Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə14/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Yazılı nitq. Yazılı nitq şifahi nitqdan sonra meydana çıxan dil hadisəsidir. Yazılı nitq yazı mədəniyyəti ilə bağlıdır. Bu, daha çox dilin funksional üslublarına aiddir. Yazılı nitqin özünəməxsus bir sıra xüsusiyyətləri vardır.

  1. Yazılı nitq yazılır və oxunur.

  2. Yazılı nitqda elmi, texniki, siyasi va digər terminlər çox işlənir.

  3. Yazılı nitqdə sadə, geniş və mürəkkəb cümlələrdən çox istifadə olunur.

  4. Yazılı nitq ədəbi dilin əsasında formalaşıb inkişaf edir.

  5. Yazılı nitqda intonasiya, fasilə, vurğu və s. şifahi nitq ünsürlərini əks etdirən durğu işarələrindən istifadə olunur.

  6. Yazılı nitqdə mimika və jestlardan istifadə olunmadığından fikrin bütün incəliklərini sözlərin müxtəlif məna çalarlarından istifadə etməklə təsvir etmək lazım gəlir.

  7. Yazılı nitq hər hansı bir məlumatın, fikir xəzinəsinin nəsildən-nəslə keçməsində əsas rol oynayır.

  8. Yazılı nitqin sürəti şifahi nitqə nisbətən çox aşağıdır.

  9. Yazılı nitqda danışıq səslərini özündə əks etdirən hərflərdən istifadə edilir. Yazılı nitqlə şifahi nitqin hansı fərqləri var?

  1. Şifahi nitq uni şəkildə deyilir, yazılı nitq isə düşünülərək nisbətən aşağı sürətlə yazılır.

  2. Şifahi nitq üzərində düzəliş aparmaq olmaz. Çünki o artıq deyilmişdir. Yazılı nitq üzərində düzəliş aparmaq mümkündür.

  3. Şifahi nitqda asas rolu prosodik vasitələr oynayır. Yazılı nitqdə həmin vasitələri durğu işarələri, bəzən isə transkripsiya işarələri əvəz edir.

  4. Şifahi nitqdə ritorun dayanıb növbəti cümləni düşünməsi mümkün deyil. Bu arzu olunmazdır və dinləyicinin diqqətini yayındırır. Yazılı nitqda isa ritorun buna imkanı vardır.

Daxili (lal) nitq.


Daxili nitq daha sərbəstdir. Çünki səni nə eşidir,nə də yazdığını oxuyurlar. İlk baxışda bu sərbəstlik nitqin hər cür vulqar sözlər, jarqonlar, dialektizmlər, arqolar işlətmək mümkün olduğunu göstərir. Amma nitq mədəniyyətinin sirrlərini bilən mədəni adam heç vaxt öz daxili nitqində belə sözləri işlətmaz. Daxili nitq zamanı insan sanki özü ilə dialoqa girir, öz hərəkətləri haqqında özü ilə müzakirə aparır.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə