Qaydaların kobudcasına pozulmasının, paytaxtdakı dözülməz tıxacların və s ciddi şəkildə artmasını kim inkar



Yüklə 382,59 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix01.06.2018
ölçüsü382,59 Kb.
#46947
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

35

Avto


Stop

FORMULASI



GƏLİR


Avto

Stop


36

Avtoidman

  XIX əsrdən başlayaraq avtomobil həyatımıza sürətlə 

daxil olmağa başladı. Təbii ki, indi gördüyümüz şəkildə 

deyil. İlkin dövrlərdə çox sadə, primitiv, hətta 3 təkərli 

olan bu texniki vasitə  zaman keçdikcə təkmilləşdi, 

inkişaf etdi, durmadan modernləşdi. İnsanların 

həyatının bir parçasına çevirildi. Hazırda isə demək 

olar ki, avtomobil sahəsi müasir dünyanın əsas iqtisadi 

güclərindən birinə çevrilib. 

Əlbəttə, bu inkişaf özüylə bərabər maşınlarla bağlı 

müxtəlif layihələrin də meydana gəlməsinə səbəb 

olub. Çünki insanların həyatına sürətlə daxil olan 

nəqliyyat vasitələri müxtəlif maraqların, layihələrin 

də doğulmasını zəruri etmişdi. Artıq insanlar maşını 

müxtəlif görəvlərdə, başqa-başqa səhnələrdə  görmək 

istəyirdilər. Elə idman sferasında da. Yəni yarışlarda...

İlk avtomobil 1885-ci il. Konstruktor Karl Benz

  İlk avtomobil yarışının keçirilməsi  1887-ci ilə 

planlaşdırılmışdı. Lakin bu Paris-Ruan tədbiri qatılım 

sayı az olduğundan keçirilmədi. Hətta o zamanlar çoxları 

bu uğursuzluğa görə belə düşünürdü ki, idmanın bu 

yeni növü “yaşama” haqqını qazana bilmıyəcək. Amma 

sonralar maşınlar bu haqqı yüksək səviyyədə qazandılar. 

İnsan həyatı üçün gərəkli bir atributa çevrilmiş maşın 

yarışları nəinki idman marağının bir hissəsinə, hətta müasir 

iqtisadiyyatın da  əsas səahələrindən birinə çevrildi. 

Çünki heç kimə sirr deyilki avtomobil yarışlarında istifadə 

edilən texnoloji yeniliklər sonradan avtomobil istehsalında 

tətbiq olunmağa başladı. Və təbii ki, bu yarışlar öz 

növbəsində avtomobil istehsalına çox böyük təkan verdi. 

Məlumatı olanlar bilir ki, maşın sənayesinin belə intensiv 

inkişafı idman yarışlarını da təkmilləşdirməkdəydi. 



            Paris-Ruan avtoyarılşları. 1894-cü il

S

onradan, yəni 1950-ci ildə Formula-1 



adlanan bir yarış “doğuldu”. Bəli, II Dünya 

Müharibəsindən sonra iqtisadi böhran 

içərisində çabalasa da Avropa heç də belə 

bir yarışın təşklindən vaz keçmədi. Çünki 

onlar anlamışdılar ki, bu tədbir sabahın böyük 

biznes planlarından biri olacaq. Ölkələr onunla 

iqtisadiyyatın dirçəlməsi üçün yeni perspektivlər 

qazanacaq. Və belə də oldu...  

Hətta sonralar bu, Avropanın sərhədlərini də 

aşıb keçdi. İndi Formula-1 yarışları, belə demək 

mümkünsə, dünyanın ən müxtəlif qitələrində, 

ən müxtəlif şəhərlərində gerçəkləşdirilir.   

Məmnuniyyətlə qeyd etmək lazımdı ki, Rusiyadan 

sonra postsovet ölkələri arasında həmin yarışı 

keçirəcək  ilk dövlət Azərbaycan olacaq.  Və bu, 

bizim iqtisadiyata da stimul verə biləcək. Əlbəttə, 

belə bir fikiri nə gəlişi gözəl sözlər olduğu üçün, 

nə də şəxsi qənaətimin nəticəsi kimi söyləyirəm. 

Mən sadəcə  düşüncələrimi neçə illərdir izlədiyim 

Formula-1 və onun töhvəsi olan rəqəmlərin dili ilı 

ifadə etmək istəyirəm.

Bildirdiyim kimi, Foprmula-1 1950-ci ildən 

keçirilməyə başlayıb. İlk yarış 113 gün çəkib və  7 

müxtəlif ölkədə baş tutub. Diqqət edək, bunlardan 

4-ü birbaşa II Dünya Müharibəsinin iştirakçısı və 

ərazisində ağır, dağıdıcı döyüşlərin getdiyi ölkələr 

olub: İtaliya, Belçika, Fransa, Böyük Britaniya.



Avto

Stop


37

   Müqayisə üçün deyim ki, Fransanın 4 illik işğalı 

dövründə istehsalat 70% azalmış, ölkəyə 1.440 

mlrd. frank  ziyan  dəymiş və 1.100 nəfər insan 

həyatını itirmişdi. Bundan başqa, Vyetnamda və 

Əlcəzairdə başlayan müharibələr belə Fransaya 

Formula-1-i keçirməyə mane olmamışdı.   

   Almaniya müharibədən daha ağır 

məğlubiyyətlə çıxmışdı. Dövlət faktiki olaraq 

böyük güclər tərəfindən iki yerə bölünmüş, 

müxtəlif iqtisadi və siyasi embarqolara 

məruz qalmışdı. Ölkənin ağır sənayesinə belə  

qadağalar qoyulmuş, istehsal müəssələrinin 

əksəriyyəti dağılmışdı. Bir çox sahələr iflic 

vəziyyətindəydi. Təsəvvür edin ki, həmin 

Almaniya (Almaniya Federativ Respublikası) 

1951-ci ildən Formula-1 yarışının təşkilatçılığını 

öz üzərinə götürdü. Bütün bu faktlara rəğmən 

Formula-1-in iqtisadi xeyir  gətirdiyinə 

inanmayanlara məntiqi bir sual yaranır:  NİYƏ ?

  Formula-1-in digər idman tədbirlərindən 

əlbəttə müəyyən fərqi var. Ən əsası həmin 

yarışın sponsorlarının, komandaların və yarış 

şərtlərinin əməli şəkildə bir-biriylə bağlı 

olmasıdır. İlk dövrlərdə Formula-1-də reklama 

yer verilməyib.    Lakin yarışın “müəllifləri” 

zamanla onun iqtisadi gücünə bələd olduqca bu 

səhvələrini aradan qaldırıblar. Və elə bu üzdən 

də 1960-cı illərin sonundan etibarən  iştirakçılar 

reklamçılarla müqavilə bağlamağa girişdilər. 

Həmin dövrlər demək olar ki,  Formula-1-in 

kütləviləşməsi prosesi başlamaqdaydı. Axı, bəlli, 

sabit bir təqvimlə təşkil olunan yarışları əvvəlki 

vaxtlar geniş şəkildə, digər yerlərdə   televiziya 

vasitəsiylə izəmək olmurdu. Çünki çəkimlər və 

tele-yayımlar məhdud idi. Belə bir şounu yalnız  

ev sahibliyi edən ölkələrdə ekrandan müşahidə 

etmək mümkün idi. Özü də darıxdırıcı formada. 

Bu cür şəraitdə də turizmdən, yəni əsaslı 

turizmdən,  söhbət belə gedə bilməzdi.

  Amma zaman keçdikcə vəziyyət dəyişdi. Yarışlar 

genişlənmiş auditoriya üçün  televiziya vasitəsi 

ilə yayınlandıqdan sonra sponsor və marketinq 

addımları atılmağa başladı ki, bu da Formula-1 

turizmini yaratdı. Yarışların daimi izləyiciləri 

meydana gəldi. Məsələn, İtaliyanın “Ferrari” 

komandasının “tiffozi”si mövcuddur və onlar 

bütün yarışlara yollanırlar. Hər il 20 müxtəlif 

ölkəyə gedib pul xərcləməyin nə olduğunu 

yəqin ki, çoxları bilir. Əgər azarkeş axınlarının 

yalnız bir-iki ölkə ilə məhdudlaşmadığını 

da nəzərə alsaq nəticənin hansı səviyyədə 

olduğunu aydın görərik.

            Cuzeppe Farinanın finişi.Böyük Britaniya Rqan prisi.1950-ci il

500

mln

televiziya auditoriyası



Yüklə 382,59 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə