Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə9/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

 
50 
Söykək olar Qarındaş. 
1350. Qarındaşın olmasa, 
İnan, yağıya qalar baş. 
Çiyinə tökülən qara saç
Aynalayın* Qarlıqaş. 
Çırağım, sözə qulaq as, 
Mən gedibən gəlməsəm – 
Burda tək qalmaq olmaz.” 
Qaraspan ətəyində, 
Qalın qıpçaq qarındaş. 
Gözdən tökmə qanlı yaş. 
1360. Sil yaşını gözündən, 
Sümüklərim dil deyir. 
Sözündə əziz höküm 
Yaxın dur, gəl, mən öpüm. 
O yanar gözlərindən, 
Atamın tək oğluyam, 
Düşmən üstə gedirəm. 
Mən böyük qardaşınam, 
Bilməm məni nə gözləyir?! 
Qız kimi də doğulsan, 
1370. Demərəm sənə zəif?! 
Qarlıqaş, bəri boylan, 
Bir öpüm yanağından, 
Qarındaşım, Qarlıcan, 
Otlaqlarda dəvəm çox, 
Sarısuyu* tapşırdım, 
İlxım atla doludur – 
Yağılara tapşırdım, 
Otlaqlar qoyun dolu, 
Bu yolum – Vətən yolu, 
1380. Ac börüyə tapşırdım, 
Ağzında bərk diş olan
Cavan börüyə tapşırdım. 


 
51 
Doxsan yaşlı Toktarı, 
Bibifatiməyə* tapşırdım. 
Səni, çırağım, Qarlıqaş, 
Qaraqaş
 
xanıma tapşırdım, 
Yarım Qurtqa qızı isə, 
Dariqəyə* tapşırdım. 
Siz dördsünüz – mən təkəm, 
1390. Kiçik pöhrən kimiyəm. 
Ormanda ağac içində 
Kimə tapşırdın məni?! 
Aynalıyın, Qarlıqaş, 
Onda bacısı dedi: 
“Bazara pul göndərdim 
Həm rəng, həm də bez üçün, 
İlxını otarırsan - onlarsa orda durub. 
Arka* otlaqlarında, 
Qulaq as, kökəm sözə. 
1400. Çıxdığın səfərlərdən 
Salamat qayıtmasan, 
Eli xoşbəxt görməsən, 
On səkkiz min dünyanın, 
Padşahlar padşahına, 
Səni ismarlayıram. 
Qarlıqaşsa söylədi: 
“Dünya başıma dar olar, 
Əgər səni görməsəm, 
Qulaq as, kökə, sözümə, 
1410. Kökəmi sağ görməsəm, 
O da ata-anasın, 
Onlar: “Bu sənsən, əzizim” 
Sözünü deməsələr. 
Mən kökəmi tapşırdım, 
On səkkiz min dünyanın, 
Onun yek padşahına. 


 
52 
Qaraspan ətəyində, 
Bizim qalın qıpçaq eli, 
Kökəmin bu səfərin
1420. Xudam sən uğurlu. 
Sənə başqa kömək yox, 
Kökəm atamın yeki. 
Sən yanımda olanda, 
Sənlə nəfəs alıram. 
Səfərdən qayıtmamış, 
Sağ-salamat gəlməmiş, 
Mən kökəmi tapşırdım, 
On səkkiz min dünyanın, 
Yeganə padşahına. 
1430. İçin fikirlə dolu, 
Canında elə qayğı, 
Göz salmadın*, can kökə, 
Sənlə birgə doğulmuş, 
Doğma, əziz bacına. 
Zəhmətlə yığdığın mal*, 
Düşmənə qismət olar. 
Kökəmə bu xoş deyil. 
Kökəm dönüb gəlməsə, 
Ata-anasın görməsə, 
1440. Ancaq səni, yalqızım  
Tapşırıram o bircə, 
Tək yaradan xudaya. 
Qarlıqaş sözün bitirdi, 
Qurtqa gəlib nə dedi: 
“El yaylağa köç edir, 
Həm də kədərli gedir
Tək oğlundan ayrılır.” 
Gördülər Qoca qarı , 
Nazlı, yungül yerişlə, 
1450.  Koblana yaxınlaşdı, 


 
53 
Gözəl Qurtqa söylədi: 
Əyilməyən gümüşüm, 
Allahımla qovuşsun, 
Sevinc, gülüşüm mənim, 
Mən sənə qovuşanda, 
Dünyam işıqla doldu. 
Qızıldan çox şey olur, 
Sənsə cənnətsən mənə, 
Qeysi-Kövsər suyundan, 
1460. Cənnətin meyvəsisən, 
Aslanım salamat ol. 
Hara sən üz qoyursan
Dönmək deyilmi müşkül?! 
Sən ilxıda ala at, 
Tüklər bərk, üzün qara, 
Heç qardaşın da yoxdur, 
Sən yeganə oğulsan. 
Qaynanamın, qaynımın, 
Dövlətdən gözü doymuş, 
1470. Diriykən bezib candan 
Allahdan oğul diləmiş. 
De, atar belə oğul 
Öz ata, anasını?! 
Sultanım bu səfərdən, 
Lazımdır geri dönmək, 
Tərsliklə inadkarlıq, 
Yaxşı sonluq gətirməz. 
Yox, getmək fikrindəsə
Əyil bir üzünü qoy 
1480. Qaynımın sinəsinə. 
Qara doğulan kəslər, 
Sabunla heç ağarmaz, 
De, niyə məkrlisən, 
Bəs kimi eşidirsən? 


 
54 
Öz dediyin olmasa, 
Heç kimə inanmazsan? 
Bilmədiyin düşmənin, 
Üstə gedirsən indi sən? 
Əlvida, sultanım, get, 
1490. Allahın amanında. 
Sənə nəsə olanda, 
Biz necə biləcəyik. 
Hündür dağ aşrımından, 
Tayburılla keçərsən, 
Yaxşı-yaman desəm də, 
Qurtqanın qədrin bilərsən. 
Qurtqanın dediyinə
Onda önəm verərsən. 
Səfərdəki kiyatları, 
1500. On iki il də ötərsən. 
Qazanın fəth etdiyi 
Qırlıqala, Sirlini... 
Əvvəl Sirlini alarsan. 
Ondan bir az kənarda, 
Kaskarlıq* ki, görünür, 
Zirvəsinə qalxarsan. 
Atına ot verərək, 
Yürüşə hazır edərsən. 
Özün dincəl, sultanım, 
1510. Sənin yaşıdın Qaram, 
Qazanın fəth etdiyi, 
Qırlıqalanı istəyir. 
Amma bil ki, alammaz. 
Altı cərgə xəndəyi, 
Atla adlaya bilməz. 
Qarşında da öyünməz, 
O dağın zirvəsinə
Qaraman qardaşın gələr. 


 
55 
Onu utandırarsan, 
1520. O, sənə arvad dedi. 
Dağ zirvəsində aşrım, 
Ona bənzər de, hanı, 
Bunu yaxşı bilirik, 
Həmtay daim dost deyil. 
Kobiktinin iki atı, 
Çəpinə qaçan anda. 
O zaman inanarsan, 
Mindiyin bu  Burılın, 
Qırx üç günü keçməyib. 
1530. Hündür aşırımları  
Tayburılla keçərsən,  
Yalnız onda bilərsən, 
Qurtqanın düz dediyin. 
Doxsan yaşlı qaynatam, 
Qalar sanki lüt-üryan. 
Onun cırıq kürküsə, 
Güclə dizinə çatar. 
Qızılbaşlar elində, 
Dabanına döyəndə, 
1540. Şahım, sonda gələrsən. 
Altmış yaşlı qaynanam,  
Yun çırpıb, ip əyirəndə, 
Süddən pendir tutanda, 
Qəmdən yaşlar tökəndə, 
Sən o vaxt qayıdarsan. 
Qarındaşın Qarlıqaş, 
Çiynində dəsmalıyla, 
Piyaləsi əlində, 
Dəstərxanı əlində, 
1550. Belə kəmər bağlayıb, 
Qızılbaşlar elində. 
Çayı qaynadacaqlar, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə