Qaydaların kobudcasına pozulmasının, paytaxtdakı dözülməz tıxacların və s ciddi şəkildə artmasını kim inkar



Yüklə 382,59 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix01.06.2018
ölçüsü382,59 Kb.
#46947
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   15

Avto

Stop


11

  Yəni, vəsiqəni verməyib onu  6 

ay  cibinizdə gəzdirmək hələ 

məhdudlaşdırılma haqqında 

qərarın icrasının bitdiyinə dəlalət 

etmir. Vəsiqə mütləq DYP-ə təqdim 

olunmalıdır.

  

456.1-1. Xüsusi hüququn 

məhdudlaşdırılması haqqında 

qərar qəbul edildiyi gündən üç iş 

günü müddətində xüsusi hüququ 

məhdudlaşdırılmış fiziki şəxs onun 

xüsusi hüququnu təsdiq edən müvafiq 

sənədi bu Məcəllənin 455.2-455.4-

maddələrində nəzərdə tutulmuş 

aidiyyəti orqana təqdim etməli

(əgər həmin sənəd bu Məcəllənin 

404.2-ci maddəsinə əsasən daha 

əvvəl götürülməyibsə), müvafiq 

sənəd itirildiyi hallarda isə həmin 

müddətdə qeyd olunan orqana bu 

barədə ərizə verməlidir.

  Sorğularda sıralanan digər məsələ 

imtahan verilib-verilməməsi 

haqqındadır. Əgər sürücülük 

hüququnuz 1 ildən artıq müddətə 

məhdudlaşdırılıbsa siz təcrübi 

imtahan verməlisiniz. İmtahanı 

uğurla versəniz həmin gün 

vəsiqəniz geri qaytarılacaq. Lakin 

əgər sizin sürücülük hüququnuz 

1 ilə qədər məhdudlaşdırılbsa, 

məhdulaşdırılma haqqında 

qərarın bitdiyi gün vəsiqəniz sizə 

geri qaytarılır. Bu, İXM-nin 456-cı 

maddəsi ilə nizamlanır.

Avto


Stop

  

Hər zaman hüquqlarınızı bilin. Elə indi bu yazılanları çap edib özünüzlə gəzdirin. Siz bir 

xəta etmisiniz və sizin sürücülük hüququnuz məhdudlaşdırılıb. Lakin bu o demək deyil ki

sizə qanunda nəzərdə tutulmayan cəza növləri tədbiq olunmalıdır. Siz cəzanızı çəkdikdən 

sonra , sürücülük vəsiqənizi geri almalı və qaydalara əməl edərək A nöqtəsindən B 

nöqtəsinə çatmalısınız. 


12

Avto


Stop

Qəza zamanı nə etməli ?

      

Qanunun infoqrafik izahı

Hadisə haqqında 

dərhal polisə məlumat verin!

Hadisədən zərərçəkən varsa 

təcili tibbi yardıma zəng edin

Tibb çantanızı 

gətirin və ilkin tibbi 

yardım 

göstərməyə 

çalışın.

Təcili tibbi 

yardım 

gecikdiyi 

təqdirdə, eyni 

istiqamətdə 

gedən 

avtomobillə 

zərərçəkəni 

yola salın.

Sığorta şirkəti

+994 123

Hadisə 

haqqında 

sığorta şirkətinə 

məlumat verin.

Hadisənin 

nəticəsinin 

şəkillərini qeyd 

edin və hadisə 

şahidlərinin 

məlumatlarını 

toplayın.

Dəymiş ziyan 1000 

manata qədərdirsə, 

günahkar bəlli 

və avtomobillər 

hərəkət edə bilərsə 

polisi çağırmağa 

ehtiyac yoxdur.

Dəymiş ziyanla bağlı 

hər hansı bir iddia 

olmasa belə hadisə 

haqqında mütləq 

polisə məlumat verin.

Yoxsa sizi 80 manat 

cərimə və 4 cərimə 

balı gözləyir.

Avtomobillər yolun hərəkət hissəsini kəsibsə, 

yolun hərəkət hissəsini ehtiyatla boşaltmaq 

lazımdır. Lakin hadisə yerini tərk etməmək 

şərti ilə. Bütün detallar dəqiqləşdirildikdən 

sonra təxliyyə avtomobili çağırıla bilər.


Avto

Stop


13

  IV. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-

nəqliyyat hadisəsi zamanı:

1) nəqliyyat vasitəsini yerindən tərpətməməli

qəza dayanma nikanını qurmalı, qəza işıq 

siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı 

işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan 

əşyaların yerini dəyişməməlidir;

2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi 

üçün mümkün olan tədbirləri görməli, «Təcili tibbi 

yardım» maşını çağırmalı, zərər çəkənləri həyat 

üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu 

səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı 

tibbi müəssisəyə göndərməli, bu mümkün 

olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə 

aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd 

və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı 

sənədini təqdim etməklə özünün soyadını, 

nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını 

bildirməli, sonra hadisə yerinə qayıtmalıdır;

3) başqa nəqliyyat vasitələrinin hərəkəti 

qeyri- mümkün olduqda, yolun hərəkət 

hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini 

boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında 

müalicəxanaya aparmaq zərurəti olduqda

şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin 

vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan 

əşyaları qeyd etməli və onların qorunması, 

nəqliyyat vasitələrinin hadisə yerinin yanından 

keçməsini təşkil etmək üçün mümkün olan bütün 

tədbirləri görməlidir;

4) hadisə haqqında Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanına xəbər 

verməli, hadisəni görmüş adamların 

soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanı 

əməkdaşlarının gəlməsini gözləməlidir;

5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində 

heç kim xəsarət almamışdırsa, maddi zərər 

cüzidirsə, nəqliyyat vasitələrində, onların 

hərəkət etməsinə mane ola biləcək nasazlıq 

yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər 

hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə 

razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib 

imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş 

qaydada sənədləşdirmək üçün Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti 

orqanına gəlməlidirlər.


Yüklə 382,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə