Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri



Yüklə 129,04 Kb.
səhifə8/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Nəsr dram əsərlərinin xüsusiyyətlərini də dərindən mənimsəmək lazımdır. Nağıl ilə oçerki eyni tonda, eyni ahəngdə oxumaq olmaz. Eləcə də dramatik əsərlə komik əsəri eyni formada oxumaq natiq üçün qüsurdur.
  1. Ritorikanın etika və estetika ilə əlaqəsi


Hər bir şəxsin nitqi ağlını əks etdirir. Natiq olmaq istəyən hər bir şəxs bütün etik normalara riayət etməlidir. Natiq danışarkən səsinə münasib tembr seçməli, jestlərdən düzgün istifadə etməli, mimika ilə mənalar ifadə etməlidir.
Etika fəlsəfi termin olub, yunanca etos – əxlaq, xarakter, adət deməkdir. Natiq nitqində etik problemlərin hamısına əməl etməlidir. Xüsusilə söz seçimi natiqin ən başlıca vəzifəsidir. Ritor unutmamalıdır ki, onun geyimi, xarici görkəmi, əl-qolunu yerli-yersiz, mənalı və mənasız qaldırıb- salması onun nüfuzunu müəyyən edir. Ritorun işlətdiyi bircə ədəbsiz söz onun daxili aləminin puç olduğunu sübut edər.
Natiqin auditoriyaya münasibəti də əsas etik problemlərdəndir. Natiq hörmətlə yanaşmalı və hətta tənqidi məqamlarda belə etik normalardan kənara çıxmamalıdır. Natiq olmaq istəyən şəxs bütün
davranış qaydalarını gözəl mənimsəməlidir. Natiqin yerişi, baxışı, hərəkəti, geyimi, nəzakəti, üzünün ifadəsi dinləyicidə ona qarşı rəğbət hissi oyatmalıdır.
Natiq fikirləşməlidir ki, mən auditoriya ilə necə ünsiyyət yaradım, nitqimi necə başlayım? Olduqca həssas və tələbkar dinləyicilər natiqin səsinin titrəməsini, həyəcanlanmasını, bir an çaşıb qaldığını da duyub hiss edirlər. Təcrübəli natiqlər isə belə momentləri nitqlərində etdikləri pauza ilə, az da olsa, aradan qaldırırlar.
Natiqlər çıxış edərkən qalstukunu, pencəyinin düyməsini, əlindəki tabaşiri və yaxud qələmi oynada- oynada fikrini ifadə edir. Etika nitqin şərhi zamanı göstərilən bu nöqsanların aradan qaldırılmasına köməklik göstərir.
Estetika mənşəcə yunan dilindən alınmış sözdür, mənası hiss edilən, həssas deməkdir, gözəllik, bədiilik anlamındadır. Estetika incəsənət haqqında, bədii yaradıcılıqda, təbiətdə və həyatda gözəl formalar haqqında fəlsəfi nəzəriyyə olub gözəlliyə, bədiiliyə, incəliyə pərəstişkarlıq, məftunluq mənalarını ehtiva edir. İnsandakı zahiri, təbii gözəllik və mənəvi, intellektual-əxlaqi gözəllik nitq gözəlliyi ilə vəhdətdə olanda ahəngdarlıq yaranır. Gözəl əxlaqi keyfiyyətlər mədəni, gözəl, cəlbedici nitqlə uyarlıq təşkil edəndə insanda gözəllik hissi, estetik duyğular güclənir.

  1. Yüklə 129,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə