Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Ritorikanın məntiq və tarix ilə əlaqəsi



Yüklə 129,04 Kb.
səhifə9/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   65
Öz Az dili və nitq mədəniyyəti

Ritorikanın məntiq və tarix ilə əlaqəsi


Tarix cəmiyyətin yaranmasını, inkişafını öyrənən bir elmdir. Tarix bütün elmlərlə əlaqəli şəkildə öyrənilir. Natiqlik sənəti də belə elmlərdən biridir. Natiqlik sənəti tarixi yol keçmiş, tədqiq olunmuş, müəyyən müvəffəqiyyətlər əldə etmişdir. Natiqlik sənətini araşdırmaq, tədqiq etmək üçün onun tarixinə nəzər salmaq lazımdır. Nitq mədəniyyətinin tarixlə əlaqəli inkişaf etməsinin əsas amillərindən biri budur ki, sözlərin mənasının daralmasını və ya genişlənməsini, yeni semantik məna kəsb etməsini, arxaikləşməsini müəyyən edir.
Ümumiyyətlə, bu bir həqiqətdir ki, nitq mədəniyyəti ilə tarix elmi bir-biri ilə sıx şəkildə əlaqədardır. Tarixçi əldə etdiyi nəticəni nitq vasitəsi ilə şərh edir
Məntiqlə əlaqəsindən onu deyə bilərik ki, Təfəkkürün qanun və formaları haqqında elm kimi fikrin, əqli nəticənin düzgünlüyünü, ağlabatanlığını öyrənir. Nitqin effektliyinin məntiqliklə bağlı olduğunu əsaslandırır)
  1. Ritorikanın fiziologiya və psixologiya ilə əlaqəsi


Psixologiya insan xarakterlərini, hər bir xarakterin spesifik xüsusiyyətlərini öyrənir. İnsan nitqi bilavasitə təfəkkür ilə bağlı olduğu üçün psixologiya ilə də bağlıdır. Təfəkkür insanın dili ilə psixologiyasının birləşdiyi nöqtədir. İnsan düşünəndə və danışanda onun bütün beyin qabığı fəaliyyətdə olur.
İnsan danışıq zamanı hansı psixi prosesin təsiri altında olması həlledici rola malikdir. Əgər ritor müsbət emosiyaların təsiri altındadırsa, nəticədə nitqi gözəl olur. Əksinə, mənfi emosiyaların təsiri altında olduqda psixolinqvistik mexanizmi sanki bağlı olur. Bu vaxt hər bir adam bildiyini də danışa bilmir. Məsələn, başına bədbəxt hadisə gəlmiş heç bir natiq heç bir mövzunu şövqlə danışa bilməz. Və yaxud, ritorun çıxışının yaxşı məqamında bir qeyri-adi hadisə baş versə, o nitqini əvvəlki kimi davam etdirə bilməyəcək.
Bəzən natiqlər çıxış edərkən həyəcanlanır və bir müddət özlərini ələ ala bilmirlər. Keçirilən gərginlik nitqin gözəl ifadə olunmasına maneçilik törədir. Ona görə də natiq düşdüyü vəziyyətdən çıxmaq üçün psixi cəhətdən hər hansı maneəyə qalib gəlməyi, əsəblərini cilovlamağı bacarmalıdır.
Natiqin nitqinin gözəl olması üçün psixoloji hazırlıq olduqca faydalı və məqsədəuyğundur. Bundan əlavə, natiq qarşısında çıxış etdiyi auditoriyanın psixologiyasını da bilməlidir.

Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə