Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə7/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Şərqdə ritorika


Natiqlik sənətinə Şərqdə də maraq yaranmışdı. Şərq ölkələrində – Assuriya, Babilistan, Çin, HindistanMisirdə natiqlik sənəti çox inkişaf etmiş, istedadlı natiqlər xalqın hörmət və məhəbbətini qazanmışdır.
İslam dininin VII əsrdə meydana gəlməsi Ərəb mədəniyyətinin - ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elminin inkişafında xüsusi mərhələ olmuşdur. Bu dövrdə Məhəmməd Peyğəmbər görkəmli natiq kimi Allahdan gələn vəhyləri, məscidlərdə oxuduğu xütbələrlə adamlara çatdırır, onları bir olan Allaha ibadət etməyə, möminliyə çağırırdı. Məhəmməd Peyğəmbər bir natiq kimi müsəlmanları Allahın kəlamlarına, Qurani-Kərimin hökmlərinə, şəriət qanunlarına tapınmağa dəvət edirdi.
İslamın ikinci böyük şəxsiyyəti olan Həzrəti Əlinin zəngin irsində danışıq, onun etik qaydaları barədə ibrətamiz fikirlər söyləmişdir: Danışanın özünə yox, sözünə daha çox diqqət et, Düşün, daşın, sonra danış. Hər kəs öz dilinin altında gizlənib.
Həzrəti İmam Əli xütbələri ilə özünü mahir natiq kimi tanıtmışdır. Onun kəlamları indi də bütün dünyada məşhur olan "Nəhcul Bəlağə" adlı kitabda toplanmışdır.
Əl Fərabinin tərtib etdiyi ritmik-melodik modellərlə, "Qurani Kərim" ayələrinin xüsusi avazla oxunması hesabına ərəb natiqlik sənəti daha da inkişaf etməyə başladı.
Şərq dünyasının böyük alimi Əbu Əli İbn Sina, şair və filosofları Firdovsi, Əbu Reyhan Biruni, Mahmud Kaşqarlı, Sədi Şirazi və b. öz əsərlərində sözə yüksək qiymət vermiş, danışıq qabiliyyətinin, sözdən istifadə bacarığının insan ləyaqəti ilə üzvi bağlı olduğunu hikmətli sözlərlə, ifadələrlə oxucularına çatdırmışlar.
  1. Ritorikanın dilçilik və ədəbiyyatşünaslıqla əlaqəsi


Nitq mədəniyyəti müxtəlif elmlərlə əlaqəli şəkildə inkişafını davam etdirir. Onun aşağıdakı elmlərlə əlaqəsi mövcuddur: Dilçilik, Ədəbiyyat, Psixologiya, Pedaqogika, Tarix, Etika, fəlsəfə, ədəbiyyatşünaslıq, fizika vəs.
Dil nitqin bazası, nitq isə dilin ifadə formasıdır. Nitq özü tamamilə dil bazasında yarandığı kimi, bəlağətli nitq (ritorika) də dil normaları əsasında yaranır. Dil normalarını tənzimləyən onları ümumiləşdirən dilçilik olduğu üçün ritorika dilçiliyin bir bölməsi hesab edilir. Dilçiliyin fonetika, leksikologiya, frazeologiya, morfologiya bölmələri ritorikanı da əhatə edir. Hər bir ritor Azərbaycan dilinin fonetik qanun və vasitələrindən düzgün istifadə etməli, dilimizin leksik tərkibini mükəmməl surətdə mənimsəməli, geniş söz ehtiyatına malik olmalı, lüğəvi vahidlərdən yerində və bacarıqla istifadə etməlidir. Əksinə, leksik normalardan kənara çıxan (loru, jarqon, vulqar sözlər işlədən) adam dərhal dinləyicidə marağın sönməsinə səbəb olur.
Nitq mədəniyyətinin ədəbiyyatla əlaqəsindən bəhs edərkən yadda saxlamalıyıq ki, ədəbiyyat həyatı bədii obrazlarla əks etdirən söz sənətidir. Deməli, həm nitqin, həm də ədəbiyyatın materialı sözdür. Bu sənət hamının diqqətini cəlb edir. Ədəbiyyat böyük auditoriyanı əhatə edir. Ona görə də şair və yazıçılarımız əsəri yazarkən, hər bir söz haqqında dərindən düşünür, ona yeni rəng, çalar, məna verib sonra işlədirlər. Beləliklə yazıçı natiqlik sənətinə xidmət edir. Bədii ədəbiyyatda istifadə olunan məcazi mənalı sözlər, sinonimlər, cinas qafiyənin yaradılmasında işlənən omonimlər və s. nitqin qurulmasında mühüm rol oynayır.
Ritor– əslində danışdığı dildə yaranmış olan ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslığı da bilməlidir. Ədəbi janrların poeziya, nəsr, dram janrlarının əsas xüsusiyyətlərini bilməlidir. Xüsusilə əruz vəznində yazılmış şeirləri oxumaq, dinləyiciyə çatdırmaq üçün natiqdən — ritordan bu sahəni yaxşı bilmək tələb olunur. İstər heca vəznində, istər sərbəst vəzndə yazılmış şeir olsun, onu ifadəli şəkildə düzgün oxumasan dinləyicini də razı sala bilməzsən.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə