Qaydalari ümumi MÜDDƏalar



Yüklə 18,9 Kb.
tarix29.08.2018
ölçüsü18,9 Kb.
#65207
növüQaydalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2

006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən Mərkəzin (sertifikat xidmətləri mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi

 

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanının 1.6-cı bəndinə uyğun hazırlanmışdır və elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən sertifikat xidmətləri mərkəzinin (bundan sonra - Mərkəz) qeydiyyatı və akkreditə edilmə qaydalarını müəyyən edir.



1.2. Mərkəzin qeydiyyat məlumatları Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra - RİTN) tərəfindən aparılan sertifikatlar reyestrinə daxil edildikdən sonra Mərkəz qeydiyyatdan keçmiş hesab edilir.

1.3. Bu Qaydalar Azərbaycan Respublikasında qeydiyyatdan keçmək istəyən xarici mərkəzlərə də şamil edilir.

 

2. MƏRKƏZİN QEYDİYYATI

 

2.1. Azərbaycan Respublikasında mərkəz kimi fəaliyyət göstərmək istəyən şəxs qeydiyyatdan keçmək üçün RİTN-ə müraciət etməlidir. Bu məqsədlə iddiaçı şəxs fəaliyyətə başlamazdan 30 (otuz) gün əvvəl RİTNə bu Qaydaların əlavəsində göstərilən formada ərizə təqdim edir.



2.2. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 10.1.6-cı maddəsi istisna olmaqla, digər xidmətlərin göstərilməsi üçün ərizəyə aşağıdakı sənədlər də əlavə edilir:

2.2.1. iddiaçının dövlət qeydiyyatı şəhadətnaməsi və nizamnaməsinin surəti;

2.2.2. Qanunun 8-ci maddəsində göstərilmiş tələblərin yerinə yetiriləcəyi haqqında öhdəlik məktubu;

2.2.3. sertifikat xidmətlərinin göstərilməsi şərtləri, o cümlədən imza sahibinin müəyyənləşdirilməsi prosedurunun açıqlanması (“Sertifikat siyasəti”, “Sertifikatın tətbiqi qaydaları”);

2.2.4. elektron imzanın yaradılması və istifadəsi zamanı təhlükəsizlik tədbirləri, o cümlədən imza yaratma məlumatlarının qorunması imkanları haqqında sənəd;

2.2.5. göstərilən xidmətlərin, həmçinin bu xidmətlərin müvəqqəti dayandırılması qiymətləri barədə sənəd;

2.2.6. Qanunun 18.3-cü maddəsinə uyğun olaraq auditin nəticəsi barədə sənəd;

2.2.7. istifadə olunan elektron imza və elektron sənəd dövriyyəsi vasitələrinin uyğunluq sertifikatları.

2.3. Mərkəz vaxt göstəricilərinin qeydiyyatı üzrə xidmət göstərdikdə, onunla bağlı sənəd (“Vaxt göstəricilərinin qeyd edilmə qaydası”) təqdim etməlidir. Mərkəz yalnız vaxt göstəricilərinin qeydiyyatı üzrə xidmət göstərmək üçün qeydiyyat zamanı bu Qaydaların 2.2.3-cü və 2.2.4-cü bəndlərində göstərilmiş sənədləri təqdim etməməlidir.

2.4. Təqdim edilmiş məlumat hüquqi şəxsin səlahiyyətli rəsmisinin əl imzası və möhürü ilə, fiziki şəxsin isə əl imzası ilə təsdiq edilir.

2.5. Bu Qaydaların 2.2.3-cü və 2.2.4-cü bəndlərində göstərilmiş sənədlər “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq tərtib edilir.

2.6. Təqdim olunan sənədlər Azərbaycan dilində və 2 nüsxədə tərtib olunur.

2.7. RİTN-ə təqdim edilmiş məlumat və sənədlərdə çatışmazlıqlar aşkar edilərsə, sənədlər təqdim edildikdən 3 (üç) iş günü ərzində iddiaçıya bu barədə yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər qeydiyyatdan keçmək üçün yenidən RİTN-ə təqdim edilə bilər.

2.8. Sənədlərə baxılması və Mərkəzin qeydiyyatı barədə qərar qəbul edilməsi 30 (otuz) gün ərzində həyata keçirilir.

2.9. Qanunun 9.7-ci maddəsinə əsasən aşağıdakı hallarda Mərkəzin qeydiyyata alınmasından imtina edilə bilər:

2.9.1. iddiaçı şəxs Qanunun tələblərinə uyğun olmadıqda;

2.9.2. təqdim edilmiş məlumat və sənədlər Qanunun tələblərinə uyğun olmadıqda;

2.9.3. iddiaçı şəxs yalnız məlumatlar təqdim etdikdə;

2.9.4. informasiya sisteminin təhlükəsizliyinin auditinin nəticələrinə əsasən iddiaçı şəxsin Mərkəz kimi fəaliyyət göstərməsi mümkün sayılmadıqda;

2.9.5. iddiaçı şəxsin sertifikatlaşdırma və ya vaxt göstəricilərinin qeydiyyatı barədə nəzərdə tutduğu fəaliyyət Qanunun və digər normativ hüquqi aktların tələblərinə uyğun olmadıqda;

2.9.6. iddiaçı şəxsin dövlətə borcu olduqda;

2.9.7. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

2.10. Mərkəzin qeydiyyata alınmasından imtina əsaslandırılmış olmalıdır və bu barədə sənədlər qəbul edildikdən 3 (üç) iş günü ərzində iddiaçıya məlumat verilməlidir.

2.11. Mərkəzin qeydiyyata alınmaması haqqında qərardan iddiaçı inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.[1]

2.12. Qeydiyyatına qərar verildikdən sonrakı 1(bir) iş günü ərzində iddiaçı şəxs barəsində məlumatlar RİTN-in apardığı “Sertifikat xidmətləri mərkəzlərinin reyestri”nə daxil edilir və bu barədə iddiaçıya şəhadətnamə verilir.

2.13. Qeydiyyatdan keçmiş mərkəzlər aşağıdakı hallarda baş vermiş dəyişikliklər barədə 7 (yeddi) iş günü ərzində RİTN-ə məlumat verməlidirlər:

2.13.1. hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin dövlət qeydiyyatı məlumatları dəyişdikdə;

2.13.2. fiziki şəxsin ünvanı dəyişdikdə.

2.14. Mərkəzin qeydiyyatı zamanı təqdim edilmiş məlumat və sənədlərdə hər hansı dəyişikliklər olarsa, Mərkəz 15 (on beş) iş günü ərzində müvafiq sənədi RİTN-ə təqdim etməlidir.

 

 



 

 

3. MƏRKƏZİN AKKREDİTƏ EDİLMƏSİ

 

3.1. Mərkəzin akkreditə edilməsi üçün bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlərə aşağıdakılar əlavə edilir:



3.1.1. ixtisaslı və xüsusi hazırlıq keçmiş kadrlar haqqında məlumat;

3.1.2. sertifikatlarla bağlı xidmətlərin göstərilməsi şərtləri və prosedurları;

3.1.3. informasiya mühafizəsi vasitələrinin uyğunluq sertifikatları.

3.2. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına sahə üzrə akkreditə edilmiş Mərkəz tərəfindən xidmət göstərilir. Mərkəzin qeydiyyatı zamanı bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlərə Mərkəzin informasiya sisteminin ekspertizasının nəticələri barədə sənəd əlavə olunur.

3.3. Bu Qaydaların 2.7-2.12-ci bəndlərində göstərilən müddətlər və müvafiq tələblər akkreditə olunma zamanı da tətbiq edilir.

3.4. Zəruri hallarda RİTN Mərkəzin imkanları ilə bilavasitə tanış ola bilər.

 

4. MƏRKƏZİN QEYDİYYATININ, AKKREDİTƏSİNİN LƏĞV EDİLMƏSİ VƏ FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

 

 4.1. Mərkəzin fəaliyyətinə xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.



4.2. Aşağıdakı hallarda Mərkəzin qeydiyyatı və akkreditəsi RİTN tərəfindən ləğv edilə və fəaliyyətinə xitam verilməsi barədə iddia qaldırıla bilər:

4.2.1. Mərkəzin qeydiyyatı və ya akkreditə edilməsi üçün təqdim edilmiş məlumatlar və sənədlər düzgün olmadıqda, yaxud qüvvədən düşdükdə;

4.2.2. Mərkəz Qanunun və digər əlaqəli qanunvericilik aktlarının tələblərini iki dəfədən artıq pozduqda.

4.3. Mərkəz fəaliyyətinə xitam verilməsinə ən azı 30 (otuz) gün qalmış kütləvi informasiya vasitələrində və digər vasitələrlə elan verir, qüvvədə olan sertifikatlara malik imza sahiblərini, sertifikatlarına təminat verdiyi, təminat müqavilələri bağladığı sertifikat xidmətləri mərkəzlərini və RİTN-i xəbərdar edir.

4.4. Elanın verilməsindən 30 (otuz) gün keçdikdən sonra Mərkəz qüvvədə olan sertifikatların ləğv edilməsini həyata keçirir.

4.5. Akkreditə edilmiş Mərkəz fəaliyyətinə xitam verilməsi barədə elandan 30 (otuz) gün keçdikdən sonra imza sahiblərinin razılığı ilə təkmil sertifikatları, onlarla və imza istifadəçilərinin sorğuları ilə bağlı məlumatları akkreditə edilmiş başqa Mərkəzə və ya RİTN-ə təhvil verməlidir. Təhvil verilməmiş sertifikatlar ləğv edilir və ya Qanunun 15-ci maddəsinə uyğun olaraq saxlanılmaq üçün RİTN-ə verilir.

 “Elektron imza üçün sertifikat verən və imzaların

                                                                                                  istifadəsi üzrə xidmətlər göstərən mərkəzin

                                                                                                  (sertifikat xidmətləri mərkəzinin) qeydiyyatı

  və akkreditə edilməsi Qaydaları”na

                                                                              ƏLAVƏ

 

 



Azərbaycan Respublikasının Rabitə və

İnformasiya Texnologiyaları Nazirliyinə

 

ƏRİZƏ

 

1. İddiaçı mərkəzin adı _________________________________________________________________________



                                                                                mərkəzin adı

2. Hüquqi ünvanı ______________________________________________________________

 

3. İnternet ünvanı ______________________________________________________________



 

4. Hüquqi statusu ______________________________________________________________

 

5. Telefon nömrəsi faks _________________________________________________________



 

6. VÖEN _____________________________________________________________________

 

7. Xidmətin növləri



 

 

                                                                        _____________________________________



                                                                        _____________________________________

                                                                        _____________________________________

                                                                        _____________________________________

 

 



 

 

 



Mərkəzin qeydə alınması (akkreditə edilməsi) xahiş olunur.

 

 



 

                                                                                    _______________________________

                                                                                                            (imza)

 

 



 

 

M.Y.



 
Yüklə 18,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə