Qaz İxrac İdarəsi



Yüklə 44,03 Kb.
tarix26.05.2018
ölçüsü44,03 Kb.
#46117

c:\documents and settings\mmammadov\desktop\loqo.jpg

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Qaz İxrac” İdarəsi



Rezin şarlara (Lot 1) və Fotovoltatik günəş elektrik qurğularına (Lot 2)

olan tələbatı təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi 22013-16 elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi.

  • Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 07.11.2016-cı il, Bakı vaxtı ilə saat: 17:30-a qədər Azərbaycan və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.



Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 14.11.2016-cı il, Bakı vaxtı ilə saat: 11:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ingilis dilində əldə etmək istəyənlər:

  • LOT 1 üzrə 118 manat (ƏDV ilə birlikdə)

  • LOT 2 üzrə 150 manat (ƏDV ilə birlikdə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Müqavilənin icra müddəti:

  • Satınalma müqaviləsinin 60 təqvim günü yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı:

AZ1025;


Bakı şəhəri;

Xətai rayonu;

Rövşən Əliyev 19.


Əlaqələndirici şəxs:

Suliddin Məmmədov (soyadı və adı).

Satınalmaların təşkili şöbəsinin mühəndisi (stuktur bölmənin və vəzifənin adı)

+ (994) 012 521 07 00 (22208) (əlaqələndirici şəxsin karporativ telefon nömrəsi)

suliddin.mammadov@socar.az (əlaqələndirici şəxsin karporativ elektron ünvanı)




Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 14.11.2016-cı il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards


Qaz İxrac” İdarəsi Satınalmalar qrupu.




(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


SOCAR-ın “Qaz İxrac” İdarəsinin

Satınalmalar qrupunun rəhbəri cənab T.Qasımova,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən Rezin şarların (Lot 1) və Fotovoltatik Günəş elektrik qurğularının (Lot 2) satın alınması ilə əlaqədar elan edilmiş 22013-16 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN SİYAHISI

LOT № 1 ( Rezin şarlar )



Malların adı

Ölçü vahidi

Miqdarı

Malların Standartı

1

Rezin şar 500 mm

ədəd

12

E4:GIS 2006

2

Rezin şar 700 mm

ədəd

12

E4:GIS 2006

3

Rezin şar 1000 mm

ədəd

10

E4:GIS 2006

4

Rezin şar 1200 mm

ədəd

14

E4:GIS 2006

LOT № 2 (Fotovoltaik elektrik günəş qurğuları)



Malların adı

Ölçü vahidi

Miqdarı

Malların Standartı

1

Fotovoltik (günəş elektrik qurğuları,gücü 3.6 Kvt)

dəst

10

AS 4509 Stand-alone pover systems

AS 4086 Secondary batteries for SPS



AS/NZS 5033 İnstallation of photovoltaic (PV) arrays

2

Avadanlıqların və sahənin qoruyucu çəpərlənmə ilə birlikdə tam quraşdırılaraq işə buraxılması və sazlanması avadanlıqları təqdim edən firmanın mütəxəssisləri tərəfindən həyata keçirilməlidir.

Yüklə 44,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə