Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə6/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Azərbaycanda ritorika


Azərbaycanda natiqlik sənətinin yaranma tarixi qədimdir. Şifahi xalq ədəbiyyatında nitq, natiqlik sənəti haqqında deyilən atalar sözləri, kəlamlar diqqəti cəlb edir. Məsələn, "Söz yarası qılınc yarasından betər olar", "Söz qanadlı quşdur", "Söz insanın zinətidir", "Danışmaq gümüşdürsə, susmaq qızıldır" və s.
Söz yaradıcılığında mühüm rol oynayan aşıqlar da dilimizin zənginləşməsində, gözəl danışığın formalaşmasında xidmət ediblər. Nağılların və "Kitabi-Dədə Qorqud" dastanlarından tutmuş bu günümüzə qədər yaranan dastanların hamısını məhz, aşıqlar meydana gətirmişdir. Bu dastanların xalqa təqdim edilməsi üçün aşıqların gözəl danışıq qabiliyyətinə, nitq mədəniyyətinə sahib olmaları vacib idi.
Azərbaycanda tarixən fikrin gözəl ifadəsinə hər zaman önəm vermişlər. Bunun üçün mədrəsələrdə
bəlağət dərsləri keçirilirdi. Gözəl nitqi olan insanın dili imran dili adlandırılırdı.
Azərbaycan ədəbiyyatı tarixində nitqin, danışığın gözəlliyinə yüksək qiymət verən N.Gəncəvi, İ.Həsənoğlu, N.Tusi, İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətayi, M.P. Vaqif və b. böyük natiqlər olmuşlar.
XIX əsrdə Azərbaycanda M.Ş.Vazeh, M.F.Axundzadə, A.Bakıxanov, Q.Zakir kimi praktik natiqlər yetişmişlər. M.F.Axundovun "Kritika" və "Tənqid risaləsi" adlı məqalələrində dilin təkmilləşdirilməsi məqsədilə söylədiyi fikirlər bu gün də əhəmiyyətini itirməmişdir.
XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərən qabaqcıl, mütərəqqi ziyalılar olan Mirzə Kazım bəy, M.Ş.Vazeh, C.Məmmədquluzadə, M.Ə.Sabir, S.Ə.Şirvani, N.Nərimanov, Ömər Faiq Nemanzadə, Abdulla Şaiq, Firudin bəy Köçərli və başqaları yazdıqları məqalələr, dərslik və dərs vəsaitləri ilə məktəblərimizə, maarif və mədəniyyətimizə xeyli kömək etmişdir.
H.Zərdabinin redaktorluğu ilə işıq üzü görən Azərbaycanın ilk ana dilli mətbuatı olan "Əkinçi" qəzeti, C.Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalı ətrafına ziyalılar toplamış və görkəmli natiqlər yetişdirmişdir.
Heydər Əliyev zəmanənin görkəmli natiqlərindən olmuşdur. Dahi şəxsiyyət hər şeydən əvvəl dilinə, xalqına böyük məhəbbətlə böyümüş bir vətəndaş idi. Azərbaycan dilini mükəmməl bilirdi və istəyirdi ki, digərləri də öz dilini yaxşı bilsinlər, dilimizin incəlikləri ilə, zəriflikləri ilə yaxından tanış olsunlar.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə