Qaydaların kobudcasına pozulmasının, paytaxtdakı dözülməz tıxacların və s ciddi şəkildə artmasını kim inkar



Yüklə 382,59 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix01.06.2018
ölçüsü382,59 Kb.
#46947
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   15

26

26

Xalqın uşaqları



AMERİKANIN

"MEXANİKİ

ÜRƏYİ"

A

merikalıların ona b



öyük rəğbəti var. Və bu heç də 

boşuna deyil. Axı, bu nəhəng müəssisə nə qədər işlər 

görüb, neçə-neçə yeni, özü də mişli görünməyən  

texnologiyaların yaradılmasına imzasını atıb.   

  1919-cu ildə avto-krediti tətbiq edən ilk avtomobil 

konserni, buxar maşınlarının sonunu tezləşdirən avtomobil 

markası, ürək əməliyyatlarında ilk dəfə mexaniki ürəyi tətbiq 

edən, hidrogen yanacaqla işləyən maşınların banisi, NASA 

proqramlarına qatılan möhtəşəm  şirkət... Əlbəttə, söhbət 

“General Motors Corporation”dan gedir...

Öz fəaliyyətinə 1900-cü ildə başlayan Amerikanın “General 

Motors Corporation” (GMC) konserni bu gün də  minik və 

yük avtomobillərinin istehsalında dünya öncüllərindən biri 

hesab olunmaqdadır.  

  Vaxtıyla nəhəng  “General Motors” brendinin əsasını Moris 

və Maks Qrabovski qardaşları qoyub. Onlar əslində  ilk dəfə 1 

silindirli mühərriki olan yük avtomobilini hazırlamışdılar. Lakin 

proseslər fərli şəkildə davam etdi.  Elə  o zaman – 1902-

ci ildə məhz sözügedən mühərriklərlə təchiz olunmuş yük 

maşınları istehsalçısı “Rapid Motor Vehicle” adlı şirkət 

yaradılsa da sonradan təkbaşına “duruş” gətirə bilmədi.

1902-ci ildə Miçiqan şəhərində peyda olan Vilyam S. Düran 

adlı bir şəxs artıq  “General Motors” adlı güclü bir şirkət 

yaratmışdı. Və məşğul olduğu işin öhdəsindən layiqincə gələ 

bilən, inamlı addımları atmağı, yeniliklər etməyi bacaran bu 

adam – V. Düran şirkətini daha da böyüdərək  genişləndirmək 

üçün zamanla ətrafındakı kiçik avtomobil istehsalçılarını da 

ələ keçirməyə başlamışdı. Bu istiqamətdə fəaliyyətini etibarlı 

quran iş adamı getdikcə bir nəhəngə çevirilməkdəydi və 

tanınmış həmin  “Rapid Motor Vehicle” şirkət  də söylədiyim 

“birləşmədən” qaça bilmədi. 

  Proseslər bir sıra ağıllı şəxslərin proqnozları kimi inkişaf 

etməyə balamışdı. “General Motors” getdikcə böyüyür 

əlaqələri genişlənir, gəlirləri artırdı. Çox keçmədi ki, bu artım 

konsernin daha bir pillə irəli getməsinə  gətirib çıxardı. Və 

onlar üçün əlamətdar olan 1909-cu il nəhayət  “General 

Motors Corporation” markasının yaranma tarixinə döndü.

1916-cı ildə yük avtomobillərinin ilk transamerikan yürüşündə 

iştirak edən GMS-nin bu “səyahəti” Sietldan Nyu-Yorkadək 

davam etdi. Nəticə isə ürəkaçan idi. Məhz keyfiyyət 

göstəriciləri onları sifariş ünvanına çevirdi. 1917-1919-cu 

illərdə, yəni Birinci Dünya Müharibəsi illərində “General 

Motors” təxminən 10.000 yük avtomobili istehsal etdi. 

Amma həyat yerində duranları yolundan kənara  tullayır. Ona 

görə də yeni nələrsə ortaya qoyulmalıydı. Qoyuldu da. Bir 

müddət sonra marka avtomobillərinin görkəmini dəyişərək 

müxtəlif vaqon tipləri yaratdı.



Avto

Stop


27

T-14


Vilyam S. Düran

  Qeyd edək ki, bu  yenilik də alıcılar tərəfindən pis qarşılanmamışdı. 

1925-ci ildə «The Yellow Cab Manufacturing» şirkəti də “General 

Motors”un tərkibinə daxil olmaq məcburiyyətində qaldı. Və  bu da o  

demək idi ki, konsern daha böyük  sifarişlər üçün hazır vəziyyətdəydi. 

Elə  həmin tarixdən başlayaraq “General Motors” daha ağırtonnajlı 

yük avtomobillərinin istehsalına da girişdi. Həmin dövrlərədək bu 

sahədə artıq yetərincə təcrübəyə sahiblənmiş GMS nəhayət 1929-

cü ildə xüsusi sifarişlər aldı ki, həmin yük maşınları sirk heyvanlarını 

daşımalıydı. Şirkət üçün növbəti  yenilik isə bir neçə il sonar istehsal 

etdiyi ilk yarımtonluq T-14 piakpları oldu.  Bu təxminən 1938-ci illərə 

təsadüf edirdi.

  Maraqlıdı, bir neçə il sonar bötövlükdə Avropanı bürüməyə 

başlayan II Dünya Müharibəsi bir çox istehsal müəssisələrini, sənaye 

nəhənglərini iflic vəziyyətə salmışdı. Şirkətlər biri-birinin ardınca 

bağlanırdı. Təbii ki, pul yox, sifarişçilər sürətlə azalmış, maddi 

durumlar zəifləmişdi. Amma bütün bunlara rəğmən müharibə də 

GMC üçün əlverişli bir mərhələyə çevrildi.  Çünki belə bir zamanda 

da şirkətə verilən sifarişlərin sayı durmadan artırdı. İşini qabaqcadan 

doğru nizamlayan şirkət  "Lend-liz" proqramına əsasən  Sovet İttifaqı 

üçün də tanklar, yük maşınları və digər hərbi texnika istehsal edirdi.   

Məhz GMC ilk su və torpaq üzərində hərəkət edə bilən avto-amfibiya 

avtomobillər hazırladı. Bu maşınlar “DUKW” adlanırdı ki, ingiliscədən 

tərcüməsi “ördək” demək idi.  

“DUKW”

  1949-1950-ci illərdə daha modern, həm də müxtəlif siniflərə məxsus yük maşınları istehsal etməsinə rəğmən şirkət 



özündə köklü dəyişikliklər etmək fikrinə düşdü. Və  belə demək mümkünsə bunu bacardı da. Məhz həmin dövrlərin texnikası 

olan kabinəsi mühərrik üzərində yerləşdirilən yük maşınları işıq üzü gördü. “Bubblenose” adını daşıyan bu texnikanın 

kabinasında yataq  yeri də yaradılmışdı. Əlbəttə, bunlar öz dövrü üçün unikal maşınlar sayılırdı. Bir il sonra – 1950-ci ildə 

“Bubblenose”nin ardınca “Cimmi” avtomobillərinin istehsılına başlanıldı.




Avto

Stop


28

  1988-ci ilin yanvar ayından GMC üçün yeni bir səhifə də 

açıldı. Belə  ki, şirkət “Volvo-White” qrupu ilə birləşərək 

müştərək məhsulları olan “New Family” markası altında 

“Autocar” yük maşınlarını buraxmağa başladılar.   

  “General Motors” hazırda avtomobil istesalatına görə, 

“Toyota” və “Volskwagen” şirkətlərindən sonra reytinqdə 

üçüncü yerdə addımlayır. Bu nəhəng şirkət 35 ölkədə maşın 

istehsalı ilə məşğul olur, 192 ölkədə satış həyata keçirir.  İllik 

satışı 9 milyon avtomobildən çox olan Avtokonsernin qərargahı 

Detroytdadır.  

  Ədalət naminə  onu da qeyd etmək  lazımdı ki, GMC 

şirkətinin tarixi heç də həmişə parlaq səhifələrlə bol olmayıb.  

Müxtəlif illərdə şirkət hətta müflisləşmə ilə üz-üzə qalıb. 

Lakin zaman-zaman şirkətin köməyinə ABŞ höküməti çatıb. 

Məsələn, elə  ötən ilin sentyabr ayında “General Motors”  

900 milyon dollar məbləğində cərimə edilmişdir. Bu da şirkətə 

məxsus avtomobillərdə 124 nəfərin ölümünə səbəb səhvlərin 

düzəldilməsi ilə bağlı idi…     

  Hazırda “General Motorsun” tərkibinə daxil olan markalar 

bunlardır: “Alpheon”, “Buick”, “Cadillac”, “Chevrolet”,

 “GMC”, “Holden”, “Opel” və “Vauxhall”. Əvvəllər bu 

sırada  “Oldsmobile”, “Pontiac”, “Hummer”, “Saturn”, 

“Asüna”, “Acadian”, “Geo” markaları da var idi. 

Səhmlərinin qiyməti 177,7 milyard dollar təşkil edən bu 

nəhəng konsernə məxsus şirkətlərdə 216 min insan çalışır. 

Və demək olar ki, hələ də ciddi sifarişçi sıxıntısı çəkmir. 




Yüklə 382,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə