Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə4/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Romada ritorika


Roma natiqlik məktəbinin yaranmasında əsas amilləri Yunanıstanın zəifləməsi oldu. Romanın güclü inkişafı, Yunanıstanı öz əyalətinə çevirməsi natiqlik məktəbinin yaranmasına gətirib çıxartdı. Roma natiqlik məktəbi yunan natiqlik məktəbinə nisbətən daha azad və demokratik idi. Əgər Yunanıstanda yalnız qullar nitq söyləyib özünü müdafiə edirdisə, Romada hər bir vətəndaş bu hüquqa malik idi. Lakin buna baxmayaraq, nitqin priyomları, məktəblərdə tədrisi, yunan natiqlərinin əsərləri bir mənbə kimi Roma natiqlərinə öz təsirini göstərirdi. Roma Yunanıstanı işğal etsə də, humanitar elmlər sahəsində ondan çox şey götürməli oldu. Ellin mədəniyyətini qəbul etməli olan Roma qrammatikanı, poetikanı, ritorikanı da yunanlardan qəbul etməyə məcbur oldu.
Bu dövrdə Romada Katon, Antoni Mark, Qay Qrakx, Tiberi Qrakx və başqa natiqlər yetişmişdir. Roma natiqlik məktəbinin ən görkəmli nümayəndəsi Mark Tilli Siseron hesab olunur. Onun yazdığı "Natiqlik haqqında", "Brut", "Natiq" əsərlərində natiqlik sənətinin tarixi, üslubiyyat, nitq mədəniyyəti məsələlərinin nəzəri və praktik şərhi verilmişdir. Siserona görə nitqin məqsədi 3 amildən ibarət olmalıdır: nitq təlimatverici, cəzbedici və emosional olmalıdır.
Y.Sezar alim, dövlət xadimi, şair, ritorika üzrə məşhur mütəxəssis idi. Yuli Sezar Pompeyə qalib gəlmiş amansız bir diktator olmuşdur.
Qədim Roma ritorikasından danışanda Mark Yuni Brutun da adını çəkməmək olmaz. O, demokratik fikirli siyasi xadim, habelə görkəmli natiq olmuşdur.
Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri də Mark Fabiy Kvintilian olmuşdur. Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zirvəsi hesab edirdi.
Qədim Romada natiqlik sənətinə böyük maraq göstərilirdi. Adamlar məşhur söz ustalarının nitqini öyrənir, hətta çox halda əzbərləyirdilər. Danışanlar öz fikirlərini əsaslandırmaq üçün lazım gəldikdə natiqin nitqindən müəyyən parçaları nümunə kimi verir, ona istinad edirdilər.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə