə  vaxtından  əvvəl  xitam  verilə  bilər.  Bu 

barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla,  ən azı 30 (otuz) gün  əvvəl yazılı 

qaydada xəbərdar etməlidirlər. 

 

Maddə 11. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam vermənin nəticələri  

11.1 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə 

münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup 

halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib olan) 

sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə 

mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta 

müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə 

yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər 

hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; 

11.2 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta 

predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup 

halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) 

bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə 

yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin 

qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir 

sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup 

halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib olan) 

sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə 

mütənasib hissəsini çıxa bilər; 

11.3 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə 

münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən 

sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta 

predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, 

sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə 

ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır; 

11.4 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı 

tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər 

hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, 

həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının 

sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş 

qaydada həyata keçirilir; 

11.5 Sığorta müqaviləsi bu Qaydaların 11.2-ci maddəsində müəyyən edilmiş məhkəmə qərarı əsasında 

xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla 



 

müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə 



münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 11.3-cü və 11.4-cü maddələrinin 

tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.  



 

Maddə 12. Tərəflərin hüquq və vəzifələri:  

 

12.1. Sığortalının hüquqları: 

12.1.1  Tibbi  proqrama  uyğun  olaraq  və  Sığorta  müqaviləsi  şərtlərilə  razılaşdırılmış  qaydada  tibb 

müəssisələrində Sığorta olunana tibbi xidmətlərin göstərilməsini tələb etmək; 

12.1.2 Sığorta şəhadətnaməsi itirildikdə, onun dublikatını almaq; 

12.1.3  30  gün  əvvəlcədən  Sığortaçıya  yazılı  müraciət  edərək  sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam 

vermək; 


12.1.4 Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar. 

 

12.2. Sığortalının vəzifələri: 

12.2.1 Sığorta haqqını sığorta müqaviləsində göstərilmiş məbləğdə və müddətdə ödəmək; 

12.2.2 Sığorta müqaviləsi bağlanarkən özünə məlum olan, habelə Sığortaçının yazılı surətdə tələb etdiyi və 

müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən 

bütün hallar (əhəmiyyətli hallar) barədə Sığortaçıya məlumat vermək 

12.2.3 Digər sığorta müqavilələri barədə Sığortaçıya məlumat vermək

12.2.4  Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddətdə  sığortalanmış  şəxslərin  siyahısında  edilən 

dəyişikliklər barədə Sığortaçıya məlumat vermək; 

12.2.5  Sığorta  hadisəsi  baş  verdikdə,  bu  barədə  sığorta  müqaviləsində  müəyyən  edilmiş  müddətdə 

Sığortaçını xəbərdar etmək; 

12.2.6  Sığortaçının  iş  prosesində  yaranmış  zərurətlə  əlaqədar  dövlət  orqanlarına  və  digər  təşkilatlara 

məlumatların  verilməsi  hallarını  istisna  etməklə,  tibbi  sığorta  kartının  və  Müqavilə  üzrə  bütün  sənədlərin 

saxlanılmasına və məxfiliyinə təminat vermək; 

12.2.7 Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr. 



 

12.3. Sığortaçının hüquqları: 

12.3.1  Sığorta  müqaviləsinin  bağlanması  üçün  zəruri  məlumatların  təqdim  olunmasını  Sığortalıdan  tələb 

etmək; 

12.3.2  Sığortalının  təqdim  etdiyi  məlumatların  düzgünlüyünü  yoxlamaq;  sığorta  müqaviləsi  bağlanarkən 



Sığortalıdan ona məlum olan, habelə Sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, 

yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar (əhəmiyyətli 

hallar) barədə Sığortaçıya məlumat verməlisini tələb etmək; 

12.3.3  Sığorta  olunan  tərəfindən  müqavilənin  şərtlərinin  yerinə  yetirilməsinə  nəzarət  etmək;  müqavilə 

şərtlərinin  pozulmasını,  Sığortalı  (Sığorta  olunan)  tərəfindən  bu  müqavilə  üzrə  öz  öhdəliklərinin  icra 

olunmamasını  və  ya  müqavilə  bağlanarkən  yanlış  məlumatların  verilməsini  aşkar  etdikdə,  müqaviləni 

vaxtından əvvəl ləğv etmək və ya sığorta ödənişindən imtina etmək; 

12.3.4 Zərərin vurulmasında təqsiri olan üçüncü şəxslərə qarşı (zərərin sığorta olunan tərəfindən vurulması 

halları istisna olmaqla) subroqasiya tələbini irəli sürmək; 

12.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda, o  cümlədən Sığorta olunan tərəfindən sığorta kartı  tibbi 

xidmət almaq üçün üçüncü şəxsə verildikdə, sığorta ödənişini həyata keçirməkdən imtina etmək; 

12.3.6  Buna  kifayət  qədər  əsas  olmadığı  təqdirdə  müalicə  həkiminin  və  ya  tibb  müəssisənin 

dəyişdirilməsində Sığorta olunanın müraciətini qəbul etməmək; 

12.3.7.Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar. 



 

12.4. Sığortaçının vəzifələri: 

12.4.1 Sığortalını sığorta qaydaları ilə tanış etmək; 

12.4.2  Sığorta  hadisəsi  baş  verdikdə  sığorta  olunana  tibb  müəssisəsi  tərəfindən  bu  müqavilə  ilə  nəzərdə 

tutulmuş xidmətlərin göstərilməsini təşkil etmək; 

12.4.3  Sığorta  hadisəsi  baş  verdikdə  tibb  müəssisəsinin  Sığorta  olunana  göstərdiyi  tibbi  yardım  və  digər 

xidmətlərlə bağlı xərcləri vaxtında və razılaşdırılmış qaydada ödəmək; 

12.4.4  Müqavilənin  şərtlərinə  uyğun  olaraq  tibbi  yardımın  həcminə,  müddətinə  və  keyfiyyətinə  nəzarət 

etmək; 



 

12.4.5 Sığorta olunanın sağlamlığı, tibbi göstəriciləri və s. ilə bağlı məlumatların məxfiliyini təmin etmək və 



sığorta  olunanın  dəqiq  ifadə  olunmuş  yazılı  icazəsi  olmazsa,  Sığortalıya  və  ya  heç  bir  üçüncü  tərəfə 

məlumat verməmək; 

12.4.6 Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr. 

 

12.5. Sığorta olunanın hüquqları: 

12.5.1  Tibbi xidmətlərin Tibbi Sığorta  Proqramına uyğun göstərilməsini tələb etmək; 

12.5.2  Müqavilədə  nəzərdə  tutulmuş  tibbi  yardımın  və  digər  xidmətlərin  göstərilməməsi,  natamam  və  ya 

keyfiyyətsiz göstərilməsi haqqında Sığortaçını xəbərdar etmək; 

12.5.3  Tibbi  xidmət  almaq  üçün  Sığorta  müqaviləsində  göstərilən  tibb  müəssisələrindən  hər  hansı  birini 

seçmək; 

12.5.4    Tibbi  sığorta  proqramının  həyata  keçirilməsi  üçün  cəlb  edilmiş  həkimlər  arasında  müalicə  edən 

həkimi seçmək; 

12.5.5 Tibbi təminatın  xüsusiyyətləri barədə  məlumat  və  tibbi  yardım  almaq  üçün  sığorta  kartında  telefon 

nömrəsi göstərilən Asistans şirkətinə və ya Sığortaçıya müraciət etmək; 

12.5.6  Tibbi  yardımın  göstərilməsi  ilə  bağlı  mübahisəli  halların  yarandığı  halda  Asistans  şirkətinə  və  ya 

Sığortaçıya müraciət etmək; 

12.5.7 Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar. 

 

12.6. Sığorta olunanın vəzifələri: 

 

12.6.1  Müəyyən  tibb  müəssisəsində  müalicə  dövründə  müalicə  edən  həkimin  bütün  təyinatlarına  əməl 



etmək; 

12.6.2 Tibbi sığorta kartının və Müqavilə üzrə sənədlərin saxlanılmasına təminat vermək və onları üçüncü 

şəxsə verməmək; 

12.6.3 Sığorta hadisəsi baş verdiyi halda dərhal Sığortaçıya məlumat vermək; 

12.6.4 Sığortaçının əməkdaşı üçün zəruri olan bütün məlumatları bildirmək; 

12.6.5  Sığorta  kartını  və    ya  müqavilə  üzrə  digər  sənədlərin  itirdiyi  hallarda  dərhal  bu  barədə  Sığortalını 

məlumatlandırmaq.  İtirilmiş  sənəd  qüvvəsini  itirmiş  hesab  edilir  və  sığorta  müqaviləsinin  davam  etmə 

müddətində tibbi xidmət almaq üçün əsas hesab edilə bilməz, bu halda Sığortaçı tərəfindən ödənişsiz olaraq 

yeni sığorta kartı təqdim edilməlidir; 

12.6.6  Tibbi  xidmətlərin  alınması  məqsədi  ilə  sığorta  sənədlərinin  digər  şəxslərə  ötürülməsinə    yol 

verməmək.  Sığorta  müqaviləsi  üzrə  tibbi  xidmətlərin  alınması  məqsədi  ilə  sığorta  kartının  digər  şəxsə 

verilmə  faktı  təsdiqlənərsə,  Sığortaçı  Sığorta  müqaviləsinin  qüvvəsini  Sığorta  olunana  qarşı  dayandırılma 

hüququnu öz öhdəsində saxlayır; 

12.6.7 Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr. 

 

Maddə 13. Məlumat vermək vəzifəsi 

 

13.1 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan, habelə Sığortaçının yazılı surətdə tələb 



etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir 

göstərə bilən bütün hallar (əhəmiyyətli hallar) barədə Sığortaçıya məlumat verməlidir. 

Əhəmiyyətli hal haqqında Ərizə formasında yanlış məlumatlar olduqda  Sığortaçı müqavilədən imtina edə 

bilər. 


13.2  Əgər  məlumatların  dəqiq  olmaması  Sığortaçıya  məlum  idisə  və  ya  Sığortalı  yanlış  məlumatların 

verilməsində  təqsirli  deyildirsə,  müqavilədən  imtina  edilməsi  yolverilməzdir.  Bu  məlumatlar  haqqında 

bildiriş verildikdən sonra Sığortaçı müqaviləni ləğv edə bilər.  

13.3  Əgər  Sığortaçı  gizli  haldan  xəbərdar  idisə  və  ya  Sığortalı  bu  halı  bildirməməkdə  təqsirli  deyildirsə, 

müqavilənin bu əsasla xitamı yolverilməzdir. 

13.4  Sığortaçı  müqaviləni  sığorta  hadisəsi  baş  verdikdən  sonra  ləğv  etdikdə,  əgər  barəsində  məlumat 

vermək  vəzifəsi  pozulmuş  hal  sığorta  hadisəsinin  baş  verməsinə  və  Sığortaçının  öz  vəzifələrini  yerinə 

yetirməsinə təsir göstərməyibsə, o, öz vəzifələrini yerinə yetirməkdən azad edilmir.  



 

 


 

10 


FƏSIL 4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI 

 

Maddə 14. Sığorta məbləği 

14.1  Sığorta  məbləği,  sığorta  müqaviləsinə  əsasən,  Sığortalı  tərəfindən  seçilmiş  tibbi  sığorta  proqramına 

uyğun olaraq müəyyənləşdirilir;  

14.2  Bir  ildən  az  sığorta  müddəti  üçün  hər  bir  sığorta  olunan  üzrə  sığorta  məbləği  tam  il  üçün  sığorta 

məbləğinə bərabərdir;  

14.3 Sığоrtаlının Sığоrtаçı ilə rаzılаşmаsına əsаsən sığоrtа müqаviləsinin müddəti ərzində sığоrtа məbləğini 

аrtırа və yа  müqaviləyə  əlаvə saziş bаğlаmаq yоlu ilə və sığоrtа hаqqının əlаvə hissəsini ödəməklə, tibbi 

prоqrаmdа təqdim оlunmuş хidmətlər siyаhısını аrtırmаq hüququnа mаlikdir; 

14.4 Tibbi хidmətlərin dəyəri sığоrtа məbləğini аşаrsа, Sığоrtаlı Sığоrtаçıyа əlаvə vəsаit ödəməsi hеsаbınа 

yаrdım göstərilə bilər. Bu təqdirdə Sığоrtаçı və Sığоrtаlı əlаvə sаziş bаğlаyır və Sığоrtаlı Sığоrtаçının tibb 

müəssisənin qiymət cədvəlinə əsаsən əlаvə хidmət hаqqını ödəyir. 

 

 

Maddə 15. Sığоrtа hаqqı 

15.1  Sığorta  haqqı  sığorta  riskini  dəyənlərdirilməsinə  təsir  edə  biləcək  amillər  (Sığorta  müqaviləsinin 

qüvvədə  olma  müddəti,  sığorta  olunanların  sayı,  sığorta  olunanın  yaşı  və  cinsi,  fəaliyyət  növü,  Sığortalı 

tərəfindən  seçilmiş  tibbi  xidmətlər,  tibb  müəssisələrin  sayı,  istisnaların  siyahısı    və  s.)  nəzərə  alınmaqla 

hesablanır; 

15.2 Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılığına əsasən hissə-hissə ödənilə bilər; 

15.3 Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu 

gün hesab olunur; 

15.4 Müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya 

tam ödənildiyi gündən sonra, lakin şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez 

olmayaraq qüvvəyə minir; 

15.5  Sığorta  haqqı  və  ya  onun  növbəti  hissəsi  sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  müddətədək 

ödənilmədikdə  və  ya  sığorta  müqaviləsində  nəzərdə  tutulduğundan  daha  az  məbləğdə  ödənildikdə,  sığorta 

müqaviləsində sığorta haqqının və ya onun növbəti hissəsinin ödəniş günü kimi nəzərdə tutulmuş tarixdən 

sonrakı gün saat 00:00-dan Sığortaçı sığorta ödənişi vermək öhdəliyindən azad edilir; 

15.5.1  Sığorta  haqqı  və  ya  onun  hissəsi  vaxtında  ödənilmədikdə,  sığortaçı  onun  ödənilməsi  üçün 

qanunvericiliyin tələblərini nəzərə alaraq, 15 (on beş) günədək müddət müəyyən edə bilər. 

15.5.2  Hər  bir  halda  sığorta  haqqı  və  ya  onun  razılaşdırılmış  ilk  hissəsi  sığorta  müqaviləsi  bağlandığı 

gündən 1 aydan gec olmayaraq ödənilməlidir;  

15.6  Sığortalı  sığorta  haqqını  və  ya  onun  növbəti  hissəsini  sığorta  müqaviləsində  nəzərdə  tutulmuş 

müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin 

icrasından imtina edə bilər; 



 

Maddə 16. Azadolma məbləği və gözləmə müddəti  

16.1  Sığorta  müqavilələrində  şərtli  və  ya  şərtsiz  azadolma  məbləği,  həmçinin  gözləmə  müddəti  müəyyən 

oluna bilər. 

16.2 Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə 

əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun 

olaraq müəyyən edilən zərər məbləğindən çıxılır. 

16.3 Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi 

həmin məbləğdən çox olduqda, və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi 

şərtilə azadolma məbləği tətbiq edilmir. 

16.4 Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda tətbiq edilir. 

16.5 Sığorta müqaviləsində gözləmə müddəti nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində həmin müddət 

ərzində yaranan itkilərin əvəzinin ödənilməsi sığortalının üzərində qalır. 

16.6 Şərtli gözləmə müddəti müəyyən edildikdə, sığorta hadisəsinin nəticələrinin həmin müddətə bərabər və 

ya ondan artıq müddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta ödənişi sığorta hadisəsinin baş 

verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir. 

 

 



 

 

 


 

11 


FƏSİL 5. SIĞORTA HADİSƏSİ. TİBBİ XİDMƏTLƏRİN TƏŞKİLİ 

 

Maddə 17. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri və Sığortaçı tərəfindən nəzarət 

17.1  Sığorta  hadisəsi  baş  verdikdə  Sığorta  olunan  KTS  Müqaviləsində  müəyyən  olunmuş  hər  hansı  tibb 

müəssisəsinə  müraciət  etməzdən  əvvəl  mümkün  olan  ən  qısa  müddət  ərzində  telefon  və  ya  digər  əlaqə 

vasitələri ilə Sığortaçının nümayəndəsinə (və ya Assistans şirkətinə) məlumat verməlidir;  

17.2 Bu sığorta ilə əhatə olunmasından asılı olmayaraq, Sığortalı artıq baş vermiş istənilən zərər, xəsarət və 

yaranmış məsuliyyətin azaldılması və gələcəkdə baş verə biləcək belə halların qarşısının alınması məqsədi 

ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur; 

17.3  Sığortalının  belə  tədbirləri  həyata  keçirməməsi  ilə  əlaqədar  birbaşa  və  ya  dolayı  nəticəsi  olaraq  baş 

vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətə münasibətdə sığorta təminatı verilmir;  

17.4


 

Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir; 

17.5 Zərərlərin qarşısını almaq və ya həcmini azaltmaq üçün Sığortalı mümkün tədbirləri görmədikdə belə 

tədbirlərin görülməməsi nəticəsində zərər məbləğində baş verən artım Sığortaçı tərəfindən ödənilməyə bilər; 

17.6 Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətlərinə  nəzarət etməli 

və  sığorta  ödənişinin  həyata  keçirilməsinə  təsir  edə  bilən  bütün  məsələlər  haqqında  qərar  qəbul  etmək 

imkanına malik olmalıdır;  

17.7 Sığortalı Sığortaçının tələbi ilə ona imkan dairəsində kömək etməlidir. Sığorta hadisəsi ilə bağlı bütün 

rəsmi və qeyri-rəsmi tədqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil və müdafiə etmək 

hüququna malikdir. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş 

hər hansı bir hərəkət edə, saziş bağlaya və ya vəd verə bilməz. 

 

Maddə 18. Sığorta hadisəsinin sübut edilməsi 

18.1.Sığоrta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin məbləğini sübut etmək vəzifəsi 

Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də 

daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir; 

18.2 Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır: 

18.2.1  sığorta  hadisəsi  hesab  edilə  bilən  hadisə  ilə  bağlı  qanunvericiliyə  uyğun  olaraq,  hər  hansı  dövlət 

orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;  

18.2.2 şəxsiyyəti təsdiq edən sənəd; 

18.2.3 sığorta hadisəsinin baş verməsini təsdiq edən digər zəruri sənədlər; 

18.3  Müqavilədə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  bu  minimal  zəruri  olan  sənədlərin  toplusudur.  Sığortaçı 

zərurət  yarandıqda  Sığortalıdan  sığorta  hadisəsinin  baş  verməsi  səbəblərini  və  faktını,  həmçinin  dəyən 

zərərin  həcminin  müəyyən  edilməsi  üçün  zəruri  olan  digər  sənədlərin  təqdim  edilməsini  tələb  etməyə 

haqlıdır. 

        

FƏSİL 6. SIĞORTA ÖDƏNİŞİ 

 

Maddə 19. Sığorta ödənişi  

19.1 Sığortaçı bu Qaydalar əsasında bağlanmış sığorta müqaviləsinə əsasən Sığorta olunana göstərilən tibbi 

xidmətlərin dəyərini tibb müəssisəsinə ödəyir; 

19.2 Əgər Sığorta olunan Sığortaçı ilə əvvəlcədən razılaşdırılma şərtilə tibbi sığorta müqaviləsində 

göstərilməyən tibb müəssisəsinə müraciət etmişdisə, Sığortaçı sığorta ödənişini birbaşa olaraq Sığorta 

olunanın özünə ödəyir. Bu halda Sığorta olunan aşağıda göstərilən sənədləri təqdim etməlidir: 

19.2.1 Sığorta olunan tərəfindən doldurulmuş ərizə (tibbi xidmətlərin göstərildiyi vaxtdan bir aydan gec 

olmayaraq Sığortaçıya təqdim edilir); 

19.2.2 ödənilmiş hesabın əsli; 

19.2.3 göstərilən xidmətlərin siyahısı və qiymətləri; 

19.2.4 qəbz/hesab faktura; 

19.2.5 göndəriş; 

19.2.6 xəstənin ambulatoriya və  stasionar tibbi kartından çıxarış və s. 

19.3. Sığortaçı  Sığorta olunan tərəfindən bu Qaydaların 19.2-ci bəndində qeyd olunan sənədlərin 

sonuncusunu təqdim etdikdən  sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 7 (yeddi) iş 

günü müddətində sığorta ödənişini həyata keçirir və ya əsaslandırmaqla ödənişdən imtina edir. 

19.4. Ödənişin məbləği sığorta müqaviləsinə əlavə olunan siyahıda göstərilən tibb müəssisələrində analoji 

xidmətlərin orta qiyməti nəzərə alınmaqla təyin edilir; 

19.5. Sığorta ödənişi hesablanarkən sığorta müqaviləsi ilə nəzərdə tutulmuş bütün azadolmalar ödəniş 

  

 



 


 

12 


məbləğindən çıxılır; 

19.6. KTS proqramına uyğun olaraq hər hansı diaqnostik və ya müalicəvi tədbirlər yalnız həkim təyinatı ilə 

həyata keçirilə bilər; 

19.7.  Sığortalı  bilavasitə  onun  və  ya  Sığorta  olunanın  təqsiri  üzündən  sığorta  kartından  qanunsuz  istifadə 

edən şəxsə göstərilən xidmətlər üçün xərclənmiş məbləği Sığortaçıya qaytarmalıdır; 

19.8. Sığorta olunan həkim qəbuluna təyin edilən vaxtda gəlmədikdə, təcili və təxirəsalınmaz tibbi yardım 

briqadasının  və  yaxud  mütəxəssislərin  evə  çağırışı  zamanı  göstərilən  ünvanda  olmadıqda,  və  bu  barədə 

Sığorta şirkətinin nümayəndəsinə öncədən məlumatı vermədikdə, Sığorta olunan həmin xərcləri birbaşa tibb 

müəssisəsinə ödəməlidir. 

 

Maddə 20. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları  

20.1 Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 

20.1.1 Qaydaların 18.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin 

sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 

20.1.2. Azərbaycan Respulikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan 

başqa, Sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi 

hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 

20.1.3 müqavilə ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi 

əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 

20.1.4 Sığortalının dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri 

görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o 

həcmdə imtina edilə bilər ki, Sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə 

azalmış olardı; 

20.1.5 bu Qaydaların  21.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin Sığorta olunan şəxs və 

(və ya) sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində 

Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən 

zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 

20.1.6 baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 

20.1.7 sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti 

başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 15.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə Sığortaçının 

müəyyən etdiyi müddətin başa çatmasından 3 (üç) gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta 

haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; 

20.2 Bu Qaydaların 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi 

bağlanarkən Sığortaçıya məlum olduqda və ya Sığortalı yanlış məlumatların verilməsində təqsirli 

olmadıqda, habelə tələb olunan məlumata Sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi 

bağlanmış olduğu halda Sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi 

və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz; 

20.3 Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan 

başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə Sığortalı və (və ya) Sığorta 

olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş 

verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur 

  

Maddə 21. Subroqasiya hüququ 

21.1 Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 

şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə 

etmək hüququdur; 

21.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı 

hüquq üzrə sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta 

ödənişi məbləğində keçir; 

21.3 Faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün 

özündə olan bütün lazımi sənədlərlə Sığortaçını təmin etməlidir; 

21.4 Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud 

lazımi sənədləri Sığortaçıya verməkdən imtina etdikdə, Sığortaçı sığorta ödənişi verməkdən 

zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir

21.5 Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta 

hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin dəyən 



 

13 


zərərə görə Sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə 

qarşı istifadə edə bilər. 



 

Maddə 22.Tərəflərin məsuliyyəti 

22.1  Bu  Qaydaların  şərtlərinin  yerinə  yetirilməməsinə  və  ya  lazımi  qaydada  yerinə  yetirilməməsinə  görə 

tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.  

 

Maddə 23. İş sirlərinin gizli saxlanılması 

23.1 Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda 

Sığortalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət 

daşıyır. 

 

Maddə 24. Mübahisələrin həlli qaydası 

24.1  Bu  Qaydalara  əsasən  bağlanmış  sığorta  müqaviləsindən  irəli  gələn  bütün  mübahisələr  ilkin  olaraq 

danışıqlar  yolu  ilə  pretenziya  qaydasında,  tərəflər  arasında  razılığa  gəlinmədiyi  təqdirdə  isə  Azərbaycan 

Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.  

 

Maddə 25. Qeyd-şərtlər və xüsusi şərtlər 

25.1 Sığorta qaydalarına əlavə və dəyişikliklər edilməsi məqsədilə, bu qaydalara qeyd-şərtlər də yazıla bilər. 

25.2  Sığоrtа  müqаviləsində  bu  Qаydаlаrа  və  qüvvədə  olan  qanunvericiliyə  zidd  оlmаyаn  хüsusi  şərtlər 

müəyyən  оlunа  bilər.  Sığоrtаlı  tərəfindən  bu  хüsusi  şərtlərin  yеrinə  yеtirilməməsi  Sığоrtаçının  sığorta 

ödənişini vеrməkdən imtinа еtməsi üçün əsаsdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə