Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə5/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Avropada ritorika


Roma natiqlik sənətinin inkişafı uzun sürmür. Respublikanın süqutundan sonra natiqlik sənəti tənəzzülə uğrayır. 18-ci əsrdən başlayaraq burjua zülmünə baş verən iğtişaşlar, mitinqlər natiqlik sənətinin inkişafına təkan verdi. Qərbi Avropadakı bu dirçəliş XIX əsrin əvvəllərində daha geniş şəkil almağa başlayır. Bu illəri Renessans dövrü adlandırmışlar. Xüsusilə Fransada, Almaniyada, İtaliyada, Avstriyada baş verən burjua-demokratik inqilabları bir çox natiqin yetişməsinə səbəb oldu. Xüsusilə Fransada Demosfenin, Lisinin, Siseronun nitqləri tərcümə olunub öyrənilməyə başlanmışdı. Fransada bəlağətli nitqin aşağıdakı mərhələləri qeyd olunur:



  1. XV əsrə qədərki ritorika latın dilində olub, ruhani üslubda idi.

  2. XV əsrdən başlayan ritorika – bu dövrdə P.Fabri fransız dilində ilk ritorik əsər yazır.

  3. XVII əsrdə antik dünyagörüşünə, mədəniyyətinə qarşı çıxış güclənir və əvvəlkilərdən imtina edilir.

  4. XVIII əsrdə kilsə ruhani ritorikası artıq süquta varır, bunun əvəzində siyasi və akademik ritorika bərqərar olur.



XIX əsrdə Rusiyada natiqlik sənətinin inkişafı geniş vüsət almış, fəhlə hərəkatı natiqlik sənətinə güclü təsir göstərmişdi. Demosfenin, Siseronun, Lisinin bir neçə nitqi rus dilinə tərcümə olundu. Böyük mütəfəkkir Lomonosov natiqlik sənəti haqqında yazdığı əsəri çap etdirdi. Əsərdə yunan "Ritorika"sının təsiri özünü tam aydınlığı ilə göstərir. Müəllif natiqin dinləyicinin əhval-ruhiyyəsini əsas şərt kimi qəbul edir. Rus natiqlik məktəbi onunla fərqlənirdi ki, Rusiyada nitqlər kütləvi xarakter daşıyırdı. Fəhlə sinfindən S.Xalturin, P.Alekseyev, Q.Petrovski, A.Badayev, İ.Babuşkin və digərlərinin adı tarixdə fəhlə-natiq kimi həkk olunmuşdu.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə