Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə6/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   2   3   4   5   6   7   8   9   ...   66

 
32 
Onlar səmtə yönəldi. 
Yestemis yaxınlaşdı, 
Öyrənsin ki, nə vardı. 
Gəlib gördü dostdurlar
740. Düşmənəsə yaddırlar. 
Koblandıya bildirdi, 
Qaramanı dost gördü. 
Dedi: “Kefin necədi?” 
Qaraman cavab verdi: 
“İşin avand, ay dostum!” 
Burada Qaraman batır Qazanın üzərinə hücuma getdiyini 
bildirir: 
Mən Seil oğlu Qaraman, 
Qazana gedib, varam, 
Gəlsən-gedək mənimlə, 
Nəfəs allam səninlə, 
Sən ey mənim əzizim, 
750. Səndən budur xahişim. 
Dərd və kədərimiz bir, 
Biz səninlə həmtayıq, 
Dünyanın naxışıyıq. 
Qazan tutduğu şəhrə, 
Mən çıxıram yürüşə. 
Gedirsənmi mənimlə?! 
Mənim Koblandı dostum, 
Ağıllı tədbirlisən, 
Döyüş səriştəlisən. 
760. Göydə ulduzun yanır, 
Yaxşılar səni anır. 
Sənə dualar olur, 
Səndən sücaət qalır. 
Sən müdriksən, böyüksən, 
İgidlik fövqündəsən. 
Səni hər görən düşmən


 
33 
Keçəcək öz “mən”indən. 
Dedim qoy sənə deyim, 
İşimi indən bilim. 
770. Sonda Koblan söylədi, 
Burda bir iş var dedi: 
“Şahini göydə tutan, 
Düşmənə ox tək çatan, 
Köhlənim məndə deyil, 
Qurtqanın əlindədir. 
Gedib, getməməyimi, 
Ondan soruşmalıyam, 
Ondan izn almalıyam. 
Qurtqa neçə vaxt idi, 
780. Ona qulluq edirdi. 
Düz altı il sərasər, 
Atı yedizdirirdi, 
Həm də nazın çəkirdi. 
Tündikdən* işıq vermiş, 
Düdüknən su vermişəm. 
Boşa getməsin bəxtim,  
Puç olmasın əməyim, 
Mənim istəkli dostum, 
Bu at ona sirdaşdır. 
790. Bunu bir Qurtqa bilir, 
Gedib, ya getməyim mən.” 
Deyib Koblan bu sözü, 
Sanki parladı gözü. 
Qayıdıb çadıra gəldi, 
Gəlib belə söylədi: 
Qaraman oğlu Seilin, 
Çoxsaylı bir ordusu, 
Qazan üstünə gedir
Sırasını seyrəldir. 
800. Burıl atı gətirin, 


 
34 
Qaramanla mən gedim, 
Qoy yollanım bazara. 
Orada var ağ mata, 
Oynaqdır cavan pota, 
Bu sözümdə yox xəta. 
Koblandının yanından, 
Yestemis aralandı. 
Toktarın çadırıyla, 
Yan-yanaşı dayanan, 
810. Qurtqanın çadırına, 
Yestemis gəlib söz atdı, 
Gün çıxmamış dan atdı, 
Şolpan* ulduz gizləndi. 
Hələ Qurtqa yatırdı, 
Yatıb mışıldayırdı. 
Evdədirmi Qız Qurtqa, 
Bəlkə yoxdur Qız Qurtqa. 
Heyif qadın doğuldun, 
Əgər erkək olsaydın, 
820. Elə arxa olardın. 
Altındakı kürən at, 
Düşmən üstə yüyürər, 
Şiri-nər tək görünər. 
Cins at minən igidin, 
Polad qılınc belinə. 
Batır paltarı gərək. 
Axı belə batırlar, 
Həm də polad biləkdi. 
Koblan tənha gedirdi
830. Tanrı ümid yeriydi. 
Kiyatdan dostu çıxdı, 
Ürəyi, canı Qurtqa, 
Batır atına mindi. 
Qurtqa necə gözəldi! 


 
35 
Düz altı il sərasər, 
Qulluq görmüş at Burıl, 
Hazırdırmı döyüşə, 
Baş verməsin əndişə. 
Qurtqacan işıq saçır, 
840. Siması evlər yıxır. 
Başında lələyi var, 
Altın kürkü də yanır. 
Səsi köşək səsidir. 
Sanki bülbül səsidir. 
Qara tük parıldayır, 
Görkəm ona yaraşır. 
Qızıl fəsi köndələn, 
Başında necə durur, 
Görkəmində var qürur. 
850. Qamçısı da uzundur, 
Camalı baxımlıdır. 
Baş qaldırıb söylədi, 
Yestemisə naz eylədi. 
İki qoyun, bir quzu
Verərdim bu dünyada 
Çoxlarına sevincə, 
Qalsınlar bir az dincə

De, göndəriblər səni 
Burıl tülpar dalınca?! 
860. Tülparı arzu edən, 
Oğula salam deyin. 
Dostu Qaramana da, 
Onun həmyaşıdına. 
Atın yaşı çatmayıb, 
Pələngi məcbur edib
Qoymasınlar döyüşə. 
Çapıb varram atımla,  
Qırmancla döyüb yana, 


 
36 
Gərək ollam tayfama. 
870. Qurd da zəfər yetirməz, 
Yaxınıma, dostuma. 
Bədik*
 
bu, heç o deyil, 
Keçi də qoyun deyil, 
Şeytan heç də cin deyil, 
Bəybişə də qul deyil, 
Doğma balam qul deyil. 
Sizi Koblan göndərib
Zəif dostun üstünə. 
Səni də göndərənə, 
880. Qurbandır mənin canım, 
O, tayfanın pələngi, 
Qaraspanda yaşayır. 
Məni Allah qorusun, 
İşim də avand olsun. 
Sultanım qulaq assın, 
Bu səfərdən daşınsın, 
Qənimət götürməsin. 
Bir xeyli də yaş tökdü, 
Sənin evdəki dostun. 
890. Həddən artıq pərişan, 
Qoy bundan agah olsun. 
Dağda yüksək zirvədə, 
Dayanıb dincəldilər. 
Allah böyük, xeyirxah, 
Bunu yaxşı bilirlər. 
Məgər dost daim dostdur?! 
Sultanıma salam de, 
Qulaq assın, getməsin. 
Böyütdüyüm Burılın, 
900. Qırx üçcə günü çatmır. 
Cavab alan Yestemis, 
Yenidən geri döndü, 


 
37 
Cavabdan razı qaldı. 
Qurtqa dediklərini, 
Sözbəsöz Koblandıya, 
Batıra düz söylədi. 
Eşidərək sözünü, 
Koblan həmtayının, 
910. Durub yanına gəldi, 
Koblandı ona dedi:  
“Mən göldən uçmuş quşam, 
Şərəfsizə qulaq asma, 
Haqdan buyrulan işdən
Mənim şirim, qaçmaram! 
Məzəmmət etmə məni. 
Bu döyüşə getməyim, 
Qənimət götürməyim, 
Qurtqa salam göndərir, 
920. Səni lap çox istəyir. 
İncimə həmyaşıdım, 
Səndən rica edirəm, 
Dağ zirvəsin aşıram.  
Qurtqanın ağ əli ilə
Bəslənib, yedirdilib, 
Qurtqadan qeyri kəsi, 
Heç zaman da görməyib. 
Ana qayğı çəkən tək, 
Onu çox əzizləyib”. 
930. Qurtqa dedi: “Burılın, 
Qırx üçcə günü çatmır, 
Batır atı olmaqçün.” 
Qaraman sonda dedi: 
“Onda özümüz gedib, 
Qazana hücum çəkək, 
Əsgərlərin öldürək, 
Şəhərin viran edək. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə