Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə8/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

 
44 
Sonda Koblan söylədi: 
“İlxıda diqqət çəkən, 
Yalını qara at mənim. 
Nə böyük qardaşım var, 
Nə də kiçik qardaşım. 
1150. Yalqız doğulan mənəm”. 
Övliyaya at qurbanı, 
Korasana qoç kəsdilər. 
Bundan başqa üstəlik
Özlərin qurban verib, 
Bezib mal-qarasından, 
Həm də bezib canından, 
Allahdan istəmişəm. 
İncimə sən Qurtqacan, 
Sənlə gecələməsəm, 
1160. Uzaq yola düşmərəm. 
Yalnız qocalarımla, 
Birgə olmaq istərəm. 
Deyib bunu Koblandı, 
Qonur atına mindi. 
Toktar bəy ordasına 
Sanki yel kimi çapdı. 
Göldə qumotu bitir, 
Düyməsiz, tikanlıdır. 
Yurtadan qarı – qoca 
1170. Səhraya üz qoydular, 
Birdən də qışqırdılar. 
“Tək ümidimiz gəldi”, 
Onlar balasın gördü, 
Sevincdən ağladılar, 
Balaya qurban oldular. 
Ona yaxınlaşdılar, 
Sarılıb qucaqlaşdılar. 
Yüyənindən yapışıb, 


 
45 
Koblandının atını 
1180. Beləcə apardılar. 
Yurtaya yaxınlaşıb, 
Oğlu atdan saldılar. 
Həsrətin çəkdikləri
Oğula şərbət verdilər. 
Onu bağrına basıb, 
Həm də əzizlədilər. 
Gün batanda Koblana, 
Uzun layla çaldılar. 
Həm də xitab etdilər, 
1190. Allahdan istənilmiş 
Sakit yatan Koblançün 
Qoca ilə qarının, 
Ürəyi atlanırdı, 
Koblanısa dünyada, 
Hamıdan əziz sanırdı; 
“Mənə tərəf biraz çön”, 
Özünə dartır qoca. 
“Quzum, mənə tərəf dön”, 
Çəkir özünə qarı. 
1200. Bu arada Koblandı,  
Çevrilir, düşür - gah qoca, 
Gah qarı qucağına. 
Bax, beləcə Koblandı 
Dan açılana qədər, 
Kipriklərin yummadı, 
Dan yeri ki ağardı, 
Şolpan ulduz gizləndi
Atayla anasının – 
Qucağında uyudu. 
1210. Koblan uyğudaydı. 
Çal at üstə gələndə,  
Gözünü yummamışdı. 


 
46 
Qurtqa bilir Koblanı, 
Saxlamaq müşkül işdi. 
Tayburılın belinə 
Altın yəhər-qayış qoydu. 
Azca yem – biraz taxıl, 
Qocaların dincəldiyi, 
Çadırın qarşısına, 
1220. Qurtqa atını çapdı. 
Tayburılı görən tək 
Koblan yerindən qalxdı. 
Hamı ora yığışdı, 
Eşidəndə gedirlər, 
Onlar qanlı döyüşə, 
Hamı yığışıb ağladı, 
Xalqı halına yandı. 
İstəmirdilər onlar, 
O, isə elə bu an, 
1230. Qalxıb çadırdan çıxdı. 
Elsə dövrəyə aldı. 
Hamı ilə görüşüb, 
Koblan Burıla mindi. 
Ağ zirehin geyindi, 
Qılıncı beldən asdı, 
Noğay papağı geydi. 
Birinci gün günorta 
Qaraspan dağın keçib, 
Kiyat tərəfə çapdı. 
1240. Getdi belə Koblandı. 
Doxsan yaşlı Toktarbəy, 
Altmış yaşlı Analıq, 
Qarındaşı Qarlıqaş, 
Sevimli yarı Qurtqa. 
Onlar dördü bir yerdə. 
“Allah sən bizi öldür”, 


 
47 
Koblanın da ardınca, 
O yola üz qoydular. 
Günortasa gələndə, 
1250. Qarındaş Qarlıqaş dedi: 
Yox özün istəmirsən, 
Mənim tək qarındaşım, 
Yola düzəlirsən sən, 
Ağ şahinsə uçandır, 
Qanad möhkəm olanda. 
Mənsə yamacda bitən, 
Sanki yeyilməz otam. 
Yun papaq lələyiyəm. 
Getdiyi o döyüşdən 
1260. Kökəm sağ gəlməyincə, 
Eli xoşbəxt görməyincə
Məni ətlik quzu tək, 
Allaha qurban kəsin. 
Hər an qəhərlənirəm, 
Neyçün belə olmalı –  
Çıxış varmı bu haldan?! 
Göz yaşım da dayanmır. 
Əziz kökəm gəlməsə, 
Elim xoşbəxt olmasa, 
1270. Sənsiz mən köməksizəm. 
Sənə qurban etsinlər
Kökəm gözüm yaşlıdır. 
Əziz kökəm gəlməzsə, 
Öz elimi görməsəm, 
Qoy mən tək köməksizi, 
Allaha qurban desinlər. 
Papaqda altın lələk, 
Kökəm mənlə olanda
Mən aramlı, sakitəm. 
1280. Kökəmi görməyəndə, 


 
48 
Dünya mənə dar gəlir. 
Mən kömür ayaqlaram. 
Ölüm oxu xudadan, 
Sanki tuşlanıb mənə. 
Ağ alnımda sən bir tel. 
Mənlə doğulmuş qulun, 
Ey mənim sərv ağacım, 
Hamıya dayaq olan. 
Mənlə birgə doğulmuş, 
1290. Mənim qoşa qanadım. 
Su üzündə bir qamış, 
Sən mənim öndə gedən, 
Əvzəzsiz köhlənimsən. 
Tanrı verən bəlanı, 
Hazıram qəbul edim. 
Sən mənimlə ekizsən. 
Böyümüşük birgə biz, 
Ey mənim əziz quzum, 
Mənlə əkiz Koblanla, 
1300. Göbəyimiz bir kəsildi. 
Biz göldəki qu quşu, 
Birgə gəzən dolaşa, 
Biz birgə doğulmuşuq, 
Qan da bir, can da birdir. 
Çətin vaxtda yaşadıq, 
Otlaqlarda dəvələr. 
Otlaqlarda qoyunlar. 
De, onlar kimə qaldı?! 
Atla dolu ilxıya, 
1310. Kökəcan, kimə baxacaq? 
Doxsan yaşlı Toktarı, 
Altmış yaş Analığı, 
Kökəm, kimə tapşırdın?! 
Sənlə birgə doğulan, 


 
49 
Kimlə birgə qulun tək, 
Sən atılıb düşürdün. 
Sənlə birgə doğulub, 
Eldə birgə böyüyən, 
Kimlə göbəyi kəsilən 
1320. “Kökə” deyib ağlayan, 
“Kökəm, kimə tapşırdın”?! 
Sənlə qəmin bölüşən, 
Axirətdə yoldaşın, 
Yataqdasa kiminlə, 
Gizli fikrin bölüşən. 
Haqdan sənlə birləşən
Köktim qızı Qurtqanı, - 
Gəlni kimə tapşırdın? 
Köbləkəm* sonda düşündü. 
1330. Doğma xalqı ilə bağlı 
Düşünürkən beləcə, 
Qarlıqaşdan ün gəldi. 
Bizim böri Koblandı, 
Ağ nizəyə söykəndi, 
Ağladı, həm qəmləndi. 
Sonda Koblana dedi: 
“Qazlar geri dönəndə,  
Öz yuvasına qonar, 
Hər biri çox şən olar, 
1340. Öz qatarı içində”. 
Gözdən axdı qara yaş, 
Qana qarışmışdı yaş. 
Qarlıqaş görməmək üçün, 
Koblan göz yaşın sildi, 
Söylənib bunu dedi: 
“Dağda olur çopur daş, 
Bir döz, axsın gözdən yaş. 
Qoltuğundan ox dəysə, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə