Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2 Mb.
səhifə1/11
tarix08.12.2017
ölçüsü2 Mb.
#14689
  1   2   3   4   5   6   7   8   9   10   11


KOBLANDI-BATIR
Qazax xalq qəhrəmanlıq dastanı
Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 25 fevral 2016-cı il tarixli 2 saylı iclasının qərarı ilə nəşr olunur

Elm və təhsil”



Bakı-2017

Tərcümə edən: Nizami Məmmədov -Tağısoy

türkoloq-ədəbiyyatşünas,filologiya üzrə elmlər doktoru, professpr, Əməkdar müəllim,

tərcümə nəzəriyyəçi, tərcüməçi
Elmi məsləhətçi: Beybit İsabayev

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri
Elmi redaktor: Məmməd Əliyev

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor
Rəyçilər: Muxtar Kazımoğlu

AMEA-nın Folklor İnstitutunun direktoru, MEA-nın həqiqi üzvü, akademik
Səhər Orucova

Bakı Dövlət Universiteti Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor
Mahmud Allahmanlı

Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru
KOBLANDI-BATIR. Qazax xalq qəhrəmanlıq dastanı.

Bakı, “Elm və təhsil”, 2017, 316 səh.
Qazax xalq qəhrəmanlıq dastanı “Koblandı-batır” türk epik təfəkkürünün nadir incilərindən olub, baş qəhrəman Koblandının və onun silahdaşlarının yadelli işğalçılara qarşı mübarizəsini əks etdirən maraqlı abidələrdəndir. Əsərin başlıca mövzusu vətənpərvərliklə bağlı olsa da, onun ikinci qolunu saf məhəbbət motivləri təşkil edir. Eyni zamanda bu dastanda qazaxların etnik-milli düşüncəsi, psixo­logiyası, köçəri həyatının mənzərələri, ailə-məişət cizgiləri və s. rəngarəngliyi ilə təsvir olunmuş, epik obrazların özünəməxsusluğu görümlü təqdim olunmuşdur. Əsər Azərbaycan oxucularına ilk dəfə bu tərcümədə çatdırılır.

ISBN 978-9952-8142-1-7

© Nizami Məmmədov - Tağısoy, 2017

Kitabın işıq üzü görməsində maliyyə dəstəyi olan Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Beybit İsabayev cənablarına müəllif öz minnətdarlığını bildirir.
Tərcümə aşağıdakı mənbələr

əsasında aparılmışdır:

Кобланды батыр. Казак халкынын батырлык эпосы. М., Главная редакция восточной литературы. Издательство «Наука», 1975, с. 65-219.

Кобланды батыр. М., Главная редакция восточной литературы. Издательство «Наука», 1975, с. 223-381.

Dastanla bağlı təqdim edilmiş bütün materiallar Nizami Tağısoy tərəfindən hazırlanmışdır.

İçindəkilər
Koblandı-Batır – dastan 9

Dastanda işlənmiş toponimlər, etnonimlər, hidronimlər və folklor-etnoqrafik terminlərin şərhi 212

Qazax xalq qəhrəmanlıq dastanı "Koblandı-batır": yaranma tarixi, yayılma arealı, hadisələr, qəhrəmanlar, obrazlar, əsərin ümumi səciyyəsi 218

"Koblandı-Batır" dastanının Azərbaycan dilinə tərcüməsində milli özünəməxsusluğun saxlanması 270

Qazax xalq qəhrəmanlıq dastanı "Koblandı-Batır". Xülsə 287

Kazak Halk Kahramanlık destanı "Koblandı-Batır". Özet 294

Казахский народно-героический дастан "Кобланда-батыр". Резюме 300

Kazakh national heroik epos “Koblandy-batyr”. Summary 306



İçindekiler
Koblandı-Batır – destan 9

Destan kullanılan yerli isim, etnonimce, hidronim ve folklor-etnografik terimlerin açıklanması 212

Gazak halk kahramanlık destanı "Koblandı-batır: yaratılış tarihi, olaylar, kahramanlar, imajlar, eserin genel özellikleri 218

Epik "Koblandı-Batır"ın Azerbaycan diline tercümesinin özelliklerinin muhafaza edilmesi 270

Kazak Halk Kahramanlık destanı "Koblandı-Batır". Özet 294
Содержание
Кобланды- батыр. Дастан 9

Пояснение использованных в дастане топонимов, этнонимов, гидронимов и фольклорно-этнографических терминов 212

Казахский народно-героический дастан «Кобланды-батыр»: история возникновения, ареал распростронения, события, герой, образы, общая характеристика дастана 218

Сохранение особенностей дастана «Кобланды-батыр» в переводе на азербайджанский язык 270

Казахский народно-героический дастан «Кобланды-батыр». Резюме на азербайджанском языке 287

Казахский народно-героический дастан «Кобланды-батыр». Резюме на турецком языке 294

Казахский народно-героический дастан «Кобланды-батыр». Резюме на русском языке 300

Казахский народно-героический дастан «Кобланды-батыр». Резюме на английском языке 306


Contents
“Koblandy-batyr”– epos 9

Interpretation of toponyms, etnonyms, hidronyms, and folklore-ethnographic terms used in the epos 212

Kazakh folk heroic epos “Koblandy-batyr”: origin history, events, heroes, characters, general character of the work 218

Keeping of originality in the translation of “Koblandy-batyr” epos into the Azerbaijani language 270

Kazakh national heroik epos “Koblandy-batyr”. Summary 306

Koblandı-Batır

dastanı

I. Keçmiş, ötmüş zamanda,

Qaraqıpçaq elində,

Bir Koblandı varıydı,

Atası bununToktarbəy,

Xalqa yaxşı tanış bəy.

Qədərsiz idi varı,

Çoxluca qoyunları.

Gözdi gölü yaylağı,

Gözdi gölü oylağı.

10. Qalın qıpçaq elinə,

Bəsdi dövləti, varı.

Hər içən məst olardı,

Hər yeyən tox olardı,

Hamı ondan razıydı.

Qaraspan dağda qışlar,

Səmalarla yarışar,

Zirvələrə qarışar.

At ilxıdan ayrıldl,

20. Ondan kənarda qaldı.

Qalın qıpçaqdan yana,

Binələri yan-yana,

Düzülüb sıra-sıra.

Sakit həyat yaşardı,

Xoşbəxtliyin tapardı.

“Əlif” damğalı qıpçaq

Elin şan-şöhrətiydi.



II. Toktar çatdı səksənə,

Bədbəxtlikdən səksənə,

Heç olmadı övladı,

30. Çin olmadı muradı.

Hey tökdü göz yaşları,

İslandı göz, qaşları.

Dünya nədir? Bilmədi,

Heç vaxt üzü gülmədi.

Bəxtinə düşən şahin,

Qırıq oldu qanadı.

Doğulmadı züryəti,

Bitdi təpər, cürəti.

Toktar qüssələnirdi,

40. Qıpçaq kədərlənirdi.

Etdi pirləri ziyarət,

Üz tutdu ocaqlara,

Qurban kəsdi köhləni,

Korasana* kəsdi qoç,

Qəbul oldu diləyi.

Bəybişəsi* Analıq

Çatanda əlli yaşa.

Düşdü uşaq boynuna,

Sevinci aşdı-daşdı,

50. İstəklərinə çatdı.

Göz açmışkən dünyaya,

Fikirləşdi, düşündü;

Dedi: “Bəs bu nə gündü?!

Əgər belə gedərsə,

Köçəcəyəm dünyadan,

Mən züryətsiz, övladsız”,

Sanki Tanrı eşitdi,

Bu ah-zarı, fəryadı.

Analıqdan doğuldu

60. Bir oğlu, bir də qızı.

Qızın adı Qarlıqaş

Gözəl kiprik, çatma qaş.

Oğlun adı Koblandı,

Sanki alışdı, yandı.



III. Altı yaşa çatanda,

Koblan aslana döndü.

Xəzinəyə yollandı.

Dəbdəbəli geyindi,

“Özümün olsun” – dedi.

70. Sevib-seçdi qonur at,

Yəhərləyərək mindi,

Qıpçaq eli sevindi.

Koblandını öydülər,

Ürəkdən sevindilər.

Çünki onun istəyi,

Olmuş elin səadəti.

Dağ yanır, daş yanırdı,

Hərarətdən yanırdı.

O, altı yaşlı oğlandı,

80. Aləmə səs salandı,

Qəmşad börkü başında,

Kəhər atsa altında.

Karşığası* qolunda,

Tazısı da yanında.

Yeddi pirə sığındı,

Yolla atın çapırdı.

Qıpçaqlarçün, eliyçün,

O, səadət tapırdı.

Toktarbəy ilxısında

90. Doxsan nökər qul vardı.

Onların sırasında,

Qoçaq Yestemis vardı.

Yestemisi görməkçün

O, ilxıya yönəldi.

Danışıb görüşdülər,

Doxsan nökər, Yestemis

Ondan razı qaldılar,

Can bir qəlbdə oldular.

Toktara dayaq durdular.

100. Yestemissə Koblana,

Qoçaqlığı öyrətdi.

Hər gün keyik ovladı

Oxu boşa çıxmadı.

Gəzdi yayı, yayladı,

İlxısını hayladı.

Gücü artdı, çoxaldı,

Düşmənlərsə yoxaldı.

Karşığası qolunda,

110. Kumay* tazı yanında.

Görən kimi keyiki,

Arxasınca atıldı.

IV. Bir gün namazşam* çağı

Kuptan* vaxtı gələndə,

Koblan ilə Yestemis

Durmuşdular pusquda.

Birdən eşitdilər səs.

Dedi: “Sus, səsini kəs”.

Toz göyə duman oldu,

120. Gözləri tozla doldu.

Yestemis dedi: “Qardaş,

Olmuşam sənə sirdaş”.

Dağın o yeri ki, var,

Qızılbaşlar eli var,

Yaşıl çəmənləri var,

Mavi göz gölləri var.

Orda xan Köktim – Aymak

Xalq bilmir ondan doymaq.

Eli çox sevir onu,

130. Geyir qırmızı donu.

Qızının adı Qurtqa,

Gözəllik verib Xuda

Zürafə boyu - qamət,

Edirlər ona hörmət.

Siması sanki aydır,

Gözəl Şirinə taydır.

Hamıya bu bəyandır,

Qızıl tək par-par yanır.

140. Kim sərrast atəş açsa,

Qurtqa onunku olar,

Arzu-murada çatar.

Bunun sonu nə oldu –

Sonra tutarsan xəbər.

Könlüm, ayım , çırağım,

Bundan olma intizar.

Gəl sən özünü üzmə,

Hər şeyin bir sonu var,

Hər cür arzuya düşmə.

150. Çox desə də Yestemis,

Oğul öz istəyindən

Geri dönən deyil ha!

Övliyalarla, pirlər,

Mənə kömək etsələr.

Allam nişan sikkəni,

Tanrım, xilas et məni.

Yestemis yenə dindi:

“Ey gözümün çırağı,

Ey ömrümün növrağı.

Sənki hələ uşaqsan,

160. Sanki körpə-köşəksən.

Bərkiməyib sümüyün,

Tez-tez vurur ürəyin.

Getmə, qurbanın olum,

Mənim qanadım, qolum.

Sözlərimə qulaq as,

Səbrini aşağı bas.

Sənin növbən sonradır,

170. Bil, yolun hayanadır.

Sənə deyərlər uşaq,

Olarsan gözdən uzaq.

Həm də bunu da bil ki,

O, ayüzlü Qurtqanı

Hifz edir böyük igid.

O böyük ər, nər igid

Onun adı Qızılər,

Ərəndir o, ərən, ər.

Getmə, ümid, çırağım,

180. Mənim şirin növrağım,

Başına bir iş gələr.

Deyib danışdı onlar.

Yestemis dedi: “Nə olar,

Getmə, sənin qurbanın,

Köke*, xeyr-duaçım,

Ürəyim, can sirdaşım.

Pirlər olsun köməyin,

Meydanlara düşəndə,

Qoy itməsin əməyin!

190. İgid öz işindəydi,

Anddan geri dönmədi.

Daha Yestemis ona,

Söylədi xoş arzular,

Əl açaraq göylərə,

Koblandı yaraqlandı,

Qılıncla qalxanlandı,

Yayı, oxu çiynində,

Yestemis hey söyləndi:

“Ey mənim ulu Tanrım,

200. Sənsən ürəyim, canım,

Qismətim olsun uğur,

Hisslərim məni boğur”.

Beləcə yola saldı,

Ürəkdə nisgil qaldı.

Kəhər ata minərək,

Dərə-dağlar keçərək.

Sanki ox kimi süzdü,

Arzu, niyyəti düzdü.

Gəlib o yerə yetişdi,

210. Öz-özüylə gedişdi.

Koktim Aymakı gördü,

Qəzəbdən çaşdı, qaldı.

O, keçirdi sınaqdan,

Koblan təki sultanı,

Şah Koktim Aymak dedi:

“Qazağın nəri gəldi”.

Kamanını götürdü,

Köhlən üstə əyildi.

Əl ataraq tətiyə,

220. Üz tutub övliyaya –

Atəş açdı birinci,

Tən iki yerə böldü

Nişangahda sikkəni.

İgidi gördü Qurtqa,

Daş-qaş səpdi başına.

Çevirəndə başını,

Oynadırdı qaşını.

Bu nə görkəm, nə sima?!

Ayüzlü mələksima.

230. Koblandıya vuruldu,

Çöhrəsi də duruldu.

Şaha elçi göndərdi,

Osa verdiyi sözdən,

Geri dura bilmədi.

Otuz günlük toy oldu,

Məclis boşaldı, doldu.

Atası Koktim Aymak,

Qurtqanı ərə verdi.

Allaha əlin açdı,

240. Peyğəmbərə baş əydi,

Gözəl bir büsat qurdu,

El qulluğunda durdu.

Yeyib, içib, kef çəkib,

Toydakılar yoruldu.

Qurtqanı ərə verdilər,

Bundan çox sevindilər.

Qırx beş arşınlıq Qızılər,

Eşidib bu xəbəri,

Birdən çıxdı irəli.

250. Dedi: “Gəlsin güləşək,

Gücümüzü sınayaq,

Qolumuza güvənək,

Əgər sən məni yıxsan –

Qurtqa qismətin olsun.

Köhlənin sağ qalarsa,

Başın salamat olsun.

Özünü çox öyərsən,

Qələbəni görərsən”.

Eşidib bunu Koblan

260. Dedi: “Köməyim Allah,

Düşmən qalmaz salamat”.

Minib köhlən atına

Qızılər səmtə çapdı,

Gəlib nərə qopardı:

“Koblandı çatıb, di, çıx!”

Səs eşidib Qızılər,

O, heç evdən çıxmadı.

Koblandı evə girdi,

Qızılər yataqdaydı.

270. Asta süzüb Koblanı

Dedi: “Sən mənimlə yox,

Gəl ayağımla güləş”.

Bir ayağın uzatdı.

Qapısında Qızılərin

Ala kəmənd asılmış.

Koblan kəmənddən tutub,

Sarıyıb Qızıləri,

Çapdı kəhər atını,

280. Sürüdü Qızıləri.

Bax beləcə apardı.

Tikanlar diddi onu,

Sanki çatmışdı sonu.

Ciyərin parçaladı,

Qabırğasın sındırdı,

Ölüm nədi qandırdı.

Düşməninə dərs verdi,

Ona yaxşı dərd verdi.

Sanki dərisin soydu,

290. Cəhənnəmə göndərdi.

Dağlar, daşlar dilləndi,

Koblan özü söyləndi:

“Biabır olub ölsün,

Mən kiməm yaxşı bilsin”.

Onu kökpar* tək soydu,

Ruhu candan ayrıldı.

Elə bil ki, bayıldı.

Başı qaldı bir yanda,

İşi sona çatanda,

300. O, Qurtqaya söylədi:

“Öz işimi gördüm mən”.

Qurtqa bir an düşündü –

Dedi: “Allah, nə gündü,

Sultanım, de, nə etdim?!”

Qurtqa səmtə yüyürdü,

Koktimə xəbər göndərdi.

Dedi: “Düşmən əzildi,

Pis günümüz kəsildi.”

Koktim Aymak düşündü,

310. Qurtqanı ağ yurtaya,

İçi gümüşü rəngli,

Gözəl yerə göndərdi –

Dedi: “Get qaydaya sal,

Hər nə lazımdırsa al”.

Qırx dəvə yükü xəznə,

Qırx qul, qırx kəniz ilə,

Öz qızın da göndərdi.

Görüşüb yaxın ilə,

Həm də ki yadlar ilə,

320. Vidalaşaraq Qurtqa,

Varıb yola düzəldi.

Qurtqa ay tək yanırdı.

Yaxınlar, həm uzaqlar,

Onu ulduz sanırdı.

Dan ulduzu doğanda,

Koktim Aymak sevindi,

Qurtqa yola düzəldi,

Sursatı hazır oldu.

Koblandı bala gəldi,

330. Koktimə salam verdi:

“Qurtqaya sən pay verdin,

Mənəsə pay vermədin”.

Koktim Aymak atası,

Balam, gözüm çırağı,

Gör bir sənə nə verdim.

Başın üstə dörd bulud –

Dedi: “Babam sənindi”.

Yaz gələr gün tərəfdən,

Qışdasa yel tərəfdən,

340. Yay gəlsə, yay tərəfdən,

Çırağım, qutum bala,

Qanadım, qolum, bala!

Mən səni, bil, tapşırdım,

Göydəki buludlara”.

İndi ata min dedi,

Koblandı vida dedi,

Qurtqanı da götürüb,

Doğma elə yönəldi.

Pirlər, övliyalar da,

350. Onlara kömək oldu.

İşləri yaxşı getdi,

Pis günlər burda bitdi.

Köhlən atına minib,

Koblan yola düzəldi.

Arxasınca gəlirdi,

Sanki böyük bir karvan.

Ötən günü sanadı,

Az getdi, həm üz getdi,

Dərə, təpə düz getdi.

360. Birdən gördü yol boyu,

Otlayırdı ilxılar.

Qurtqasa bu karvandan,

Göz qoyurdu ətrafa.

Hey baxaraq atlara,

Gözü düşdü onlara.

İlxının ortasında

Gözü sataşdı göy-ala,

Yaxşıca bir madyana.

Arabasın saxladı,

370. Düymələrini açdı,

Madyana yaxşı baxdı,

Dedi: “Bu, mənə baxtdı”.

Dönüb Koblana dedi:

“Kimindir ki bu ilxı?

Bax o madyan ki var ha,

Onu mənə verərsən”.

Batıra öyüd verdi,

Zarafat da eylədi:

“Başımı gülləyə verdim,

380. Qız Qurtqanı versəydim,

Bir dünya var alardım”.

Səlimbəy doğma ağam,

Bunlar onun ilxısı.

Mən istəsəm – o, verər,

Hətta canından keçər.

Qurtqa isə söylədi:

“Mənə yaxın gəl, igid!

Nəsihətimi eşit!

Sənin bu kəhər atın,

390. Düşməni məhv etməkçün,

Mənim böyük sultanım,

Sənə sadiq olan at,

Hələ körpə qulundur,

Buna inanmalısan,

Sözlərimə qulaq as”.

Qurtqa sözünü dedi:

İlxı ağanındısa –

“Özünə seç köhlən at.”

Karvanı əyləndirib,

400. Koblan atına mindi.

Köhlənini səyirtdi,

Yamaclardan aşaraq,

Düzənlərdən çaparaq,

Yorğa atın çapdı o.

Səlimin doxsan qulu,

Başçısı Qara Kojək,

Səlim ona əl eylədi:

“Uca dağın başına,

Bizlə aul köçəndə,

410. Ağamıza salam de.

Gəlnini aparıram –

Görimdiyin * versin de.

Qırx dəvə yük xəznəsin,

Gəlib qoy o, götürsün.

Bu sözümə inansın,

Qurtqaya görimdikçün,

İlxıdan madyan versin”.

Batırın sözün sonadək,

Qara Köjek dinlərək,

420. Aula döndü çaparaq,

Toz göyə duman oldu,

Yellərdən də bərk uçdu.

Sanki ilxıya təpmiş,

Düşmən, yaxud canavar.

Aulda səksəndilər,

Bəy yanına gəldilər.

Qara-ala atı göstərdi,

Dayandı və söylədi:

“Məni Koblan göndərdi,”

430. Ağaya salam dedi,

Gəlnin aparram onun,

Şərəfin aparram onun.

Xəznəsin qırx dəvədə,

Qoy gəlib götürsün, de.

Burda nə var onundur,

Görimdiyin də versin.

Sözlərimə inansın.

Qurtqayasa görimdik,

Olsun yaxşı pay - böyük

440. İlxıdan ala madyan.

Axı, mən bacoğluyam

Göndərdi məni Koblan,

Ümidi qalmaqdadır,

Sənə inanmaqdadır.

Atı ona verərsən”.

Köjekin sözün eşidib,

Səlimbəysə söylədi:

“Paranı şəhərə göndərdim

450. Buzov, dana almaqçün,

Qulunusa düşündüm,

Doğma balama verim,

Məni bir agah eylə,

Koblan hansı səbəbə,

Bu madyanı istəyir”?

Nə deyib, danışırsan,

Koblana nəinki madyan,

Lap qəlbimi verərəm,

Can sadağa edərəm.”

460. “İstədiyimi aldım,

Düşünüb qoy dayansın

Qayıdıb lovğalansın.”

Toktar ağa önündə,

Bəyin sözün eşitcək.

Köjek atına minib,

Koblan yanına çapdı.

Alacağın verdi o,

Dedi: “Nəinki madyanı,

Bacımoğlu Koblana

470. Mən canımı verərəm”.

Səlimbəy bildirdi ki,

Qara Köjek, o, gəncə,

Özüm qurban gedərəm.

Bu madyanı tutub o,

Yaradana əl açdı.

Qurtqa gözəl qız isə -

Arabadan düşərək,

Madyanın alnın öpdü.

Dartıb onu dalınca,

480. Karvanla apardılar.

Gök* madyansa o tərəf ,

Bu tərəfə baxırdı.

Yemşəg* sanki bulaqtək

Dolub həddən aşırdı.

Qarnı yerə dəyirdi.

Ay-günü çatmalıydı,

O tülpar doğmalıydı.

Çox çətin yeriyirdi.

Bətnində tülpar vardı.

490. Madyan çox çətinliklə,

Həm də nəfəs alırdı.

Yanınasa heç kimi,

O yaxın buraxmırdı.

Yalnız tək Qurtqa onun,

Zəhmətini çəkirdi.

Gök madyan əziyyət çəkir –

Yer üstünə gəlirdi.

Qurtqasa təlaşdaydı –

Tülpar birdən boğulsa –

500. Görən onda nə olar?!

Qurtqa fikirləşirdi:

Tülpar boğulmamaqçün,

Quluna nəfəs verdi,

Bax belə çətinliklə -

Burıl dünyaya gəldi.

O yerə dəyməməkçün,

Qurtqa soyunub kürkün,

Altına sərdi onun.

Sonra isə tülpara,

510. Bir az da nəfəs verdi.

Qurtqa tülparın bu an,

Cəld öpərək alnından,

Haqqa şükür eylədi.

“Sultanımın can atı,

Gün düşməsin gözünə,

Yel dəyməsin özünə”.

Üstündə çadır qurdu,

Qurtqa ellər gözəli.

Sanki əmrə müntəzir,

520. Burda kənizlər gəzir.

Hər şeyi gətirdilər,

Orda məclis qurdular,

Burıl qırx gün, qırx gecə,

Qurtqasa qayğı ilə,

Yedizdirdi Burılı.

Əvvəl iki dəfə doğmuş,

Madyanların südü ilə,

Sonra isə düz qırx gün,

Ana madyan südüylə.

530. Belə keçdi səksən gün,

Sonra doxsan oldu gün,

Daha qorxu qalmadı.

Tülpar xəstələnməsin,

Deyib onu yemlədi.

Həm də ki, əzizlədi.

Burıla bu Qız Qurtqa,

Tündikdən* işıq verdi.

Yedizdirdi, suladı –

Qurtqa qız yorulmadı,

540. Koblandını çağırdı

Dedi: “Yurtanı açaq”.

Burıla gözəl Qurtqa

Altından tikdi paltar,

Düz dizlərinə qədər.

Burıl qulağın şəklədi,

Bildi burda təkcədi.

Yurta yığışdırıldı,

Hamı yola düzəldi.

Çidarlayıb ayağın,

550. Karvana da qoşdular.

Dağ zirvəsinə doğru

Çətin – keçmək dağları.

Dolayları, yolları.

Koblandısa karvanı,

Aparardı özüylə.

Keçərək xeyli yollar,

Mənzilinə yetişdi,

Toktar bəylə yanaşı.

560. Yurtasın yerləşdirdi.

Koblandı – batır atası Toktar bəyin yurtası ilə yanaşı öz yurtasını qurduqdan sonra, ona yaxınlaşıb soruşur: “İlxımızın yanından getdiyim artıq bir neçə aydır. Doxsan qulumuzdan və ilxımızdan nə xəbər var?

Çırağım, gözümün nuru, quldan da, maldan da xəbərim yoxdur.

Koblandı onunçün süzülmüş çayı içmədi, əvəzində sərxoşluq gətirən baldan yeyib yola düzələrək dedi: “Mən gedib maldan xəbər bilib gələrəm.”


Bazarda var ağ mata*.

Oynaqlar bala pota .

Sözlərimdə yox xəta.

Atayla vidalaşıb,

Şər vaxtı mindi ata

Atların ilxısını,

Dan atanda gördü o,

Yaxınlaşıb biləndə

İlxı öz yerindəydi.

570. Qullar onu gördülər,

Əcəbcə sevindilər.

Dedilər yaxşı oldu,

Batır Koblandı gəldi.

Sevindilər, güldülər,

Batırın şərəfinə,

Bayraqlar qaldırdılar.

Sevinclər aşdı-daşdı,

Koblan hamıdan başdı.

Burda bir ara verək.

580. Koblandı Yestemislə,

Tulayla ova getdilər,

Xeyli vaxt keçirdilər.

Deyəmmərəm nə oldu,

Ordan nə gətirdilər.

İndi görək Qız Qurtqa,

Haradadır, o, nə edir.

Qurtqa zəhmət çəkdiyi,

Burıl bir yaşa çatdı,

Alını parıldadı,

590. Sanki buluddan ay çıxdı.

Bir yaşdan üçə çatdı,

Ayağın daşa döydü.

Sanki dağları, daşı,

Üyüdürdü, bölürdü.

Keçən zaman ərzində,

Heç vaxtı gün görmürdü.

Onurğası bərkidi,

Onu madyanlar üstə,

Buraxmaq vaxtı çatdı,

600. Burıl beş yaşa çatdı.

Qurtqa ipək kəməndlə,

Boynunu da bağladı.

O böyüsün, bərkisin.

Altı yaşa çatanda,

Ona biz qızıl yəhər,

Qayış da ölçüb-biçdi.

Düşündü ki, olacaq,

O əsil batır atı.

Gözəl Qurtqa batırçün,

610. Mizraq da hazırladı,

İti qılınc düzəltdi.

Qılınc qabı gümüşdən,

Düzəltmişdi Qurtqa qız.

Qız Qurtqa bu Burılın,

Yalını darayırdı,

Qayğısını çəkirdi,

Öz doğma övladı tək,

Onu əzizləyirdi.

620. Hər gün onu öyrədir,

Həm də qayğı göstərir.

Burıl altı yaşında –

Koblandı batır isə

Evə qayıtmalıydı.

Bəlkə yaddan çıxmışdı –

Onun Qurtqası vardı.
VII. Bu məqamda Qızılbaşlar ölkəsindən olan Qazan batır noğay torpaqları üzərinə hücuma keçib, onun iki şəhəri – Qırlıqala və Sirliqalanı tutur. Qırlıqalada o, öz bəylərini, Sirliqalada isə cəlladlarını yerləşdirir.

Qızılbaşlar elindən,

Gəldi bahadır Qazan,


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə