Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə3/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   2   3   4   5   6   7   8   9   ...   66

 
14 
Qızıl tək par-par yanır. 
140. Kim sərrast atəş açsa
Qurtqa onunku olar, 
Arzu-murada çatar. 
Bunun sonu nə oldu – 
Sonra tutarsan xəbər. 
Könlüm, ayım , çırağım, 
Bundan olma intizar. 
Gəl sən özünü üzmə, 
Hər şeyin bir sonu var, 
Hər cür arzuya düşmə. 
150. Çox desə də Yestemis, 
Oğul öz istəyindən 
Geri dönən deyil ha! 
Övliyalarla, pirlər, 
Mənə kömək etsələr. 
Allam nişan sikkəni, 
Tanrım, xilas et məni. 
Yestemis yenə dindi: 
“Ey gözümün çırağı, 
Ey ömrümün növrağı. 
Sənki hələ uşaqsan, 
160. Sanki körpə-köşəksən. 
Bərkiməyib sümüyün, 
Tez-tez vurur ürəyin. 
Getmə, qurbanın olum, 
Mənim qanadım, qolum. 
Sözlərimə qulaq as, 
Səbrini aşağı bas. 
Sənin növbən sonradır, 
170. Bil, yolun hayanadır. 
Sənə deyərlər uşaq, 
Olarsan gözdən uzaq. 
Həm də bunu da bil ki


 
15 
O, ayüzlü Qurtqanı 
Hifz edir böyük igid. 
O böyük ər, nər igid 
Onun adı Qızılər, 
Ərəndir o, ərən, ər. 
Getmə, ümid, çırağım, 
180. Mənim şirin növrağım, 
Başına bir iş gələr. 
Deyib danışdı onlar. 
Yestemis dedi: “Nə olar, 
Getmə, sənin qurbanın, 
Köke*, xeyr-duaçım, 
Ürəyim, can sirdaşım. 
Pirlər olsun köməyin, 
Meydanlara düşəndə, 
Qoy itməsin əməyin! 
190. İgid öz işindəydi, 
Anddan geri dönmədi. 
Daha Yestemis ona, 
Söylədi xoş arzular
Əl açaraq göylərə, 
Koblandı yaraqlandı, 
Qılıncla qalxanlandı, 
Yayı, oxu çiynində,  
Yestemis hey söyləndi:  
“Ey mənim ulu Tanrım,  
200. Sənsən ürəyim, canım, 
Qismətim olsun uğur, 
Hisslərim məni boğur”. 
Beləcə yola saldı, 
Ürəkdə nisgil qaldı. 
Kəhər ata minərək, 
Dərə-dağlar keçərək. 
Sanki ox kimi süzdü, 


 
16 
Arzu, niyyəti düzdü. 
Gəlib o yerə yetişdi, 
210. Öz-özüylə gedişdi. 
Koktim Aymakı gördü, 
Qəzəbdən çaşdı, qaldı. 
O, keçirdi sınaqdan, 
Koblan təki sultanı, 
Şah Koktim Aymak dedi: 
“Qazağın nəri gəldi”. 
Kamanını götürdü, 
Köhlən üstə əyildi. 
Əl ataraq tətiyə,  
220. Üz tutub övliyaya – 
Atəş açdı birinci, 
Tən iki yerə böldü 
Nişangahda sikkəni. 
İgidi gördü Qurtqa, 
Daş-qaş səpdi başına. 
Çevirəndə başını, 
Oynadırdı qaşını. 
Bu nə görkəm, nə sima?! 
Ayüzlü mələksima. 
230. Koblandıya vuruldu, 
Çöhrəsi də duruldu. 
Şaha elçi göndərdi, 
Osa verdiyi sözdən,  
Geri dura bilmədi. 
Otuz günlük toy oldu, 
Məclis boşaldı, doldu. 
Atası Koktim Aymak, 
Qurtqanı ərə verdi. 
Allaha əlin açdı, 
240. Peyğəmbərə baş əydi, 
Gözəl bir büsat qurdu,  


 
17 
El qulluğunda durdu. 
Yeyib, içib, kef çəkib
Toydakılar yoruldu. 
Qurtqanı ərə verdilər, 
Bundan çox sevindilər. 
Qırx beş arşınlıq Qızılər, 
Eşidib bu xəbəri, 
Birdən çıxdı irəli. 
250. Dedi: “Gəlsin güləşək, 
Gücümüzü sınayaq, 
Qolumuza güvənək, 
Əgər sən məni yıxsan – 
Qurtqa qismətin olsun. 
Köhlənin sağ qalarsa, 
Başın salamat olsun. 
Özünü çox öyərsən, 
Qələbəni görərsən”. 
Eşidib bunu Koblan 
260. Dedi: “Köməyim Allah, 
Düşmən qalmaz salamat”. 
Minib köhlən atına 
Qızılər səmtə çapdı, 
Gəlib nərə qopardı: 
“Koblandı çatıb, di, çıx!” 
Səs eşidib Qızılər, 
O, heç evdən çıxmadı. 
Koblandı evə girdi
Qızılər yataqdaydı. 
270. Asta süzüb Koblanı 
Dedi: “Sən mənimlə yox, 
Gəl ayağımla güləş”. 
Bir ayağın uzatdı. 
Qapısında Qızılərin 
Ala kəmənd asılmış. 


 
18 
Koblan kəmənddən tutub, 
Sarıyıb Qızıləri, 
Çapdı kəhər atını, 
280. Sürüdü Qızıləri. 
Bax beləcə apardı. 
Tikanlar diddi onu, 
Sanki çatmışdı sonu. 
Ciyərin parçaladı, 
Qabırğasın sındırdı, 
Ölüm nədi qandırdı. 
Düşməninə dərs verdi, 
Ona yaxşı dərd verdi. 
Sanki dərisin soydu, 
290. Cəhənnəmə göndərdi. 
Dağlar, daşlar dilləndi, 
Koblan özü söyləndi: 
“Biabır olub ölsün
Mən kiməm yaxşı bilsin”. 
Onu kökpar*
 
tək soydu, 
Ruhu candan ayrıldı. 
Elə bil ki, bayıldı. 
Başı qaldı bir yanda, 
İşi sona çatanda, 
300. O, Qurtqaya söylədi: 
“Öz işimi gördüm mən”. 
Qurtqa bir an düşündü – 
Dedi: “Allah, nə gündü, 
Sultanım, de, nə etdim?!” 
Qurtqa səmtə yüyürdü, 
Koktimə xəbər göndərdi. 
Dedi: “Düşmən əzildi, 
Pis günümüz kəsildi.” 
Koktim Aymak düşündü, 
310. Qurtqanı ağ yurtaya, 


 
19 
İçi gümüşü rəngli, 
Gözəl yerə göndərdi – 
Dedi: “Get qaydaya sal
Hər nə lazımdırsa al”. 
Qırx dəvə yükü xəznə, 
Qırx qul, qırx kəniz ilə, 
Öz qızın da göndərdi. 
Görüşüb yaxın ilə, 
Həm də ki yadlar ilə, 
320. Vidalaşaraq Qurtqa, 
Varıb yola düzəldi. 
Qurtqa ay tək yanırdı. 
Yaxınlar, həm uzaqlar, 
Onu ulduz sanırdı. 
Dan ulduzu doğanda, 
Koktim Aymak sevindi, 
Qurtqa yola düzəldi, 
Sursatı hazır oldu. 
 Koblandı bala
 
gəldi, 
330. Koktimə salam verdi: 
“Qurtqaya sən pay verdin, 
Mənəsə pay vermədin”. 
Koktim Aymak atası, 
Balam, gözüm çırağı, 
Gör bir sənə nə verdim. 
Başın üstə dörd bulud – 
Dedi: “Babam sənindi”. 
Yaz gələr gün tərəfdən, 
Qışdasa yel tərəfdən, 
340. Yay gəlsə, yay tərəfdən, 
Çırağım, qutum bala
Qanadım, qolum, bala! 
Mən səni, bil, tapşırdım, 
Göydəki buludlara”. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə