Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə14/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   10   11   12   13   14   15   16   17   ...   66

 
80 
Sonda Koblan söylədi: 
“Pul göndərdim bazardan
2470. Altın qaşıq alınsın, 
Atımı verərəmmi, 
Sən imansız, dinsizə, 
Atım sənə nə edib?! 
İmkan ver bir dincəlim, 
Çatmamış - ayağına gəlim?! 
Bu nə demək - çaşırsan?! 
Bəlkə fikirləşirsən, 
Qızılbaş qızlarını, 
Dullarını sevərik. 
2480. Dözmürsənsə - yaxın gəl, 
Sənə o an göstərim, 
Əslin-nəslin bilinmir, 
Atam nəyinə lazım, 
Anamı neynəyirsən?! 
Anamı neyçün sordun 
Sənin anan nikahsız, 
De, nikalıdır anan? 
Neyçün sən soruşursan
Axı qəzəblənirəm. 
2490. Gününü qara edərəm, 
Sənə bir toy edərəm, 
Gəldiyin qapıya sən, 
Bir də həsrət qalarsan. 
Sənsə Batır Qazansan, 
Yolun yaman azansan, 
Padşah verdiyi ağı, 
Qanına boyayaram. 
Sən hündür aşırım keçib, 
Qızılbaşlar elindən, 
2500. Şərab içib, nan yeyib, 
Şəhərdə dəmlənmisən. 


 
81 
Sənin havanı alaram, 
Çoxda qürrələnirsən, 
Burdan məğlub gedərsən,  
Qaşqasında tülparın, 
Hələ elə edərəm. 
Yarasının qanından, 
Gücün qalsa - içərsən. 
Düşmənə hücum çəkən, 
2510. Yamandan ağıl ummaz, 
İçimdə olan qəzəb, 
Qar, çovğuna bənzəyir. 
Müsəlmanın balası, 
Mən sağam - ağlamasın 
Qızılbaşlar aradım, 
Atın, kürkün - hər şeyin
Sənin kimi murdarlar, 
Hər şeyi mənə verdilər. 
Qılıncla səni öldürsəm, 
2520. Kəkələyib deyərsən: 
“Doğrayıb tökdün məni!”  
Nizəm ilə öldürsəm, 
Yenə deyəcəksən ki, 
Əzib məhv etdin məni. 
Yox - tüfənglə öldürsəm, 
Çaşbaş olacaqsan sən, 
Qışqırıb deyəcəksən, 
Lapdan öldürdün məni
Altında səmənd atı. 
2530. Siz çoxsunuz-mənsə tək, 
Sənə baxanda kiçiyəm, 
Nə istərsən et mənlə. 
El Arısda* yaşayır, 
Batır batırı qoruyur. 
Əvvəl sakit söyləndi, 


 
82 
İçinə şeytan girdi, 
İrqay* saplı nizəni, 
Çalıb, bir-bir taxdılar. 
Sonra bir az dayanıb, 
2540. Nizələrlə bir-birinin, 
Qanını axıtdılar. 
Nizələr əyilirdi, 
Hamı qana boyanırdı. 
Atlar diz üstə düşdü, 
Həm yıxıldı, dayandı, 
Tər tərlikdə qurudu, 
Ağız suyu qana bulaşdı, 
Xəncərlə döyüşdülər. 
Xəncər dözmədi – sındı, 
2550. Nizələrsə əyildi. 
Dehqan əkən məhsulu, 
Gərək vaxtında yığsın, 
Qan yanaqdan töküldü, 
İgid canı incəldi. 
Ac safsar* tək əyildi, 
Hər ikisinin dəbilqəsi, 
Üzük tək ayrıldılar. 
Elə bu an Koblandı, 
Nizəsini yellədib, 
2560. Düşmən üstə endirdi. 
Qazanı atdan endirdi, 
Koblan gücün göstərdi
Aypara bayraq endi, 
Qan su yerinə döndü. 
Zərbədən canı çıxdı, 
İçində yandı-yaxıldı. 
Gün günorta çağında, 
Qalanın ortasında, 
Batır, qoçaq Koblandı, 


 
83 
2570. Qazanın ağzın bağladı. 
Qazan atdan yıxıldı, 
Ellər təlaşda qaldı. 
Xəbər çatdı hamıya, 
Ölünü götürməyə, 
Şiddətli, isti yayda, 
Əsmədi bir külək də. 
Gözlənilməz əcəldən, 
Qaça bilibmi kimsə?! 
Ordu başçısı öldü, 
2580. Ömrünün sonun gördü. 
Qırx min atlı qızılbaş, 
Koblan önündə durub, 
Bir-birinə sığındı. 
Koblanı görməsinlər, 
Koblanla oyun yamandı, 
Qırx min qızılbaş suvari, 
Bir yumruq tək göründü. 
Yerdən tərpənmədilər, 
Şəhərə dönəmmədilər. 
2590. Getməyə təpərdir – yox. 
Qapıdan girəmmədilər, 
Qayıtmağa cürət yox. 
Təpədə dolaşırlar, 
Bimirlər nə edirlər?! 
Hərəsində bir nizə, 
Əvvəl lovğalandılar. 
Qazan xan ölən kimi
Döyüşdən çəkindilər. 
Hamı bir yerə yığışdı, 
2600. Düşməni görən kimi, 
Aslan olan Koblandı, 
Yan-yörəyə göz saldı. 
Qırx min atlı qızılbaş, 


 
84 
Bilib, duydu, o, təkdi. 
Ətrafına gəldilər, 
Tez dövrəyə aldılar. 
Yalqızlığın bilsə də, 
Hamıdan ər Koblandı, 
Gördü ki, qızılbaşlar, 
2610. Tez dövrəyə alırlar. 
“Bəli, təkəm, mən təkəm, 
Tək tanrıya bildirdi, 
Öz qəmin, öz kədərin. 
Sonrasa qəmli durdu. 
Öz polad nizəsini, 
Əsil batır kimi o, 
Tezliklə işə saldı. 
Kimin bəxti gətirər
Bu haldan çıxış tapar. 
2620. Özümə güvənməliyəm, 
Nə olsun Qaraspanda, 
İndi çoxlu adam var?! 
At minib çıxdım eldən, 
Altımda üçyaşlı Burıl, 
Kökləldilmiş köhlən at, 
Düşmənə gətirsəm tab, 
Qızılbaş olsa məğlub, 
Nərliyimi kim deyər?! 
Qaraspanda yaşayan, 
2630. Qalın qıpçaq elinə? 
Allah, kömək et mənə, 
Az qaldı ruhum yox olsun. 
Ey sığındığım pirlər, 
Sözümə qulaq asın. 
Bu düşmənlər əlindən, 
Mənə gələrsə ölüm. 
Məndə dəmir dəbilqə, 


 
85 
Tayburıl altımdadır. 
Onların tək oğlunu, 
2640. Kim onlara çatdırar? 
Qoca ata, qarı anana? 
Burılı bəzədim mahudla,  
Sığınıb Qəmbər, Davuda, 
Düşmən üstə yeridim
Bu gün qana boyansın, 
Mənim dəmir dəbilqəm. 
Ər Davudun vurduğu, 
Düşmən görüb hirsləndi, 
Qaçmalıyam düşməndən? 
2650. Bu gün nə olmalısa, 
O da, bil, olacaqdır! 
Düz dayansın ağ süngüm! 
Sancılası gün-bu gün. 
Bulqar kaman*, Buxara yay*, 
Bu gün atəş günüdür. 
Altın qundaqlı silahdan, 
Bu gün atəş günüdür. 
Sancılmalı ağ süngüm, 
Düşmənin ürəyinə, 
2660. Sənə qan içirdərəm, 
Sən də, süngüm, bir and iç
Bulqar kaman, Buxara yayın, 
Düşmən üstə yönəldəm. 
Kamanımı dartmasam, 
Anda əməl etməsəm, 
Kamanım, sən də and iç, 
Altın qundaq silahdan, 
Atəş açmasam olmaz. 
Əgər işıq saçmasan, 
2670. Sən silahım, bir and iç. 
Hədəfə də dəyməsən, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə