Qaydaları"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasinin naziRLƏr kabinetinin qərari "



Yüklə 52,32 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü52,32 Kb.
#37309
növüQaydalar


"Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNIN QƏRARI 



 

 "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, 

qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan 

Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli 

Fərmanının 1.6.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan 

Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 

"Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları" təsdiq edilsin (əlavə 

olunur). 

                                                Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə 

 

Bakı şəhəri, 14 may 2014-cü il 



                 № 146 

  

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2014-cü il 14 may tarixli 146 nömrəli qərarı ilə 



   TƏSDIQ EDILMIŞDIR 

 

Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi 

 

QAYDALARI 

 

1. Ümumi müddəalar 

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 

təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 

Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi 

barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli 

Fərmanının 1.6.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır. 

1.2. Bu Qaydalar tikinti ərazisinin hüdudları daxilində torpaq sahəsinin səmərəli və 

təhlükəsiz istifadəsi məqsədi ilə təbii (geoloji) şəraitin və texnogen təsirlərin öyrənilməsi, 

eləcə də  ərazinin planlaşdırılması, tikinti obyektlərinin layihələrinin hazırlanması və 

əsaslandırılması üçün zəruri ilkin məlumatlar əldə etmək məqsədi ilə həyata keçirilən 

mühəndis-axtarış işlərinin aparılması qaydasını, bu növ işlərin yerinə yetirilməsinə dair 

tələbləri, işlərin icrası zamanı tikinti və şəhərsalma fəaliyyəti subyektlərinin vəzifələrini, 

həmçinin mühəndis-axtarış işlərinə dair dövlət nəzarətinin həyata keçirilməsi 

mexanizmini müəyyən edir. 

1.3. Bu Qaydaların əsas məqsədi ərazilərin sabit inkişafını, insanların həyat 

fəaliyyətinə münasib şəraitin yaradılmasını, təbii və texnogen xarakterli fövqəladə halların 

qarşısının alınmasını təmin etmək üçün tədqiq olunan ərazilərin təbii şəraiti barədə zəruri 

və kifayət qədər ətraflı məlumatların əldə olunmasından ibarətdir. 




1.4. Tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələrinin hazırlanması və 

tikintisinin həyata keçirilməsi, eləcə də həmin tikinti obyektlərinin yerləşəcəyi torpaq 

sahələrinin planlaşdırılması üçün mühəndis-axtarış işlərinin aparılması mütləqdir. 

1.5. Ərazi planlaşdırılması sənədlərinin hazırlanmasında, bir qayda olaraq, dövlət 

geodeziya və kartoqrafiya fondunun material və məlumatlarından istifadə olunmalıdır. 

 2. Mühəndis-axtarış işlərinin aparılması 

2.1. Mühəndis-axtarış işləri tikinti ərazisinin hüdudları daxilində tikinti obyektlərinin 

layihələndirilməsi və tikintisi məqsədi ilə müvafiq məlumatların hazırlanmasını, torpaq 

sahəsinin səmərəli və təhlükəsiz istifadəsi üçün təbii şəraitin və texnogen təsir amillərinin 

kompleks şəkildə öyrənilməsini təmin edən fəaliyyət növüdür. 

2.2. Mühəndis-axtarış işləri xüsusi razılıq (lisenziya) almış şəxslər tərəfindən yerinə 

yetirilməlidir. 

2.3. Mühəndis-axtarış işlərinin nəticələri vahid informasiya təminatı sisteminin tərkib 

hissəsi olan Dövlət Məlumat Fondunda azı 99 (doxsan doqquz) il müddətində saxlanılır 

və  ərazi planlaşdırılması sənədlərinin hazırlanmasında, eləcə də  şəhərlərin, rayonların, 

qəsəbə və kəndlərin (bələdiyyələrin) ərazilərində  şəhərsalma və tikinti fəaliyyətinin 

informasiya təminatı sistemlərinin aparılmasında bu məlumatlardan istifadə olunur. 

Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemlərində həmçinin 

təbii və texnogen xarakterli fövqəladə halların başvermə riskinin əsas amillərinin siyahısı, 

onların xarakteristikaları və riskə məruz qalan ərazilərin xəritələri öz əksini tapmalıdır. 

2.4. Mühəndis-axtarış işləri aşağıdakılardan ibarətdir: 

2.4.1. mühəndis-geodeziya işləri; 

2.4.2. mühəndis-geoloji axtarış işləri; 

2.4.3. mühəndis-hidrogeoloji axtarış işləri; 

2.4.4. geofiziki işlər; 

2.4.5. qruntların laboratoriya tədqiqatları. 

2.5. Mühəndis-axtarış işlərinin icraçısı (bundan sonra - podratçı) geodezik 

məntəqələr (mərkəzlər) yaratmaq, mədən-qazma işləri aparmaq (buruq quyularının, 

şurfların və s. qazılması), stasionar müşahidə şəbəkələri yaratmaq, torpaq və qruntlardan, 

havadan, səthi və yeraltı sulardan, atmosfer yağıntılarından və sənaye tullantılarından 

nümunələr  götürmək,  bu  Qaydaların  tələblərinə  və  sifarişçi  ilə  bağlanan  müqavilənin  

şərtlərinə uyğun olaraq mühəndis-axtarış işlərinin aparılması üçün lazım olan hazırlıq və 

əlaqədar işləri (meydançaların təmizlənməsi və planlaşdırılması, nişanlama cihazlarının 

quraşdırılması, sukənarlaşdırıcıların və novların yerləşdirilməsi, yolların, keçidlərin, 

bərələrin və digər müvəqqəti qurğuların inşası) yerinə yetirmək hüququna malikdir. 

2.6. Mühəndis-axtarış işləri zamanı ölçmə işləri ölçmələrin vəhdətinin təmin edilməsi 

üzrə normativ sənədlərin (metroloji qayda və normaların) tələblərinə uyğunluğu təsdiq 

edilmiş və dövlət sınaqlarından keçirilməklə tipi təsdiq edilmiş ölçmə vasitələrindən 

istifadə edilməklə aparılmalıdır. Ölçmələrin nəticələri Azərbaycan Respublikasında 

kəmiyyət vahidi kimi qəbul edilmiş vahidlərlə ifadə olunmalıdır. 

2.7. Podratçı sifarişçi tərəfindən təqdim olunmuş ilkin məlumatları onların 

aktuallığını və keyfiyyətini nəzərə almaqla təhlil edir, çöl və kameral işlərin yerinə 

yetirilməsi zamanı həmin məlumatlardan istifadənin mümkünlüyü və dərəcəsi barədə 

qərar qəbul edir. 



2.8. Mühəndis-axtarış işlərinin aparılmasına dair proqram tərtib edilir. Həmin 

proqram sifarişçinin tapşırığına, şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun 

olmalı və proqramda təbii şərait, ərazinin tədqiqetmə dərəcəsi nəzərə alınmaqla, işlərin 

tərkib və həcmi, onların yerinə yetirilmə üsulları əsaslandırılmalıdır. 

2.9. Mühəndis-axtarış işlərinin proqramı işlərin yerinə yetirilməsi üçün lazım olan 

tələbləri və məlumatları, o cümlədən aşağıdakıları özündə əks etdirməlidir: 

2.9.1. ümumi məlumatlar; 

2.9.2. ərazinin tədqiqetmə dərəcəsinin qiymətləndirilməsi; 

2.9.3. tədqiqat aparılan ərazinin qısa fiziki-coğrafi xarakteristikası; 

2.9.4. işlərin tərkibi və növləri

2.9.5. işlərin keyfiyyətinə nəzarət sisteminə dair məlumatlar; 

2.9.6. istifadə olunan normativ sənədlər; 

2.9.7. xüsusi şərtlər; 

2.9.8. təbii və texnogen proseslərin təhlükəliliyinin və riskinin qiymətlən-dirilməsi və 

ərazinin mühəndisi mühafizəsi üzrə tədbirlərin əsaslandırılması; 

2.9.9. təqdim olunan hesabat materialları; 

2.9.10. proqrama mətn və qrafik əlavələr. 

2.10. Mühəndis-axtarış işlərinin proqramına tapşırığın surəti, habelə  ərazinin 

(meydançanın, sahənin) sərhədləri, xətti qurğuların trassaları (xətti qurğuların başlanğıc 

və son nöqtələri), layihələndirilən binaların parametr və qabaritləri göstərilməklə, sifarişçi 

tərəfindən təsdiq edilmiş mövqe planı (sxemi) əlavə olunmalıdır. 

2.11. Mühəndis-axtarış işləri yekunlaşdıqdan sonra torpaq sahələri təyinatı üzrə 

istifadə üçün yararlı vəziyyətə gətirilməli və gələcəkdə stasionar müşahidələrin aparılması 

üçün proqramla istifadəsi planlaşdırılmamış dağ-mədən qazıntıları ləğv edilməlidir. 

2.12. Mühəndis-axtarış işləri tikinti işlərinin layihəqabağı mərhələsində aparılır. Eyni 

zamanda, bina və qurğuların texniki vəziyyətindən asılı olaraq, ərazinin geoloji və 

hidrogeoloji  şəraiti  dəyişildiyi  zaman,  habelə  sifarişçinin  arzusu  ilə  aşağıda  göstərilən  

mərhələlərdə və istismar müddətində də mühəndis-axtarış işlərinin aparılması 

mümkündür: 

2.12.1. tikinti obyektləri inşa, əsaslı təmir, yenidənqurma və bərpa edildikdə

2.12.2. inşa edilmiş obyektlərin istismarı zamanı; 

2.12.3. tikinti obyektləri konservasiya edildikdə; 

2.12.4. tikinti obyektləri söküldükdə (demontaj olunduqda). 

2.13. Ərazi planlaşdırması ilə bağlı sənədlərin əsaslandırılması məqsədi ilə yerinə 

yetirilən mühəndis-axtarış işləri ərazilərin funksional təyinatı haqqında qərarların qəbul 

edilməsi, onların sabit inkişafının təmin edilməsi, ətraf mühitin qorunması, planlaşdırma 

strukturu elementlərinin ayrılması, dövlət və bələdiyyə  əhəmiyyətli obyektlərin 

yerləşdirilməsinin planlaşdırılması, ərazilərin təbii və texnogen xarakterli fövqəladə 

hallardan müdafiəsi üçün lazım olan ərazinin təbii şəraiti və təbii şəraitin dəyişməsinin 

proqnozu barədə kompleks (ətraflı) məlumatların əldə olunmasını təmin etməlidir. 

2.14. Mühəndis-axtarış işlərinin nəticələri təbii və texnogen xarakterli fövqəladə 

halların yaranma riskinə məruz qalan ərazilərin xəritələrini özündə əks etdirməlidir. 

2.15.  Ərazi planlaşdırılması  sənədlərinin  hazırlanmasında mövcud ərazi 

planlaşdırılması  sənədləri  çərçivəsində  görülmüş  mühəndis-axtarış  işlərinin 




nəticələrindən və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 

tərəfindən təqdim olunan topoqrafik və yerquruluşu materiallarından, həmçinin 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim 

olunan meteoroloji, hidroloji, geoloji və hidrogeoloji materiallardan istifadə edilməlidir. 

Belə materiallar olmadıqda, planlaşdırılan ərazi üzrə  şəhərsalma və tikintiyə dair 

normativ sənədlərin tələblərinə uyğun mühəndis-axtarış işləri aparılmalıdır. 

2.16. Layihəqabağı sənədlərin  hazırlanması  mərhələsində  tikinti 

layihələndirilməsinin məqsədləri üçün yerinə yetirilən mühəndis-axtarış işləri bina və 

qurğuların ətraf mühitlə qarşılıqlı təsir hüdudlarında mövcud olan təbii şəraitin 

detallaşdırılması və dəqiqləşdirilməsini, onların mühəndis mühafizəsini, profilaktik və 

digər zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı yekun qərarların qəbulunu, torpaq 

işlərinin icrasını, eləcə də layihə sənədlərinin hazırlanması, razılaşdırılması və (və ya) 

təsdiqi zamanı yaranan ayrı-ayrı məsələlər üzrə layihə həllərinin dəqiqləşdirilməsini 

təmin etməlidir. 

2.17.  Tikinti-layihə  sənədlərinin  hazırlanması  mərhələsində  tikinti 

layihələndirilməsinin məqsədləri üçün yerinə yetirilən mühəndis-axtarış işləri bina və 

qurğuların yerləşdirilməsinin əsaslandırılması, həmin bina və qurğularla bağlı konstruktiv 

və  həcm-planlaşdırma həllərinin qəbulu, obyektlərin mühəndis mühafizəsinin 

layihələndirilməsi, ətraf mühitin qorunması ilə bağlı tədbirlərin və tikintinin təşkili 

layihəsinin hazırlanması üçün tələb olunan materialların əldə olunmasına xidmət 

etməlidir. 

  

Qeydlər: 

1. Təhlükəli təbii və texnogen proseslərin inkişaf etdiyi və spesifik qruntların 

yayıldığı  ərazilərdə və yaxud belə sahələrin yaxınlığında tikinti obyektinin 

yerləşdirilməsinə yol verilmir. 

2. Tikilib abadlaşdırılmış  ərazilərdə tikintinin aparılması üçün mühəndis-axtarış 

işləri yerinə yetirilərkən bitişik (yanaşı) və qonşu binaların yükdaşıyan konstruksiyaları 

ətraflı öyrənilməli, planlaşdırılan tikintinin mövcud obyektlərə potensial təsiri 

qiymətləndirilməli və sənədləşdirilməlidir. 

2.18. Bina və qurğular inşa, əsaslı təmir, yenidənqurma və bərpa 

edildikdə mühəndis-axtarış işləri bina və qurğuların dayanıqlılığını, etibarlılığını və 

istismara yararlılığını artırmaq, insanların sağlamlığını qorumaq və zəruri hallarda layihə 

və işçi sənədlərində dəyişikliklər edilməsi barədə qərarların qəbul edilməsini, bina və 

qurğuların bünövrələrinin vəziyyətinin, inşa edilən, yenidən qurulan, təmir edilən bina və 

qurğularda, eləcə də yanaşı  ərazilərdəki bina və qurğularda baş verən deformasiya və 

çökmələrin qiymətləndirilməsini təmin edən material və məlumatları  əldə etmək 

(toplamaq) məqsədi ilə aparılır. 

2.19. İnşa edilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş bina və qurğuların 

istismarı mərhələsində mühəndis-axtarış işləri onların texniki vəziyyətinə nəzarəti həyata 

keçirmək (o cümlədən əsasların, inşaat konstruksiyalarının, mühəndis-texniki təminat 

şəbəkələrinin, mühəndis mühafizə qurğularının vəziyyətinin monitorinqi şəklində) 

məqsədi ilə yerinə yetirilir. 



2.20. Mühəndis-axtarış işlərinin nəticələri konkret obyekt (və ya onun hissəsi) üzrə 

mühəndis-axtarış işlərinin növlərinə və komplekslərinə görə texniki hesabat şəklində 

rəsmiləşdirilməlidir. Texniki hesabat mətn hissəsindən, həmçinin qrafik, rəqəmsal və 

digər formalı  əlavələrdən ibarətdir. Texniki hesabat cild (cildlər) şəklində tərtib 

edilməlidir. Zərurət olduqda cildlər kitablara və sonra hissələrə ayrılır. 

2.21. Mühəndis-axtarış işlərinin yerinə yetirilməsinə dair texniki hesabat ümumi 

şəkildə aşağıdakı fəsillərdən ibarət olmalıdır: 

2.21.1. ümumi məlumat; 

2.21.2. ərazinin tədqiqedilmə dərəcəsi; 

2.21.3. işlərin yerinə yetirildiyi rayonun (ərazinin) qısa fiziki-coğrafi xarakteristikası; 

2.21.4. işlərin yerinə yetirilmə metodologiya və texnologiyası; 

2.21.5. mühəndis-axtarış işlərinin nəticələri; 

2.21.6. işlərin keyfiyyətinə nəzarət və işlərin qəbulu barədə məlumat; 

2.21.7. texniki hesabatın nəticə (rəy) hissəsi; 

2.21.8. istifadə olunmuş sənəd və materiallar; 

2.21.9. mətn əlavələri; 

2.21.10. qrafik əlavələr və fotomateriallar; 

2.21.11. rəqəmsal əlavələr. 

2.22. Mühəndis-axtarış işlərinin nəticələri bina və qurğuların layihə parametrlərini və 

digər layihə xarakteristikalarını, eləcə də bina və qurğuların təhlükəsizliyinin təmin 

edilməsi ilə  əlaqədar layihələndirilən tədbirləri müəyyənləşdirmək üçün əsaslandırılmış 

olmalı,  təyin  edilmiş  hesabi  göstəricilərin  bina  və  ya  qurğuların  inşası  və  istismarı 

prosesində dəyişməsi proqnozunu əks etdirməlidir. 

2.23. Sifarişçinin tələbinə əsasən hesabatın əlavə nüsxələrinin hazırlanması podratçı 

tərəfindən təmin edilir (tapşırığa uyğun olaraq). 

2.24. Hesabata və onun əlavələrinə daxil edilməyən çöl və kameral işlərin 

materialları və məlumatları podratçının arxivində saxlanmalıdır. 

2.25. Podratçı mühəndis-axtarış işlərinin keyfiyyətinə nəzarəti özü və yaxud müstəqil 

təşkilatları cəlb etməklə həyata keçirir. Keyfiyyətə nəzarətin məqsədi yerinə yetirilən 

işlərin tapşırığa, proqrama, normativ-texniki sənədlərin tələblərinə uyğunluğunun 

yoxlanılmasından ibarətdir. 

2.26. Mühəndis-axtarış işlərinin nəticələrinə  əsasən tikinti zamanı bitişik və qonşu 

obyektlərin texniki vəziyyətinə daimi müşahidə ilə bağlı tədbirlər tikinti layihəsində 

nəzərdə tutulmalıdır. Deformasiya (zədələnmə) aşkar edildikdə, podratçı tikinti işlərini 

dərhal dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə, Azərbaycan Respublikasının 

Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və 

Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına məlumat verməlidir. 

 3. Mühəndis-axtarış işlərinin nəticələrinin yoxlanılması 

3.1. Müvafiq fiziki və hüquqi şəxslər tərəfindən tikinti məqsədləri üçün aparılmış 

mühəndis-axtarış işlərinin nəticələrinə dair hesabatın şəhərsalma və tikintiyə dair 

normativ sənədlərin tələblərinə uyğun tərtib edilməsinə nəzarət Azərbaycan Respublikası 

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 

(bundan sonra - Agentlik) nəzdində fəaliyyət göstərən Mühəndis-Axtarış Mərkəzi 

(bundan sonra - Mərkəz) tərəfindən həyata keçirilir. 




3.2. Mühəndis-axtarış işlərini həyata keçirən bütün subyektlər tərəfindən ilk növbədə 

aparılacaq mühəndis-axtarış işləri haqqında tərtib edilmiş proqramın layihəsi 

razılaşdırılmaq və sonradan həmin işlərin nəticələrinə rəy verilmək üçün Agentliyə 

təqdim olunur. 

3.3. Xüsusi razılıq (lisenziya) alınmadan fiziki və ya hüquqi şəxslər tərəfindən həyata 

keçirilən mühəndis-axtarış işlərinin nəticələri qəbul edilmir və təqdim olunan sənədlər rəy 

tərtib edilmədən geri qaytarılır. 

3.4. Mərkəz fiziki və ya hüquqi şəxslər tərəfindən aparılan mühəndis-axtarış işlərinin 

tərkibini və nəticələrini təhlil edir, zəruri hallarda seçmə üsulu ilə yerində baxış keçirir və 

10 (on) iş günündən gec olmayaraq, onların şəhərsalma və tikintiyə dair normativ 

sənədlərin tələblərinə uyğun olub-olmaması barədə rəy verir. Müstəsna hallarda, qeyd 

olunan rəyin verilməsi müddəti 15 (on beş) iş günündən çox olmaması şərtilə uzadılır. 

3.5. Mühəndis-axtarış işlərinin nəticələrinin yoxlanılması mülkiyyət formasından 

asılı olmayaraq, mühəndis-axtarış işləri aparan fiziki və hüquqi şəxslər tərəfindən həmin 

işlərin müqavilədə göstərilən smeta dəyərinin 3 faizi miqdarında Mərkəzə ödəniləcək 

vəsait hesabına aparılır. 

3.6. Mühəndis-axtarış işləri bu Qaydaların 3.1-3.5-ci bəndlərinə uyğun olaraq Mərkəz 

tərəfindən həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərinə uyğunluğuna 

dair rəy verildikdən sonra başa çatmış hesab olunur. 

3.7. Mühəndis-axtarış işlərinin yerinə yetirilməsinin nəticəsi olaraq, podratçı 

hesabatın kağız daşıyıcılarda 4 nüsxəsini hazırlayır. Hesabatın 3 nüsxəsi sifarişçiyə təqdim 

olunur, 1 arxiv nüsxəsi isə podratçıda saxlanılır. Hesabatın iki nüsxəsi sifarişçiyə elektron 

formatda təqdim edilməli, bir nüsxəsi isə elektron formatda podratçının arxivində 

saxlanmalıdır. 

3.8. Bu Qaydaların 3.1-3.6-cı bəndlərinə uyğun olaraq yoxlanılmış və şəhərsalma və 

tikintiyə dair normativ sənədlərə uyğunluğu təsdiq olunmuş mühəndis-axtarış işlərinin 

nəticələri Mərkəz tərəfindən 10 (on) gün müddətində bir nüsxəsi kağız formasında 

sifarişçiyə və bir nüsxəsi isə elektron formada Azərbaycan Respublikasının Dövlət 

Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilir. 

3.9. Mərkəz eyni zamanda, mühəndis-axtarış işlərinin aparılması üçün ölçmələrin 

vəhdətinin təmin edilməsi üzrə normativ sənədlərin (metroloji qayda və normaların) 

tələblərinə uyğunluğu təsdiq edilmiş və dövlət sınaqlarından keçirilməklə tipi təsdiq 

edilmiş ölçmə vasitələrinin tətbiq edilməsini yoxlayır. 

3.10. Mühəndis-axtarış işləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin 

tələblərinə uyğun yerinə yetirilməlidir. 

3.11. Mərkəz tərəfindən razılaşdırılmamış və rəy verilməmiş mühəndis-axtarış 



sənədləri tikinti layihələrinin işlənilməsi üçün əsas ola bilməz. 

 

Yüklə 52,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə