Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Azərbaycan dili haqqında prezident fərmanları və sərəncamlar



Yüklə 129,04 Kb.
səhifə2/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Azərbaycan dili haqqında prezident fərmanları və sərəncamlar


Respublikamız müstəqillik qazanandan sonra, xüsusən 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan dilini rəsmi dövlət dili kimi qəbul etdi. Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci ildə “Azərbaycan Respublikasının Dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu” haqqında fərmanından sonra dilimizin və nitq mədəniyyətinin tədrisinə qayğı diqqət mərkəzində öz yerini möhkəmləndirdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” sərəncamı, 9 avqust 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət proqramı”nı imzalaması fənnin tədrisində yeni mərhələ oldu. Bu proqramda ilk dəfə olaraq nitq mədəniyyətinə xüsusi yer ayrılmış, “Nitq mədəniyyəti” fənninin tədrisi məsələsi ölkə prezidenti tərəfindən tövsiyə edilmişdi.
  1. Dil və nitqin özünəməxsus cəhətləri


Dil ünsiyyət vasitəsidir. İnsanlar dil vasitəsi ilə əlaqə saxlayır və bir-birini anlayırlar. Dil insan cəmiyyətində yaranır və ondan kənarda mövcud ola bilmir. Məhz ona görə də ictimai hadisə sayılır. Ünsiyyət vasitəsi olan dildən fərqli olaraq, nitq ünsiyyət prosesidir.

    • Dil ümumi, nitq isə fərdidir.

    • Dil hamıya eyni dərəcədə xidmət edir, nitq isə dil daşıyıcısının qabiliyyətindən asılıdır və hərədə bir cür meydana çıxır.

    • Dil əsasdır, nitq ondan törəmədir.

    • Dil ünsiyyətin işarələr sistemidir. Nitq dil işarələrinin onun qanunauyğunluqları ilə düzülüşüdür.

Nitq hadisəsini akademik L.V.Şerba danışıq və anlaşma mexanizmi kimi başa düşürdü. A.Axundovun "Nitq insanlar arasında dil vasitəsilə həyata keçirilən fikir mübadiləsi və ünsiyyət prosesidir", deməsi fikrin təsdiqidir.
Nitq şüur, təfəkkür, gerçəkliklə bağlıdır. İnsan onu əhatə edən obyektiv varlığı müşahidə etdikcə bunları öz beynində əks etdirir, bunların sözlü təsvirlərini yaradır.
Savadlı nitqə sahib olmaq üçün dilin lüğət tərkibinə dərindən bələd olmaq əsas şərtdir. Dünyagörüşü geniş, söz ehtiyatı zəngin, sözlərin leksik və məcazi mənalarını nitqdə düzgün əlaqələndirməyi bacaran, dilimizin qrammatik quruluşuna bələd olan, ilk növbədə müəllimlər olmaqla böyüklərin danışığını, radio-televiziya verilişlərini diqqətlə izləyənlərin danışığı məntiqliyi, düzgünlüyü və rəvanlığı ilə, sərbəst ifadə olunması ilə diqqəti cəlb edir.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə